Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1405/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, e-2(006)-6034/2024 nömrəli 13 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 0185/24 nömrəli mütəxəssis rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 2024-cü il tarixli e-2(006)- 6034/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməsi və iddiaçıya qaytarılması qərara alınmış, eyni zamanda, iddiaçıya icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qərardaddan iddiaçı şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-6034/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Nəsimi Rayon Məhkəməsində Cavabdeh MMC-yə və Nəsimi rayon İcra şöbəsinə qarşı iddia qaldıraraq Cavabdeh MMCnin xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi”nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia ərizəsi onunla əsaslandırılır ki, mübahisələndirilən mütəxəssis rəyi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Həmçinin mənzilin satış qiymətinin müəyyən olunması üçün Cavabdeh MMC-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi”nin 12-ci bəndində göstərir ki, qiymətləndirmə prosesində “Birja qəzeti”ndən və “Market qəzeti”ndən informasiya mənbələri kimi istifadə edilmişdir. Lakin cavabdeh təhlil apararkən qeyd edilən mənbələrdə hansı mənzillərin satışı üzrə təqdim edilmiş qiymətlərin təhlil edildiyi göstərilməmiş, sadəcə söz xatirinə cümlədən istifadə olunmuşdur. Bu səbəbdən hesab edirlər ki, Cavabdeh MMC-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli “Mütəxəssis rəyi” ləğv olunmalı, əmlakın dəyərinin müəyyən olunması üçün yenidən qiymətləndirmə aparılmalıdır. Xüsusilə qeyd etməyi zəruri hesab edirlər ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfinfdən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə əmlakın real bazar qiyməti 1.704.000 (bir milyon yeddi yüz dörd min) manat dəyərində qiymətləndirildi. Lakin işə baxan məhkəmə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəyinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisə predmeti olan əmlak ipoteka predmetinə aid edilmədiyindən, həmin əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə əlaqədar Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri tətbiq edilməli, habelə həmin məsələyə icra icraatı çərçivəsində baxılmalıdır. Belə olan halda hesab edir ki, iddiaçının hazırki tələblərinə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edilən qərardadın 22, 23, 28-ci bəndlərinə istinad edərək qeyd edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimisiyahıya alınmışəmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövrərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Lakin məhkəmə qeyd edilən qərardadı səhv təvsir edərək yalnış nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadının 27-ci bəndində qeyd olunur ki, həyata keçirilən məcburi icra tədbirləri borclunun mülkiyyət hüquqlarına ədalətsiz, qeyri-mütənasib müdaxiləyə rəvac verməməli, tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı ədalətli məhkəmə araşdırması hüququ ilə borclunun mülkiyyət hüquqlarının tarazlığı gözlənilməlidir. Qərardadın 32-ci bəndində göstərilir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraat qaydasında mübahisələndirilməlidir. Qeyd etməyi zəruri hesab edirlər ki, mübahisənin hazırki mərhələsində icra məmuru tərəfindən hərracın keçirilməsi üçün sifariş verilməmişdir. İstinad olunan qərardadda isə əmlakın hərracdan satılması üçün satış qiymətinin müəyən olunması məqsədi ilə mütəxəssis rəyinin alınmasını sifariş vermiş icra məmuru həmin qiymətlə əmlakın hərracda satılmasını sifariş verdikdə onun hərəkətlərindən verilmiş şikayət ehtiva olunur. Lakin hazırki işdə iki fərqli mütəxəssis rəyi olduğu üçün icra məmuru tərəfindən hərracın keçirilməsi sifariş verilməmişdir. Bu səbəbdən hesab edirlər ki, hazırki mübahisəyə iddia icraatında ümumi məhkəmədə baxımalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, e-2(006)-6034/2024 nömrəli 07 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, e-2(006)- 6034/2024 nömrəli 13 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Qanunun 29-cu maddəsinə əsasən tərəflər vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin düzgün olaraq qeyd etdiyi kimi, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Beləliklə də, müəyyən edilir ki, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət məhkəmə araşdırmasının tərkib hissəsi sayılır və həmin məsələ ilə bağlı icra sənədinin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə şikayətlə müraciət edilməlidir. Qeyd edilməlidir ki, hazırki halda hərracın keçirilməsi baştutmadığından məhkəmənin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə məhkəməyəmüraciət edilməli olması barədə qənaəti qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı iddiasının yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, e-2(006)-6034/2024 nömrəli 13 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6034/2024 nömrəli 13 dekabr 2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1405/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1405/2025
28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver