Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1402/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X4 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X6 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər qоhumdurlar, cavabdеh iddiaçının dоğma əmisidir. Оnların birgə fəaliyyətləri оlmuşdur.
2. **-UV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai H1” markalı avtomobil Cavabdeh mülkiyyətində olmuş, sonuncu avtomobil üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri xx.xx.2017-ci il tarixli etibarnamə əsasında İddiaçı etibar etmişdir.
3. **-BO-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı dövlət qeydiyyat nişanlı avtomobil isə İddiaçı mülkiyyətindədir, sonuncu xx.xx.2018-ci il tarixdə avtomobil üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri X5 etibar etmişdir.
4. xx.xx.2018-ci il tarixli Nəqliyyat vasitələrinə istifadə edilməsi haqqında digər etibarnamənin surətindən görünür ki, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai H1” markalı avtomobili idarə etmək səlahiyyəti İddiaçı etibar edilir.
5. 03.07.2020-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai H1” markalı avtomobil üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və digər hərərkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq ərizə vermək səlahiyyətləri X2 etibar edilir.
6. AC 625418 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-UV-*** dövlət qeydiyyat nişanlı, “Hyundai H1” markalı avtomobilinin sahibi Cavabdehdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi etibarnamə əsasında ona satılmış **-UV-*** dövlət nömrə nişanlı, KMHWH81JABU305491 ban nömrəli, “Hyundai H1” avtomobili üzərində mülkiyyət hüququnun tanınması və avtomobilin təhvil verilməsi, yaxud ona məxsus **-BO-*** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı avtomobilin satış dəyəri olan 23000 manatın və məhkəməyə müraciət üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, o, uzun illər əmisi Cavabdeh ilə birlikdə eyni sahədə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Birgə işlədiyi illərdə daim əmisinə etibar etmişdir. Əmisi ona məxsus **-BO-*** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı avtomobilini sataraq ehtiyaclarını qarşılamaq üçün maddi köməklik göstərməyini xahiş etmişdir. Əmisi isə avtomobilin satış məbləğini özününküləşdirərək qarşılığında öz adına olan **-UV-*** dövlət nömrə nişanlı, “Hyundai H1” avtomobilini ümumi etibarnamə əsasında ona satacağını və adına sənədləşdirəcəyini vəd etmişdir. Əmisinin qonşusu X7 adlı avtomobil ticarətçisinə ümumi etibarnamə verərək maşını təhvil vermişdir. Daha sonra X7 tərəfindən avtomobilin 23000 manata satılaraq pulun da tam olaraq əmisinə təqdim edildiyini öyrənmişdir. Bunun müqabilində əmisi “Hyundai H1” markalı avtomobilini ümumi etibarnamə əsasında ona satmış və avtomobilin artıq mülkiyyətinə keçdiyini bildirmişdir. Etibarnamənin müddəti bitdikdən sonra əmisi müddəti uzatmayaraq avtomobili geri tələb etmişdir. O, həmçinin əmisindən “Hyundai H1” markalı avtomobil ilə bağlı baldızı X3 da ümumi etibarnamə alıb vermişdir. Əmisi mənimsədiyi 23000 manatı qaytarmaq əvəzinə satdığı avtomobili geri tələb edir və Polis orqanlarına müraciət edərək, guya onun avtomobili ələ keçirdiyini, qanunsuz olaraq mülkiyyətində saxladığını və geri qaytarmadığını bildirməklə hədələyir. Həmçinin cavabdehin təşəbbüsü ilə maşın xx.xx.2024-cü il tarixdə səhər vaxtı evakuator vasitəsilə yaşadığı məhəllədən gizli yolla oğurlatdırılmış və nömrəsi də çıxarılmışdır. Məsələ ilə əlaqədar olaraq, Xətai rayonu 34cü Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Yəqin ki, qarşı tərəfin təşəbbüsü ilə nömrə maşından çıxarılaraq, Polis orqanlarına da müraciət edilmiş və nömrənin guya gecə oğurlandığı bildirilmişdir. Bununla da əmisi ona böhtan atmaq və yaxud maşına yeni nömrə alaraq onun yenidən satışını təşkil etmək niyyətində olmuşdur.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3675/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin edilmiş, cavabdehdən 21500 manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 100 manatın 93,5 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 157.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında heç bir qanuni və müqavilə öhdəliyi yoxdur.Belə olan halda məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. E-Polis elektron xidmətlər portalından çıxarışdan görünür ki, **-UV-*** dövlət qediyyat nişanlı, “Hyundai H1” markalı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Rəsmi olaraq onun adına olan avtomobilin pulu necə başqa şəxsin ola bilər. Bundan başqa, 6 ildən sonra özgədə olan pul vəsaitini tələb edən zaman mülki qanunvericiliyin tələbləri iddia müddətləri ilə bağlı tələbləri niyə pozulmalıdır. İddia tələbləri tam əsasszdır, eyni zamanda 2018-ci ildən bu günə kimi artıq 6 il keçmişdir.İddia əsaslı olsa idi belə 2020-ci ilə qədər məhkəməyə “pozulmuş” hüquqlar ilə bağlı iddia ərizəsi verilməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını gеri tələb еdə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı iş üzrə qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işə onun iştirakı olmadan baxılması, obyektiv tədqiqat aparılmaması, sübutların düzgün qiymətləndirilməməsi, ekspertiza təyin olunmaması və s. barədədir.
19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyator maddi hüquq normalarının tələblərinin pozulduğunu və düzgün tətbiq olunmadığını göstərsə də, bunu lazımi qaydada əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunan maddi hüquq normaları işin müəyyən edilən həqiqi hallarına uyğundur və birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı hər hansı pozuntuya yol verilməmişdir.
21. İddiaçı iddia edir ki, “Mitsubishi Pajero” markalı avtomobilin satılmasının qarşılığında cavabdеh öz adına olan **-UV-*** dövlət nömrə nişanlı, “Hyundai H1” avtomobilini ümumi etibarnamə əsasında ona satacağını və adına sənədləşdirəcəyini vəd etmişdir. Bunun sübutu kimi cavabdеhin оna sözügеdən avtоmоbilin idarə etmək səlahiyyətini vеrən xx.xx.2018-ci il tarixli Nəqliyyat vasitələrinə istifadə edilməsi haqqında etibarnaməni təqdim еtmişdir. Lakin sоnradan iddiaçının 8000 manat bоrc aldığı qayınatası оna vеrdiyi pulu qaytarmağı tələb еtməyə başladığından, cavabdеh tərəf “Hyundai H1” markalı avtomobilin iddiaçının adına rəsmiləşdirilməsini təmin еtmək üçün avtоmaşına dair sоnuncunun baldızı X1 adına da ümumi etibarnamə vermişdir. Sоnradan tərəflər arasında оlan nоrmal münasibətlər kоrlanmış, еtibarnamənin müddəti bitdikdən sonra cavabdеh yеni еtibarnamə ilə müddəti uzatmayaraq avtomobili geri tələb etməyə, iddiaçı da öz növbəsində cavabdеhdən “Mitsubishi Pajero” markalı avtomobilin satılmasının qarşılığında alınmış 23000 manat pulu və ya **-UV-*** dövlət nömrə nişanlı, “Hyundai H1” avtomobili оnun adına rəsmiləşdirilməsini tələb еtməyə başlamışdır.
22. İddiaçının mülkiyyətində оlmuş **-BO-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı dövlət qeydiyyat nişanlı avtomobili еtibarnamə əsasında satmış X8 şahid qismində ifadə vermiş, ifadəsində kоnkrеt оlaraq satış pulu оlan 21500 manatı məhz cavabdеhə vеrməsini təsdiq еtmişdir. Cavabdeh də həmin pulu qəbul etdiyini etiraf etmişdir. Bu baxımdan iş üzrə qiymətləndirmə ekspertizasının təyin olunmasına ehtiyac qalmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmaması barədəki dəlilini əsassız sayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, satış pulunun cavabdеhdə оlması barədə iddiaçının məlumatı оlmuş və о, buna cavabdеhin öz adına olan avtоmaşının gələcəkdə оnun, yəni iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı vеrdiyi vədə əsasən razılaşmışdır. Məhkəmə cavabdеh tərəfin bеlə bir vəd vеrilməsini inkar еtməsi ilə bağlı qеyd еdir ki, iddiaçıya avtоmaşının idarə еdilməsinə dair еtibarnamə vеrilsə də, sоnradan tərəflər arasında münasibətlərdə və danışıqlarda hеç bir aidiyyəti, rоlu оlmayan оnun baldızı İbrahimоva Safura Rüstəm qızının adına ümumi еtibarnamə vеrməsi iddiaçı tərəfin izahatlarının və bu hissə üzrə adı göstərilən şəхsin şahid kimi ifadəsində vеrdiyi məlumatlarının inandırıcı оlmasını təsdiq еdir.
24. Bundan əlavə “Hyundai H1” markalı avtomobilin cavabdеhin mülkiyyətində оlması aydın оlsa da, “Mitsubishi Pajero” markalı avtоmaşının da оna aid оlması işdə оlan sübutlarla təsdiqini tapmır. Məhkəmə hеsab еdir ki, bu, şahidlərin ifadələrinin məzmununda göstərdikləri avtоmaşınlarla bağlı bütün danışıqların оnlarla məhz cavabdеh tərəfindən aparılmasının nəticəsidir.
25. Apellyasiya şikayətinin başqa bir dəlili birinci instansiya məhkəməsi məhkəməsi tərəfindən işə baxılan zaman ədalət mühakiməsinin Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsində nəzərdə tutulmuş prinsiplərinin pozulması və işə baxılarkən cavabdehin iştirakının təmin olunmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclaslarında şəxsən deyil, etibarnamə üzrə nümayəndəsi (vəkili) vasitəsilə təmsil olunmuşdur ki, bu da onun qanunla qorunan hüququdur. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və cavabdehin prosessual hüquqularının həyata keçirilməsi ilə bağlı mümkün olan bütün vasitələrdən istifadə etmişdir.
26. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
27. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Məhkəmə cavabdehin izahatını dinləmədən, yalnız iddiaçının izahatı əsasında qərar çıxara bilməz. O, cavabdehə məhkəmə iclaslarında iştirak etmək, izahat vermək üçün bütün imkanları yaratmalıdır. Ümumiyyətlə, məhkəmə öz qərarını tərəfləri qanunla müəyyən olunmuş qaydada dəvət etmədən, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə yox, çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
28. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsində işə baxılarkən çəkişmə və tərəflərin prosessual hüquq bərabərliyi prinsipi pozulmamış, prosesin hər bir mərhələsində tərəflərə bərabər prosessual imkanlar yaradılmışdır.
29. Apellyasiya şikayətinin dəlillərindən biri də yuxarıda qeyd olunduğu kimi sübutların düzgün qiymətləndirilməməsi barədə MPM-nin 88-ci maddəsinin və qətnamənin qanuni və əsaslı olması ilə bağlı 217-ci maddəsinin tələblərinin pozulması barədədir. Məhkəmə kollegiyası bu dəlilləri də əsassız sayır və aşağıdakıları qeyd edir.
30. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir.
32. Apellyasiya şikayətində qətnamənin Azərbaycan Respublikası MPM-nin 217ci maddəsində nəzərdə tutulmuş qanunilik və əsaslılıq tələblərinə cavab vermədiyi də qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin mənasına görə qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin MPM-nin 217-ci maddəsinin tələblərinə cavab verdiyini qeyd edir və həmin qətnaməni qanuni və əsaslı sayır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sübutetmə ilə bağlı dəlilllərini də əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdikləri halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir.
35. Apellyasiya şikayəti başqa bir dəlili isə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən pozulmuş hüquqların bərpası üçün 6 ildən sonra iddia qaldırılmasının nəzərə alınmaması və iddia müddətinin tətbiq olunmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayaraq qeyd edir ki, Mülki Məcəllənin 375.1, 375.2-ci maddələrinin tələbinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. Göründüyü kimi, iddia müddəti məhkəmə tərəfindən yalnız mülki-hüquqi mübahisə üzrə müvafiq tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Əgər müvafiq tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməzsə, onda məhkəmə iddia müddətinin keçməsindən asılı olmayaraq işə mahiyyəti üzrə baxır və mülki-hüquqi mübahisə barədə qərar qəbul edir. Bu halda məhkəmənin mübahisəli hüquq münasibətinə öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti yoxdur. İddia müddətinin tətbiqi yalnız mülki-hüquqi mübahisə üzrə tərəflərin öz istək və mülahizələrindən asılıdır. Mülki iş öyrənilərkən mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ərizə verilməsi müəyyən edilmədi.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir.
38. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 29 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.