Məhkəmə qərarları › İş №2(103)-1386/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1386/2023

25.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1386/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(001)- 6708/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, həmin müqaviləyə əsasən ona aylıq ödəmənin 40 misli olaraq 40000 manat pulun, obyektin işləmədiyi aylar üçün 2000 manat pulun, bundan başqa, obyektdən götürülmüş hər qapının dəyəri 300 manat olmaqla, cəmi 600 manat və ya qapıların özlərinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 219 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(001)- 6708/2022 saylı qərardadına əsasən, mülki iş üzrə icraatın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-5268/2022 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vasitəsilə həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(001)-6708/2022 saylı qərardadına əsasən, şikayət geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qız şikayət verərək, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(001)- 6708/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(001)- 6708/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəllillərini araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1, 363.1.3 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən və (ya) müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki şikayət Mülki Prosessual Məcəllədə təsbit edilmiş “Əlavə 2”-yə uyğun formada verilsə də, şikayətin məzmunu həmin Məcəllənin tələblərinə uyğun deyildir, şikayət əsaslandırılmamış, habelə bəzi hissələri kiril, bəzi hissələri latın qrafikalı şriftlərdən istifadə edilməklə tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(001)-6708/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar