Məhkəmə qərarları › İş №2(103)-1436/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1436/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1436/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "X28 Azərbaycan" QSC-yə; iddiaçı "X28 Azərbaycan" QSC-nin cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliklərin qarşılıqlı icrası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X20 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının, ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X28 Azərbaycan" QSC-nin Səməd-zadə Fariz Mübariz oğlunun iştirakları ilə, ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X28 Azərbaycan" QSC-yə qarşı "qalıq borcun ödənilməsi ilə mənzilin qaytarılması" tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X28 Azərbaycan" QSC-nin ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4300/2024 saylı, 7 noyabr 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X28 Azərbaycan" QSC tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)- 225/2017 saylı qətnaməsi ilə "xxxx" MMC və İddiaçı2 "xxxx" QSC-nin xeyrinə 21 may 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz və 2.000 manat cərimə borcu olmaqla, cəmi 213.247,88 manat məbləğində borc, 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat əsas, 29.752,92 manat faiz və 2.000 manat cərimə borcu olmaqla, cəmi 201.554,59 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu və 19 manat poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobi qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin hesabına “X28 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərinin ödənilməsi, qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X12 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evindən, İddiaçı1, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, saylı evin 117 saylı mənzilindən, İddiaçı3 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və X15 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması, “X28 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissədə müvafiq olaraq X6, İddiaçı1, X16 və İddiaçı2 qaytarılması qət edilmişdir.

2. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” hərracın nəticələri haqqında Y-233/1 saylı, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-225/2017 saylı icra vərəqəsinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 “X28 Azərbaycan" QSC tərəfindən 81.600 manat məbləğində əldə olunmuşdur.

3. “X3 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli, YP seriyalı, 010 nömrəli satış protokolundan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 225/2017 saylı icra vərəqəsinə əsasən İddiaçı1 məxsus Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117 “X28 Azərbaycan" QSC tərəfindən 60.563 manat məbləğində əldə olunmuşdur.

4. “X3 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli, YP seriyalı, 009 nömrəli satış protokolundan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 225/2017 saylı icra vərəqəsinə əsasən İddiaçı3 Xəlil qızına məxsus Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116 “X28 Azərbaycan" QSC tərəfindən 70.125 manat məbləğində əldə olunmuşdur.

5. X14 saxlayana X18 Edilməsi üçün Hərracın Yekunları barədə xx.xx.2020-ci il tarixli, 48/09 nömrəli protokolundan görünür ki, X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., ev 131 saylı fərdi yaşayış evi “X28 Azərbaycan" QSC tərəfindən 57.375 manat məbləğində əldə olunmuşdur.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 334.3 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "X28 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, mənzil 116 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m. olan mənzilin tam mülkiyyət hüququ üzrə "X28 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 152 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "X28 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır.

9. "xxxx" QSC ilə cavabdehlər arasında 15 dekabr 2021-ci il tarixli Razılaşmanın 1-ci bəndinə əsasən, cavabdehlər bu razılaşma üzrə “X28 Azərbaycan” QSC-yə xx.xx.2022-ci il tarixinədək 31 iyul 2013-cü il tarixli 072013 N-li Kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 205.702.47 manat məbləğində borc vəsaitinin ödənilməsini öhdəsinə götürürlər. Ödənişlər aşağıdakı qaydada icra ediləcəkdir:

10. xx.xx.2021-ci il tarixədək 145.052,47 manat ödəniş ediləcək. xx.xx.2022-ci il tarixədək isə 60.650,00 manat ödəniş ediləcək. 2-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1-ci bəndinin a) hissəsində göstərilən ödəniş vaxtında və lazımınca ödənildiyi təqdirdə “X28 Azərbaycan” QSC-yə məxsus Baki şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki sahibinin həyat yoldaşı X9, Bank tərəfindən həmin əmlak üzrə 5% hərrac, vergi, məcburi icra işləri/təbirləri və s. üzrə çəkilmiş/çəkiləcək xərclər də daxil olmaqla, 100.000 manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqısı həyata keçiriləcəkdir.

11. 3-cü bəndinə əsasən tərəflər razılaşır ki, bu razılaşmanın 1-ci bəndinin b) hissəsində göstərilən və həmin əmlak üzrə Bank tərəfindən 5% hərrac, məcburi icra işləri/tədbirləri və s. üzrə çəkilmiş/cəkiləcək xərclər də daxil olmaqla ödənişlər Banka vaxtında və lazımınca ödənildiyi təqdirdə 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən “X28 Azərbaycan” QSC-də ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklülüyü Bank tərəfindən ləğv ediləcəkdir.

12. 4-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1-ci bəndinin b) hissəsində göstərilən ödəniş Banka vaxtında və lazımı qaydada ödənildiyi təqdirdə “X28 Azərbaycan” QSC-yə məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki sahibi X5 vərəsəsi və həyat yoldaşı olan X4, Bank tərəfindən həmin əmlak üzrə 5% hərrac, vergi, məcburi icra işləri tədbirləri və s. üzrə çəkilmiş/çəkiləcək xərclər də daxil olmaqla, 83.000 manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqısı həyata keçiriləcəkdir.

13. 5-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu razılaşmanın 1-ci bəndinin b) hissəsində göstərilən ödəniş Banka vaxtında və lazımınca ödənildiyi təqdirdə “X28 Azərbaycan” QSC-yə məxsus olan ünvan 6 ünvanında yerləşən mənzil əvvəlki sahibi İddiaçı3 Bank tərəfindən çəkilmiş və/və ya çəkiləcək 5% hərrac, vergi, icra işləri/tədbirləri və s. üzrə xərclər də daxil olmaqla, 100.000 manat məbləğində qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqısı həyata keçirəcəkdir.

14. 6-cı bəndinə əsasən bu Razılaşmada müəyyən edilən həmin 205.702,47 manat məbləğində borc Banka qeyd edilən şərtlərə uyğun ödənildiyi təqdirdə (qeyd edilən şərtlərə uyğun ödənildikdən sohra) "xxxx" MMC-nin “X28 Azərbaycan” QSC qarşısında kredit müqaviləsi üzrə kredit öhdəliklərinə də xitam veriləcəkdir.

15. 7-ci bəndinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-225/2017 saylı qətnaməsinin qanuni qüvvəyə minməsini nəzərə alaraq Tərəflər təsdiq edirlər ki, qanunvericliyin tələblərinə əsasən həmin Qətnamə əsasında müvafiq icra vərəqəsidə verilmişdir və icra vərəqəsi əsasında mülki iş icraya yönəlmişdir. Bununla belə bu razılaşmanın yuxarıdakı şərtləri cavabdehlər tərəfindən pozulmadığı təqdirdə, iddiaçı “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə müvafıq olaraq icra qurumuna ərizə ilə müraciət edəcək. Cavabdehlər tərəfindən bu razılaşmanın yuxarıdakı şərtləri pozulduğu təqdirdə isə, müvafiq icra sənədi əsasında borcun cavabdehlərdən məcburi qaydada alınıb “İddiaçı”ya ödənilməsi üzrə qanunvericliklə və məhkəmə qərarı (icra vərəqəsi) üzrə nəzərdə tutulmuş müvafiq işlər həyata keçiriləcəkdir.

16. Bakı şəhəri 5 saylı notariat kontorunda xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv.m olan mənzil satıcı "X28 Azərbaycan" QSC tərəfindən alıcı X9 100.000 manat məbləğinə satılmışdır.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, mənzil 117 ünvanında yerləşən ümumi sahəsi 62.30 kv.m. sahə olan mənzilin tam mülkiyyət hüququ üzrə "X28 Azərbaycan" QSC-nin adına qeydiyyata alınmışdır.

18. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116, ilkin satış qiyməti 110.000 manat, 15% 93.500 manat, 25% 70.125 manat məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117, ilkin satış qiyməti 95.000 manat, 15% 80.750 manat, 25% 60.562,50 manat məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., ev 131 nömrəli fərdi yaşayış evi, ilkin satış qiyməti 90.000 manat, 15% 76.500 manat, 25% 57.375 manat məbləğində bank tərəfindən əldə olunmuşdur. Cəmi borcdan (414.802,47) 81.600 manat satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 333.202,47 manat qalmışdır. Cəmi borcdan (333.202,47) 70.125 manat satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 263.077,47 manat qalmışdır. Cəmi borcdan (263.077.47) 60.562,50 manat satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 202.514,97 manat qalmışdır. Cəmi borcdan (202.514,97) 57.375 manat satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 145.139,97 manat qalmışdır. Cəmi borcdan (145.139,97) 145.053 manat satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 86,97 manat işdir.

19. İddiaçı2 xx.xx.2021-ci il tarixdə 205.000 manat məbləğində hesaba mədaxil olunmuş ödənişdən xx.xx.2022-ci il tarixdə 59.947 manat hesabından məxaric etmişdir. "xxxx" QSC (nümayəndə vasitəsi ilə) ilə X17 arasında (15 dekabr 2021-ci tarixli Razılaşmanın 2-ci bəndi) arasında imzalanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olan əmlak 100.000 manat məbləğində alıcı X2. Hesabda qalan 145.053 manat kredit borcundan xx.xx.2022-ci il tarixdə silinmişdir. Məhkəmə qərarı üzrə kredit borcundan cəmi 87,97 manat məbləğində ödənilməmiş borc qalmışdır.

20. “X28 Azərbaycan" QSC-nin çıxarışından görünür ki, İddiaçı2 tərəfindən xx.xx.2021ci il tarixdə 205.000 manat məbləğində hesaba mədaxil olunmuş, xx.xx.2022-ci il tarixdə 59.947 manat hesabdan məxaric edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

21. İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı3 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X28 Azərbaycan" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borclulardan kredit borcuna görə tutulması qət edilmiş cəmi 414.802 manat 47 qəpik məbləğindən, ödənilməmiş yerdə qalan məbləğin qəbul edilməklə, balansına götürdüyü Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin X10, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzilin İddiaçı3, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzilin İddiaçı1 qaytarılmasının “X28 Azərbaycan” QSC-dən tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

22. İlkin iddia onunla əsaslandırılmışdır ki, “X28 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 072013 saylı kredit xətti açılması müqaviləsinə uyğun, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4 saylı kredit sazişi əsasənda 180.000 manat, xx.xx.2014-cü il tarixli kredit sazişinə əsasən 170.000 manat cəmi 350.000 manat kredit götürülmüşdür. Kreditin təminatı olaraq tərəflər arasında ilkin satış dəyəri müəyyən edilmiş 128.000 manata Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evi (mülkiyyət hüququ ilə İddiaçı2 məxsus), 90.000 manata Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evi (mülkiyyət hüququ ilə X10 məxsus), 95.000 manata Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzil (mülkiyyət hüququ ilə İddiaçı3 məxsus) və 110.000 manata 117 saylı mənzil (mülkiyyət hüququ ilə İddiaçı1 məxsus) ipoteka edilmişdir. Kredit üzrə borcun qaytarılmasına razılaşdırılmış ödəniş cədvəlinə borclu "xxxx" MMC tərəfindən vaxtında riayət edə bilməməsi, tərəflər arasında mübahisəyə səbəb olmuşdur. Kreditin qaytarılması tələbi ilə bağlı iş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən borcludan kredit borcuna görə cəmi 414.802 manat 47 qəpik tutulması və tutmanın ipoteka əmlakına yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı ipoteka predmeti olan əmlaklar hərraca çıxarılmış, satışı baş tutmadığından tələbkar banka təklif olunmuşdur. Nəticədə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evini (mülkiyyət hüququ ilə İddiaçı2 məxsus) 81.600 manata, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evini (mülkiyyət hüququ ilə X10 məxsus) 57.375 manata, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzili (mülkiyyət hüququ ilə İddiaçı3 məxsus) 70.125 manata və 117 saylı mənzili (mülkiyyət hüququ ilə İddiaçı1 məxsus) 60.563 manat cəmi 269.663 manat bank tərəfindən əldə edilib balansa götürülmüşdür. Bundan sonra bank və kredit götürən borclu tərəf, ipoteka qoyanların cəlbi ilə birgə danışıqlar aparılmış, məhkəmə ilə müəyyən edilmiş 414.802,47 manat məbləğin borclular tərəfindən ödənilməsinin təmin edilməsi və əmlakların sahiblərinə qaytarılması barədə ümumi razılaşma olmuşdur. Razılaşmaya uyğun olaraq kredit götürən borclu "xxxx" MMC-nin rəhbəri olaraq İddiaçı2 xx.xx.2021-ci il tarixdə 205.000 manat banka ödəmişdir. Daha sonra 100.000 manat ödənilməsi üçün banka təqdim edilmiş və ipoteka əmlaklarından ikisinin geri verilməsini istənilmişdir. Lakin bank əmlaklardan birini, ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin qaytarılmasına razılıq vermiş və evi onun deyil, həyat yoldaşının adına alqı-satqı ilə rəsmiləşdirilməsini təklif etmişdir. Bankın nümayəndələrinin iştirakı və təşkili ilə adı çəkilən 8 saylı ev xx.xx.2022-ci il tarixdə X7 adına rəsmiləşdirilmiş və verilmiş hesaba "xxxx" ASC Mətbuat filialına onun adından 100.000 manat ödənilmişdir. Borca qarşı bundan sonra daha 40.000 manat banka təqdim edilmişdir. Bununla da məhkəmə qətnaməsindən sonra ümumilikdə 345.000 manat banka ödənilmişdir. Nəticədə 414.802,47 manat icra sənədi ilə tutulmalı olan məbləğdən 69.802 manat 47 qəpik borc qalmışdır. Borclu "xxxx" MMC-nin rəhbəri İddiaçı2 banka müraciət edərək yerdə qalan məbləğin ödənilməsini və razılaşmaya uyğun olaraq mənzillərin sahiblərinə qaytarılmasını təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəf onu rədd etmiş və qətnamə ilə müəyyən edilmiş borcun gecikdirildiyi əsasdan ona qarşı 67.471,44 manat tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiasında bank borclu tərəfindən cəmi 205.000 manat ödədiyini göstərmiş, yerdə qalan ödənişlərini isə qəsdən göstərməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-610/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası rədd olunmuşdur. Bundan sonra cavabdeh bank İddiaçı1 iki mənzili geri verilməsi üçün 350.000 manat ödəniş tələb etmişdir. Halbuki, iki mənzil 205.000 manat məbləğində ipoteka edilmiş, 130.688 manata bank balansına götürmüşdür. Bundan başqa banka xx.xx.2021-ci il tarixdə 205.000 manat məhz Mehriban və İddiaçı1lara məxsus adı keçən 116 və 117 saylı mənzillərə görə ödənilmişdir və mənzillər üçün birlikdə razılaşdırılmış ipoteka dəyəri həcmindədir. Göründüyü kimi cavabdeh cüzi borc məbləğinə qarşılıq, iddiaçılara məxsus əmlakı dolayısı ilə ələ keçirmək niyyətindədir. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Diqqət edilməlidir ki, məhkəmə qətnaməsi ilə artıq qət edilmiş 414.802 manat tələb məbləğinə qarşı, əmlakı cəmi 269.663 manat dəyərində bank balansına götürmüşdür. Qətnamədən sonra 205.000 manatın ödənildiyi sonrakı iddiasında etiraf etmişdir. 350.000 manat tələbi artıq 555.000 manat, 1 əmlak üçün ona 100.000 manat ödənildiyi, 4-cü əmlakın onda qalması baxımından, məbləğ 700.000 manat ötmüş olur. Bu aşkar şəkildə özgəsinin əmlakını ələ keçirməklə, əsassız varlamadır. Nəzərə alınmalıdır ki, əgər cavabdeh qətnamə ilə müəyyən edilmiş borcu ödənilməsi qarşılığında, balansına götürdüyü əmlakı geri vermək vədini pozacaqdısa, onda borcludan yuxarıda qeyd edilən məbləğı qəbul etməməli idi. Nə qədər ki, borcun ödənilməsi üçün həmin məbləğləri qəbul etmişdir. Onda yerdə qalan məbləği də qəbul edib, balansına götürdüyü ev və mənzilləri sahiblərinə qaytarılmasını təmin etməsi cavabdehdən tələb olunmalıdır.

23. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X28 Azərbaycan" QSC-nin ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi və etiraz ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) vicdansız və əsassız iddianın qaldırılması nəticəsində “X28 Azərbaycan” QSC-ya dəymiş maddi ziyan 25.000 (iyirmi beş min) manat, ödənişmiş dövlət rusumu 165 manat məbləğində pulun “X28 Azərbaycan» QSC-nin nəfinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Qarşılıqlı iddia və etiraz ərizəsi onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı3 və İddiaçı2 “X28 Azərbaycan” QSC-yə qarşı Bakı şəhər Nəsimi Rayon Məhkəməsində “əmlakın tələb edilməsi dair” iddia ilə müraciət etmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçılar, hazırki iddia üzrə cavabdehlər iddia ərizəsində göstərmişdirlər ki, mülkiyyət hüquqları “X28 Azərbaycan” QSC məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzilin güya onlar tərəfindən adı cəkilən əmlaklarin tam həcmdə pulu ödənilmiş və ilkin iddi üzrə cavabdeh “X28 Azərbaycan” QSC-dən tələb edilərək ilkin iddia üzrə iddiaçılara geri qaytarılmalıdır. İddia onunla əsaslandırmışdır ki, güya Banka ayrı-ayrı vaxtlarda 205.000 manat, daha sonra 100.000 manat, sonra daha 40.000 manat banka təqdim edilmişdir. Beləliklə də məhkəmə qətnaməsindən sonra ümumilikdə 345.000 manat Banka ödənilmişdir. Habelə, Bank İddiaçı1 iki mənzili geri verilməsi üçün 350.000 manat ödəniş tələb etmişdir. İlkin iddia ərizəsi məhkəmə tərərindən hərtərəfli və dolğun araşdırılacaq və məhkəmə asanlıqla müəyyən edəcək ki, iddia ərizəsi açıq-aşkar əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-225/2017 saylı qətnaməsi icraya yönləndilmiş, lakin borclular qətnamə müəyyən edilmiş məbləğ üzrə tam ödəniş etməməsi ilə əlaqədar tutma yönəldilmiş ipoteka predmetləri olmuş əmlaklar hərraca çıxarılmış, hərrac baş tutmadığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər 4 (dörd) ipoteka ilə yüklü edilmiş əmlak Bank tərəfindən əldə edilmişdir. Əmlak Hərrac Mərkəzləri tərəfindən hərraca çıxarılmış xx.xx.2019-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3, ilkin satış 128.000 azn, 15% 108.800 azn, 25% 81.600 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116, ilkin satış 110.000 azn, 15% 93.500 azn, 25% 70.125 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117, ilkin satış 95.000 azn, 15% 80.750 azn, 25% 60.562.50 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., ev 131 nömrəli fərdi yaşayış evi, ilkin satış 90.000 azn, 15% 76.500 azn, 25% 57.375 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. İlkin iddia üzrə iddiaçılar onların hansı hüquqlarının pozulmasını ərizədə göstərmir, tələb konkret heç bir faktla əsaslanmır, dəlil və sübutlara istinad olunmur. Bank həmin əmlakları hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmişdir və hazırda da "X28 Azərbaycan" QSC-nin tam mülkiyyətindədir. İlkin iddia üzrə iddaçılar tərəflər arasında imzalanmış 15 dekabr 2021-ci il tarixli Razılaşmaya (bundan sonra - Razılaşma) istinad etsələr də həmin Razılaşmanın 1 və 2 bəndləri onlar tərəfindən qismən icra olunmuş, qalan hissədə onlar tərəfindən pozulmuşdur. Razılaşmanın 1 bəndinə görə hazırki iş üzrə iddiaçılar xx.xx.2013-cü il tarixli, 072013 saylı kredit müqaviləsi üzrə 205.702,47 manat pulu, o cümlədən xx.xx.2021-ci il tarixinə 145.052,47 manatı, xx.xx.2022-ci il tarixinə 60.650 manat ödəniş etməyi öz öhdələrinə götürmüş, Razılaşmanın 2-ci bəndinə əsasən 1-ci bənd üzrə hazırkı iş üzrə iddiaçılar tərəfindən öhdəliklər yerinə yetirildiyi halda Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 3-cü yaşayış massivi 8 saylı fərdi fərdi yaşayış evi Bankı tərəfindən X9 satılması barədə öhdəliyi Bank öz üzərinə götürmüşdür. İş materiallarından da göründüyü kimi, İddiaçı2 xx.xx.2021-ci il tarixində 205.052,47 manat nəğd vəsait mədaxil etmişdir. Artıq xx.xx.2022-ci il tarixdə İddiaçı2 tərəfindən 59.947 manat hesabından məxaric etmişdir. (Ə.A. Qasımovun şifahi xahişinə əsasən, məqsəd üzərinə 40.000 manat əlavə edib Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olan əmlakı Bankdan almaq), hesabından məxaric edilmiş 59.947 manatın 40.000 manat da uzərinə əlavə edərək Razılaşmanın 2 bəndinə əsasən xx.xx.2022-ci il tarixili alqı-satqı müqaviləsi görə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında olan əmlak 100.000 azn məbləğində alıcı X1. Nəticədə mədaxil edilmiş 205.702,47 manatdan, hesabda qalan 145.053 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdə qalıq kredit borcundan silinmişdir. İş üzrə İddiaçı1 Banka ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin 5 bəndinə iddiaçı etiraf edir ki, ona və arvadı İddiaçı3 məxsus əmlak Bank tərəfindən balansa götürülmüşdür. Balansa (mülkiyyətə) götürüldükdə isə həmin əmlakın dəyəri kredit borcundan silinir. Beləliklə də, Bank tərəfindən balansa (mülkiyyətinə) götürülmüş əmlakın dəyəri 269.662,50 manat olmuş və kredit borcundan silinmiş, mədaxil edilmiş və hesabda qalan 145.053 manat pul vəsaiti qalıq kredit borcundan silinmişdir. Hazırda qalıq borc 87,97 manat təşkil edir. İlkin iddia üzrə iddiaçıların iddia ərizəsində göstərdikləri 345.000 manat ödənildiyi qeyd olunsa da, onlar tərəfindən kredit borcu üzrə Banka belə məbləğdə ödənişləri olmamışdır və şəxsi mülahizələridir. Göründüyü kimi iddia “əsaslandırmaq” üçün iddiaçılar öz mülahizələrinə və yalnış hesablamalarını əsas kimi göstərsələr də onların sübuta yetirən dəlilər məhkəməyə təqdim olunmamış, irəli sürülən tələbin hər hansı hüquqi əsasa söykənmədiyini təsdiq edir. İddia ərizəsində AR Mülki Məcəlləsinin bir sıra maddələri sadalansa da, yuxarıda da qeyd edildiyi kimi, hazıkı iş üzrə əmlak tələbini əsaslandıra bilən konkret olaraq hər hansı normaya istinad edilmir və ümumiyyətlə, əmlak hansı səbəbdən və hansı əsasla tələb olmasına dair hər hansı fakta istinad edilmir. Beləliklə də ilkin iddia üzrə iddiacı qarşılıqlı iddi üzrə cavabdehlərin belə hərəkətləri ilə, yəni əsassız və vicdansız iddialarla Bankın hüquqlarını pozub, işgüzar imicinə xələl gətirib, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozub. Lakin ilkin iddia üzrə iddiaçılar, hazırki iddia üzrə cavabdehlər irəli sürdükləri iddianın vicdansız və əsassız olduğunu dərk edərək qanunvericiliklə onlara verilmiş hüquqlardan sui-istifadə etmişdirlər. İlkin iddia üzrə iddiaçılar, hazırki iddia üzrə cavabdehlər öz hüquqlarından sui-istifadəsi Bankın işgüzar imicinə təsir etmişdir. Nəticədə Banka maddi ziyan vurulmuşdur.

25. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4300/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qətnaməsi ilə həm ilkin, həm də qarşılıqlı iddia rədd edilmişdir.

26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış Razılaşmanın 1 bəndinə görə hazırki iş üzrə iddiaçılar xx.xx.2013-cü il tarixli, 072013 saylı kredit müqaviləsi xx.xx.2021-ci il tarixədək 145.052,47 manat , xx.xx.2022-ci il tarixədək isə 60.650,00 (altmış min altı yüz əlli manat) manat ödəniş etməyi öz öhdələrinə götürmüş, Razılaşmanın 2 bəndinə əsasən 1-ci bənd üzrə hazırki iş üzrə iddiaçılar tərəfindən öhdəliklər yerinə yetirildiyi halda Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi 3-cü yaşayış massivi 8 saylı fərdi fərdi yaşayış evi Bankı tərəfindən X9 satılması barədə öhdəliyi Bank öz üzərinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixində 205.052,47 manat məbləğində pul vəsaitini mədaxil etsə də, xx.xx.2022-ci il tarixdə İddiaçı2 tərəfindən həmin məbləğin 59.947 manatı məxaric etmişdir. Daha sonra iddiaçı hesabından məxaric edilmiş 59.947 manatın üzərinə 40.000 manat pul vəsaitini əlavə edərək Razılaşmanın 2 bəndinə əsasən Bank ilə xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilə bağlayaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv/m olan mənzili X7 adına satın almışdır.

27. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixədək 145.052.47 manatı və Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 ünvanında yerləşən ümümi sahəsi 334.3 kv/m olan mənzilin dəyəri olan 100.000 manat pulu Banka ödəsə də, xx.xx.2022-ci il tarixədək 60.650,00 manat pulu Banka ödəməmiş və bununla da Razılaşmanın 1 bəndinin b) hissəsində göstərilən tələblərini pozmuşdur. Həmin Razılaşmanın şərtlərinə əsasən ödənişlər Banka lazımınca ödənilmədiyindən, Razılaşmanın 3-5-ci bəndlərində göstərilən şərtlər (digər mənzillərin iddiaçıya verilməsi/müəyyən məbləğə satılması) həyata keçirilməmiş və Bank qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin sərbəst şəkildə həyata keçirərək, əmlakların dəyəri olan 269.662,50 manat pulu, həmçinin hesabda qalan 145.053 manat pul vəsaitini xx.xx.2022ci il tarixdə qalıq kredit borcundan silmişdir. Beləliklə Bank üzərinə düşən bütün öhdəlikləri icra etsə də, iddiaçılar tərəflər arasında bağlanmış Razılaşma ilə müəyyən olunmuş ödənişləri vaxtında həyata keçirmədiklərindən, hazırda ödənilməmiş yerdə qalan məbləğin qəbul edilməklə, Bankın balansına götürdüyü Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin X10, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzilin İddiaçı3, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzilin İddiaçı1 qaytarılmasını cavabdeh “X28 Azərbaycan” QSC-dən tələb etməkdə haqsız olmuşdurlar.

28. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, iddiaçı "X28 Azərbaycan" QSC cavabdehlərin əsassız və vicdansız iddialar qaldırmaqla Bankın hüquqlarını pozduqlarını, həmçinin işgüzar imicinə xələl gətirdiklərini iddia edərək, cavabdehlərdən 25.000 manat maddi ziyan tələb etsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək iş üzrə tərəflərin tam təbii prosessual hüquqlarıdır və qarşılıqlı iddia üzrə cavabdehlərin hüquqlarından istifadə edərək məhkəmədə iddia qaldırmaqları iddiaçı "X28 Azərbaycan" QSC-yə zərər vurmaq niyyəti kimi qiymətləndirilə bilməz.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385, 389.1, 390.1, 425.1, 441.4, 1096, 1097.1 və 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

30. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, 2(006)-4300/2024 saylı qətnaməsinin qismən - ilkin iddianın təmin edilmədiyi hissəsində ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia üzrə tərəflər aralarında mövcud olmuş kredit borcunun təminatı üçün mənzillərin girov edilməsi ilə bağlı yaranmış vəziyyətin qarşılıqlı yoluna qoyulması əsasdan bağladıqları 15 dekabr 2021-ci il tarixli Razılaşma müqaviləsidir. Öz mənzillərinə qarşılıq iddiaçılar razılaşmaya əsasən banka 205.702,47 manat pul ödəmişlər. Razılaşmaya əsasən həmin məbləği bank kredit üzrə borclu İddiaçı2 adına açılmış hesaba qəbul etmişdir. Sonradan iddiaçıların xəbəri olmadan, bank tərəfindən həmin məbləğdən 59.457,88 manatı İddiaçı2 ödəmişdir. Nəticədə bank xərcləri də nəzərə alanda 60.650 manat məbləğdən azalmışdır. Məhkəmə də razılaşmaya görə həmin məbləğin Banka lazımınca ödənilmədiyi halı kimi qiymətləndirmişdir. Bu da iddiaçıların haqlı iddiasının təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmasına səbəb olmuşdur. Halbuki, həmin məbləğin geri ödənilməsindən iddiaçılar İddiaçı1 və İddiaçı3 məlumatsız olmuşdur. Bu baxımdan onlar razılaşma şərtlərinə riayət etməməkdə günahlandırıla bilməz. Əslində bu hal bank tərəfin razılaşmaya riayət etmədiyi kimi dəyərləndirilməli idi. Nəzərə alınmalıdır ki, iddiaçılar İddiaçı3 və İddiaçı1 həmin məbləği təkrar ödəməyə hazırdır və bununla bağlı banka təklif də verilmiş və rəsmi müraciət edilmişdir. Eyni zamanda bunu işə baxılan zaman məhkəmədə də təklif etmişlər. İddiaların tələbləri də məhz razılaşma ilə şərtləndirilmiş məbləğin ödənilməsini hər vasitəilə təmin edilməsidir. Bu baxımdan iddiaçılar razılaşma şərtinə görə davranışları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci və 425.2-ci maddələrin tələblərinə tam riayyət etmişlər. Məhkəmə isə qətnamə qəbul edərkən, gəldiyi qənaət qeyd olunan maddi hüquq normanın tələblərinə uyğun deyildir. Məhkəmədə müəyyən olunmuş hallara əsasən, Səbail rayon məhkəməsinin qətnaməsinin icrası ilə bağlı tərəflər arasında 15 dekabr 2021-ci il tarixli Razılaşma müqaviləsi bağlanmışdır. Bu da tərəflər üçün yeni münasibətlər yaratmışdır. Həmin razılaşmanın şərtlərinə görə ilkin olaraq iddiaçılar tərəfindən 205.702,47 manat banka ödənilməlidir. İddiaçılar tərəfindən həmin məbləğ banka ödənilmişdir. Bank isə sonradan iddiaçıların xəbəri olmadan, həmin məbləğdən 59.457,88 manatı İddiaçı2 ödəmişdir. Nəticədə bank xərcləri də nəzərə alanda 60.650 manat məbləğdən azalmışdır. Qətnamə çıxararkən məhkəmə razılaşmaya görə həmin məbləğin Banka lazımınca ödənilmədiyi kimi qiymətləndirmişdir. Bu da iddiaçıların haqlı iddiasının təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmasına səbəb olmuşdur. Halbuki, həmin məbləğin geri ödənilməsində iddiaçılar İddiaçı1 və İddiaçı3 məlumatsız olmuşdur. Bu baxımdan onlar razılaşma şərtlərinə riayət etməməkdə günahlandırıla bilməz. Əslində bu hal bank tərəfin razılaşmaya riayət etmədiyi kimi dəyərləndirilməli idi. Bundan başqa həmin hal məhkəmədə aşkar edildiyində, iddiaçılar qeyd olunan məbləği təkrar ödəməklə, iradələrindən asılı olmayan və onlara məlum olmayan şəraitdə razılaşmanın pozulmuş şərtinin bərpa edilməsini təklif etmişlər. Göründüyü kimi şikayət olunan qətnamə iş üzrə müəyyən edilmiş hallarla əsaslandırılmamış və tərəflərin münasibətinə uyğun qəbul edilməmişdir.

32. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X28 Azərbaycan" QSC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4300/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən - qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında qanuni qüvvəyə minmiş 2017-ci il tarixli məhkəmə qərarı vardır. Həmin məhkəmə qərarı icraya yönəlmişdir. Bundan sonra 15 dekabr 2021-ci il tarixində tərəflər arasında razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya əsasən onlar ödənişləri etməli idilər, cavabdeh tərəf isə mənzilləri geri qaytarmalı idi. Mənzillərdən biri geri qaytarılmışdır. Tərəflər arasında razılıq əldə olunmuşdur. Ödəniş edilmişdirsə ev geri qaytarılmalıdır. 60 min manatla bağlı isə ekspert tərəfindən rəy verilməlidir. Barışıq sazişi olmasa idi, ödənişlər etməzdilər. Onlar barışıq sazişini əsas götürmüşlər. Elektron kabinet vasitəsilə vəsatət vermişdi ki, ödənilən məbləğlə hansı ki, qalan borc arasındakı fərq müəyyən olunmalıdır. Çünki tərəflərdən biri iddia edir ki, ümumilikdə 200 min manatdan yuxarı məbləğ ödəmişdir. Digər tərəf isə onun 60 min manat hissəsini qəbul etmir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, 60 min manat hissəsində tərəfindən ödənilməsi qeyd olunmur. Lakin müdafiə etdiyi şəxs bildirir ki, həmin 60 manat ödənilmişdir, əgər qarşı tərəf hesabdan çıxarış təqdim olunsa ekspert bunu müəyyən edə bilər. Bank tərəfindən satın alınmış əmlakların hesabına faktiki olaraq borc məbləğindən silinmə baş verir. Burada əsas 60 min manatın üzərinə mübahisə yaranır. Qarşı tərəf bildirir ki, iddiaçı 60 min manatı geri çəkir, lakin bununla bağlı məxaric orderini məhkəmə təqdim etmir. Hüquqlarını müdafiə etdiyi şəxs bildirir ki, 60 min manatdan məlumatı yoxdur, kimin imzası olduğunu bilmir. Bununla bağlı sənədlərin surəti əlavə olunmuşdur, onlar buna etiraz etmişlər. Qarşı tərəfin sənədi əsllərini məhkəməyə təqdim etmir. Müdafiə etdiyi şəxs 60 min manat hissəsini qəbul etmir. İddiaçı2 bildirir ki, o pulu çıxarmamışdır. Onların tələbi əmlakın qaytarılmasıdır. 35.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4300/2024 saylı qətnaməsinin qismən - ilkin iddianın təmin edilmədiyi hissəsində ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını; "X28 Azərbaycan" QSC-nin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, bir dost kimi İddiaçı2 gələrək ondan xahiş etmişdir, ona görə də evlər girova qoyulsun. Daha sonra müəyyən problemlər yaşandı. Bir gün bankın işçiləri Əfqanla birgə onu çağırdı və bildirdilər ki, Əfqan buraya 205 min manat pul köçürmüşdür, ona görə də Əfqanın evini girdovdan çıxarırıq. Onlara deyib ki, onun evini çıxarsınlar, Əfqan daha sonra özü girovdan çıxarar. Orada bildirdilər ki, cəmi 60 min manat borc qalmışdır, həmin pul da ödənilsə, o zaman evləri girovdan azad olunacaqdır. O razılşadı. O, əlində 60 min manatı banka aparır, lakin yaxın durmurlar. Onun iki mənzili vardır, biri onun, digəri isə yoldaşının adınadır. Həmin əmlaklar birgə nikah dövründə əldə olunmuşdur. 60 min manatı o, 9 aydır özü ilə gəzdirir, lakin evlərini əldə edə bilmir. O, bankla heç bir razılaşma etməmişdir. Qarşı tərəfin hüquqşünasları gecə vaxtı evə gələrək imza çəkdirmişlər, evdəkilər də bilmədən imza çəkmişlər. Əfqan orada 205 min manat pul köçürmüşdür. Banka gedirlər, lakin bank onları qəbul etmir. 36.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 İddiaçı1 apellyasiya şikayətini əsaslı hesab etdiyini bildirərək təmin edilməsini; "X28 Azərbaycan" QSC-nin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, 205 min manat pulu o ödəmişdir. 59.947 min manat pulu o, geri çəkməmişdir. Bank ona 205 min manat ödəməyi ilə bağlı qəbz vermişdir. Əlavə 40 min manat da pul ödənilmişdir. Ona görə də işin ekspertizaya göndərilməsini, məsələnin araşdırılmasını xahiş etmişdir. Əgər onların banka borcu varsa, nəyə görə bank həmin 60 min manatı onlara geri qaytarsın. Birinci instansiya məhkəməsində ekspertizanın təyin olunması ilə bağlı vəsatət verməmişdilər. Bankla belə razılığa gəlmişlər ki, cəmi 125 min manat borcu vardır. Dedilər ki, 60 min manat ödəsinlər, Adilin evi girovdan azad olunsun. Onlar 60 min manatı banka aparsalar da qəbul etmirlər. 37.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "X28 Azərbaycan" QSC-nin Səməd-zadə Fariz Mübariz oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4300/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən - qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını; İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, 2017-ci ildə qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən borc məbləği 414.802 manat 47 qəpik müəyyən olunmuşdur. Qətnaməyə əsasən 4 əmlak hərraca çıxarılmışdır. Hərrac vasitəsilə bank tərəfindən əldə olunmuşdur. İlkin olaraq Qobustan rayonundakı əmlak 81 min 600 manata bank tərəfindən əldə olunur, balansa alındıqdan və kredit borcundan silindikdən sonra qərar üzrə 333.202 manat 47 qəpik borc qalır. Daha sonra Dilarə Əliyeva 116 saylı əmlak hərrac vasitəsilə bank tərəfindən 70 min 125 manata əldə olunur, balansa alındıqdan sonra borc məbləğindən çıxılır və qərar üzrə borc 263.077 manat 47 qəpik müəyyən olunur. Daha sonra isə Səbail rayonundakı əmlak hərrac vasitəsilə 57.375 manata bank tərəfindən əldə olunur, balansa keçdikdən sonra borc məbləğindən silinir və qərar üzrə borc məbləği 205.702 manat 47 qəpik qərar üzrə borc qalır. X26 117 saylı əmlakı da hərrac vasitəsilə aldılar, sadəcə 15 dekabr 2021-ci il tarixli razılşmaya əsasən həmin əmlakı balansa keçirmədilər. Ona görə də həmin məbləği qərar üzrə borcdan silmədilər. Razılşama bağlanan tarixə qarşı tərəfin banka 205.702 manat 47 qəpik borcu var idi. Hansı ki, 145 min manatı borc üzrə silinəcəkdi. Həmin əmlakı özünə satacaqdı. Qarşı tərəf əmlakı geri almadığına görə bank 2024-cü ildə Dilarə Əliyeva 117 saylı əmlakı balansa keçirdilər və kredit üzrə borcdan sildilər. Həmin müəammalı qalan 60 min manat hissə onunla bağlıdır. Onlar razılaşma bağlayan zaman 205 min manatı 17 noyabr 2021-ci ildə hesaba qoyur. Razılşamaya əsasən birinci Qobustan rayonundakı əmlakı 100 min manata geri alacaqdı. Sadəcə vətəndaş həmin məbləğin 40 min manatını düzəldir, lakin 60 min manatını düzəldə bilmir. Ona görə də banka müraciət edir və hesaba qoymuş olduğu 205 min manatdan 60 min manatı geri tələb edir. Bildirir ki, Qobustan rayonundakı evi geri alsın, yerdə qalan 145 min manat borc məbləğindən silinsin və 60 min manat borcu isə zamanla ödəyəcəkdir. 6 iyul 2022-ci il tarixində İddiaçı2 59 min 947 manatı geri götürür, orada komissiya haqqı tutulur. Üzərinə 40 min manat əlavə edərək Qobustan rayonundakı evi 100 min manata geri alır. Hesabdakı 145 min manat artıq qətnamə üzrə borcdan silinmişdir. Qarşı tərəfin qərar üzrə 86 manat 47 qəpik borcu vardır. Hazırda hər üç əmlak üzrə evin boşaldıması hissəsi icra olunmamışdır. Qarşı tərəf 4 ildən çoxdur ki, bankın mülkiyyətindəki əmlakda yaşayır. Razılaşmaya əsasən qarşı tərəf 205 min manat borc məbləğini ödəməyi və əmlakları geri almaq öhdəliyini üzərinə götürür. Səbail rayonunda 131 nömrəli evdə geri alınmalı idi, lakin qarşı tərəf tərəfindən alınmamışdır. Bankın balansındadır. Hazırda qarşı tərəf həmin evdə yaşayır. Razılşama üzrə 205 min manatdan 145 min manat pul ödənilmişdir. Vətəndaş 145 min manatdan əlavə qərar üzrə borc ödəməmişdir. Alınmış 4 əmlak üzrə 269 min 663 manat bank pul ödəmişdir. Cəmi 3 əmlak bankdadır. Qobustandakı əmlakı bank 81.600 manata hərracdan almışdır və 100 min manata iddiaçıya geri satılmışdır. Həmin 100 min manatın kredit ödənişinə aidiyyəti yoxdur. Danışıqlar uzun müddət getdi, 2024-cü ilin mart ayına qədər həmin əmlak balansa alınmamışdı. Sonra rəhbərlik qərar verəndən sonra bank çıxarışla bağlı müraciət etmişdir, 2024-cü ilin aprel ayında çıxarış almışdır. Ondan sonra bank qalan məbləği kredit üzrə silmişdir. 145 min manat pulu 6 iyul 2022-ci ildə borc üzrə silmişdir. Müqavilə münasibətlərini davam etdirmək istəməməklə bağlı qarşı tərəflə şifahi şəkildə müraciətləri çox olmuşdur. 38.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı3 məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 40.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, "X28 Azərbaycan" QSC və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və müvafiq olaraq qarşılıqlı və ilkin iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qarşılıqlı və ilkin iddialar (İddiaçı1 aid hissədə) üzrə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

43.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 44.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 45.390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 46.425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 47.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

48. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

49. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 50.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

51. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 52.441.1-441.3-cü maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 53.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 54.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

55.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 56.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 57.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. İş materiallarından göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)-225/2017 saylı qətnaməsi ilə "xxxx" MMC və İddiaçı2 "xxxx" QSC-nin xeyrinə ümumilikdə 404.802,47 manat məbləğində pulun tutulması qət edilmiş, tutmanın Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 mənzili və Bakı şəhəri, Qaradağ rayonu, Qobi qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması qət edilmişdir.

60. Tələbin əmlaka yönəldilməsinə dair məhkəmə aktı üzrə icra vərəqəsi verilmiş, icra şöbəsinin müvafiq sifarişinə əsasən müxtəlif tarixlərdə hərrac keçirilmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-225/2017 saylı icra vərəqəsinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 - 81.600 manata; İddiaçı1 məxsus Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mənzil 117 - 60.563 manata; İddiaçı3 Xəlil qızına məxsus Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mənzil 116 - 70.125 manata; X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., 131 saylı fərdi yaşayış evi 57.375 manata “X28 Azərbaycan" QSC tərəfindən əldə olunmuşdur.

61. İddiaçı2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3; İddiaçı3 Xəlil qızına məxsus Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mənzil 116; X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., 131 saylı fərdi yaşayış evi “X28 Azərbaycan" QSC-nin balansına keçərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də mülkiyyət hüququ ilə QSC-nin adına qeydiyyata alınmışdır.

62. Bununla belə tərəflər arasında razılıq əldə olunmuş, onlar, ödənilməli olan kredit borcu və "xxxx" QSC tərəfindən hərrac vasitəsilə əldə olunmuş əmlaklar ilə əlaqədar 15 dekabr 2021-ci il tarixində Razılaşma bağlamış, həmin razılaşmaya əsasən cavabdehlər “X28 Azərbaycan” QSC-yə 31 iyul 2013-cü il tarixli 072013 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək 205.702,47 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşlər.

63. “X28 Azərbaycan” QSC isə, 145.052,47 manat məbləğində ödəniş xx.xx.2021-ci il tarixinədək ediləcəyi təqdirdə özünə məxsus Baki şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evini əvvəlki sahibinin həyat yoldaşı X9 100.000 manat məbləğinə satmağı öhdəsinə götürmüşdür.

64. xx.xx.2022-ci il tarixinədək 60.650 manat məbləğində ödəniş ediləcəyi təqdirdə isə İddiaçı1 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 117 saylı mənzilin üzərindəki ipoteka yüklülüyünü ləğv etməyi; Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evini əvvəlki sahibi X5 vərəsəsi və həyat yoldaşı olan X4 83.000 manat məbləğinə; Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, 116 saylı mənzili isə əvvəlki sahibi İddiaçı3 100.000 manat məbləğinə satmağı öhdəsinə götürmüşdür.

65. Razılaşmanın icrası məqsədilə İddiaçı2 xx.xx.2021-ci il tarixdə 205.000 manat məbləğində ödəniş etsə də, iş materiallarından görünür ki, sonuncu hesaba mədaxil etdiyi ödənişdən 59.947 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə hesabdan məxaric etmişdir. "xxxx" QSC də öz növbəsində X17 ilə (15 dekabr 2021-ci il tarixli Razılaşmanın 2-ci bəndi) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsini imzalamış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evi 100.000 manata alıcı X2.

66. Buna baxmayaraq tərəflər arasında əldə olunmuş razılığa uyğun olaraq ödənilməli olan pulun qalan hissəsi xx.xx.2022-ci il tarixinədək ödənilməmiş, nəticədə hesaba mədaxil edilmiş 145.053,00 manat cavabdehlərin 31 iyul 2013-cü il tarixli 072013 saylı kredit müqaviləsi üzrə yaranmış borca silinmişdir. Hazırda cavabdehlərin icra etməli olduqları kredit borcundan cəmi 87,97 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

67. Göründüyü kimi tərələr arasında öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə mübahisə predmeti olan evlərin ipoteka yüklülüyündən azad edilməsi, barəsində alqı-satqı müqavilələrin bağlanması, yəni əmlakların əzvəzli şəkildə əvvəlki sahiblərinə qaytarılması öhdəliyi iddiaçıların müvafiq məbləğdə pul ödəmələri ilə şərtləndirilmişdir.

68. Belə ki, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

69. Mübahisəyə tətbiq edilməli olan mülki qanunvericilik normalarının tələblərindən göründüyü kimi, konkret halda iddiaçılar ödənişlə bağlı öhdəliyini müəyyənləşdirilmiş müddət ərzində icra etmədiyinə görə cavabdeh özünün qarşılıqlı öhdəliyinin icrasından imtina etməkdə haqlı olmuşdur.

70. Mübahisəyə mahiyyəti üzrə baxan birinci instnasiya məhkəməsi iş materiallarını araşdıraraq eyni qənaətə gəlmişdir. İddianı rədd edən məhkəmə iddiaçıların, tərəflər arasında bağlanmış Razılaşma ilə müəyyən olunmuş ödənişləri vaxtında həyata keçirmədiklərindən, hazırda ödənilməmiş yerdə qalan məbləğin cavabdeh tərəfindən qəbul edilməklə, balansına götürülmüş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 116 saylı mənzili, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evdə yerləşən 117 saylı mənzili onlara qaytarılmasını tələb etməkdə haqsız olduqlarını qeyd etmişdir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.

71. Qətnaməni qarşılıqlı iddiaya aid hissədə yoxlayarkən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

72. Qarşılıqlı iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddia tələbi qarşılıqlı iddia üzrə iddiaçının işgüzar nüfuzuna cavabdeh tərəfindən xələl gətirilməsi ilə əsaslandırılmışdır. İşgüzar nüfuz, qeyri-maddi nemət olmaqla, fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. Hüquqi şəxslərin işgüzar nüfuzlarının pozulması yalnız maddi zərərlə nəticələnə bilir.

73. Zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər.

74. Belə ki, cavabdehin mülki məsuliyyətə cəlb edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur.

75. Hazırda iddiaçı ona maddi zərərin vurulmasına istinad edərək 20.000 manat məbləğində pulun ödənilməsini tələb edir.

76. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin, pozulması ehtimal edilən hüquqlarını müdafiə etmək məqsədilə iddiaçının barəsində məhkəməyə müraciət edərkən iddia ərizəsini əsaslandırdığı dəlillərin QSC-nin cəmiyyətdəki işgüzar nüfuzunu ləkələyən məlumat olaraq qiymətləndirilməsi üçün müvafiq halların mövcudluğu müəyyən edilmir. Mövcud vəziyyətdə də onların üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. 77.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 78.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 79.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4300/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar