Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1376/2022 31.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh “X4”na qarşı “Ana Vətən" X2 Təftiş Komissiyasının 10 iyun 2021-ci il tarixli, 1 saylı protokolunun etibarsız hesab edilməsi və günahkar şəxslər tərəfindən məhkəmə qaydasında iddiaçıdan üzr istənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4718/2021 saylı işi üzrə 02 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X4”na qarşı ““Ana Vətən" X2 Təftiş Komissiyasının 10 iyun 2021-ci il tarixli, 1 saylı protokolunun etibarsız hesab edilməsi və günahkar şəxslər tərəfindən məhkəmə qaydasında iddiaçıdan üzr istənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4718/2021 saylı işi 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4718/2021 saylı işi 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən həmin mülki iş üzrə İddiaçı tərəfindən 30.11.2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4718/2021 saylı işi üzrə 02 dekabr 2021-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4718/2021 saylı işi 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 10-1.3. 363.1.5, 363-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən apelyasiya şikayəti elektron kabinet vasitəsilə verilməmiş, eyni zamanda ödənilmiş dövlət rüsumu Bakı Apellyasiya Məhkəməsinin hesabına təyinatı üzrə ödənilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4718/2021 saylı işi üzrə 02 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin 1-ci hissəsinə, “Vətəndaşaların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 3.0.11-ci maddəsinə istinadən qeyd edilmişdir ki, hər hansı bir vətəndaşın "Elektron məhkəmə” informasiya sisteminin tətbiq edildiyi hər hansı bir məhkəməyə yazılı şəkildə müraciət etmək hüququ vardır, vətəndaşlar yazılı müraciət- kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciətlə hər hansı bir orqana müraciət edə bilərlər. Ona görə də Bakı Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” sisteminin tətbiq edilməsi ilə bağlı onun apellyasiya şikayətinin qaytarılması qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin qaytarılmasının digər səbəbi olan "ödənilmiş dövlət rüsumunun Bakı Apellyasiya Məhkəməsinin hesabına təyinatı üzrə ödənilməməsi” üzrə bildirmişdir ki, məhkəmə bu məsələdə düzgün qərar qəbul etmişdir.Belə ki, apellyasiya şikayəti üçün rüsum ödənilərkən “Kapital" bankın Lənkəran Filialında rüsumun köçürülməsinə kömək etmiş bank işçisi onu düzgün başa düşməmiş və 50.00 manat pulu Bakı Apellyasiya Məhkəməsinin hesabına deyil, birinci instansiya məhkəməsinin hesabına köçürtmüşdür.Bununla bağlı qərardadda göstərilən çatışmazlıqla əlaqədar “Kapital” bankın Lənkəran Filialına müraciət olunmuş və bank tərəfindən həmin dövlət rüsumunun Bakı şəhər Apellyasiya Məhkəməsinin hesabına köçürülməsi barədə sənəd əldə edİlmişdİr. Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4718/2021 saylı işi üzrə 21 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357- 366, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5- ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Məcəllənin 10-1.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17- N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarıın 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər.Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında ƏSASNAMƏnin 3.6- ci bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə görə, Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4718/2021 saylı işi üzrə 02 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1376/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1376/2022
31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver