Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1404/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov X8 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı " Nəsimi 48 " Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Maraqlı şəxs4 İB, "xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikası FHN-nin Sənayedə X3 və Dağ X9 Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdehnə qarşı "qazanxananın qüsurlarının cavabdeh tərəfindən aradan qaldırılaraq təhvil-təslim edilməsi, qazanxanaya qarşı aid sənədlərin iddiaçıya verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2(006)- 3924/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3924/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 98.1, 167.1.9, 255.0.5-ci maddələrinə istinadən) məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi, ekspertizanın aparılması “X2” MMC-nin ekspertlərinə həvalə edilməsi, həll edilməsi üçün ekspert (mütəxəssis) qarşısında aşağıdakı sualların qoyulması: 1. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanında yerləşən yaşayış kompleksindəki qazanxanada hansı qüsurlar yaranmışdır və yaranmışsa qüsurların yaranması hansı tarixləri əhatə edir? 2. Yaranmış qüsurların aradan qaldırılması mümkündürmü, mümkündürsə, həmin qüsurların aradan qaldırılması üçün nə qədər xərc tələb edilir? 3. Qüsurların yaranmasına səbəb nə olmuşdur və yaranmış qüsurlar amortizasiya (köhnəlmə) ilə bağlıdırmı? Rəy verilməsi üçün ekspertlərə mülki işin materiallarının təqdim olunması və qiymətləndirilməsi tələb edilən əmlaka yerində baxış keçirilməsi və həmçinin, baxışda Azərbaycan Respublikası FHN-nin Sənayedə X3 və Dağ X9 Agentliyinin və digər üçüncü şəxlərin mütəxəssislərinin iştirakının (rəy verilməklə) təmin edilməsi, ekspertizanın keçirilməsi üçün 1 ay vaxtın müəyyən edilməsi, ekspertlərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə xəbərdarlıq elan edilməsi, ekspertizanın keçirilməsi ilə əlaqədar zəruri şəraitin yaradılmasının (iddiaçı, cavabdeh tərəfindən) təmin edilməsi,tərəflərə ekspertizanın keçirilməsində iştirak etmək hüququnun izah olunması, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılması, qərardadın icrasının Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi, qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verə biləcəyi qərara alınmışdır. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: Cavabdeh MMC qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2(006)-3924/2024 saylı qərardadının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97, 261-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırda heç bir zərurət olmadığı halda, məhkəmənin öz təşəbbüsü ilə belə “fəallıq” göstərməsi dispozitivlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, Maraqlı şəxs4 tərəfindən 20 oktyabr 2017-ci il tarixdə qazanxananın qaz təchizatına dair 28733 nömrəli Texniki Şərt verilmiş; xx.xx.2017ci il tarixli, İN/L-257/2017 nömrəli Lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə qazanxananın İşçi layihəsi tərtib edilmiş; Qazanxananın layihə sənədlərinin texniki təhlükəsizlik baxımından ekspertizası keçirilmiş və AzDƏMTTETİ tərəfindən xx.xx.2018-ci il tarixdə Qazanxananın layihə sənədlərinin müvafiq normativ sənədlərin tələblərinə uyğun tərtib olunması barədə müsbət Ekspertiza rəyi verilmiş; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X5 Agentliyinin (“Agentlik”) xx.xx.2018-ci il tarixli, “Texniki təhlükəsizliyə dair ekspertiza rəyinin təsdiq edilməsi barədə” Qərar qəbule dilmiş; Qazanxanada quraşdırılmış Vitoplex 200 markalı, Zavod nömrələri 7245081, 1245082, ******* buraxılış ili 2017-cı olan, 3 ədəd su qızdırıcı qazanların, istehsalçı zavodun quraşdırma təlimatlarına, buxar və su qızdırıcı qazanların təhlükəsiz istismarı qaydalarının tələblərinə uyğun olaraq sınağı aparılmış və sınağın nəticələrinin qənaət bəxş olmasına dair xx.xx.2018-ci il tarixli Sınaq Aktı tərtib edilərək, Agentliyə təqdim edilmişdir; sayğacın istismara yararlığı barədə xx.xx.2017-ci il tarixli arayış verilmişdir; “Qaz sayğacının quraşdırılmasına dair” xx.xx.2017-ci il tarixli ******* saylı Akt tərtib edilmişdir; xx.xx.2018-ci il tarixli QTM və QTŞ-nin Texniki Pasportu tərtib edilmişdir; xx.xx.2018-ci il tarixli “Daxili qaz kəmərinin Tikinti pasportu” tərtib edilmişdir; xx.xx.2018-ci il tarixli“ Qaz xəttinin Tikinti pasportu” tərtib edilmişdir; xx.xx.2018ci il tarixli “Evdaxili (sexdaxili) qaz kəmərinin istismara qəbul Aktı ”tərtib edilmişdir; xx.xx.2018-ci il tarixli “Qaz kəmərinin istismara qəbul Aktı” tərtib edilmişdir; xx.xx.2028-ci il tarixdə “İstehlakçıların qaz təsərrüfatının İnventar Aktı” tərtib edilmişdir; xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs4İB ilə Cavabdeh MMC arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKK-2/933 nömrəli müqavilə bağlanmışdır.Azərbaycan Respublikası Fövqəladə hallar Nazirliyinin SİTG və DMN X7, qaldırıcı və energetika qurğularında X3 müfəttişliyinin əməkdaşları, həmçinin Cavabdeh MMC-nin direktoru və "xxxx" MMMC-nin direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Aktla da layihədə göstərilən avadanlıqların qazanxanada istismar olunması, qazanxananın texniki sənədlərinin müvafiq qaydaların tələblərinə uyğunluğu təsdiqlənmişdir. Göründüyü kimi, hər-hansı “qüsur”un mövcud olmasına dair sübut olmadığı halda, məhkəmənin ekspert qarşısında “qüsurların yaranması” ilə bağlı suallar qoyması dispozitivlik prinsipinə uyğun deyil. Digər tərəfdən, məhkəmə ilk növbədə yoxlamalı olduğu məsələni-iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə müvafiq subyektiv hüququnun olmasını aydınlaşdırmadan, ekspertiza təyin etməsi və iş üzrə icraatı dayandırması tamamilə əsassız və qanunsuz olmuşdur. Belə ki, Cavabdeh MMC kommersiya hüquqi şəxsdir, mənzil - tikinti kooperativi deyildir. Cavabdeh MMC sakinlərin deyil, özünün vəsaitləri hesabına inşa etdiyi qazanxana müəyyən ödəniş müqabilində sakinlərə əlavə xidmət göstərilməsini nəzərdə tutan biznes fəaliyyəti olmuşdur. Bu səbəbdən qazanxananın "xxxx" MMMC-yə “təhvil verilməsinə” dair əsassız tələb irəli sürməsi “mübahisə” kimi qiymətləndirilə bilməz. Cavabdeh MMC qazanxananı mövcud vəziyyətdə "xxxx" MMMC-yə verilməsi niyyətini bildirmişdir. Başqa sözlə desək, "xxxx" MMMC qazanxananın ona təhvil verilməsi tələbini irəli sürməyə subyektiv hüququ olmadığı halda, həmin qazanxananın “qüsurlarının”aradan qaldırılaq təhvil verilməsi tələbinə dair irəli sürə bilməz. Qeyd edilən əsaslar Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür və hazırda baxılan işə həmin əsasla xitam verilməli idi. Hətta, fərziyyə olaraq, belə hüququ olsaydı belə, bu halda da Qazanxananın təmirinə gəldikdə qeyd edilməlidir ki, "xxxx" MMMC fəaliyyətə başladığı gündən, yəni, iki il ərzində qazanxanada istehsal olunan istiliyin və isti suyun dəyərini sakinlərdən yığdığı halda, qazanxananın təmirini Cavabdeh MMC-nin hesabına həyata keçirmək niyyətindədir ki, belə tələbin tamamilə əsassız olduğunu sübut etməyə ehtiyac yoxdur. Hazırkı iş üzrə iddia tələbi də daxil olmaqla "xxxx" MMMC tərəfindən MMMC tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini cəlb etməklə Cavabdeh MMC-yə qarşı “təhvil-təslim prosesinin yekunlaşması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki,elektrik, sanitar texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, həmin binaların işçi layihə-smeta sənədlərinin,eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə məcburi qaydada təhvil verilməsi vəzifəsinin ”RTZ” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(006)-276/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3008/2024 nömrəli qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-276/2024 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3552/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2024-cü il tarixli, 2(103)-3008/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsi tətbiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 2(006)-3924/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər; 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər; 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:395.1.1. bu Məcəllədə göstərilən hallarda;395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni müzakirə edərək qeyd edir ki, ekspertizanın keçirilməsi ilə bağlı qərardaddan şikayət verilməsi prosessual qanunvericiliklə nəzərdə tutulmamış, yalnız qərardadın dayandırmaya aid hissəsindən şikayət vermək hüququ müəyyən edilmişdir. Bu hissədə də şikayətin əsasları üzrə işin dayandırılmasını istisna edən hallar müəyyən edilmir. Qeyd edilənlərə görə formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Şikayət verən şəxslərin diqqətinə çatdırılmalıdır ki, şikayət sübutetmə vəzifələri və işin mahiyyəti ilə əlaqəlidir. Sübutlara sonda qiymət verilməli, cavabdehin vəsatətində göstərilənləri (iş üzrə icraata xitam verilməsi və sair ) ekspert rəyi daxil olduqdan sonra da qiymətləndirilə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh "xxxx"MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3924/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-1404/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1404/2025
03.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver