Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1400/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “cavabdeh orqanın hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “cavabdeh orqanın hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsini nəzərdə tutmuşdur; iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun ünvanı isə Bakı şəhərinin Səbail rayonundadır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və ərizə üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verildiyi təsbit olunmuşdur; iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun ünvanı isə ünvan 2formasiya sistemində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun ünvanı olaraq ünvan 3lən rəsmi internet səhifəsində, eləcə də “kataloq.gomap.az” axtarış saytında onun ünvanının məhz Nərimanov rayonu ərazisində yerləşdiyi göstərilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı müvafiq iddia ərizəsi ilə əvvəl Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə onun ərizəsini geri qaytararaq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmiş, lakin Nərimanov Rayon Məhkəməsi də iddianı icraata götürməkdən imtina etdiyindən iddiaçı üçün hansı məhkəməyə müraciət etməli olması baxımından anlaşmazlıq yaranmışdır. Bununla belə kollegiya məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının iddia tələbi ibtidai istintaq (prokurorluq) orqanının qanunsuz hərəkətləri nəticəsində vurulduğu irəli sürülən ziyanın ödənilməsi ilə bağlıdır və iddianın ona cavab verməli olan subyektə qarşı qaldırılıb-qaldırılmadığı iddiaçının iştirakı ilə müzakirə olunduqdan sonra, əgər iddiaçı cavabdehin əvəz olunmasına razılıq verərsə, bundan sonra ərazi aidiyyatı məsələsinə yenidən baxıla bilər. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4449/2022 saylı iş üzrə 26 oktyabr 2022-ci tarixli qərardadı ləğv edilsin və iş, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1400/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1400/2023
26.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver