Məhkəmə qərarları › İş №2(103)-1412/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1412/2021

29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1412/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Dəmiryol Liseyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - onun adına AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 000920 qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və xx.xx.2008-ci il tarixli, reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511,0 m2 ümumi, 1096 m2 əsas, 414,6 m2 köməkçi sahədən ibarət 1/2 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Çıxarışın dövlət orqanlarının hərəkətləri səbəbi ilə məhkəmə qərarı ilə ləğv edilməsi nəticəsində iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun, - 3.200.000 manat məbləğində əldən çıxmış faydanın, - 50.000 manat məbləğində mənəvi zərərin əvəzinin, - hüquqi yardım müqaviləsinə əsasən vəkilə ödənilən 1000 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi “dövlət orqanlarının hərəkətləri səbəbilə əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməmiş, məhkəmənin eyni saylı, eyni tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində iş üzrə icraata xitam verilmişdir. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Təhsil Nazirliyinin nümayəndəsi R.Hüseynov şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Hazırkı işin mübahisə edilməyən hallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-157/2016 saylı qətnaməsinə əsasən idida təmin edilmiş, İddiaçı adına verilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007ci il tarixli 000920 qeydiyyat nömrəsi olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 2324.1 kv.m olan torpaq sahəsi ilə bağlı şəhadətnamə və xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********96-06301, qeydiyyat nömrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində mülkiyyətində olan 0,23241 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 1511.00 kv.m ümumi, 1096.4 kv.m əsas, 414.6 kv.m köməkçi sahədən ibarət olan ½ mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətə verilməsi barədə Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş AR DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindın çıxarışın etibarsız hesab edilməsi və çıxarışın verilməsinə əsas olmuş reyestrdəki qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2020-ci il tarixdə “ziyanın ödənilməsi” tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2ci maddəsinə əsaslanmaqla iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Halbuki, rayon məhkəməsinin icraata xitam verərəkən istinad etdiyi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-157/2016 saylı qətnaməsindən görünür ki, həmin iş ürə iddiaçı Təhsil Nazirliyi olmaqla, yalnız cavabdehlərdən biri hazırkı iş üzrə İddiaçı olmuş, həmin işdə iddianın predmeti və əsasları tamamilə başqa olmuşdur. Bununla da müəyyən olunur ki, rayon məhkəməsinin hazırkı iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verərəkən istinad etdiyi qətnamə MPM-in 261.0.2ci maddəsində nəzərdə tutulan əsasa uyğun olmamışdır. Beləliklə, kollegiyanın araşdırmaları ilə müəyyən olunur ki, mübahisə üzrə tərəflər, predmet və əsaslar eyni olmadığı halda, rayon məhkəməsi iş üzrə icraata xitam verməklə açıq-aşkar səhvə yol vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1238/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia tələbinin “dövlət orqanlarının hərəkətləri səbəbilə iddiaçıya dəymiş 131.736 manat məbləğində əsas pulun tutulması”na dair hissəsində mahiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar