Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti olmaqla) iş üzrə QƏTNAMƏ İş № 2(103)-14/2024 (Açar sözlər: tikilinin sökülməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti olmaqla) "inşa edilmiş pilləkanın sökülməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-315/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus kafeyə aid sahədə Cavabdeh tərəfindən inşa edilmiş pilləkənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi tikinti alt sahəsi 126,2 kv.m olan qeyri-yaşayış binası Bakı şəhəri 28 saylı dövlət notariat kontorunun 19 avqust 2003-cü il tarixli 4Ə-1/22B nömrə ilə reyestrdə qeyd edilmiş alqısatqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətindədir. Hal-hazırda Cavabdeh iddiaçıya məxsus kafenin ərazisinə düşən sahədə qonşuluqda qeyri-yaşayış sahəsinin qanunsuz olaraq pilləkənini inşa etmişdir. Həmin sahə əvvəllər naves olaraq iddiaçıya məxsus kafenin istifadəsində olmuşdur. Bir müddət əvvəl kafenin ətrafında aparılan abadlıq işləri ilə bağlı iddiaçı tərəfindən sökülərək bir müddət boş ərazi kimi istifadəsində olmuşdur. Lakin hazırda cavabdeh tərəfindən iddiaçının razılığı olmadan zəbt olunmuşdur. Həmin mübahisəli sahənin iddiaçıya məxsusluğunu təsdiqləyən sənəd kafenin Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadrları İdarəsinin verdiyi xx.xx.2003-cü il tarixli texniki pasportu və xx.xx.2003-cü il tarixli 305 saylı qeydiyyat vəsiqəsidir. Bundan başqa obyektin texniki pasportunda qeyd olunmuş cizgidə də həmin mübahisəli sahənin iddiaçıya məxsusluğu təsdiqini tapır. Cavabdeh isə sənədlərlə iddiaçıya məxsus olan sahəni 2017-2018-ci illərdə hansı yollasa sənədləşdirilmişdir. Ona görə də iddiaçı mübahisəli ərazidə inşa edilmiş pilləkənin sökülməsi ilə əlaqədar məsələnin məhkəmə qaydasında həll edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsində inşa etdirdiyi qanunsuz pilləkəni söküb ərazsini təmizləməsini bildirsə də, cavabdeh bunu etməkdən imtina edir.
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-315/2019 saylı 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 3 ünvanda İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazidə Cavabdeh tərəfindən inşa olunmuş pilləkənin Cavabdeh hesabına sökülməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 170.1,170.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətlərinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, 2017-ci il tarixdə qeyri-yaşayış obyektinin tikintisi üçün ərizə ilə müraciət etmiş, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 318 nömrəli sərəncamına əsasən tikintiyə icazə verilmişdir. Bununla əlqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və sonuncu tərəfindən xx.xx.2018ci il tarixində qeyri-yaşayış obyektinin tikintisi üçün eskiz layihə təsdiq edilmişdir, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən xx.xx.2017-ci il tarixdə qeyriyaşayış obyektinin tikintisi üçün şəhərsalma əsaslandırması təsdiq edilmişdir. Qeyriyaşayış obyektinin tikintisi üçün lazım olan bütün hüquqmüəyyənedici sənədlər müvafiq orqanlardab əldə edildikdən sonra tikintiyə başlanılmış, 2018-ci il tarixində tikinti işləri başa çataraq qeyri-yaşayış obyekti fəaliyyətə başlamışdır. Lakin qonşuluqda yerləşın qeyriyaşayış obyektinin sahibi İddiaçı heç bir əsas olmadan xx.xx.2018-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən tikilmiş qeyri-yaşayış obyektinin eskiz layihəsində öz əksini tapmış pilləkənin sökülməsini istəmişdir.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-848/2020 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova - sədrlik edən və məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(006)-315/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aiddir. Lakin cavabdeh həmin ərazinin iddiaçıya aid olmadığını bildirsə də, ekspert rəyləri və yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, cavabdehin inşa etdiyi pilləkənin yerləşdiyi ərazi iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunda nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının qanuni sahibliyində və istifadəsindədir.
e) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh və vəkili Hüseynli Ələsgər Maqbet oğlu kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)- 848/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3963/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-848/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
12. Kassasiya instansiyası məhkəməsi öz qərarını belə əsaslandırmışdır: “Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. talvar sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq, təsnifata daxil edilməmişdir. Faktiki olaraq həmin talvar sahəsi mövcud deyildir. Talvar mövcud olmadığı üçün Cavabdeh müvafiq hüquq müəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir…ünvan 2ndə yerləşən sahəsi 102,4 kv.m olan qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olması mübahisə doğurmadığı halda, sonuncu həmin sahəyə bitişik olmuş, bünövrəsiz və artıq mövcud olmayan 18,9 kv.m.-lik talvarın da ona məxsus olduğunu iddia etmiş, lakin işə mahiyyəti üzrə baxan məhkəmələr həmin talvarın yerləşdiyi ərazinin (torpaq sahəsinin) iddiaçıya məxsusluğunu, talvarın nə vaxt və hansı səbəbdən sökülməsini araşdırmamış və cavabdehin bununla bağlı apelyasiya şikayətinin dəlillərinə və nəticə olaraq iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasına hüquqi qiymət verilməmişdir. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Hüquq müəyyənedici olan həmin sənədlər maraqlı şəxslərlə mübahisələndirilməmiş və qüvvədədir. Belə olan halda, cavabdehin mübahisələndirilən torpaq sahəsində inşa etdiyi tikilinin qanuniliyinə hüquqi qiymət verilməli olduğu halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı hər hansı mövqe irəli sürülməmişdir.
d) Proses iştirakçılarının izahatı
13. Təkrar apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Həmçinin iddiaçı tərəfindən ünvanlanmış iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsini xahiş etdi.
14. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə inzibati qaydada mübahisələndirildiyi başqa bir işə görə hazırki məhkəmə icraatının dayandırılması barədə vəsatət ünvanlamışdır. 15 İş üzrə üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
29. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
30. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 305-a nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3 mkr., M.Hacıyev küçəsində yerləşən ümumi sahəsi 102,4 kv.m. olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
31. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 may 2003-cü il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, M.Hacıyev küçəsində yerləşən qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmişdir.
32. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3342 saylı 28 noyabr 2017-ci il tarixli məktubunun icrası haqqında 01 dekabr 2017-ci il tarixli 318 nömrəli Sərəncamının surətinə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən ərazidə razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir.
33. Sifarişçi Cavabdeh sifarişi əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 15 və 17 saylı yaşayış binasının yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin eskiz layihəsi hazırlanmışdır.
34. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ona məxsus obyektin əvvəllər talvar olan ərazisində cavabdeh tərəfindən pilləkən inşa edilməsinə, həmin ərazinin onun texniki pasportuna daxil edilməsinə, obyektin mövcud qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan obyektindən istifadədə cavabdeh tərəfindən inşa edilmiş pilləkənin maneçilik yaratmasına, həmin pilləkənin inşası ilə bağlı cavabdehin qanunsuz yolla eskiz layihə çəkdirilməsinə nail olmasına istinad edərək sözügedən pilləkənin sökülməsini məhkəmədən tələb etmiş, cavabdeh isə həmin pilləkənin tikilməsinə müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilməsi, həmçinin bu barədə eskiz layihəsinin təsdiq olunduğunu əsas gətirmişdir.
35. Mübahisəyə bundan öncə baxan məhkəmələr iddiaçının dəlilləri ilə razılaşaraq qeyd etmişlər ki, Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının mübahisələndirilən pilləkəni İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aiddir. Lakin cavabdeh həmin ərazinin iddiaçıya aid olmadığını bildirsə də, ekspert rəyləri və yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, cavabdehin inşa etdiyi pilləkənin yerləşdiyi ərazi iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunda nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının qanuni sahibliyində və istifadəsindədir.
36. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qeyd edilən ərazidə iddiaçıya məxsus olan və üzərində mülkiyyət hüquqları rəsmi şəkildə qeydə alınan qeyriyaşayış sahəsinin ölçüsü 102.4 kv.m. olsa da, mübahisəli 18.9 kv.m ölçülü talvar sahəsi sonradan əlavə olaraq texniki pasportda göstərilmişdir.
37. Kollegiya göstərilənlərə münasibətdə qeyd edir ki, texniki pasport adından da göründüyü kimi əmlakın sırf texniki göstəricilərinin – ölçü, sahə və s. əks olunduğu sənəddir və həmin sənəd şəxsin əmlaka mülkiyyət hüquqlarını birbaşa təsbit edən sənəd olmamaqla bərabər bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz bu barədə çıxarışın verilməsi ilə nəticələnir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının ona məxsus olduğunu iddia etdiyi 18,9 kv.m. ölçülü talvar sahəsi sadəcə texniki pasportda şərti olaraq öz əksini tapmış, həmin sahəyə dair sonradan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində yeni bir çıxarışla rəsmiləşdirilməmişdir.
38. Həmçinin qeyd edilməlidir ki, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. bünövrəsiz tikili olan talvar sahəsi şərti və cizgi sxemi olaraq texniki pasporta daxil edilsə də, belə bir talvar sahəsi faktiki olaraq mövcud olmamış, pasportda göstərilən həmin sahə fiziki olaraq boş bir ərazini əhatə etmişdir. Cavabdeh da ona verilmiş müvafiq hüquq müəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir.
39. Bundan əlavə birinci instansiya məhkəməsi mübahisəyə baxarkən nəzərə almamışdır ki, sözügedən hüquqmüəyyənedici sənədlər, yəni Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binaların yaxınlığında yerləşən tikiliyə dair (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 dekabr 2017-ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi maraqlı şəxslərlə mübahisələndirilməmiş və qüvvədə olmuşdur.
40. Hazırki işin gedişatında paralel olaraq iddiaçı X7 cavabdehlər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 318 nömrəli sərəncamının (Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 15 və 17 saylı binalarının yaxınlığında yerləşən tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi hissəsində) etibarsız hesab edilməsi öhdəliyinin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2- 1(112)-3450/2023 saylı qərardadı ilə (hakim N.Abıyev) iddia mümkün sayılmamış həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1430/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, sonuncu qərar Azərbaycan Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
41. İddiaçının iddiasının məhkəmələr tərəfindən mümkün sayılmamasının hüquqi əsası kimi də iddiaçının belə bir iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısı olmaması göstərilmiş, buna əsas kimi iddiaçının mübahisələndirilən ərazi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədin mövcud olmaması qeyd edilmişdir.
42. Göründüyü kimi iddiaçının hazırda sökülməsini tələb etdiyi pilləkənin yerləşdiyi əraziyə dair mülkiyyət hüquqları təsbit olunmamış, cavabdehin isə sözügedən ərazidə yerləşən tikiliyə dair (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi olan mübahisələndirilən pilləkən qəfəsi) hüquqmüəyyən edici sənədləri qüvvədə olmaqla hazırda hansısa qanuni əsasla təkzib olunmamışdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
44. Eyni zamanda, kollegiya hazırki iş üzrə icraatın dayandırılması barədə iddiaçının vəsatətini əsassız hesab edərək ona münasibətdə qeyd edir ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın.
45. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
46. Yuxarıda qeyd olunduğu kimi hazırki mübahisədən öncə də iddiaçı iddianın predmetini təşkil edən sahə ilə bağlı mübahisələr açmış və məhkəmələr tərəfindən yuxarıda qeyd olunan və hazırki işə birbaşa təsir edən hallar artıq müəyyən olunmuşdur.
47. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə və işin yuxarıda qeyd olunan hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli pilləkənin sökülməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Buna görə də cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməli, apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği olan 15 manat məbləğində pul isə İddiaçı alınaraq Cavabdeh ödənilməlidir.
54. O cümlədən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat pulun 100 manatı iddiaçı X5, 150 manat isə İddiaçı tutulmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-315/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği olan 15 (on beş) manat məbləğində pul isə İddiaçı alınaraq Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat isə İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova