Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1440/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “əqdin etibarsız hesab edilməsi və sair” tələbinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən Salmanova Esmira Mİrzəbala qızının cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “əqdin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əqdin etibarsız hesab edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh6 və onun nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh8 və onun vəkili Vəkil3, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh10, Cavabdeh9, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:
2. Cavabdeh2 Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinin, Raya Qəhrəman qızının Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinin, 2V-57 reyestr nömrəli xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 ½ hissədə payının anası Raya Qəhrəman qızına bağışlamasına dair 4Ə/2-352 reyestr nömrəli xx.xx.2006-cı il tarixli mənzilin bağışlanmasına dair müqavilənin, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli xx.xx.2006-cı il tarixdə alınmış çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi;
3. Cavabdehlər X4, Cavabdeh4, Cavabdeh2 anaları Raya Qəhrəman qızının xx.xx.2011-ci il tarixdə vəfatından sonra Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzili ilə bağlı xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun notariusu X19 iştirakı ilə tərtib və təsdiq edilmiş Cavabdeh5 7E/3737 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, o cümlədən İddiaçı 7E/3761 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, Cavabdeh4 xx.xx.2013-cü il tarixli 7E/3764 nömrəli ərizəsinin, Cavabdeh2 7E/3833 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, nəticə etibarı ilə X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ********** qeydiyat nömrəli xx.xx.2013-cü il tarixli X4 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi;
4. Bakı şəhəri 35 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində vəfat etmiş mərhum X4 adına olan əmlakla bağlı tərtib və təsdiq edilmiş Cavabdeh6 8İ-5722 reyestr nömrəli xx.xx.2021-ci il tarixli **********722 nömrəli mirasın qəbul edilməsi barədə ərizəsinin, Cavabdeh10 8İ3060 reyestr nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, Bakı şəhəri 11 saylı notariat ofisində tərtib və təsdiq edilmiş Cavabdeh9 8İ- 4253 nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu C.M.Məmmədov tərəfindən tərtib və təsdiq edilmiş 2V-177 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən alınmış **********44-05101-093010 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi;
5. Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2022-ci il tarixli Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı beş otaqdan ibarət, ümumi sahəsi 97,48 m2 təşkil edən mənzilinin 80000 manata özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin və Cavabdeh8 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin çıxarışının etibarsız hesab olunmaqla ləğv edilməsi barədə qətnamə, Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun vəzifəli şəxsinin qanuna zidd əməllərində Azərbaycan Respublikası CM-nin 308, 309 və 314-cü maddələrinin tərkibinin əlamətləri olmasına əsaslı şübhələrin olması əsası və səbəbi ilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
6. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X5 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bağlanmış əqdlərə əsasən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair DƏDR-də mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi tələbləri ilə bağlı qeyd edir ki, DƏDR-də qeydlər şəhadətnamələr və əqdlər əsasında aparıldığından həmin şəhadətnamələrin və əqdlərin etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilsin. Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi etibarsız hesab edilmiş, Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin ½ hissəsinin bağışlanılmasına dair müqavilə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarış ləğv edilmiş, X4 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, İddiaçı Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh4 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən X4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013- cü il tarixli ******* saylı çıxarış ləğv edilmiş, Cavabdeh6 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh9 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh10 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh6 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyesrt nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh6 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilmiş, satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X18 Elşən Mayıl oğlunun adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarış ləğv edilmiş, Cavabdeh6 80000 manatın alınaraq Cavabdeh8 verilməsi, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X2 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
8. Cavabdehlər Cavabdeh6 və Cavabdeh8 həmin qətnamədən apellyasiya şikayətləri vermişdir.
9. İddiaçı və digər cavabdehlər, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs qətnamə ilə razılaşmış və onun mübahisələndirməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri:
10. Həmin qətnamədən Cavabdeh6 apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Vəsiyyət verilən vaxt əmlak mərhum Mirzabala Ağabala oğlunun xüsusi mülkiyyətində olmamışdır. Həmçinin həmin mənzilin İddiaçı vəsiyyət edilməsi belə, onun mənzilin yeganə mülkiyyətçisi kimi çıxış etməsini istisna edir. Belə ki, işin mübahisəsiz halıdır ki, mübahisəli mənzil iddiaçının mərhum atası Mirzəbala Ağabala oğlunun və anası Raya Qəhrəman qızının birgə nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edilmişdir. Belə olan halda mənzilin 1995-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında alındığı tarixdə qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən həmin mənzilin ½ hissəsi mərhum Raya Qəhrəman qızına məxsusdur. Bununla da həmin mənzilin yalnız ½ hissəsi vəsiyyətnamənin təsir dairəsinə düşməklə iddiaçıya vəsiyyət edilmiş hesab olunur. Eləcə də vəsiyyətnamə əsasında həmin mənzilin ½ hissəsi üzərində də digər qanun üzrə vərəsələrin məcburi payı olması səbəbindən iddiaçı tam mülkiyyət hüququ əldə etmir. Həmin mənzil X35un mülkiyyətinə anası (eləcə də iddiaçının anası) mərhum Raya Qəhrəman qızının ölümündən sonra ondan miras qalmış əmlak kimi digər qanun üzrə vərəsələrin, eləcədə İddiaçı miras payından imtina etməsindən sonra verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında keçmişdir. X35 xx.xx.2021-ci il tarixdə öldükdən sonra onun arvadı Cavabdeh6 digər qanun üzrə birinci növbə vərəsələri olan övladlarının paylarından imtina etmələrindən sonra ərindən miras qalmış həmin mənzilə dair tam hüquqi və qanuni əsaslarla verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyət hüququ əldə etmiş və sonra onu satmışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qətnamədən Cavabdeh8 apellyasiya şikayəti vermiş, onun apellyasiya şikayətinin dəlilləri Cavabdeh6 apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı qanunda göstərilən müddət ərzində mirası qəbul etmək hüququnun həyata keçirməməsi, iddiaçının mirasa subyektiv vərəsəlik hüququnun itirilməsini qeyd etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 və onun nümayəndəsi və vəkili Vəkil5 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək göstərdilər ki, iddiaçının subyektiv hüququ yoxdur, ona görə ki, onun istinad etdiyi vəsiyyətnamə miras qoyanın əmlaka mülkiyyət hüququ tam əldə edilmədən mənzilin alğı-satqısı ilə eyni gündə verilmişdir, bundan başqa, həmin mənzil miras qoyanla iddiaçı və digər cavabdehlərin analarının birgə nikahı dövründə əldə edilmiş əmlakdır, iddiaçı atası öldükdən sonra özü qanun üzrə miras payından imtina etmişdir, həmçinin də cavabdehlərin hərəkətlərində hər hansı qanun pozuntusu olmamışdır, onlar vəsiyyətnamənin mövcudluğundan tam xəbərsiz olmuşlar, rayon məhkəməsi isə bu hallara düzgün hüquqi qiymət verməmişdir, bu səbəbdən də şikayətin təmin olunmasını xahiş etdilər. Bununla belə, Cavabdeh6 mənzilin dəyərindən qat-qat aşağı qiymətə satılmasının səbəbləri barədə verilən sualları ağlabatan və inandırıcı şəkildə izah edə bilmədi.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh8 və onun vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, digər cavabdehin vəkilinin qeyd etdiyi xüsasatları təkrarlayaraq, mənzilin əldə edilməsində hər hansı qanun pozuntusuna yol verilmədiyini, vərəsələr arasında hansısa ixtilafın olmasının mənzilin alıcısına aidiyyatının olmadığını, bu səbəbdən də şikayətin təmin olunmasını xahiş etdilər. Bununla belə, Cavabdeh8 mənzilin dəyərindən çox ucuz qiymətə alınmasının, mənzili alarkən mənzilə baxmaması, orada yaşayan ailələrin mənzilə hansı hüquqlarının olub-olmaması ilə maraqlanmamasının səbəbləri barədə suallara - “belə razılığa gəldik”, “mənin hüququmdur” kimi çox ümumi olan cavablar verərək, bütün bunlara ağlabatan və inandırıcı izah verə bilmədi.
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və göstərdilər ki, miras qoyan tərəfindən hazırkı mənzilə dair iddiaçının adına vəsiyyətnamənin qoyulması, vəsiyyətnamədən iddiaçının yalnız bu mübahisə yaranan zaman xəbər tutmalarının hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunduğunu, Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında mənzilə dair əqdin görünüş üçün bağlanmış uydurma əqd olduğunu, bunun, alqı-satqının ailə üzvlərindən gizlin həyata keçirilməsi, müqavilədə mənzilin qiymətinin onun real dəyərindən 3 dəfə aşağı qiymətə göstərilməsi, alıcının həmin mənzilə baxmaması, orada neçə ailənin yaşaması ilə maraqlanmaması da aşkar təsdiq edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 həmçinin də cavabdehlərin nümayəndə və vəkillərinin mübahisələndirilən əqdlərin qanunauyğun olması, cavabdehlər tərəfindən qanun pozuntusuna yol verilmədiyi barədə bildirdiklərinə münasibətdə qeyd etdi ki, qanunun tələbinə görə vəsiyyətnamənin mövcudluğu özözlüyündə qanun üzrə vərəsəliyi istisna edir, bu səbəbdən də həmin əqdlər əhəmiyyətsiz olmuşdur.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətləri ilə razılaşmayaraq bildirdi ki, Cavabdeh6 onların gəlinidir, gəlinləri bibixanım ona bildirmişdi ki, mənzili qardaşlarından xəbərsiz satsınlar, belə ki, əgər evin dəyəri bütün vərəsələr arasında bölünsə, ona az pay düşəcək, amma evi qardaşlarından gizlin satsalar onun payına da daha çox pul düşər, o da avamlığından buna razılaşmışdır. Mənzil satılandan sonra evi alan Elşən onlara Nərimanov rayonunda, “Metropark”ın yaxınlığında mənzil kirayələmiş, onlar bir müddət orada qalmışlar, daha sonra o, təsadüfən gəlinləri Bibixanımın qızı ilə ona heç bir pul verməyəcəkləri barədə söhbətini eşitmiş, gəlinləri tərəfindən aldadıldığını başa düşüb, məsələni dərhal qardaşlarına bildirmiş, gəlinləri Bibixanım Elşənlə əlbir olub onu və qardaşlarını aldatmışdır. Bu səbəbdən, apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və müstəqil tələb irəli sürən üçüncü şəxs E.Şıxməmmədova ayrılıqda apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini, digər cavabdehlər Cavabdeh10, Cavabdeh9 isə təmin olunmasını xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisi, Bakı şəhəri 35 saylı notariat ofisi, Bakı şəhəri 51 saylı notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
18. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
19. xx.xx.1958-ci il tarixli İE 243938 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Mirzəbala Ağabala oğlu ilə Raya Qəhrəman qızı nikaha daxil olmuş, bu barədə xx.xx.1958-ci il tarixli 332 saylı nikah akt qeydi tərtib olunmuşdur.
20. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 5 Mirzəbala Ağabala oğlunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmiş və bu barədə 464 saylı reyestr kitabının 67272 səhifəsində 30 № 23907 saylı xx.xx.1995-ci il tarixli qeydiyyat aparılmışdır.
21. Mirzəbala Ağabala oğlunun Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsindən müəyyən olunur ki, Mirzəbala Ağabala oğlu mülkiyyətində olan ünvan 5ni İddiaçı vəsiyyət etmişdir.
22. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ № 126950 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 193 saylı ölüm akt qeydi tərtib olunmuşdur.
23. Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə vəfat etmiş həyat yoldaşı Mirzəbala Ağabala oğlunun ondan başqa vərəsəsinin mərhumun qızı Cavabdeh2 olmasını bildirib miras qalmış Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
24. Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası Mirzəbala Ağabala oğlunun ondan başqa vərəsəsinin mərhumun həyat yoldaşı Raya Qəhrəman qızının olmasını bildirib miras qalmış Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
25. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş Mirzəbala Ağabala oğlunun vərəsələri ünvan 5ndə yaşayan qızı Cavabdeh2 və Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan həyat yoldaşı Raya Qəhrəman qızıdır və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.1995-ci il tarixli 30\23907 saylı qeydiyyat vəsiqəsinə və xx.xx.2006-cı il tarixli arayışına əsasən Mirzəbala Ağabala oğluna məxsus Bakı şəhəri X42 küçəsi 2 saylı evin ümumi sahəsi 97,48 m2 olan 5 otaqlı 20 saylı mənzilindən ibarətdir.
26. Hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli mənzilin bağışlanılmasına dair müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.1995-ci il tarixli 30\23907 saylı qeydiyyat vəsiqəsinə, xx.xx.2006-cı il tarixli 11/8223 saylı arayışına və xx.xx.2006-cı il tarixli 2V-57 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, adına keçmiş Bakı şəhəri S.S.S.Axundov küçəsi 2 saylı evdə yerləşən ümumi sahəsi 98,48 m2 olan 5 otaqdan ibarət 20 saylı mənzilin ½ hissəsini anası Raya Qəhrəman qızına bağışlamışdır.
27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X42 küçəsi 2 saylı evin ümumi sahəsi 98,48 m2 olan 5 otaqlı 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə Raya Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır.
28. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ № 506145 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Raya Qəhrəman qızı xx.xx.2011-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1081 saylı ölüm akt qeydi tərtib olunmuşdur.
29. 1 saylı Mənzil Kommunal İstismarı Sahəsinin arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış, ölümü ilə əlaqədar xx.xx.2011-ci il tarixdə həmin evdən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olmaqla X9, İddiaçı, X12, Cavabdeh5, Cavabdeh4, X21, Cavabdeh10 və X22 yaşayırlar.
30. 72 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2013-cü il tarixli arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı ünvan 5ndə qeydiyyatsız yaşamış, xx.xx.2011-ci il tarixdə vəfat etmiş, xx.xx.2006-cı il tarixdə açılmış qeydiyyat vəsiqəsi onun adınadır. Bu ünvanda Cavabdeh2 başqa heç kim qeydiyyatda yoxdur.
31. X4 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci ildə vəfat etməsini, miras əmlakın Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilindən ibarət olmasını, ondan başqa vəsələrin Cavabdeh2, Cavabdeh4, İddiaçı və Cavabdeh5 olmasını bildirib, göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
32. Cavabdeh5 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh5 xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiası yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.
33. İddiaçı Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiası yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.
34. Cavabdeh4 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh4 xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiası yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.
35. Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından miras qalmış əmlaka miras qoyanın oğlu X4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazılmasına razılıq vermişdir.
36. Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci ildə vəfat etməsini, miras əmlakın Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilindən ibarət olmasını, ondan başqa vəsələrin X9, Cavabdeh4, İddiaçı və Cavabdeh5 olmasını bildirib, göstərilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
37. Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş Raya Qəhrəman qızının vərəsələri Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olan oğlu X9 və ünvan 5ndə qeydiyyatda olan qızı Cavabdeh2dır və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli 01/1283 saylı arayışına əsasən Raya Qəhrəman qızının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X42 küçəsi 2 saylı evin ümumi sahəsi 97,48 m2 olan 5 otaqlı 20 saylı mənzilindən ibarətdir.
38. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X42 küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır.
39. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli № AZ-İİ № 202764 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X6 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1209 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Salmanova soyadı verilmişdir.
40. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 176929 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 284 saylı ölüm akt qeydi tərtib olunmuşdur.
41. Cavabdeh6 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmuş əri X4 xx.xx.2021-ci il tarixdə vəfatından sonra ondan qalan miras əmlakın Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X42 küçəsi 2 saylı evin 20 saylı mənzilinin olmasını, miras qoyanın ondan başqa Cavabdeh10 və Cavabdeh9 qanun üzrə vərəsələri olmasını bildirib göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
42. Cavabdeh9 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakdan ona çatası hissəsindən Cavabdeh6 xeyrinə imtina etmişdir.
43. Cavabdeh10 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakdan ona çatası hissəsindən Cavabdeh6 xeyrinə imtina etmişdir.
44. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində qeydiyyatda olan Cavabdeh6 miras əmlakda tam hissədə pay almış, şəhadətnamə verilmiş miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə X7 verilmiş dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X42 küçəsi 2 saylı evin ümumi sahəsi 97,48 m2 olan 5 otaqlı 20 saylı mənzilindən ibarətdir.
45. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X42 küçəsi b 2, 8-ci mikrorayon 20 saylı mənzilə dair Cavabdeh6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli kitabın 18211 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
46. 1 saylı Bakı Asan xidmət mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X42 küçəsi 8-ci mikrorayon 2 saylı evin, 20 saylı mənzilində Cavabdeh6, xx.xx.1965-ci il təvəllüdlü X16, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh9, xx.xx.1986-cı il təvəllüdlü X27 daimi qeydiyyatdadırlar.
47. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4645/2022 saylı qərarından müəyyən olunur ki, iddia təmin edilərək ünvan 3 ünvanından üçüncü şəxslər X8 və X17 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir.
48. Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin satılmasına razı olmasını bildirmişdir.
49. Cavabdeh9 Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh9 Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilin satılmasına razı olmasını bildirmişdir.
50. Cavabdeh10 Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh10 qeydiyyatda olduğu Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilin satılmasına razı olmasını bildirmişdir.
51. Satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ №1042007 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X42 küçəsi b 2, 8-ci mikrorayon 20 saylı ünvanında yerləşən ümumi sahəsi 97,48 m2 olan mənzili 80000 manata alıcıya satmışdır.
52. Cavabdeh8 Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 1 gün müddətində adına elektron çıxarışın qeydə alınması ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir.
53. Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli X-101 saylı məktubundan müəyyən olunur ki, İddiaçı elektron notariat informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Mirzəbala Ağabala oğlu tərəfindən xx.xx.1995-ci il tarixdə İddiaçı adına vəsiyyətnamə verilməsi bildirilmişdir.
54. Elektron notariat X1 çıxarışdan müəyyən olunur ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat kontorunda vəsiyyət edən ünvan 5ndə qeydiyyatda olan Mirzəbala Ağabala oğlu tərəfindən vəsiyyətnamə üzrə vərəsə ünvan 5ndə qeydiyyatda olan İddiaçı adına verilmiş vəsiyyətnamə xx.xx.2011-ci il tarixdə sistemə daxil edilmişdir.
55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmaması bildirilərək vəsiyyətnamənin surəti İddiaçı təqdim olunmuşdur.
56. 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 287 saylı arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh4, X32, X37, Məmmədova Hicran Əli qızı, X23 və X13 Bakı şəhəri 8- ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə qeydiyyatsız yaşayırlar.
57. İddiaçı məhkəməyə təqdim etdiyi mənzil kommunal xidməti üçün 2007-ci ilə aid ödəniş qəbzlərindən müəyyən olunur ki, ünvan 5 ünvanı üzrə kommunal ödənişlər Mirzəbala Ağabala oğlunun adından 8 nəfər ailə tərkibi üçün aparılmışdır.
58. Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/S 44-620/22 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından müəyyən olunur ki, ünvan 5nin bazar dəyəri 230000 manat, likvid dəyəri 210000 manat təşkil edir.
59. Birinci instansiya məhkəmə iclasında şahid X28 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr. 196 saylı evin 32 saylı mənzilində yaşayır. Ona görə də bilir ki, qonşusu Rövşən daimi olaraq ailəsi ilə birlikdə Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzilində yaşayır. Həmin mənzildə Rövşəndən başqa İlqar, Ağabala, Əlibala və onların bacılarının yaşamasını, Ağabalanın vəfat etməsini bilir.
60. Birinci instansiya məhkəmə iclasında şahid X33 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr. 196 saylı evin 162 saylı mənzilində 1971-ci ildən yaşayır. Ona görə də bilir ki, qonşusu Rövşən daimi olaraq ailəsi ilə birlikdə Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzilində yaşayır. O, Rövşəndən başqa bu mənzildə İlqarın, Ağabalanın, Əlibalanın və onların bacılarının yaşamasını, Ağabalanın vəfat etməsini bilir.
61. Birinci instansiya məhkəmə iclasında şahid X29 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr. 32 saylı evin 154 saylı mənzilində 2001- ci ildən yaşayır. Həmin vaxtdan Rövşəni tanıyır və bilir ki, Rövşən daimi olaraq ailəsi ilə birlikdə Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzilində yaşayır. Rövşəndən başqa o, İlqarı, Əlibalanı və onların bacısını qonşu kimi tanıyır. Bu yaxınlarda o, Rövşənin xəbəri olmadan yaşadığı mənzilin Ağabalanın arvadı tərəfindən satılmasını eşitmişdir.
62. Birinci instansiya məhkəmə iclasında şahid X24 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr.196 saylı evin 160 saylı mənzilində 1993-cü ildən yaşayır. Rövşəni 1995-ci ildən tanıyır və bilir ki, Rövşən daimi olaraq Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzildə yaşayır. Həmin mənzildə Rövşən ailəsi ilə, İlqar ailəsi ilə, Əlibala ailəsi ilə, Ağabala ailəsi ilə, Sədaqət yaşayır. Bu yaxınlarda o, mənzilin satılmasını, Rövşənin isə atasının vərəsəsi olmasını eşitmişdir.
63. Birinci instansiya məhkəmə iclasında şahid X20 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr.196 saylı evin 129 saylı mənzilində 1996-cı ildən yaşayır. Həmin vaxtdan Rövşəni və ailəsini tanıyır. Rövşən valideynləri, bacıqardaşları ilə birlikdə Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 20 saylı beş otaqlı mənzildə yaşayır. Rövşən həmişə valideynlərinin qayğısına qalmışdır. Rövşən qonşularla daha çox ünsiyyətdə olduğundan onu bütün qonşular tanıyır. Bu yaxınlarda o, qonşulardan Rövşənin yaşadığı mənzilin Rövşənin məlumatı olmadan satılmasını eşitmişdir.
64. Birinci instansiya məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr, Azadlıq pr.196 saylı evin 164 saylı mənzilində doğulduğu gündən yaşayır. Rövşəni, onun valideynlərini və qardaşbacılarını uşaqlıqdan qonşu kimi tanıyır. Belə ki, 1995-ci ildən Rövşən əvvəl öz valideynləri, qardaş-bacıları ilə, daha sonra öz ailəsi ilə qonşu binada, yəni Bakı şəhəri 8- ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində daimi olaraq yaşayır. Həmin ünvanda hal-hazırda Rövşən ailəsi ilə, İlqar ailəsi ilə, Əlibaba ailəsi ilə və Sədaqət yaşayr. Rövşənin qardaşı Ağabala bir müddət həmin mənzildən köçmüş, lakin ölümündən əvvəl yenə də mənzilə qayıtmışdır. Ağabalanın qızlarından biri onun oğlu ilə birlikdə 83 saylı məktəbdə təhsil alımışdır. 8-ci mikrarayonda Ağabalanın başqa bir mənzilidə vardır.
65. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 4073\2022 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair 2(001)-4075/2022 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı Cavabdeh8 cavabdeh İddiaçı Ağabala oğluna və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə 2(001)- 4073\2022 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Tətbiq edilən hüquq
66. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29.Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
67. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1152. Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Mülki Məcəllənin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu isitinad olunan Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
68. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
69. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi dəyərləndirmə:
70. Məhkəmə kollegiyası, gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
71. Kollegiya qeyd edir ki, Mirzəbala Ağabala oğlunun mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilin Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən oğlu İddiaçı vəsiyyət etməsi hazırkı işin mübahisəsiz halıdır.
72. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinin əmlakın vəsiyyət edildiyi tarixdə mərhum Mirzabala Ağabala oğlunun xüsusi mülkiyyətində olmaması barədə dəlili ilə razılaşmır və qeyd edir ki, Mülki Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
73. Hazırkı iş üzrə olan sənədlərdən məlum olur ki, həmin mənzilə Mirzəbala Ağabala oğlunun xüsusi mülkiyyət hüququ xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmış, Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 193 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Demək ki, miras açılan vaxt həmin mənzil mirasqoyanın mülkiyyətində olduğundan, həmin əmlaka dair mirasqoyanın tərtib etdiyi (qoyduğu) vəsiyyətnamə qanuni olmuşdur və etibarlıdır.
74. Kollegiya apellyasiya şikayətlərinin həmin mənzilin iddiaçının mərhum atası mirasqoyan Mirzəbala Ağabala oğlunun və anası Raya Qəhrəman qızının birgə nikahda olduqları dövrdə, həm də əvəzli əqd əsasında əldə edilməsi, belə olan halda mənzilin 1995-ci il tarixdə alqı-satqı müqaviləsinin əsasında alındığı tarixdə qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən həmin mənzilin ½ hissəsinin mərhum Raya Qəhrəman qızına məxsus olması barədə dəlili üzrə qeyd edir ki, həmin məsələnin bu hazırkı mübahisənin həlli üçün əhəmiyyəti yoxdur, çünki rayon məhkəməsinin qətnaməsinə əsasən miras kütləsinə aid olan mənzil ilkin mirasın açıldığı, yəni ilkin mirasqoyan Mirzəbala Ağabala oğlunun xx.xx.2002-ci il tarixdə öldüyü vaxtdakı hüquqi vəziyyətinə qayıdır ki, cavabdehlərin apellyasiya şikayətinin həmin dəlili iddiaçının vəsiyyətnaməyə əsasən mirasa yiyələnməsi mərhələsində əhəmiyyətli ola bilər.
75. Apellyasiya şikayətlərinin digər dəlili həmin mənzilin X35un mülkiyyətinə, daha sonra X35un xx.xx.2021-ci il tarixdə ölümündən sonra onun arvadı Cavabdeh6 mülkiyyətinə keçməsinin tam qanuni olması ilə bağlıdır.
76. Kollegiya bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin normadan da müəyyən edilir ki, vəsiyyətnamənin olması, vəsiyyət olunmuş əmlaka münasibətdə (hazırkı işdə olduğu kimi) qanun üzrə vərəsəliyin açılmasını istisna edir. Demək ki, hazırkı halda mirasın qanun üzrə qəbulu ilə bağlı cavabdehlərin hərəkətlərində hansısa qanun pozuntusunun olması şərti əhəmiyyət daşımır və həmin əqdlərin etibarsızlığı MM-in 1133.2-ci maddəsinin imperativ tələbidən irəli gəlir.
77. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli qərarında qeyd edilir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
78. Hazırkı iş üzrə Mirzəbala Ağabala oğlunun mülkiyyətində olan mənzilini Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən, oğlu İddiaçı vəsiyyət etməsi işin mübahisəsiz halıdır.
79. Belə olan halda, vəsiyyətnamənin olduğu halda miras əmlakın qanun üzrə vərəsəyə keçməsi etibarsız olduğundan, həmin miras əmlakın sonradan başqa vərəsələrə qanun üzrə keçməsi barədə olan digər bütün əqdlər də etibarsız olmuşdur.
80. Məhkəmə kollegiyası Cavabdeh8 apellyasiya şikayətinin iddiaçının qanunda göstərilən müddət ərzində mirası qəbul etmək hüququnun həyata keçirməməsi, mirasa subyektiv vərəsəlik hüququnun itirilməsi barədə dəlili üzrə qeyd edir ki, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olan iddiaçı mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra da daimi yaşamaqla miras əmlaka faktiki sahiblik edərək mirası faktiki olaraq qəbul etmiş, iddiaçının mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş formal xarakter daşıyan ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlaka dair yaranmış özünün mülkiyyət hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafisinə də təminat vermişdir. MM-in 1255-ci maddəsinin tələbinə görə qəbul olunmuş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti hesab olunur. Belə olan halda müəyyən olunur ki, ilkin mirasqoyan Mirzəbala Ağabala oğlunun xx.xx.2002-ci il tarixdə öldüyü vaxtdan həmin mənzilə iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Nəticə:
81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
83. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlər Cavabdeh6 və Cavabdeh8 özlərinə aid edilməlidir.
84. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh6 və Cavabdeh8 özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov