Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1431/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X4 qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X10 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X8 təklif edir ki, xx.xx.2020-ci il tarixli 3M/148 reyestr ipoteka müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli 3M/148 reyestr ipoteka müqaviləsinə əsasən borc alan ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı "xxxx" BOKT MMC dən illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə götürdüyü 30000 manat məbləğində kreditin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 2020/00748 saylı kredit üzrə ümumi 39190.93 (otuz doqquz min bir yüz doxsan manat, 93 qəpik) məbləğində, 28973.23 ( iyirmi səkkiz min doqquz yüz yetmiş üç mana, iyirmi üç qəpik), əsas borc, 3947.70 ( üç min doqquz yüz qırx yeddi manat, yetmiş qəpik), faiz borcu və 6270 (altı min iki yüz yetmiş manat) borc məbləğində ödəniləcək pul məbləğinə tutma ipoteka saxlayan – AZ1078, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin tələbi ilə ipoteka qoyan ünvan 4 ünvanında qeydiyyatda olan X9 məxsus ipoteka predmeti olan Bakı şəh., Nəsimi ray., Azadlıq pr., ev 14, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m. ümumi, 16.5 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 19 nömrəli mənzilə yönəldilsin, likvid dəyəri 64000 ( altmış dörd min manat) məbləğində olmaqla mənzil hərracda satılsın, qeydiyyat hüquqları ləğv edilsin, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın..
2. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti və İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli Kredit müqaviləsindən görünür ki, borcverən bu müqavilənin 1.4-cü bəndində göstərilən məqsəd üçün borcalana 30.000 manat məbləğində kredit verir (bənd 1.1). Kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 32%-ni təşkil edir. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 42.35% təşkil edir. Faizlər kredit məbləğinin borc alanın hesabına daxil edildiyi tarixdən onun tam ödənildiyi tarixə qədər hesablanır (bənd 1.5). Bu müqavilə üzrə öhdəliklərin icrasına təminat olaraq: mülkiyyət hüququ ilə tam X11 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14 ünvanında yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m ümumi, 16.5 kv.m yaşayış, 18.65 köməkçi sahədən ibarət 1 otaqlı 19 nömrəli mənzil ipotekaya qoyulur. İpoteka predmetləri AR Qanunveiciliyi ilə müəyyən edilmiş qaydada müstəqil qiymətləndirici Heba consulting tərəfindən xx.xx.2020-ci il tarixində likvid dəyəri 64.000 manat məbləğində qiymətləndirilmişdir.
3. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti (ipoteka saxlayan), İddiaçı (borc alan) və X12 (ipoteka qoyan) arasında bağlanan xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekaya qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m ümumi, 16.5 kv.m yaşayış, 18.65 köməkçi sahəsindəin ibarət 1 otaqlı 19 nömrəli mənzili 07 fevral 2020-ci il tarixli, 2020/00748 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayının xeyrinə ipoteka ilə yüklü etmişdir.
4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsi üçün 100 manat həcmində dövlət rüsumu ödənilmişdir.
5. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/3271 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 07 fevral 2020-ci il tarixli, 2020/00748 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, İddiaçı "xxxx" ASC-yə sualda göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə olan borcu 30.618,17 manat məbləğində müəyyən edilmişdir. Əsas borc üzrə 29.130,47 manat; faiz borcu üzrə 1.487,70 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
6. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2/-10/7320-9/7336 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəh., Nəsimi ray., Azalıq prospektində yerləşən, 14 saylı evin, 19 nömrəli mənzilinin hazırki, orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 150000 manat, həmən mənzilin likvid dəyəri isə təqribən 135000 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
7. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli, 9/7336 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 7 fevral 2020-ci il tarixli, 2020/00748 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı xx.xx.2021-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx.xx.2021-ci il tarixə əsas borc üzrə 29130.47 manat, faiz borcu üzrə 1487.70 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
8. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli, 9/2524 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 7 fevral 2020-ci il tarixli, 2020/00748 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə İddiaçı xx.xx.2021-ci il tarixədək (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 30.618,17 manat məbləğində və xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 20.415,29 manat məbləğində müəyyən edilir. O cümlədən, xx.xx.2021-ci il tarixlərə əsas borc üzrə 29.130,47 manat, faiz borcu üzrə 1.487,70 manat, xx.xx.2023-cü il tarixlərə əsas borc üzrə 18.596,93 manat, faiz borcu üzrə 1.818,37 manat. "xxxx" BOKT MMC ilə X13 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00748 saylı kredit müqaviləsi üzrə kredit ödənişlərinin gecikdirilməsinə görə cərimənin hesablanmasına dair cərimə hesabından çıxarış təqdim edilmədiyindən xx.xx.2020-ci il tarixli, 2020/00748 saylı kredit müqaviləsi üzrə cərimə borcu müəyyən etmək mümkün olmur. Bundan başqa kredit müqaviləsinin 1.7-ci bəndində göstərilən ödəniş cədvəli olmadığından kredit ödənişləri üzrə gecikmə müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir.
9. İş materiallarında olan "xxxx" BOKT MMC tərəfindən borcalan İddiaçı və ipoteka qoyan X9 ünvanlanan “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” 06 may 2021-ci il tarixli, 170 nömrəli bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli kredit müqaviləsinə əsasən borcalana BOKT tərəfindən şəxsi məqsədlər üçün illik 32 faiz olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X9 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 2 mətəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m ümumi, 16.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 19 nömrəli mənzil ipoteka predmeti kimi BOKT-a təqdim edilmiş və bu barədə xx.xx.2020ci il tarixli, 2020/00748-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi borcalan tərəfindən pozulmuşdur. xx.xx.2021-ci il tarixinə kredit üzrə ümumi 39.190,93 manat məbləğində əsas borc, 3947,70 manat faiz borc və 6270 manat dəbbə pulu borc yaranmışdır. Kredit məbləği və ona hesablanmış faizlərin bugünə kimi ödənilməməsi borcalanın müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən kredit öhdəliyi qısa zamanda icra edilmədiyi halda bu bildiriş göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanılacaqdır.
10. İş materiallarında olan 16 may 2021-ci il tarixli Aktdan görünür ki, “Azari” Express poçt-daşıma kuryer xidməti, bu aktı tərtib və təsdiq edir ondan ötrü ki, xx.xx.2021ci il "xxxx" BOKT-dan qəbul edilmiş zərf qaimə (299777) X12 ünvan 5 ünvanına göndərilən məktub çatdırılmamışdır. Səbəb: xx.xx.2021 15:45-də ünvana gəldi. Nömrə ilə əlaqə saxlanıldı. Qeyd olunan şəxsi tanımadıqlarını bildirdilər. X22 bu aktın doğruluğunu öz imzası ilə təsdiq edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X4 qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00748 saylı Kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, illik 32% faiz hesablanmaq şərti ilə şəxsi məqsədlər üçün 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli 2020/00748 saylı Kredit müqaviləsinin təminatı kimi X6 mülkiyyətində olan Pandemiya dövründə 64000 (altmış dörd min) manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 14 saylı evin 19 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. xx.xx.2020-ci il tarixli 2020/00748 saylı Kredit müqaviləsinə əsasən tərəfindən ümumilikdə 34000 manat kredit ödənişləri aparılmışdır. Lakin buna baxmayaraq "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti hüququndan sui-istifadə edərək Bakı şəhəri 9 saylı notariat ofisinə icra qeydinin verilməsi barədə ərizə ilə müraciət etmiş, nəticədə Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən o günədək olan ödənişlər nəzərə alınmadan xx.xx.2021-ci il tarixli icra qeydi verilərək 28 973 manat əsas borc 3947 manat faiz borcu, 6270 manat dəbbə pulu olmaqla ümumilikdə 39.190 manat borcumun olması qənaitinə gəlmiş və şişirdilmiş borcu ipoteka predmeti olan qiymətini dəyərindən aşağı yazdıqları Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 14 saylıevin 19 nömrəli mənzilinə yönəldərək ilkin satış qiyməti 64000 manat olmaqla hərraca çıxarlmasını təmin etmiş və onlara məlumat vermədən xx.xx.2022-ci il tarixdə 40.800 manata BOKT-nın mülkiyyətinə götürmüşdür. Göründüyü kimi xx.xx.2020-ci il tarixdə götürdüyü kreditdən 34000 manat vəsait ödəməyinə baxmayaraq əsas borcu 28 973 manat, əlavə faiz və dəbbə pulu hesablanmaqla borc 39190 manata qədər şişirdilmiş və ipoteka predmetidə elə həmin qiymət ətrafında BOKT tərəfindən əldə edilmişdir. Bakı şəhərinin mərkəzində yerləşən Nəsimi Rayonu, Azadlıq prospektində nəinki 40800 manata hec 64000 manata da 2 otaqlı təmirli mənzil əldə etməyin mümkün olmadığı hər kəsə məlumdur. xx.xx.2020-ci il tarixli 2020/00748 saylı Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyinə baxmayaraq cavabdehlər bugünə qədər ödənilmiş pulları nəzərə almadan şişirdilmiş olaraq 28973.23 AZN əsas borc, 3947.70 AZN faiz borcu və 6270 AZN dəbbə pulu yazaraq, ümumilikdə 39190.93 AZN borc tələb edirlər. Bugünə qədər cavabdehlərin ipoteka predmetinin ələ keçirilməsi və ona qarşı yönələn hərəkətlərindən xəbərsiz olmuşdur. Artıq bir neçə gündür ki, qanunvericliklə nəzərdə tutulan çoxsaylı prosessual hüquqlarının cavabdehlər tərəfindən pozulduğunu müşahidə edildiyindən xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə İcra Qeydinin ləğv olunması barədə məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalınışdır. Hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlara görə xx.xx.2021-ci il tarixli icra qeydi Məhkəmə tərəfindən ləğv edilməlidir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən tərtib olunmuş xx.xx.2021ci il tarixli 8İ-5736 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməsi, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli, 8İ-5736 reyestr №-li icra qeydinin ləğv edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 529.8-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.1, 37.1-ci maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli Kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən İddiaçı 36 (otuz altı) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmiş, həmin tarixdə sözügedən kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən isə X11 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14 ünvanında yerləşən, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m ümumi, 16.5 kv.m yaşayış, 18.65 köməkçi sahədən ibarət 1 otaqlı 19 nömrəli mənzil ipotekaya qoyulmuş, həmin ipoteka predmeti qiymətləndirici tərəfindən 64000 (altmış dörd min) manat məbləğində qiymətləndirilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixində Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqındaicra qeydi verilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqındaicra qeydinin çıxarılması üçün notariat ofisinə müraciət edilməmişdən öncə tərəfimizdən borcluya və ipoteka qoyanaİpoteka haqqında Qanunna uyğun olaraq bildiriş göndərilmiş, həmin Qanunda nəzərdə tutulmuş prosessual müddət gözlənilmişdir. Bu müddət ərzində tələb borclu tərəfindən mübahisələndirilmədiyindən icra qeydinin çıxarılması ilə bağlı Notariat Ofisinə müraciət edilmişdir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hesab edirik ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-71/2024 saylı xx.xx.2024-cü tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi nəticəsində "xxxx" MMC-nin hüquqları pozulmuşdur. Bildirir ki, tərəflər arasında 2020/00748 saylı xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən 2020/00748 saylı xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Nəticə olaraq, Bakı şəhəri 9 saylıNotariat Ofisində İcra qeydi xx.xx.2021-ci il tarixində aparılmışdır. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. Bildirmək istəyirik ki, İddiaçıQəhrəman qızı tərəfindən 2020/00748 saylı xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-cü il tarixli 8İ-5736 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 14, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 35.15 kv.m. ümumi, 16.5 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 19 saylı mənzilinə tutma yönəldilmişdir. İcra qeydi xx.xx.2021-ci il tarixində aparılmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2021-ci il tarixli 8İ-5736 reyestr nömrəli İcra qeydinin aparılması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bildiriş göndərilmişdir. Belə ki, həmin bildiriş poçt xidmətinə xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Poçt qəbzində yazılmışdır ki, bildirişi qəbul edən şəxsin soyadı- Əliyeva (iş materiallarına bildirişin çatdırılmasına dair poçt qəbzi əlavə edilmişdir). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-71/2024 saylı xx.xx.2024-cü tarixli qətnaməsində göstərilmişdir: “Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən borcalana, yəni İddiaçıQəhrəman qızına ünvanlanmış “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” 06 may 2021-ci il tarixli, 170 nömrəli bildirişdən görünür ki, iddiaçının ünvanı ünvan 6ildiriş xx.xx.2021- ci il tarixdə “Əliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Halbuki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ünvanı bildirişdə qeyd edilən ünvan yox, əslində ünvan 7 buradan bu qənaətə gəlinir ki, bildiriş cavabdeh tərəfindən səhv ünvana göndərilmiş, nəticədə də iddiaçının sözügedən bildirişdən, eləcə də sonradan icra qeydinin verilməsindən də məlumatı olmamışdır. Beləliklə də, mübahisələndirilən icra qeydinin verilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf qəbzdə qeyd edilən imzanın iddiaçıya məxsus olmasını, “Əliyeva” soyadlı kimsənin almasını qeyd etsə də, bu, məhkəmə üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyin əsas tələbi və məqsədi borclunun ünvanı üzrə borc barəsində məlumatlandırmaq və könüllü icrasını tələb etməkdir. Bu halda isə ünvanın fərqli olması onun məlumatlandırılmaması hesab edilməli və qəbzdə “Əliyeva” soyadının olması isə adının, ata adının olmaması səbəbindən başqa şəxs olması mənasına gəlməlidir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə hazırki iddiaçıya həmin bildirişin çatmaması səbəbindən telefon rabitəsi ilə əlaqə saxlanılması barədə də məlumat aşkar edilməmişdir (Məmmədzadə Nicata eyni qaydada telefon rabitəsi ilə əlaqə saxlanıldığından).” “Notariat orqanı tərəfindən qəbul edilən icra qeydinin borcluya təqdim edilməsi və Borclunun icra qeydinə münasibəti öyrənilməsi” hallarının qanunvericilikdə olması ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən normativ hüquqi akt göstərilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunvericiliyə əsasən iddiaçı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumatın əks olunduğu bildirişi ipoteka saxlayan cavabdeh "xxxx" MMCdən aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi, lakin bunu etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin İddiaçı qeydiyyatda olduğu ünvanın ünvan 8öndərilməsini icra qeydinin ləğvinin əsası kimi göstərmişdir. İddiaçının qeydiyyatda olduğu ünvanın texniki səhv üzündən 19 yazılması, yəni mənzil 113 əvəzinə 19 yazılması bildirişin iddiaçının ünvanına göndərilmədiyinə dəlalət etmir. Belə ki, İddiaçıQəhrəman qızına bildiriş göndərilən zaman onun adına qeydiyyatda olan və istifadəsində olan mobil nömrə (kredit müqaviləsi imzalanan vaxt təqdim edilmişdir) ünvançı ünvanda olmadığı halda mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq zərfin ünvançıya çatdırılmasıməqsədilə zərfin üzərinə qeyd edilmiş, xx.xx.2024-cü il tarixdə “Əliyeva” qeydi ilə təhvil almış və imza ilə təsdiq etmişdir. , İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qeyd etmək istəyirik ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bildiriş göndərilmişdir. Belə ki, həmin bildiriş poçt xidmətinə xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Poçt qəbzində yazılmışdır ki, bildirişi qəbul edən şəxsin soyadı- Əliyeva (iş materiallarına bildirişin çatdırılmasına dair poçt qəbzi əlavə edilmişdir). Qanunvericiliyə əsasən, ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Lakin İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən məhkəməyə şikayət verilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bakı şəhəri 9 saylıNotariat Ofisinin notariusu tərəfindən İddiaçıQəhrəman qızı barəsində aparılmış 8İ-5736 nömrə ilə qeyd edilmiş xx.xx.2021-cü il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, icra qeydinin ləğvi üçün hər hansı əsas yoxdur. Hesab edir ki, iş üzrə təqdim edilmiş sübutlarıməcmu halında qiymətləndirərək, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 9 saylı Notariat Ofisinə və Bakı şəhəri Xəzər rayon icra şöbəsinə qarşı 8İ-5736 reyestr nömrəli xx.xx.2021-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydadaalınmasınaəsas olan sənədlərin Siyahısı”nda göstərilən sənədləri – ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən çıxarışı, ipoteka müqaviləsini və ipotekasaxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi və onun ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədini elektron qaydadaiş üzrə digər cavabdeh olan notariat ofisinə təqdim etmişdir. Qeyd etmək istəyirik ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qeyd etmək istəyirik ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bildiriş göndərilmişdir. Belə ki, həmin bildiriş poçt xidmətinə xx.xx.2021-cü il tarixində təqdim edilmişdir. Poçt qəbzində yazılmışdır ki, bildirişi qəbul edən şəxsin soyadı- Əliyeva (iş materiallarına bildirişin çatdırılmasına dair poçt qəbzi əlavə edilmişdir). Qanunvericiliyə əsasən iddiaçı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumatın əks olunduğu bildirişi ipoteka saxlayan cavabdeh "xxxx" MMC-dən aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi, lakin bunu etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə digər cavabdeh 9 saylı Notariat Ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli kredit müqaviləsi üzrə ödəniş edilməməsi nəzərə alınmamışdır. Bununla əlaqədar məhkəmə tərəfindən ödənişlərin aparılması ilə bağlı hesabdan çıxarış tələb olunmalı idi. Belə ki, hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən ödənişlər xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli kredit müqaviləsində göstərilən qaydada aparılmamışdır. xx.xx.2020-ci il tarixli, 2020/00748 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, İddiaçı tərəfindən hər ay 1306.63 (bir min üç yüzaltı manat altmış üç qəpik) manat məbləğində vəsait ödənilməli idi. Həmin vəsait İddiaçı tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən ödəniş cədvəli məhkəməyə təqdim edilməmişdir. Hesabdan çıxarışdan görünür ki, notarius tərəfindən icra qeydi aparılan tarixədək İddiaçı sonuncu ödənişi xx.xx.2022-ci il tarixində etmişdir..
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etməklə yanaşı qeyd etmişdir ki, bildirişin iddiaçı tərəfindən alınmamasını və həmin bildirişin səhvən başqa ünvana göndərilməsini qəbul edir.
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun
20. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
21. Maddə 37.1. İpotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
26. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir”.
33. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkməsi tərəfindən iddia tələbi üzrə sübutların lüzumsuz toplanmasına yol verilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, lüzumsuz olaraq toplanılmış sübutlar gələcəkdə tərəflər arasında yaranacaq mümkün məhkəmə mübahisəsində istifadə olunma ehtimalı var, bu isə yol verilən deyil. Nəzərə alınmalıdır ki, hazırkı tələb “icra qeydinin ləğv edilməsi” ilə bağlıdır və məhkəmə tərəfindən icra qeydinin verilməsi ilə bağlı qanunvericiliyin tələbləri cavabdeh tərəfindən pozulması halı aşkar edildikdən sonra məhkəmə araşdırması yekunlaşmalı idi. Lakin birinci instansiya məhkəməsi iddia tələbi üzrə hər hansı zərurət olmadan iş üzrə əlavə araşdırma (borc məbləğinin müəyyən edilməsi, əmlakın qiymətələndirməsi üçün ekspertizalar təyin etmiş və.s) aparmışdır ki, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
34. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habel “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
35. Həmin Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
36. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.
38. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasını xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması və doldurulması qaydası:
39. “3. __________________ tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi / lazımınca icra edilməməsi / icranın gecikdirilməsi (lazım olanın altından xətt çəkilməlidir) nəticəsində ______________ 20____-c___ il tarixinə _____________20____-c___ il tarixli, No_________ saylı sənəddən irəli gələrək____________ məbləğində* (valyuta* göstərilməklə) əsas borc ödənilməli və ya tələb edilən ___________________əmlak alınıb verilməli / sənəddə nəzərdə tutulduğu halda____________ məbləğində* (valyuta* göstərilməklə) çatası faiz və ya dəbbə pulu və ya öhdəliyin icrası əvəzinə razılaşdırılmış əmlak (peşman haqqı*) tərəfinizdən verilməlidir”.
40. 3-cü bənd. Öhdəliyin məzmunu, həcmi, icra üsulu və icra müddətləri* dedikdə borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də nəzərdə tutulmuş öhdəliyin məzmunu (predmeti), həcmi (məbləği), hansı qaydada və hansı müddətlərdə icrası nəzərdə tutulur. Bildirişdə öhdəliyin həcmi (məbləği*) göstərilərkən məbləğ rəqəm və sözlə yazılmalıdır. Bildirişdə valyuta* işarə ilə deyil, sözlə yazılmalıdır.
41. X3
42. 1. Fiziki şəxsin olduğu yer* “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən olduğu yer üzrə qeydiyyata alınmış müvafiq olaraq vətəndaş, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs başa düşülür. Olduğu yer qeyd olunan qaydada müəyyən edilməyən şəxslər barəsində borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də* qeyd olunmuş ünvan və ya şəxsiyyəti təsdiq edən sənəd üzrə yaşayış yeri ünvanı göstərilir;
43. 2. Borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)* dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” nəzərdə tutulur;
44. 3. Öhdəliyin məzmunu, həcmi, icra üsulu və icra müddətləri* dedikdə borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də nəzərdə tutulmuş öhdəliyin məzmunu (predmeti), həcmi (məbləği), hansı qaydada və hansı müddətlərdə icrası nəzərdə tutulur. Bildirişdə öhdəliyin həcmi (məbləği*) göstərilərkən məbləğ rəqəm və sözlə yazılmalıdır. Bildirişdə valyuta* işarə ilə deyil, sözlə yazılmalıdır;
45. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən əgər borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər)də nəzərdə tutulubsa o zaman öhdəliyin icrası əvəzinə peşman haqqı* verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən borcalana, yəni İddiaçı ünvanlanmış “ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönləndirilməsinə dair” 06 may 2021-ci il tarixli, 170 nömrəli bildirişdən görünür ki, iddiaçının ünvanı ünvan 6ildiriş xx.xx.2021-ci il tarixdə “Əliyeva” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Halbuki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ünvanı bildirişdə qeyd edilən ünvan yox, əslində ünvan 7 buradan bu qənaətə gəlinir ki, bildiriş cavabdeh tərəfindən səhv ünvana göndərilmiş, nəticədə də iddiaçının sözügedən bildirişdən, eləcə də sonradan icra qeydinin verilməsindən də məlumatı olmamışdır.
47. Bundan əlavə isə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəf qəbzdə qeyd edilən imzanın iddiaçıya məxsus olmasını, “Əliyeva” soyadlı kimsənin almasını qeyd etsə də, bu, məhkəmə üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyin əsas tələbi və məqsədi borclunun ünvanı üzrə borc barəsində məlumatlandırmaq və könüllü icrasını tələb etməkdir. Bu halda isə ünvanın fərqli olması onun məlumatlandırılmaması hesab edilməli və qəbzdə “Əliyeva” soyadının olması isə adının, ata adının olmaması səbəbindən başqa şəxs olması mənasına gəlməlidir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə hazırki iddiaçıya həmin bildirişin çatmaması səbəbindən telefon rabitəsi ilə əlaqə saxlanılması barədə də məlumat aşkar edilməmişdir (Məmmədzadə Nicata eyni qaydada telefon rabitəsi ilə əlaqə saxlanıldığından).
48. Göründüyü kimi, icra qeydinin verilməsi ilə bağlı qanunvericiliyin tələbləri cavabdeh tərəfindən pozulmuş, bu isə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də, iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli 8İ-5736 reyestr No-li icra qeydi ləğv edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli, 8İ-5736 reyestr №-li icra qeydi ləğv edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
"xxxx" BOKT MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/2024 saylı 07 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli, 8İ-5736 reyestr №-li icra qeydi ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinin xüsusi notariusu X2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.