Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1422/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh2, X6 qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmlakın qanunsuz həbsdən azad edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna, məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğu, Cavabdeh4 MMC, Nəsimi rayon İcra şöbəsi, X13, X1 qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə Cavabdeh3 Zülfiqar oğlunun mülkiyyət aidiyyətinin olmaması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin həbsdən azad olunması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 MMC-nin açıq hərracın keçirilməsinə dair 18 mart 2021-ci il tarixli, 27 nömrəli bildirişində göstərilmişdir ki, Nəsimi Rayon İcra Şöbəsinin 1 mart 2021-ci il tarixli, 3853- 62033/2019-5-1 nömrəli sifariş məktubu üzrə pul tələbinə dair Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/18 saylı icra vərəqəsi üzrə - İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, mətbuat prospekti, 529- cu məhəllə, 11 ünvanında yerləşən 983,8 hektar torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 16 aprel 2021-ci il tarixində keçiriləcək açıq hərracda satılması qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı və '009584 nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529- cu məhəllə, 11 ünvanında yerləşən 983.8 hektar torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Məhkum Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3. 178.3.1 və digər maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin iş № 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündə onun adı qeyd olunmamışdır. Yəni, həmin hökmdən aşkar şəkildə görünür ki, məhkum tərəfindən törədilməsinə istinad olunan əməllər ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda icra vərəqəsində adının qeyd olunmaması və onunla heç bir əlaqəsi olmayan hökmə istinad edərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müsadirə edilməsi yolverilməzdir və tamamilə qanuna ziddir. Belə ki, Cavabdeh2 Zülfıqar oğluna qarşı “əmlak bölgüsü” tələbinə dair iş üzrə cavabdehin qarşılıqlı iddiası və iddianı təmin etmə tədbirinin tətbiqi haqqında ərizəsi əsasında Yasamal Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(004)- 271/2020 nömrəli qərardadı ilə həmin əmlak üzərinə həbs qoyulmuş, əmlakın özgəninkiləşdirilməsi və onunla bağlı digər hərəkətlərin edilməsi ona və başqa şəxslərə qadağan edilmişdir. İş üzrə Yasamal Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(004)- 2171/2020 nömrəli qətnaməsi ilə, Cavabdeh2 Zülfıqar oğlunun qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 hektar torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 Zülfıqar oğlunun 1/2 hissədə payı müəyyən olunmuşdur. Tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7444/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 28 iyul 2020- ci il tarixli, 2(004)-2171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş, qanuni qüvvəyə minmişdir. Belə ki, Cavabdeh3 qarşı pul tələbinə dair icra sənədi üzrə cavabdehin mülkiyyətində olmayan, ona məxsus əmlak üzərinə həbs qoyulub hərrac keçirilə və bununla da pul tələbi ödənilə bilməz.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi qərar qəbul edərkən heç bir əsaslandırma aparmayıb, yalnız iş materiallarının nədən ibarət olması qeyd olunub. İddiaçının əsas dəlili bundan ibarət olmuşdur ki, məhkum X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3. 178.3.1 və digər maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin iş № 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündə iddiaçının adı qeyd olunmamışdır, yəni aşkardır ki, Cavabdeh3 tərəfindən törədilən əməllərlə iddiaçının heç bir əlaqəsi yoxdur. Belə olan halda icra vərəqində adının qeyd olunmaması və onunla heç bir əlaqəsi olmayan hökmə istinad verərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müsadirə edilməsi yolverilməzdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermiş, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini, mhəkəmə tərəfindən onun konstitusion mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnən, onun qanuni mənafeyini heçə sayaraq əsasız sayaraq əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, Cavabdeh3 iddiaçının əri Cavabdeh2 Zülfüqar oğlunun qardaşıdır, yəni hüquqlarını müdafiə etdiyi şəxsin qaynıdır. İddia tələbində göstərilən əmlak hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətindədir. Əmlakın Baş Prokurorluqda aparılan istintaqa, Bakı Hərbi Məhkəməsində məhkəmə istintaqına və onun əsasında çıxarılmış məhkəmə hökmünə heç bir aidiyyəti yoxdur. Lakin qeyri-müəyyən səbəbdən iddiaçının əmlakı müsadirə olunub, açıq hərraca çıxarılıb və X13 tərəfindən alınıb. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin əmlak üzərində ½ hissədə iddiaçının, ½ hissədə Cavabdeh2 payı müəyyən edilmişdir. Burada əsas məsələ Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyidir. Bir çox qərarlarda konkret olaraq göstərilmişdir ki, müsadirə olunan həmin əmlakın cinayət yolu ilə əldə olunması sübuta yetirilməlidir. Hökmdə onun hüquqlarını müdafiə etdiyi şəxsin konkret olaraq adı yoxdur. Eyni zamanda, əmlakın nə zaman, hansı yolla əldə edilməsi də hökmdə qeyd olunmamışdır. İddiaçı tərəf hökmü mübahisələndirmir, lakin nə hökmdə, nə icra vərəqəsində əmlakın hansı yolla əldə edilməsi qeyd olunmamışdır. Ümumiyyətə, heç bir sənəddə əmlakın cinayət yolu ilə əldə olunması sübuta yetirilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında isə qeyd olunur ki, əgər əmlak müsadirə olunursa, onun cinayət yolu ilə əldə olunması sübut olunmalıdır. Cinayət yolu ilə əldə olunmadığına görə hesab edir ki, iddiaları tamamilə əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin qeyd etdi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə əmlak müsadirə olunmuşdur, bu səbəbdən qətnamə ilə həmin əmlaka ½ hissədə payların müəyən olunmasının əhəmiyyəti yoxdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-(102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkumlar X15, X18, X7 və X8 müdafiəçisi-vəkil X3 tərəfidən verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkum Cavabdeh3 və qohumlarının adına olan: Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəkı 131,2 kv.m. torpaq sahəsində yerləşən 111, 3 kv.m faydalı sahəsi olan mağaza); Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak; Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi; Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi; Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri; ünvan 5 ünvanında yerləşən ev; ünvan 6 ünvanında yerləşən ev; ünvan 7 qeyryaşayış sahəsi; ünvan 8ənlər küçəsi 38 ünvanındakı evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməsi, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin ləğv olunması qərara alınmışdır.
12. Bakı Hərbi Məhkəməsi tərəfindən 1(093)-7/2018 saylı, 16 may 2019-cu il tarixli icra sənədinin izah olunmasına dair qərarına əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmünə əsasən tərtib edilmiş icra vərəqələrində adları qeyd olunmuş məhkumların müsadirə edilmiş əmlakdan başqa ziyanın ödənilməsini təmin edəcək digər əmlaklar olmadığı halda zərərçəkmiş şəxslərə (o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinə vurulmuş ziyan) müsadirə edilmiş əmlakların və pul vəsaitlərinin qalan hissəsinin dövlət nəfinə alınması qərara alınmışdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2171/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 154,5 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində ilkin iddia üzrə İddiaçı ½ hissədə payının müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ½ hissədə payının müəyyən olunması qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2643/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlak bölgüsü” barədə ilkin, Cavabdeh2 Zülfüqar oğlunun İddiaçı qarşı “əmlak bölgüsü” barədə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4201/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2643/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır.
16. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təqsirləndirilən şəxslər X9, Cavabdeh3 və X5 qarşı 1000.000 manat məbləğində pulun qaytarılmasına dair mülki iddianın təmin edilməsi, 600000 məbləğində pulun müştərək qaydada, X10, X11 və X2, 400000 manat məbləğində pul, X10 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik xidmətinin hesabına ödənilməli olduğu qeyd olunmuşdur.
17. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan mülklərin xüsusi müsadirə cinayət hüquqi tədbir kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu qeyd olunmuşdur. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi
19. Maddə 183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.
20. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.
3. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun həyata keçirilməlidir Tətbiq edilən prosessual hüquq normaları:
21. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi
22. Maddə 253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir.
23. 254.1. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
24. 254.2. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir.
25. Maddə 449.2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir.
26. Maddə 449.2.3. Bu hüquqa maddədə konkret göstərilmiş şəxslərlə yanaşı həm dəqərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin də malik olduğu təsbit olunmuşdur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avqust 2009-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər» müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli Qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayətprosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
33. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
34. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
35. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
45. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
47. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
48. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hüquqi dəyərləndirmə:
50. Hazırkı mülki iş üzrə iddiaçı “əmlakın qanunsuz həbsdən azad edilməsi” iddia tələbini cavabdehlər: -Azərbaycan Respublikası Maliyyə Nazirliyi, -Cavabdeh3 və -Cavabdeh2 Zülfüqar oğluna qarşı sürmüş- yönəltmişdir. CPM-in 253.0-cı madəsinə görə, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. CPM-in 254.1-ci maddəsinə görə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Həmin normaların məzmunundan da göründüyü kimi, bu cür tələblə şəxs cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etməli, həmin orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Belə olan halda məlum olur ki, hazırkı halda üzrərinə həbs qoyulmuş əmlak müsadirə olunması barədə məhkəmənin hökmü qüvvəyə mindiyindən, cinayət icraatı qaydasında üzərinə həbs qoyulmuş hazırda isə məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edildikdə, həmin tələblər həmin hökmün icrasına qanunla nəzarət tutulmuş qaydada rəhbərliyi həyata keçirən prokurorluğa yönələ bilər. Hazırkı halda isə iddiaçının “qeyri-yaşayış sahəsinə Cavabdeh3 Zülfiqar oğlunun mülkiyyət aidiyyətinin olmaması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin həbsdən azad olunması və ona qaytarılması” barədə iddia tələbi cavabdehlər- Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı irəli sürmüşdür. MPM-in Maddə 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İstinad olunan prosessual normaların müqayisəli təhlilindən məlum olur ki, cavabdeh iddia tələbinin yönəldiyi elə fiziki və hüquqi şəxlərdir ki, onlar iddianı tam və qismən etiraf edə bilərlər, başqa sözlə, onların iddianı etiraf etməsi mübahisənin həllinə səbəb olur. İddiaçının tələbi təmin olunur.
51. Hazırkı halda isə iddiaçının “qeyri-yaşayış sahəsinə Cavabdeh3 Zülfiqar oğlunun mülkiyyət aidiyyətinin olmaması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin həbsdən azad olunması və ona qaytarılması” barədə iddia tələbi üzrə göstərdiyi cavabdehlər - Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və xüsusi ilə Cavabdeh2 Zülfüqar oğlunun iddia tələbini etiraf etməsi belə, heç nəyi dəyişmək iqtidarında deyil, onların iddianı etiraf etməsi mübahisənin həllinə gətirib çıxarmır, bununla da məlum olur ki, həmin cavabdehlər iddia tələbinə cavab verməli olan şəxslər deyil.
52. Beləliklə də müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehlər düzgün müəyyən edilməmiş, hazırkı halda tələb ona cavab verməli olmayan şəxslərə qarşı, başqa sözlə desək, əsl olmayan cavabdehlərə qarşı irəli sürülmüşdür. Rayon məhkəməsi isə işin bu mühüm halına əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən, belə qənat hasil olur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl cavabdeh olan şəxslərə qarşı irəli sürülmədiyindən rədd edilməli, iddiaçıya əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
53. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsl olmayan cavabdehlərə qarşı irəli sürüldüyündən, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündəndən rədd edilməli, iddiaçılara əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
55. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı və Cavabdeh2 Zülfüqar oğlu tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-94/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi (iddiaya cavab verməli olmayan -əsl olmayan cavabdehə qarşı verildiyindən ) təmin edilməsin. İddiaçıya əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov