Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1383/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakıı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı pozulmuş hüquqların bərpası, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-2485/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı pozulmuş hüquqların bərpası, maddi və mənvi ziyanın ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)- 2485/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəl baxılan tələblə hazırda baxılan tələb eyni tələblər deyil, eyni predmetlə bağlı tələblər deyil. Həmin iş üzrə maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qərar çıxarılıb, lakin o hal-hazırda pozulmuş hüquqların bərpası, kompensasiyanın ödənilməsi ilə bağlı idda ərizəsi ilə müraciət etmiş, eyni zamanda Ali Məhkəmədən ona yazılı formada məktub da verilib ki, o yenidən bu iddia ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh X4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası Binəqədi Rayon Məhkəməsinin 2(001)-3637 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, X1 maddi zərərin əvəzi olaraq 100 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumuna görə 01 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8271/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə ləğv olunmuş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmuş, X1 maddi zərərin əvəzi olaraq 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1785/19 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8271/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qərarlarından görünür ki, hər iki iş üzrə həm tərəflər eynidir, həm də iddianın predmeti və əsaslar eynidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, şikayətin də dəlillərindən göründüyü kimi, tərəflər arasındakı əvvəlki iş üzrə maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qərar çıxarılıb, lakin İddiaçı hal-hazırda pozulmuş hüquqların bərpası, kompensasiyanın ödənilməsi ilə bağlı idda ərizəsi ilə müraciət etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən verilmiş şikayətin dəlillərinə qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1383/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1383/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver