Məhkəmə qərarları › İş №2(103)-14/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14/2022

23.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı X2 Cavabdeh1 qarşı “daşınmaz əmlakın dövlət reyestri çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 Cavabdeh1 qarşı “daşınmaz əmlakın dövlət reyestri çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvan üzrə, Cavabdeh1 adına AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX No ******* seriyalı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 1 saylı ünvan üzrə, sahəsi 0,02 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş RX No ******* seriyalı (əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2017-ci il tarixli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, Cavabdeh1 dövlət nəfinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin əvəzi kimi 100 (bir yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olması nəticəsinə gəlsə də, işin mülki yox, inzibati məhkəməyə aid olmasını araşdırmamışdır. Məhkəmə ekspert və mtüəxəssis rəyini əsas götürmüş, lakin ekspert qarşısına qoyulan suallar iddiaçının maraqlarına uyğun tərtib edilmiş suallardır. 24 oktyabr 2018-ci il tarixində, məkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 vəsatət verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi Nümayəndəliyinə və X5) “sərəncamın və yerləşmə cizgisinin ləğv olunması” tələbinə dair inzibati iş həll edilənədək mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(103)-10030/2018 saylı qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi Nümayəndəliyinə və X5) “sərəncamın və yerləşmə cizgisinin ləğv olunması” tələbinə dair inzibati iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(103)-14/2022 saylı qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX №1151652 seriyalı, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən 0,02 ha torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX №1155255 seriyalı, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən, sahəsi 0,02 ha olan 1 saylı sahə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 269 nömrəli arxiv arayışına əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısının 09 mart 1995-ci il tarixli, 755 saylı sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi evin tikintisi üçün X4 ayrılmışdır. Notarial qaydada təsdiq edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının 755 saylı 09 mart 1995-ci il tarixli sərəncamının kserosurətindən görünür ki, X4 fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX №0633752 seriyalı, qeydiyyat tarixi xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən, 1 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən 12 saylı hüquq məsləhətxanasının vəkili İ.Həsənovaya ünvanlanmış xx.xx.2018-ci il tarixli 40 nömrəli məktubuna əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının 755 saylı xx.xx.1995-ci il tarixli sərəncamı ilə vətəndaş X4 Badamdar qəsəbəsində ayrılmış torpaq sahəsinə xx.xx.2002-ci ildə qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib olunmayıb. Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yerləşən 20x10 (200 kv.m) ölçüdə torpaq sahəsi mövcud bağ sahəsi kimi Səbail rayon icra hakimiyyəti başçısının 2478 saylı, 28 iyul 1994-cü il tarixli sərəncamı ilə şəhid ailəsi vətəndaş X1. Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli 2478 saylı sərəncamı ilə Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində yerləşən bağ sahəsi X6 adına sənədləşdirilmişdir və orada fərdi evin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2704 saylı arxiv arayışına əsasən Səbail rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli 2704 saylı sərəncamı ilə Badamdar qəsəbəsində “Köhnə Bağlar” ərazisində yerləşən bağ sahəsi X6 adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. Səbail Rayon icra başçının aparatı tərəfindən birinci instansiya məhkəməsinin sorğusunda verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçəsinin kəsişməsi “Köhnə Bağlar” adlanan sahəyə aid deyil. Birincin instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş 12 iyun 2018-ci il tarixli, 11291 saylı ekspert rəyinə əsasən 1-ci sual üzrə: -rəyin tədiqiqat hissəsində göstərilənləri, o cümlədən "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş 11 iyun 2018-ci il tarixli, 54 saylı mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq Bakı şəhər Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 755 saylı sərəncamı ilə X3 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi yerində müəyyən edilmiş və naturada həmin torpaq sahəsinin 200 kv.metr olduğu məlum olmuşdur. 2-ci sual üzrə: - Bakı şəhər Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 2478 saylı sərəncamı ilə X7 fərdi evin tikintisi üçün ayrılmış Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 200 kv. m torpaq sahəsinin sxemi qeyd edilən əraziyə deyil mübahisələndirilən əraziyə işlənmişdir. Hal-hazırda da həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 plan ölçü sənədinə əsasən yerində müəyyən edilmişdir. 3-cü sual üzrə: - X7 ayrılmış torpaq sahənin sxemi mübahisələndirilən əraziyə (T.Məmmədov küçəsi 1 ünvanına) işləndiyindən Ağasiyev X11 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. 4-cü sual üzrə: - İlkin olaraq xx.xx.2017-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, köhnə bağlar ərazisi, xx.xx.2017-ci il tarixdə Rzayev Yasin Qəzənfər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 1 saylı sahə eyni ünvanlar deyil. İşin halları ilə müəyyən edilir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli 2478 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən və sahə 200 kv.m olan torpaq sahəsi fərdi evin tikintisi üçün X7 ayrılmışdır. Həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Həmin çıxarışda, daşınmaz əmlakın ünvanı Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisi kimi qeyd olunmuşdur. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda daşınmaz əmlakın ünvanı ünvan 5ərilmişdir. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş sənədlər araşdırılarkən torpaq sahəsinin ünvanının 10 gündən sonra dəyişdirilməsi bağlı heç bir hüquqi sənədin mövcud olmadığı müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, X7 ayrılmış torpaq sahənin sxemi mübahisələndirilən əraziyə (T.Məmmədov küçəsi 1 ünvanına) işləndiyindən X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda, ilkin olaraq xx.xx.2017-ci il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar ərazisi, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ünvan kimi qeydiyyata alınmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 1 saylı sahə eyni ünvanlar deyildir. Həmçinin, ekspert rəyi ilə təsdiq edilmişdir ki, iddiaçı X3 Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 755 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin ünvanı ünvan 6ətində olan və RX ******* seriyalı çıxarışda göstərilən ünvan isə Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi Köhnə Bağlar ərazisinə aiddir. Yəni, ilkin torpaq ayırma sənədlərinə əsasən həmin torpaq sahəsinin ünvanları fərqlidir və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar ərazisi ilə ünvan 9 ünvanlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin adına verilmiş xx.xx.2017ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinin ünvanı faktiki olaraq ilkin ayırma sənədləri ilə ayrılmış torpaq sahəsinin ünvanı ilə üst-üstə düşdüyündən iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əlavə və dyişikliklər barədə AR Qanununa əsasən Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Axverdiyev Azərbaycana qarşı işi üzrə Avropa Məhkəməsinin qərarı). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin adına verilmiş çıxarışda göstərilən ünvan üzrə yerləşən torpaq sahəsinin faktiki olaraq cavabdehə aid olmaması müəyyən edildiyindən həmin çıxarış etibarlı hüquqi akt kimi hesab edilə bilməz. Odur ki, cavabdehin adına verilmiş çıxarışda mübahisəli torpaq sahəsinin ünvanı düzgün göstərilmədiyindən və həmin çıxarışda göstərilən ünvan torpaq sahəsinin ilkin olaraq ayrılma sənədlərində göstərilən ünvanla üst-üstə düşdüyündən iddia tələbi əsaslı hesab dilməli və təmin edilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, RX No ******* seriyalı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının xitamına səbəb deyil. Yəni hazırkı qətnamə çıxarışın etibarsız hesab edilməsi ilə yanaşı cavabdehə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, “Köhnə Bağlar” ərazisində yerləşən 0,02 ha torpaq sahəsinə dair yeni çıxarışın verilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh işin apellyasiya baxışı zamanı vəsatət verərək onun hazırkı iş üzrə Səbail Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi Nümayəndəliyinə və X5) qarşı “sərəncamın və yerləşmə cizgisinin ləğv olunması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılmışdır. İşin dayandırılmasına əsas olmuş məhkəmə icraatı nəticəsində Cavabdeh1 iddiası təmin olunmamış, qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2019 saylı, 04 dekabr 2019cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi Nümayəndəliyi və X5) “sərəncamın və yerləşmə cizgisinin ləğv olunması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-606/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 20 oktyabr 2020ci il tarixli, 2(102)-1737/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-606/2020 saylı, 02 iyun 2020-ci il tarixli qərarı ləğv edilərək təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1167/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3534/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)- 174/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1167/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(009)-1192/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar