Məhkəmə qərarları › İş №2(103)-139/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-139/2025

24.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-139/2025 24.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Firması (MTK), Cavabdeh3 Firması (MTK), "xxxx" ASC, Cavabdeh6, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-160/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh6 tərəfindən ayrı-ayılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. MH seriyalı 026051 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 91 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

2. Cavabdeh1 Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən "Peçat dönər" evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər" evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən “Peçat dönər" evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində verləşən 91 və 92 saylı mənzillərə yayılmışdır.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/995 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 91 saylı mənzilə tikinti üzrə dəymiş maddi ziyan 11832.00 manat təşkil etmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 55 manat müəyyən edilmişdir.

4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli UNİ/İ 06-240/23 saylı Dəymiş maddi ziyanın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşmiş mənzilə yanğın nəticəsində dəymiş ziyanın və onun nəticələrinin aradan qaldırılması üçün görülməli olan təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik, material və digər xərclər daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 44300 manat təşkil etmişdir.

5. İş materiallarına əlavə edilmiş 27 dekabr 2013-cü il tarixli “İcarə müqaviləsindən” görünür ki, icarədar Cavabdeh6 ona məxsus ünvan 3 ünvanında yerləşən 37 kv.m-lik yaşayış sahəsini icarəçi X15 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-ci il tarixinə qədər (10 illik) icarəyə vermişdir. Həmin müqavilənin 7 və 8-ci bəndlərindən görünür ki, icarəçi ona icarəyə verilən əmlakın mühafizəsini və icarəyə götürdüyü hissədə gələcəkdə baş verə bilən hər hansı hadisələrə görə cavabdehliyi öz üzərinə götürür.

6. Əmlak Ekspert Mərkəzinin 10-603/24 saylı 05 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 4 ünvanında aşkar edilənlərin hazırki bazar qiymətləri mövcud vəziyyətləri nəzərə alınmaqla 05 sentyabr 2024-cü il tarixinə bazar dəyəri 8 294,0 manat təşkil edir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4989 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan əşyaların nəzəri qaydada orta bazar qiyməti təxminən 1000,00 manat müəyyən edilir, həmin əşyaların ayrı-ayrılıqda adları və qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir. Qərardadda və cədvəlin 3-5-11-ci bəndlərində göstərilən mallar haqqında kifayət qədər məlumst olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1204/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınmışdır: vəsatət qismən təmin edilsin. İş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsin. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin. Ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilsin. Ekspertizanın aparılmasına "xxxx" MMC-nın mütəxəsisi cəlb edilsin. Ekspertlər qarşısında aşağıdakı suallar qoyulsun: 1.Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 saylı evin, 91 saylı mənzilinin dəhlizində 1,8x7 metr ölçüdə xalça, kitab rəfi, stol-stul (stol, 6 ədəd stul) , “LG” markalı kondisioner, mətbəxdə 1985-ci il Polşa istehsalı olan mətbəx mebeli, 2000-ci il istehsalı olan (nofrost) “İndezit” markalı soyuducu, 2017-2018-ci illər istehsalı olan “LG” markalı, 9 kq çəkidə paltaryuyan maşın, 2018- 2019-cu illər istehsalı olan “Bosch” markalı qabyuyan, 2000-ci il Rusiya istehsalı olan dörd göz qaz peçi, 2015- 2016-cı illər istehsalı olan “Samsung” markalı mikrodalğalı soba, “Bosch” markalı kombayının yanması nəticəsində həmin əşyaların köhnəlməsi nəzərə alınmaqla, bazar dəyəri hansı məbləğ təşkil edir? 2.Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 saylı evin, 91 saylı mənzilinin hamam otağında olmuş “Emko” markalı kombi (sənədi var), duş kabin, moydadır, isti döşəmə, Türkiyə istehsalı olan unitaz, ayaqqabı şkafının köhnəlməsi nəzərə alınmaqla, bazar dəyəri hansı məbləğ təşkil edir? Ekspertə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilsin. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1204/2024 saylı mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilsin. Qərardadın surəti mütəxəsisə təqdim edilsin. Ekspert rəyi alınana kimi hazırki iş üzrə icraat dayandırılsın.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/8895/2024 saylı 28 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, ekspertizanın aparılması və rəy verilməsi mümkün olmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh2 Firması (MTK), Cavabdeh3 Firması (MTK), "xxxx" ASC, Cavabdeh6, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı «maddi və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 163.535 manat maddi və 150.000 manat mənəvi zərər olmaqla ümumilikdə 313.535 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, altı nəfər ailə üzvləri ilə birlikdə şəxsi mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən evində uzun müddətdir ki, yaşayırmışlar. Evi ətrafdakı evlər ilə eynilikdə olmaqla köhnə tikilidir, iki mərtəbəli evin ikinci mərtəbəsində yerləşir. Evinin rəsmi ünvanı 28 may küçəsi 56 olduğuna baxmayaraq, ünvan 6cərələri Nizami küçəsinə baxır və evinin giriş qapısı daha yaxın Nizami küçəsindəndir. Evinin altında, yəni birinci mərtəbədə cavabdeh "xxxx" MMC-yə məxsus restoran, dönər evi yerləşir. Evinə demək olaraq bitişik, yəni aralarında 1.5 metr məsafədə yeni tikili olan çoxmərtəbəli binada digər cavabdehlər yerləşirlər. Aralarında həyətə və giriş qapısına dar bir keçid mövcuddur. Əvvəllər orada duran zibil qutularını tikintini həyata keçirən cavabdehlər, onun kəskin narazılığına və şikayətlərinə baxmayaraq onun pilləkanının altında yerləşdirmişlər. Dəfələrlə yanğın təhlükəsinin qarşısının alınması barədə etdiyi şikayət ərizələrinə baxmayaraq 19 avqust 2021-ci il tarixdə evinin altında, yəni həmin zibil qutularının altı ilə keçən və dönər evinə gedən elektrik kabelindən başlanan yanğın baş vermişdir və nəticədə evi, ev əşyaları, şəxsi əmlakı ilə birgə tamamilə yanaraq yararsız vəziyyətə düşmüşdür. Evinin yanıb tamamilə yararsız vəziyyətə düşməsi bilavasitə cavabdehlərin təqsirindən baş vermişdir və cavabdehlər buna görə məsuliyyətə cəlb olunmalıdırlar. Cavabdehlər evin yerləşdiyi ünvanda yerləşirlər, ünvan 8r. Onun evinin ətrafında problemlər təqribən 2007-ci ildən başlanmışdır, o zaman evinə bitişik Nizami küçəsi 203 ünvanda «Uğur - 97» və Cavabdeh3 MTK şirkətləri çoxmərtəbəli yaşayış evinin inşasına başlamışlar və bütün tikinti müddəti və daha sonra o və digər sakinlər müxtəlif səbəblərdən cavabdehlərdən şikayətlər etmişlər. İnşa olunan binalar daha yaxın onun mənzilinə olduğundan müxtəlif vaxtlarda evinin divarlarında və tavanında çatlar və çökmələr əmələ gəlmiş, evinin ətrafında zibil yığıldığından yanğınlar baş vermişdir. Bu səbəbdən o və qonşuları çoxsaylı şikayətlər etmişlər, lakin cavabdehlərin təzyiqləri nəticəsində ciddi tədbirlər görülməmişdir. O, ailə üzvləri, qonşular və digər vətəndaşların yanğınsöndürməkdə fəal iştirakına və köməkliklərinə baxmayaraq, yanğını söndürmək yalnız Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənlərin avtomobilləri və şəxsi heyyəti vasitəsi ilə mümkün olmuşdur. Cavabdehlər nəzərə almırdılar ki, evi köhnə tikili olduğundan və yeni tikiliyə sıx yaxın olduğundan tikintidə istifadə olunan ağır texnika evinə ciddi təsir edəcəkdir. Evinin çıxarış əsasında olan ünvanı 28 may küçəsi, 56 olmağına baxmayaraq, evinin əsas girişi ünvan 9 ünvanda taxta pilləkənlar ilə ikinci mərtəbədə yerləşən evinə əsas giriş yerləşirdi. Həmin pilləkənləri yeni bina tikən MTK-lar bağlamışlar, pillikənlərin böyrü ilə zibil qutuları yerləşdirmişlər və daha sonra taxta və dəmir listlər konstruksiyası ilə zibil qablarını, ümumi həyətə olan girişdən ayırmışlar. Bunlar evinin altında yerləşən "xxxx" adlı Dönər eviinin rəhbərliyinin razılığı və dəstəyi ilə həyata keçirilmişdir. Beləliklə, evinə qalxan pilləkənlər və evinin alt hissəsi, yəni həmin dönər evinin arxası və böyrü zibilxanaya çevrilmişdir. Evinin altında olan Dönər evi, kifayət qədər güclü elektrik gərginliyi işlətdiklərinə görə, həyətdə yerləşən elektrik şəbəkəsindən əlavə kabeli ilə elektrik xətti çəkmişlər və həmin elektrik xətti qeyd etdiyi evinin böyrü ilə keçən zibilliyin içi ilə keçirdi. Lakin həmin kabelin qalınlığı, istifadə olunan elektrik gərginliyə cavab vermirdi, açıq-aydın olaraq bilinirdi ki, həmin kabel həddindən artıq qızıb alışıb yanmağa başlaya bilər. Böyük ehtimal ilə bunu isti yay aylarında gözləmək olardı. MTK zibilliyi pilləkənin altına salıb, zibilliyi tikilən binadan təcrid etməklə yanğın təhlükəsini yaratmışdır və həmin yanğın, Dönər evinin məsuliyyətsiz formada zəif, gərginliyə uyğun olmayan istifadə etdikləri və həmin zibilliyin içi ilə keçirdikləri kabelin alışıb yanması nəticəsində baş vermişdir. Hesab edir ki, FHN-nin yanğına qarşı mubarizə idarəsi dəfələrlə həm MTK-da, həmdə Dönər evində yanğın təhlükəsizliyinə qarşı inspeksiyalar, yoxlamalar keçirmişlər. Artıq bir ilə yaxındır ki, yanğın baş verib və FHN gunahkarların təzyiqlərinə məruz qalaraq heç bir qanuni tədbir qörməmişlər. Faktiki olaraq yanğın ərazisi nəzərdən keçirilməyib və hadisə ətraflı olaraq aktlaşdırılmayıb. Hadisəni görənlər, qonşular, tərəflər dindirilməyib, hadisə barədə məlumat toplanılmayıb, foto və video material hazırlanmayıb. Dəfələrlə etdiyi həm yanğına qədər həmdə yanğından sonra muraciətləri, şikayətləri araşdırılmayıb, nəzərə alınmayıb. Təsədüfi xoşbəxtlikdən onun və ailə üzvlərinin cəld hərəkətləri nəticəsində ciddi xəsarət alan olmamışdır, lakin hadisə ilə əlaqədar cinayət işi başlanılmamışdır, müvafiq ekspertizalar keçirilməmişdir. Zərərçəkmiş qismində tanınmamış və dindirilməmişdir. Altıncı aydır ki, külli miqdarda zərər çəkmiş və zərərçəkməkdə davam edir. Ailəsinin geyim paltarlarından, ev əşyalarından başlayaraq mebellərinə, sənədləri və qiymətli kağızlarına qədər məhv edilmişdir. Ailə üzvləri altıncı aydır ki, kirayədə yaşayır, bir çox paltarı, mətbəx avadanlığını və digər gündəlik təlabat əşyalarını yenidən almalı olurlar. Ona qarşı qanunlar pozulur, Mülki Məcəllənin 21, 23, 1096, 1097, 1115-ci və digər maddələri pozulur, ona dəymiş zərər hər gün artır və bunda artıq FHN əməkdaşları bilərəkdən iştirak edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri, səhlənkarlıqları ücbatından ona və ailə üzvlərinə külli miqdarda maddi və mənəvi zərər yetirilmişdir və həmin zərərin yetirilməsi bü günə qədər davam edir. Qəfildən baş yermiş yanğın nəticəsində təmir etdiyim və rahat yaşayış üçün tam şərait yaratdığı evini, bütün ev əşyaları, paltarları, bir çox sənədləri, pulları, qiymətli kağızları, bir sıra qiymətli qızıl-zinyət əşyaları ilə birgə yanmışdır, məhv edilib itirilmişdir və ya tamamilə yararsız vəziyyətə düşmüşdür. Yanğın baş verdikdən sonra, özünü FHN istintaq idarəsinin əməkdaşı kim təqdim edən Vuqar Süleymanov adlı bir vətəndaş muraciət edib ki, hazırki hadisə ilə əlaqədar cinayət işi başlanılıb, ekspertizalar təyin olunub, güya onu zərərçəkmiş qismində tanıyıblar. Lakin bir müddət sonra aydın oldu ki, heç bir istintaq yoxdur, o, onu sadəcə olaraq yayındırır ki, şikayətlər etməsin, onunla görüşmək istədikdə görüşməkdən yayınmışdır. Beləliklə, 1-ci və 2-ci cavabdehlər, uzun müddət ərzində, evinin lap yaxınlığında, tikdikləri hündürmərtəbəli binanın tikintisi zamanı müxtəlif tikinti, təhlükəsizlik, yanğına qarşı təhlükəsizlik və anti-sanitariya normaların pozaraq, səhlənkarlıq, ehtiyatsızlıq və bəzən qəsdən, qərəzli olaraq, mənə və ailəmə təzyiqlər edərək qanun pozuntuların etmişlər. O və qonşular uzun müddət şikayətlər etsələr də heç bir səmərəli nəticə verməmişdir və nəticədə cavabdehlər tərəfindən, evinin altında yanğına tam şərait yaradılmışdır. 3-cü cavabdehə dair- dəfələrlə tələb etsə də, heç bir nəticə çıxarmadan, tədbir görülmədən səhlənkar və ehtiyatsız yanaşaraq, istifadə etdiyi elektrik enerjisinin həcminə uyğun olmayaraq elektrik kabelinin istifadəsi nəicəsində, birinci və ikinci cavabdehlər tərəfindən yaradılmış tez alışan, yanğına qarşı normalara riayət olunmadan materiallardan inşa etdikləri, yanğın mənbəyində 3-cü cavabdehin kabelinin alovlanması nəticəsində yanğın baş verib, nəticədə evi yanmışdır. 4-cü və 5-ci cavabdehlər isə bilavasitə onun və qonşuların dəfələrlə etdiyləri şikayətlərə məhəl vermədən, digər cavabdehlərin əməllərinə şəxsi maraqlarından göz yumaraq, baş verən yanğına və cinayətə şərait yaratmışlar. Ərazinin, cavabdehlərə aid sahə inspektorları, nəzarətçiləri var, xüsusəndə belə bir tikinti və elektirik istifadəsi cəhətdən belə bir təhlükə mənbəyi olan ərazidə 4-cü və 5-ci cavabdehləri daha ciddi nəzarət və yoxlamalar keçirmək əvəzinə, şikayətlərinə baxmayaraq, 1-ci və 2-ci cavabdehlərin səhlənkarlıqlarına, şəxsi maraqlarına görə göz yümub, cinayətin və yanğının əmələ qəlməsinə şərait yaratmışlar. Cavabdehlərin bir-birinə qarşı maddi maraqları olduğundan yanğına dair şərait yaradılmışdır. 4-cü və 5-ci cavabdehlərin nəzarətçiləri şəxsi maddi maraqlarına görə əraziyə yalnız pul yığmağa görə gəlirdilər, digər cavabdehlərin işini yüngülləşdirərək evinin altında yanğın mənbəyi yaratmışdılar. Yanğın artıq baş verməsinə baxmayaraq heç bir araşdırma aparılmadan, aktlaşdırılmadan, onu və şikayətlərini qəbul etmədən yanğına və nəticələrinə göz yümub, törədikləri cinayətin və vəzifə səhlənkarlığlarının izlərinin silinməsinə dair tədbirlər görmüşlər. Belə ki, dərhal yanğından sonra, bir neçə gün ərzində, üçüncü cavabdehə məxsus, yanğın yaradan elektrik kabeli, digər cavabdehlərin köməkliyi ilə dəyişdirilmişdir. Hadisə yerinə onun iştirakı ilə baxış keçirilib yanğın barədə akt və protokol tərtib edilməmişdir. Məhz bunlara görə hesab edir ki, hər cavabdeh və numayəndələri məsuliyyətə cəlb olunub, araşdırılıb cəzalanmalıdırlar, ona dəymiş zərər tam şəkildə, müştərək qaydada cavabdehlərdən tutulub ona və ailəsinə ödənilmədir. O və ailə üzvləri hər aya görə təqribən min yüz manat kirayə haqqı ödəməli olur və bu günkü günə təqribən 11000 manat ödəmişdir. Daha sonra yanıb məhv olan və ya yararsız vəziyyətə düşən bir çox ev əşyaları, paltarları, ev və mətbəx avadanlıqlardan almalı olmuşlar. Bunlar əsasən kirayə evlərdə qaldıqları, çatışmayan mebel, ev əşyaları, mövsümə uyğun paltarları və mətbəx avadanlığıdır. Bunlar, paltar, geyim əşyaları və ayaqqabılar, cəmi 3000 manat, Mətbəx avdanlığı (soyuducu, sobalar, massa, oturacaq, televizor, yataq və dəsmal dəsti, ət çəkən, paltar yuyan maşın) üç ədəd telefon 6000 manat. Daha sonra, evinin təmir işləri və evinin tam yaşayış vəziyyətinin bərpa edilməsinə görə evinin, texniki pasportuna uyğun olaraq yaşayış sahəsi 77 kv.m təşkil edir. Bundan əlavə, bir eyvanı, aynəbənd, dəhliz və sanitar qovşağına keçid olan ərazilər mövcuddur və bunlar ümumilikdə 36 kv.m təşkil edir. Beləliklə, tam təmir olunmalı ərazi 113 kvm təşkil edir və evinin tavanının hündürlüyü 4,2 metr təşkil edir. Bununla da hesab edir ki, evinin tam təmirinə görə cavabdehlərdən 44000 manat tutulub ona ödənilməlidir. Beləliklə ümumi olaraq evinin yandığına görə ona 163.535 manat maddi zərər vurulmuşdur. Hesab edir ki, maddi zərərdən əlavə o və ailə üzvləri ciddi mənəvi zərər çəkmişlər. Yanğın nəticəsində evini, rahatlığını itirmiş, hərtərəfli həyatı, iş fəaliyyəti pozulmuşdur, uzun müddət yeni həyat tərzinə, kirayədə yaşamağına uyğunlaşmalı olmuş, əsasən belə halda ailənin körpələri, azyaşlıları əziyyət və stress keçirmişlər. Körpələrini bu günə qədər bir təhər aldadaraq sakitləşdirib, qısa müddətə evə qayıtmağa inandırırlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirmişdir. Buna görə də əsəbləri pozulmuş, əsəb sakitləşdirici dərman preparatları qəbul etmişdir. Belə ki, mənzilinin yanıb kül olmasından təkcə o deyil, bütün ailə üzvləri iztirablar keçirmiş, cavabdehlərin kobud, məsuliyyətsiz davranışları nəticəsində dəfələrlə təzyiqi enmiş, mənəvi və fiziki iztirab keçirmişdir. Beləliklə hesab edir ki, ailəsinə bu 15 il ərzində 150.000 manat dəyərində mənəvi zərər yetirilmişdir və həmin zərər mütləq onlara ödənilməlidir. Baş vermiş hadisələrin və onların nəticələrini nəzərə alaraq hesab edir ki, tələbləri məntiqli və ağlabatan həcmdədir, heç bir qiymətlər şişirdilməyib və zamana, bazar qiymətlərinə, reallığa uyğundur. Hazırki iddia ərizəsinə görə 600 manat dəyərində dövlət rüsumu ödəlməli olmuş, həmin məbləğin cavabdehlərdən tutulmasın məqsədə muvafiq və düzgün hesab edir. Onun və ailə üzvlərinin ümumi tələbi 313.535 manat təşkil edir.

12. Cavabdeh3 Firması məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cavabdeh2 firmasının hüquqi ünvanı Nəsimi rayonu, Kərpic küçəsi 14 olmaqla ünvan 10 ünvandadır. Qeyd edilən bina ilə yanğın hadisəsi baş vermiş Nizami küçəsinin ara məsafəsi kilometrlərlə müəyyən edilir. Belə olduğu təqdirdə iddiaçının hansı əsasa və sübuta görə “Uğur- 97” firmasını cavabdeh qoyması qanunazidd hesab edilməlidir. Halbuki, iddiaçı tələbkar tərəf kimi MPM-nin 149-150-vci və 77-ci maddələrinin tələbinə əsasən iddianın əsasını təşkil edən sübutları, cavabdehin ünvanını, hadisə yaxud tələb üzrə cavabdehin bilavasitə məsuliyyət daşıyacağı halları özü müəyyənləşdirməli və məhkəməyə təqdim etməyə borcludur. Hazırki iddia üzrə iddiaçı qəsdən və bilərəkdən qərəzli şəkildə yanğın hadisəsinə heç bir aidiyyatı olmayan Cavabdeh2 firmasını əziyyətə salmaq, vaxtını aparmaq və incitmək və ehtimal ki, qanunsuz maddiyyat əldə etmək niyyəti ilə məhkəmə məsuliyyətinə vermişdir. Ona görə də cəzalandırılmalıdır.

13. Cavabdeh2 Firması (MTK) məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı özü iddia ərizəsində konkret olaraq göstərir ki, “qeyd etməliyəm ki, evimin altında olan dönər evi”, ("xxxx" MMC-nin nəzdində fəaliyyət göstərir kursiv bizimdir), kifayət qədər güclü elektrik gərginliyi işlətdiyinə görə, həyətimizdə yerləşən elektrik şəbəkəsindən əlavə kabel ilə elektrik xətti çəkmişlər və həmin elektrik xətti, qeyd etdiyim evimin böyrü ilə keçən zibilliyin ilə keçirdi. Lakin həmin kabelin qalınlığı istifadə olunan elektrik gərginliyinə cavab vermirdi... Dönər evinin məsuliyyətsiz formada zəif, gərginliyə uyğun olmayan istifadə etdikləri kabelin alışıb yanması nəticəsində baş vermişdir”. Göründüyü kimi iddiaçı yanğının haradan və hansı səbəbdən baş verdiyini biləbilə qəsdən və bilərəkdən qərəzli şəkildə əlavə olaraq cavabdehlər, o cümlədən də yanğın nəticəsində xüsusi mülkiyyətdə olan mənzilinə zərər dəyən Cavabdeh3 firmasını da cavabdeh kimi qoymuşdur. Cavabdeh3 firması ünvan 12 ünvanında yerləşən mənzili alqısatqı müqaviləsi ilə firmanın adına rəsmiləşdirilmişdir. Mənzildə yaşayış olmamış, mənzilin elektrik verilişi yanğın hadisəsindən xeyli əvvəl elektrik açarlarından söndürülərək dayandırılmışdır. Mənzilin yerləşdiyi yaşayış binası iki mərtəbəlidir, birinci mərtəbəsində olan dönər evində yanğın hadisəsi baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamış, yanğın hadisəsi ilkin olaraq dönər evinin mətbəx otağında baş vermiş, nəticədə firmaya da maddi ziyan dəymişdir. Dəymiş ziyan barədə firmanın direktoru kimi xx.xx.2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X18 xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinə rəsmi ərizə ilə müraciət edərək məlumat vermişdir. Qeyd edilən fakt üzrə AR FHN-nin Əməliyyat-istintaq idarəsində aparılan araşdırma zamanı da Cavabdeh3 və Cavabdeh2 firmalarının yanğın hadisəsinə heç bir aidiyyatı olmadığı müəyyənləşdirilmişdir. Belə ki, istinad etdiyləri idarənin 07 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/937 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş “Arayışda əsasən tədqiq olunan tikilidə konstruktiv dəyişikliklər edilərək ölçüsü 6.5 m x 1.50 m olan əlavə tikilinin inşa edildiyi müəyyən olunur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996- cı il tarixdə tərtib edilmiş, "şəxsi mülkiyyətdə olan mənzilin Texniki Pasportu" sənədinə əsasən, tədqiq olunan tikilinin iki yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət mənzil olduğu lakin, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərdiyini nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 34 saylı mənzilin təyinatı üzrə istifadə olunmadığı müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 34 saylı mənzilin istifadəsi zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 34 saylı mənzil faktiki olaraq təyinatı üzrə istifadə edilmir”. Beləliklə yoxlama zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən "Peçat dönər" evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarf’nın 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər” evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən “Peçat dönər” evinin havalandırma sisteminin, elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində yerləşən 91 və 92 saylı mənzillərə yayılmışdır. Qərardan göründüyü kimi baş vermiş yanğın hadisəsində yalnız "xxxx" dönər evinin fəaliyyəti araşdırma obyekti olmuş digər cavabdehlərin və bilavasitə Cavabdeh3 firmasının yanğınla heç bir səbəbli əlaqəsi mövcud olmamışdır.

14. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirdi ki, iddiaçı qonşusudur. Hazırda kirayə qalır, lakin dəqiq ünvan barədə məlumat yoxdur. Axşam vaxtı evində arxa otaqda idi və "xxxx" dönər evindən oğlan gəlib qapını döydü. Onlara yanğın olduğunu bildirdi. Əri bu vaxt çölə çıxdı, lakin o, çölə çıxmadı, çünki həmin məhəllədə tez-tez yanğın hadisəsi baş verir. Lakin qızı bu dəfə yaxınlaşıb ona yanğının ciddi olduğunu və məhəllədə baş vermədiyini bildirdi. O da çıxıb görmüşdür ki, yanğın böyükdür. Polis əməkdaşı onlara sənədləri götürüb evdən çıxmağını bildirdi. Sənədləri götürmək üçün evə qayıdanda işıqların söndüyünü görmüşdür. Cavabdeh6 tanımır və həmin zaman oraya gəldiyini bilmir. Cavabdehin yanında əyləşən oğlanı tanıyır, amma həmin zaman orada olduğunu bilmir. İndiyə kimi iki dəfə böyük yanğın olmuşdur. Onların evi "xxxx" dönər evinin arxa hissəsində yerləşir. Hadisə iki il bundan əvvəl olmuşdur.

15. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirdi ki, iddiaçı əridir. Yanğın hadisəsi 19 avqust 2021-ci il tarixdə baş verdi. Həmin gün axşam anasıgildən evə gəlmişlər. Saat təxminən on birə işləyirdi. Televizora baxan zaman işıqlar söndü. Qaranlıq otaqda mətbəx tərəfdən böyük bir işıq parıltısı görmüşdür. İddiaçı ona FHN-ə zəng etməyini bildirdi. Qaranlıq otaqda telefonu tapa bilməmiş, buna görə də eyvana çıxmış və görmüşdür kı, hamı aşağıda yanğına baxırlar. Orada meyvə satan oğlan ona FHN-ə zəng etdiklərini demişdir. Sənədlər olan çantanı götürüb evdən çıxmış və görmüşdür ki, hər kəs çöldədir. Cavabdeh X11 ilk dəfədir görür, lakin onun yanındakı oğlanı tanıyır. Həmin oğlan orada obyekt işlədir. Yanğın işıqdan baş verdi. Həmin zaman "xxxx" dönər evi açıq idi və işçilər də orada idilər.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-160/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 91 saylı mənzilə vurulan maddi zərərin əvəzində 11832 manat, mənəvi zərərin əvəzində 1000 manat Cavabdeh6 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 55 manat məbləğində ekspertiza xərclərinin 27,5 manat məbləğinin Cavabdeh6, 27,5 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X5, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 88, 103.1, 119.1, 185.5, 217.4, 227, 233, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakından məhrum olması və ya əmlakının zədələnməs i(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. АR Мülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələri Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). O və ailə üzvləri həmin evi alıb və orada yaşadığından mülkiyyət və sahiblik hüququ yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 3-cü hissəsi AR Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi Cavabdehin 6 il ərzində ödəmədiyi kirayə haqqı bu günə qədər 10500 (on min beş yüz) manat təşkil edir. 2017-ci ildən kirayənişin olan cavabdeh və onun ailə üzvlərindən evimizin boşaldıb qaytarılmasını tələb etsə də, nəticəsi olmamış, bu illər ərzində bizim ailə evimizdən istifadə edə bilmir, övladlarımız ailə qurub, evimiz zəbt olunduğundan cavan ailə kirayə yaşayır, özümüz kirayə verib dolanışığımızdan məhrum olunmuşuq və kifayət qədər əlimizdən buraxılmış faydaya görə hamı əziyyət çəkir, Ailəmizə bunlarla bərabər çox ciddi maddi və mənəvi zərər yetirilmişdir və bu hal davam edir.

20. Qətnamədən Cavabdeh6 nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən Cavabdeh1 Əməliyyat İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad edir. Guya həmin qərarla müəyyən olunur ki, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən "Peçat dönər" evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər" evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən “Peçat dönər" evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində yerləşən 91 və 92 saylı mənzillərə yayılmışdır. Qərarla müəyyən edilir ki, "Peçat dönər" evinin sahibi Cavabdeh6 yox, X6r. Beləki yuxarıda qeyd edilən qərarın əsaslandırıcı hissəsində X4 özünün şəxsən verdiyi izahatdan görünür ki, 2017-ci ilin iyul ayından sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri ərazisində “Peçat dönər” evi əmtəə nişanı altında qida məhsulunun satışı işlərini həyata keçirir. xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq Cavabdeh6 məxsus ünvan 13 ünvanında birinci mərtəbədə yerləşən 37 kv.m., ərazini icarəyə götürərək sahiblik və istifadə hüquq əsasında dönər satışını həyata keçirir. Həmçinin Cavabdeh6 hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olması, fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçməsi halı da iş materialları ilə müəyyən edilmir. Birinci instansiya məhkəməsi bunları nəzərdən qaçırmışdır. Cavabdeh6 qərarda qeyd edildiyi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olmasına dair hər hansı bir sənəd (onun tərəfindən imzalanmış təlimat, xəbərdarlıq, yanğından mühafizə qaydalarına dair bildiriş, iltizam və s.) nə iş materiallarında, nə də ki iş materiallarında olan ekspert rəylərində və qərarda mövcud deyil. Göründüyü kimi məhkəmə formal olaraq qərara istinad etmiş, lakin qərarda qeyd edilənlərin həqiqətə uyğun olub-olmamasını dərindən araşdırmamış, zəruri sənədləri tələb etməmişdir. Nəzərə alsaq ki FHN-nin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, adından göründüyü kimi heç bir cinayət məsuliyyətinin olmadığını təsdiq edir. Qərarda istinad edilən ekspertiza rəyi isə məhkəmə üçün əvvəlcədən heç bir əhəmiyyət daşımır, yalnız sübutlardan biri kimi qiymətləndirilə bilər. Həmçinin FHN-nin qərarının əsaslandırıcı hissəsində şahid qismində izahatı alınmış X8 bildirmişdir ki, “Peçat dönər” evində menecer vəzifəsində işləyir, ondan başqada 7 nəfər işləyir. Obyektdə yanğın təhlükəsiszliyi qaydalarına məsul şəxs təyin edilməmişdir. AR MM-nin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya 1). İşə baxan birinci instansiya məhkəməsi Cavabdeh6 baş vermiş hadisədə təqsirinin olması və onun əməllərində hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hər hansı elementin olmasını sübuta yetirə bilməmişdir. 2). Mülki işin hallarından görünür ki, Cavabdeh6 yaranmış hüquq münasibətlərində nə işçi, nə də ki işəgötürən qismində çıxış etmir. 3). Cavabdeh6 X20lə icarəyə, o isə X9 ilə subicarə müqaviləsi bağlamaqla əmlakdan istifadə hüququnu qanuni əsasla onlara ötürmüşdür. 4). İşin hallarında görünür ki, icarə və subicarə müqaviləsi əsasında içarəçilər əmlakdan istifadə etməklə yanaşı, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir də əldə etmişlər. 5). Yanğın təhlükəsizliyinə dair sahəvi qanunun tələbindən də görünür ki, təhlükəsizlik qaydalarına riayət etmək deyəndə təkcə mülkiyyətçi yox, eyni zamanda istifadəsində olan şəxs də nəzərdə tutulur. Mülki işin hallarından göründüyü kimi, qeyd edilən əmlak hadisə baş verən zaman icarə və subicarə müqavilələri əsasında üçüncü şəxslərin istifadəsində olmuşdur. digər şəxslərə qanuni şəkildə icarəyə (sahiblik və istifadəyə) verdiyi obyektdə baş vermiş hadisəyə görə Cavabdeh6 nəyə görə məsuliyyət daşımalıdır!? 3. Məhkəmənin özünün də qeyd etdiyi kimi, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Lakin məhkəmə bu vacib məqama aydınlıq gətirməmişdir, Cavabdeh6 baş vermiş yanğında hər hansı cinayət, inzibati yaxud da mülki qaydada təqsirinin sübuta yetirilməsinə dair mötəbər sübutun olmamasını nəzərə almamışdır. Belə ki, FHN-nin cinayət işinin başlanılmasının rədd edilməsi qərarından görünür ki, cinayət hadisəsi yoxdur və heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Belə olan halda, müvafiq dövlət orqanı müəyyən etməli idi ki, hadisədə inzibati pozuntu, xəta mövcuddurmu və buna görə kimdir məsuliyyət daşıyan şəxs. Lakin iş materiallarından görünür ki, hadisəylə bağlı heçbir izibati araşdırma başlanılmayıb və inzibati məsuliyyətə cəlb etmə haqqında hər hansı bir qərar mövcud deyildir. Halbuki, AR İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarda istinad edilən ekspert rəyindən görünür ki “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, bazar və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələbləri pozulmuş və “Peçat dönər" evində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməmişdir. Əgər baş vermiş hadisə də cinayət tərkibi yox idisə, deməli dövlət orqanı inzibati xətanın olubolmamasını araşdırmalı və təqsirli şəxsi müəyyən edərək İXM-nin yuxarıda qeyd edilən maddəsi ilə məsuliyyətə cəlb etməli idi. İş materiallarından göründüyü kimi inzibatixəta da mövcud deyil. Belə olan halda mülki işə baxan birinci instansiya məhkəməsi mülki mühakimə qaydasında baş vermiş deliktdə təqsirli şəxs müəyyən etməli idi. Lakin məhkəmə kifayət qədər araşdırma aparmadan, zəruri sənədlər tələb etmədən yalnız FHNnin müvafiq qərarında yazılanlaraistinad etməklə baş vermiş hadisədə NərgizSadıxovanın təqsirli olduğu qənaətinə gəlmişdir. 4. Bundan başqa birinci instansiya məhkəməsi mülki işi araşdıran zaman iş üçün vacib əhəmiyyət daşıyan və Cavabdeh6 tərəfindən məhkəməyə təqdim edilən icarə və subicarə müqavilələrinə və bu müqavilələr əsasında yaranmış hüquq münasibətlərinə fikir bildirməmişdir. Beləki FHN-nin qərarında qeyd edilir ki, yanğın “Peçat dönər” evinin sahibi tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində baş vermişdir. Daha sonra qeyd edir ki, guya “Peçat dönər” evinin sahibi NərgizSadıxovadır. Lakin, iş materiallarında olan xx.xx.2013 və xx.xx.2017-ci il tarixli icarə və subicarə müqavilələrindən görünür ki, Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilini X15 icarəyə, o isə X1 vermişdir. Həmin müqavilələrin 7 və 8ci bəndlərində qeyd edilir ki, İcarəçi ona icarəyə verilən əmlakın mühafizəsini öz üzərinə götürməklə gələcəkdə baş verə biləcək hər hansı hadisə, günahı üzündən obyektə ziyan dəyərsə (yanğın, su basma və s.) o bu ziyanı ödəməyə borcludur. Bununlada Cavabdeh6 mülkiyyətində olan əmlaka sərəncam vermək hüququnu özündə saxlamaqla istifadə və sahiblik hüququnu müqavilə əsasında üçüncü şəxslərə ötürmüşdür. İş materiallarında olan sənədlərlə də təsdiq olunur ki, qeyd edilən mənzil Cavabdeh6 adına olsa da, orada fəaliyyət göstərən “Peçat dönər” evi ilə heç bir əlaqəsi olmamış və umumiyyətlə müqavilə bağladığı andan həmin obyektə nə sahiblik etmiş, nədəki oradan şəxsən istifadə etmişdir. Lakin məhkəmə işin bu diqqətəlayiq hallarını dərindən araşdırmamış və delikt üzrə vurulmuş ziyanla hüquqa zid əməl arasında səbəbli əlaqəni düzgün müəyyən edə bilməmişdir. 5. AR Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir. Həmçinin yüksək məhkəmə işəgötürənin öz işçisi tərəfindən vurduğu zərərə görə məsuliyyət daşıması və yüksək təhlükə mənbəyinin sahibin məsuliyyət daşıdığı hallara aydınlıq gətirmişdir. Hazırkı mübahisənin hallarından görünür ki Cavabdeh6 nə işəgötürən qismində, nədə ki, yüksək təhlükə mənbəyinin sahibi qismində çıxış etmir.Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışlazərər arasındasəbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. İşə baxan birinci instansiya məhkəməsi Cavabdeh6 baş vermiş hadisədə təqsirinin olması və onun əməllərində hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hər hansı elementin olmasını sübuta yetirə bilməmişdir. 2). Mülki işin hallarından görünür ki, Cavabdeh6 yaranmış hüquq münasibətlərində nə işçi, nə də ki işəgötürən qismində çıxış etmir. 3). Cavabdeh6 X20lə icarəyə, o isə X9 ilə subicarə müqaviləsi bağlamaqla əmlakdan istifadə hüququnu qanuni əsasla onlara ötürmüşdür. 4). İşin hallarında görünür ki, icarə və subicarə müqaviləsi əsasında içarəçilər əmlakdan istifadə etməklə yanaşı, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir də əldə etmişlər. 5). Yanğın təhlükəsizliyinə dair sahəvi qanunun tələbindən də görünür ki, təhlükəsizlik qaydalarına riayət etmək deyəndə təkcə mülkiyyətçi yox, eyni zamanda istifadəsində olan şəxs də nəzərdə tutulur. Mülki işin hallarından göründüyü kimi, qeyd edilən əmlak hadisə baş verən zaman icarə və subicarə müqavilələri əsasında üçüncü şəxslərin istifadəsində olmuşdur. İşə baxan birinci instansiya məhkəməsinə mötəbər sübüt qismində FHN-nin müvafiq qərarını əsas götürməklə yanlışlığa yol vermişdir. Çünki həmin qərar məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıya bilməzdi. Məhkəmə mülkimühakimə icraatı qaydasında delikti müstəqil surətdə müəyyən edib, sübuta yetirməli idi, yaxud da tərəflərdən (iddiaçıdan) bunu tələb etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında X20 və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə4 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

28. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

32. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

33. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki halda, qətnamədən həm iddiaçı həm də Cavabdeh6 apellyasiya şikayəti verdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(006)-160/2023 saylı qətnaməsi “Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 91 saylı mənzilə vurulan maddi zərərin əvəzində 11832 manat, mənəvi zərərin əvəzində 1000 manat Cavabdeh6 tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv ediməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

43. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, yanğın hadisəsi Cavabdeh6 tərəfindən "Peçat dönər" evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər" evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi nəticəsində baş vermişdir. Göründüyü kimi iddiaçıya, onun mənzilinin yanması nəticəsində dəymiş maddi zərər məhz Cavabdeh6 təqsiri üzündən baş vermişdir ki, bu halda iddiaçıya dəymiş maddi ziyan Cavabdeh6 tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı vurulmuş ziyanın ödənilməsini Cavabdeh6 tələb etməkdə haqlıdır.

44. Məhkəmə həmçinin Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarına istinad edərək qeyd etmişdir ki, mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının Cavabdeh6 təqsiri nəticəsində mənzilinin yanması ilə əlaqədar iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə qeyd etmişdir ki, mənzilinin yanması nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər.

45. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən zərərin iki növü fərqləndirilir:

1. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər);

2. habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

46. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.

47. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər.

50. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir

51. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən “Peçat dönər" evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində verləşən 91 və 92 saylı mənzillərə yayılmışdır.

52. Kollegiya hesab edir ki, məhkəmə iş materiallarına əlavə olunmuş Cavabdeh1 Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etməklə baş vermiş yanğın hadisəsinə Cavabdeh6 olması və iddiaçıya, onun mənzilinin yanması nəticəsində dəymiş maddi zərər məhz sonuncunun təqsiri üzündən baş verməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş 27 dekabr 2013-cü il tarixli “İcarə müqaviləsindən” görünür ki, icarədar Cavabdeh6 ona məxsus ünvan 3 ünvanında yerləşən 37 kv.m-lik yaşayış sahəsini icarəçi X15 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-ci il tarixinə qədər (10 illik) icarəyə vermişdir. Həmin müqavilənin 7 və 8-ci bəndlərindən görünür ki, icarəçi ona icarəyə verilən əmlakın mühafizəsini və icarəyə götürdüyü hissədə gələcəkdə baş verə bilən hər hansı hadisələrə görə cavabdehliyi öz üzərinə götürür.

53. Göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçıya, onun mənzilinin yanması nəticəsində ziyanın dəyməsində Cavabdeh6 təqsiri müəyyən olunmadığından iş üzrə iddiaya cavab verməli şəxs Cavabdeh6 deyildir.

54. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (51.3). Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər (57.1).

55. İşə birinci instansiya məhkəməsində baxılarkən X13 əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.

56. Mülki Prosessual Məcəllə nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1).

57. Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkün olduğundan və hazırkı mülki iş üzrə cavabdehin X20 deyil, başqa şəxs olması birinci instansiya məhkəməsi icraatı zamanı iddiaçıya məlum olduğundan apellyasiya icraatı çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir.

58. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya ziyanın dəyməsində cavabdehlər Cavabdeh2 Firması (MTK), Cavabdeh3 Firması (MTK), "xxxx" ASC, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin təqsiri müəyyən olunmadığından, eyni zamanda iddiaçı həmin cavabdehlərə qarşı iddia ərizəsində və apellyasiya şikayətində göstəridiyi dəlillərə dair hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia yuxarıda göstərilən cavabdehlərə münasibətdə təmin oluna bilməz.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Buna görə də kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid ödənilməli, Cavabdeh6 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 303,00 manat İddiaçı tutularaq Cavabdeh6 ödənilməlidir.

61. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X5, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına, ekspertiza tədqiqatının dəyəri 300 manat İddiaçı tutularaq Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına (VÖEN: **********, hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944 , KOD: 805711, SWİFT: İBAZAZ2X) köçürülməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2(006)- 160/2023 saylı qətnaməsi “Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında yerləşən 91 saylı mənzilə vurulan maddi zərərin əvəzində 11832 manat, mənəvi zərərin əvəzində 1000 manat Cavabdeh6 tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X5, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 300 manat Əmlak Ekspert Mərkəzi MMC-nin hesabına (VÖEN: **********, hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944 , KOD: 805711, SWİFT: İBAZAZ2X) köçürülsün. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş məbləğlər özünə aid edilsin. Cavabdeh6 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 303,00 manat İddiaçı tutularaq Cavabdeh6 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar