Məhkəmə qərarları › İş №2(103)-1370/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1370/2022

19.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1370/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)-2370/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsi Cavabdeh MMC-yə qarşı bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödənişin hesabatının təqdim və ödənişin tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)-2370/2021 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsi Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)-2370/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işi baxışa təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(009)-2370/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı tərəfin şikayəti onunla əsaslandırılır ki, Mülki Prosessual Məcəlləyə əsasən birinci məhkəmə baxışında tərəflər gəlmədikdə məhkəmə baxışı təxirə salınır. Həmçinin, məhkəmə baxışı barədə bildiriş bələdiyyəyə daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.11.2021-ci il tarixli, 2(103)- 11129/2021 saylı qərardadı ilə Bakı şəhər Nəsimi rayon Bələdiyəsinin şikayəti təmin edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-2370/2021 saylı 15.10.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş şikayətə yenidən baxılması Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(009)-2370/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)- 2370/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Bel ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.11.2021-ci il tarixli, 2(103)-11129/2021 saylı qərardadında Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 2370/2021 saylı 15.10.2021-ci il tarixli qərardadının ləğvi əsası kimi birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Bələdiyyəsinin müraciətindən sonra iddiaçının məhkəmə iclasına gəlməməsinin səbəblərini üzrlü olub-olmamasının məhkəmə tərəfindən araşdırılmaması, bu halın araşdırılmalı olması, şikayətin AR MPM-nin 185-ci maddəsinin müddiaları baxımından dəyərləndirilməli olması göstərilmişdir. AR MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəblərinin üzrlü olub-olmamasını araşdırmaq üçün şikayətə şikayətçinin iştirakı ilə baxılmasını təmin etmək məqsədi ilə ona poçt vasitəsi ilə müvafiq bildiriş göndərilmiş, mobil telefona SMS bildiriş göndərilmiş, həmin məlumat ünvançıya çatdırılmışdır, lakin şikayətçi-iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nə iş materiallarında nə də, şikayətində məhkəmə iclasında iştirak etməmənin üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda birinci itnstansiya məhkəməsi şikayətçi tərərfindən məhkəmə iclasına gəlməmənin səbəblərini üzrlü hesab edilməsi barədə sübutların olmamasını nəzərə alaraq yuxarı instansiya məhkəməsinin göstərişini araşdırılmış hesab etmişdir. Şikayətçi sikayətində məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmamasını, bildirişin bələdiyyə daxil olmamasını göstərmişdir. Məhkəmə şikayətçinin bu dəlilləri üzrə qeyd etmişdir ki, iş materiallarında Bakı şəhər Nəsimi Bələdiyyəsi və Cavabdeh MMC –nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsi və məhkəmə bildirişlərinin rəsmi qaydada onlara təqdim edilməsi barədə sübutlar mövcuddur, Bakı Apellyasiya Məhkəməsi qərarında birinci instansiya məhkəməsinin bu hüquqi mövqeyi ilə razılaşmışdır. Ona görə də məhkəmə şikayətçinin bu dəlilərini əsaslı hesab etmir. Məhkəmə şikayətin AR MPM-nin 185-ci maddəsinin müddiaları baxımından qeyd etmişdir ki, prosessual qanunvericiliyin tələbinə əsasən işdə iştirak edən tərəf məhkəmə iclasına gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünu bildirməli və həmin səbəblərin üzrlü olması ilə bağlı sübutlar təqdim etməlidir. Əgər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılıbsa və məhkəmə iclasına üzrlü səbəbdən gəlməmələrinə dair sübutlar təqdim etmişlərsə, məhkəmə iclası təxirə salınır. İş materiallarından göründüyü kimi tərəflərin məhkəmənin həm hazırlıq həm də baxış iclasının vaxtı və yeri barədə məlumatları olsa da, keçirilən məhkəmə iclaslarında onların nümayəndələri iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad düzgün və qanunidir. Prosessual qanunvericiliyin tələbləri baxımından işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsi, eyni zamanda işə onların iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflərin gəlməməsi iddia ərizəsinin baxılmamış saxlanılmasının hüququi əsası kimi müəyyən edilmişdir (AR MPM-nin 259-cu maddəsi). Göründüyü kimi, məhkəmə şikayətçinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin həm hazırlıq, həm də baxış iclaslarında iştirak etməməsini, iştirak etməmənin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməməsini nəzərə alaraq məhkəmə iclasını başqa vaxta təxrə salınmasını məqsədəmüvafiq hesab etməmiş, buna lüzum görməmiş və qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq iddia ərizəsini baxılmamış saxlamışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli qərarının 17-ci bəndinə əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməyi istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamş saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə üzrlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim edildikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətin təminindən imtina edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)-2370/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar