Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1440/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4375/2023 saylı mülki işi üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh Canavşir oğlundan ondan borc aldığı 30000 manat həmin məbləğdə pulun 3 ildə əldən çıxmış faydaya görə 8550 manat və mənəvi zərərə görə 20000 manat olmaqla cəmi 58550 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında münasibətlərin 05 avqust 2020-ci il tarixinə uyğun olduğunu, tələb etmə üzrə iddia müddətinin bitdiyini görə iddia müddətinin tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4375/2023 saylı mülki işi üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçıdan aldığı 28500 manat borc və həmin məbləğə hesablanan 3 illik əldən çıxmış faydaya görə 4425 manat olmaqla, cəmi 32925 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 188,78 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə «“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8,9; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci tarixli Qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7, 21, 329, 331, 372, 373, 375, 377, 380, 385, 386, 389, 425, 442, 443, 445, 448, 449, 739, 740; Mülki Prosessual Məcəllənin 10, 14, 77, 119, 124-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia qismən təmin edilməlidir. Əldən çıxmış faydanın həcmi müəyyən edilərkən, Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş müddəaları əsas götürülürək hesablanmalıdır. Belə ki, Mülki Məcəllənin (xx.xx.2023-cü il tarixinədək olan redaksiyada) 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər, lakin məhkəmə hesab edir ki, hesablaşmalar bank uçot dərəcəsi ilə deyil, gecikdirilmiş vaxt üçün illik 5% ilə aparılmalıdır, çünki bank uçot dərəcəsi ilə hesablaşmaların aparılması üçün iddiaçı tərəfindən heç bir sübut iş materiallarına əlavə olunmamışdır. Müqavilə xx.xx.2020-ci ildə 2-3 aylıq müddətinə bağlanmış və son ödəniş müddəti xx.xx.2020-ci il tarixə düşürdü. Müqavilədə faiz nəzərdə tutulmadığından, illik 5% xx.xx.2020-ci il tarixindən sonra hesablanmalıdır. Belə ki, 1-ci il üçün qaytarılmamış məbləğ – 30000 x 5 % = 1500, 2-ci il üçün qaytarılmamış məbləğ – 30000 x 5 % = 1500, 3-cü il üçün qaytarılmamış məbləğ – 28500 x 5 % = 1425. Toplam 3 ilə görə qaytarılmamış məbləğinin 5 %-i 4425 manat təşkil edir. Cavabdehdən əldən çıxmış fayda kimi 4425 manat tutulub iddiaçıya ödənilməlidir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilə xx.xx.2020-ci ildə 2-3 aylıq bağlanmış və son ödəniş müddəti xx.xx.2020-ci ilə düşürdü. Deməli, iddiaçı öz hüququnun pozulduğunu yalnız xx.xx.2020-ci il tarixindən sonra bilə bilərdi. Həmçinin, iddiaçı 16 mart 2023-cü il tarixində hüquq-mühafizə orqanlarına müraciət etmiş və xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarı almışdır. Həmin qərarın təsvir hissəsində göstərilmiş Cavabdeh izahatlarından görünür ki, o, 30000 manat borcu etiraf etmiş və qaytaracağını bildirmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına əsasən, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə iddia müddəti tətbiq edilməməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş 370778 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, İddiaçı həmin tarixdə Füzuli rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır; - “Üzləşmə aktı” adlı sənədində qeyd yazılır: “Mən İddiaçı avqust ayı yəni: 05.08.20-ci ildə Cavabdeh (AA*******) xx.xx.1977-ci il təvəllüdlü) mənə dedi ki, Rusyadan mal vururam 30000 manatım çatmır, mənə kömək elə (otuz min manat) mallarım gələn kimi pulunu verəcəm.” İddiaçı, Cavabdeh, X5 imzaları ilə təsdiq ediblər. “Mən Talıbov X4 mal vurmaq üçün İddiaçı 30000 azn aldım və həmin pulu 2-3 ay müddətinə qaytaracağıma söz verdim. Yazdığımı imzamla təsdiq edirəm.” Cavabdeh, İddiaçı X5 öz imzası ilə təsdiq etmişdir;- Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrin çıxarışına əsasən, Dəvəçi rayonu, Əmirxanlı kəndində yerləşən 0.40 ha torpaq sahəsi X3 mülkiyyətindədir;xx.xx.2021-ci il tarixli GTKR4571121A116 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinə əsasən, İddiaçı 5550 manat məbləğində kredit illik 16 % ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir; - xx.xx.2023-cü il tarixli GTKR1811277B125 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinə əsasən, İddiaçı Bayra oğluna 5680 manat məbləğində kredit illik 21,5 % ödəmək şərti ilə 24 ay müddətinə verilmişdir;- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xəstəlik tarixindən çıxarışa əsasən, X7 həmin klinikada qeydiyyatda olmaqla, sol süd vəzinin bədxassəli xərçənq diaqnozu qoyularaq müalicə alır; - 16 mart 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş şikayət ərizəsinə əsasən, İddiaçı inanımdan sui-istifadə edərək, ondan 30000 manat pulun dələduzluq yolu ilə ələ keçirib mənimsəyən Cavabdeh Çavanşir oğlunun barəsində Azərbaycan Reszpublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə cinayət işinin başladılmasına və ona vurduğu 30000 manat maddi ziyanın ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur; - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi verilən şikayətlə bağlı araşdırma aparıldığı və faktla bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən, cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir; - xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarın təsvir hissəsində göstərilənlərə əsasən, toplanmış materiallar üzrə cinayət işinin rədd olunması və İddiaçı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunması bildirilmişdir. Qərarın təsvir hissəsində göstərilmiş Cavabdeh izahatından görünür ki, o, İddiaçı mallar gətirməsi üçün 30000 manat borc pul istəmişdir. Malları satdıqdan sonra pulunu qaytaracaqdır. İddiaçı onla razılaşmışdır. Pandemya olduğu üçün malları gətirə bilməmişdir. Akifdən aldığı pulu İran vətəndaşı olan Qurban adlı şəxsə verməklə məqsədi santexnik malları gətirmək olmuşdur. Pulu ona Sədərək ticarət mərkəzində vermişdir. Daha sonra onun Qurban adlı şəxslə əlaqəsi kəsildiyi üçün İddiaçı aldığı pulu ona geri qaytara bilməmişdir. Sifarış verdiyi mallar isə gəlib çıxmadığından İddiaçıa borcu qalmışdır. Aldığı pulu qisa müddətdə qaytaracağı bildirmişdir; - 14 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinə iddiaçının nümayəndəsi X9 tərəfindən verilən sorğu məktubundan görünür ki, cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh hansı ünvanda qeydiyyatda oması barədə göstəriş verilməsi xahiş olunmuşdur (səh. 10,12,13,18,19, 20-22, 24-25,27-29,31). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhər Suraxanı rayon məhkəməsinin iş № e-2(010)-4375/2023 saylı 23 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740; Mülki Prosessual Məcəllənin 14.2, 88,217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə Cavabdeh iddiaçı ilə borc münasibətlərinə əsaslanması işin düzgün olmayan halıdır. İddia ərizəsi ilə işin laktiki cəhədləri arasında kifayət qədər ziddiyyətlər vardır. 30000 manat verdikdən sonra qaytarmadığını görən şəxsin yenidən kredit götürüb borc alan şəxsə verilməsi məntiqə uyğun hal deyil. Cinayət işinin rədd qərarında borcun tarixi barədə heçbir məlumat verilməmişdir. Borcun olması məsələnin mübahisəsiz tərəfidir. Lakin ortada akta istinad edilməsi bu isə mübahisə doğuracaq məqamdır. Həmin aktdakı imzalar Cavabdeh hec bir aidiyyəti yoxdur. Cavabdehla iddiaçı arasında olan münasibətlər yəni tanışlıq inkar olunmur. Lakin borc münasibətləri şübhəli məqamlarla əhatə olunur. Belə ki, üzləşmə aktını cavabdeh görmədiyi üçün sonuncu məhkəmə prosesində həmin aktın surəti götürülərək cavabdehə təqdim edilmiş, lakin cavabdeh həmin aktdakı onun adından imzaların və yazının onun tərəfindən yazılmadığını qeyd edir. İddiaçı iddia tələbini irəli sürmüşdürsə sübut etmə yükünə görə yazılı müqavilənin məhkəməyə təqdim etməli idi. Lakin iş materiallarından görünür ki, tərəflər arasında yazılı müqavilə yoxdur. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında borc münasibətləri olmamışdır. Məhkəmənin borc kimi qiymətləndirmiş olduğu üzləşmə aktındakı iki yerdə ayrı ayrılıqda qarşısında Cavabdeh yazılmış hissədəki yazı və imza sonuncuya məxsus deyil, həmçinin hər iki qollara baxdıqda onlar belə fərqli icra edilmişdir. Belə olduğu halda məhkəmə xətşünaslıq ekspertizasının rəyinin alınması barədə qərar qəbul etdikdən sonra iddia müddəti məsələsinə düzgün qiymət verə bilər. Əgər müəyyən olunsa ki, aktdakı imzalar saxtadır Cavabdeh aid deyil borcun verilməsi müddətini 05 avqust deyil cavabdehin dediyi kimi həmin ilin aprel ayından hesablamaqla düzgün nəticəyə gələrək iddia müddətinin tətbiqinə əsaslanmaqla iddia tələbini rədd edilməsinə dair qətnamə qəbul etməlidir. Belə olan halda, iddia təmin edilməli deyildi. 05 avqust 2020-ci il tarixli üzləşmə aktında olan imzalar Cavabdeh imzası ilə eyniyyət təşkil etməməklə yanaşı adlarına qeyd edilən imzalar arasında da oxşarlığın olmaması gözlə görüləndir. Bu qeyd edilənləri isə onlar sonuncu məhkəmə prosesində görmüşlər.
6. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, Azərbaycan Respublikası Konstitusiyasının 12, 60, 71-ci maddələrinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə; Avropa Konvensiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən qeyd etmişdir ki, Cavabdeh Şavanşir oğlu 05 avqust 2020-ci il tarixdə Bakı şəhərində yaşadığı binanın qarşısına gəlib yalvararaq Rusiya Federasiyasından santexnika malları gətirmək üçün pula ehtiyacı olduğunu, 30000 manat pulunun çatmadığını, ona kömək etməyini, ona 30000 manat məbləğində borc pul verməyini, malları gələn kimi pulunu verəcəyini bildirdi. O da Cavabdeh inanıb həmin günü Bakı şəhəri Bunəqədi rayonu ərazisində, yaşadığı binanın qarşısında tanışı X1 və Cavabdeh Şavanşir oğlunun iştirakları ilə 05 avqust 2020-ci il tarixli üzləşmə aktı yazaraq 30000 manat məbləğində pulu Cavabdeh verdi. Həmin akta Cavabdeh Şavanşir oğlu özü şəxsən imza etdi, şəxsiyyət vəsiqəsinin surətini ona verdi və öz imzası İlə təsdiq etdi ki, həqiqətən ondan 30000 manat məbləğində pulu borc almışdır. Həmin vaxt Cavabdeh ilə danışıb razılaşdılar ki, Cavabdeh Şavanşir oğlu 3 ay müddətində 30000 manat pulumu qaytaracaqdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsin də keçirilmiş məhkəmə proseslərində dəfələrlə məhkəmə tərəfindən çağırılmasına baxmayaraq, Cavabdeh məhkəmə proseslərində iştirak etməmiş, sonuncu prosesdə cavabdehin vəkili Vəkil isə imzaların guya cavabdehə məxsus olmaması barədə mövqe bildirməmişdir. Onun Cavabdeh verdiyi şikayət ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nizami Babazadə tərəfindən aparılmış araşdırma zamanı da Cavabdeh ondan 30000 manat borc pul aldığını etiraf etmiş, həmin xüsusat təhqiqatçı tərəfindən şikayəti üzrə 08 may 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda da öz əksini tapmış və iş materiallarına əlavə edilmişdir. Ona görə də hesab edir ki, Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillər obyektiv həqiqəti əks etdirmir, bu şikayət cavabdehin borclu kimi məsuliyyətdən yayınmasına, əsassız varlanmasına və borcu verməmək üçün süni surətdə şikayət görüntüsü yaratmaqla süründürməçiliyə və əlavə vaxt qazanmağa xidmət etdiyindən apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(10)-4375 №-li Qətnaməsi öz qüvvəsində saxlanılması barədə qərar qəbul edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixili rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 12-ci vərəqində olan xx.xx.2020-ci il tarixli Üzləşmə aktındakı “Mən Cavabdeh, Rusiyadan mal vurmaq üçün İddiaçı 30.000 azn (otuz min manat) aldım və həmin pulu 2-3 ay müddətinə qaytaracağıma söz verdim. Yazdığımı imzamla təsdiq edirəm. Cavabdeh oğ. İddiaçı:“ əlyazmaları və həmin Üzləşmə aktının yuxarı hissəsində “...Cavabdeh” əlyazmaları və aşağı hissəsində “Cavabdeh oğ.” əlyazmaları qarşısındak imzalar - TALİBOV RƏŞAD CAVANŞİR oğlu tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manat məbləğində müəyyən edilmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tələbini müdafiə etmiş və pulunun qaytarılmasını istədiyini bildirmişdir.
9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Mülki Məcəllənin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7.Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-388, 425, 442, 739-746; Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Apellyasiya şikayəti üzrə dəlillərin əsası ondan ibarət olmuşdur ki, yazı və imza cavabdehə məxsus deyil və əgər müəyyən olunsa ki, aktdakı imzalar saxtadır ona aid deyil borcun verilməsi müddətini 05 avqust deyil, cavabdehin dediyi kimi həmin ilin aprel ayından hesablamaqla düzgün nəticəyə gələrək iddia müddətinin tətbiqinə əsaslanmaqla iddia tələbini rədd edilməlidir. Lakin göründüyü kimi imzanın cavabdehə məxsus olmaması məhkəmə kollegiyası tərəfindən keçirilən ekspertiza ilə müəyyən edilməmiş və digər dəlilin mümkünlüyünün müzakirə edilməsinə belə zərurət qalmamışdır.
14. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxsə, ekspertiza xərci isə cavabdehə aid edilməlidir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4375/2023 saylı mülki işi üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza xərci 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.