Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1440/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: “nəqliyyat vasitələrinin parklanması və hərəkətinin qadağan edilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi vəkil X3 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nəqliyyat vasitələrinin parklanması və hərəkətinin qadağan edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4843/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "xxxx" MMC iddia (tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə məhkəməyə müraciət edərək, Cavabdeh, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının və hərəkətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007ci il tarixli ********* qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, MH seriyalı ******* nömrəli çıxarış əsasında Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsi daimi istifadə hüququ ilə Star Konstrakşn MMC-nin istifadəsindədir. Həmin ərazinin altından tonlarla çəkisi olan su kəməri keçir, yüksək gərginlikli elektrik naqilləri mövcuddur, yolun üstündə yarımstansiya tikilib, habelə yerüstü qaz kəməri vardır. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti və parklanması su kəmərlərinə ciddi təhlükə yaradır. Həmin boru kəmərləri təkcə qonşuluqda olan yaşayış binalarına yox, böyük bir ərazi üçün su təchizatına xidmət edir. Bundan əlavə 3-53-3/2-3302/2024 nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri şəhərlərin X9 Xidməti” X10 məktubunda qeyd edilmişdir ki, müraciət edilən ünvanda "İri Şəhərlərin X9 Xidmətinə” məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır.
2. Cavabdeh (nümayəndəsi vəkil X7) iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddia tamamilə əsassızdır və təmin olunmamalıdır. İddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının avtomobil yolu kimi iddia etdiyi ərazinin də daxil olduğu sahə daimi istifadə hüququ ilə "xxxx" şirkətinə məxsus olmuş və buna dair çıxarış verilmişdir. Hansı ki, "Hayat Palace” QSC "xxxx" şirkətinin 100 faiz nizamnamə kapitalını, torpaqdan istifadə hüququ ilə ondan almışdır. Həmçinin iddia edilən ərazinin "Hayat Palace” QSC-yə məxsus olması qanuni qüvvəsini almış məhkəmə aktları ilə və iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq və sübut edilmişdir. Yəni "xxxx" şirkətinin həmin yolla bağlı bütün hüquq və vəzifələri "Hayat Palace” QSC-yə ötürülmüşdür. Bu mənada hazırki iddia üzrə iddiaçının tələbetmə hüququ yoxdur. Həmçinin hazırkı iddia mahiyyət etibarı ilə məhz cavabdehi qısqanclıq zəmnində incitmək məqsədi dayışır. Belə ki, Yasamal Rayon Məhkəməsinin e- 2(004)-455/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSCnin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsi qoyulmuş, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti və kassasiya şikayəti versə də, məhkəmə qətnaməsi qanuni qüvvəsində qalmış və icraya yönləndirilərək icra edilmişdir. Lakin "xxxx" QSC məhkəmə qərarının icrasına maneəçilik törətmək üçün "xxxx" şirkətini hazırki iddianı qaldırmağa vadar etmişdir. Hansı ki, bütün əmlakı, mübahisə edilən yolu "xxxx" şirkətindən aldığını bütün məhkəmələrdə bildirmişdir. Bununla belə iddiaçı qeyd etmişdir ki, həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti yolun altından keçən su kəmərləri üçün ciddi təhlükə yaradır. Lakin elə "xxxx" QSCnin özü tərəfindən ağır yük maşınları, qaldırıcı kranlar mütəmadi olaraq həmin yolda yerləşdirilir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4843/2024 saylı işi üzrə xx.xx.2024 -cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə iddiaçı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması qadağan edilmişdir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 82.3, 220.4; "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016- cı il tarixli Qərarına; Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54.3-cü maddəsinə əsasən qətnamədə qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsi paylı mükiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ isə xx.xx.2007-ci il tarixdən "xxxx" MMC- yə aiddir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Cəmiyyətin nizamnaməsinin 2.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi müəyyən edilmişdir: “2.2. Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: "xxxx" QSC 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında”. Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış nəqliyyat vasitəsi ilə gedişgəliş yolunun təmin edilməsi üçün iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də, təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının və hərəkətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk əvvəl iddia tələbinin “mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı mülki iş üzrə tərəf qismində "Hayat Palace” QSC-nin iştirak etməsinə və həmin qətnamə ilə ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulmasına baxmayaraq, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, iş materiallarından da görünən odur ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-yə aiddir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən "Hayat Palace” QSC cəmiyyətin təsisçisi kimi 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında nizamnamə kapitalında paya malikdir. Həmçinin, iş materiallarında olan sənədlərdən və qanuni qüvvəyə minmiş qətnamədən gəlinən nəticə odur ki, ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yeganə yol "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2(004)-455/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli, 10/693 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı Cavabdeh məxsus olan ünvan 5a yerləşən İzmir restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə faktiki vəziyyətdə avtomobillə (nəqliyyat vasitəsi ilə) hər-hansı alternativ gediş-gəliş yolunun mövcud olmadığı müəyyən edilmişdir. Bu baxımdan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 455/2023 saylı mülki işi üzrə ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Sözügedən qətnamə ilə gediş gəlişin təmin edilməsi üçün hazırki mülki iş üzrə cavabdehin xeyrinə servitutla yüklü edilmiş yol "xxxx" MMC-nin istifadəsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktın, yəni ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün mövcud olan yeganə yolun servitutla yüklü edilməsinə yenidən münasibət bildirilməsi yolverilməzdir.Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh tanınmış servitut hüququnun başqa məhkəmə mübahisəsinə əsasən aradan qaldırılması yolverilməzdir. Bu baxımdan iddia tələbi "mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi” hissəsində təmin edilməməlidir.Məhkəmə həmçinin, iddia tələbinin "mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının qadağan edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin gediş-gəlişinə icazə verilməsi yalnız mövcud zərurətdən irəli gəlmişdir. Çünki həmin ünvana gəlmək üçün alternativ yol mövcud deyildir. Lakin ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması isə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsinin qanuni sahibi olan "xxxx" MMC-nin hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxaracaqdır.Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "İri şəhərlərin X9 Xidməti” X10 xx.xx.2024-cü il tarixli məktub ilə də müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən "İri şəhərlərin X9 Xidməti”-nə məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır. Həmçinin 2(004)- 4843/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixdə mübahisəli ünvanlara Yerli baxış keçirərkən müəyyən edilmişdir ki, ünvan 5a yerləşən "İzmir” restoranı və onun altındakı 0.32875 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması üçün kifayət qədər yer mövcuddur.
4. İşin icraatı zamanı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən dövlət mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən "xxxx" MMC-nin daimi olaraq istifadə hüququ xx.xx.2007ci il tarixdə qeydiyyata alınmışdır; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2(004)-455/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli, 10/693 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: 1) iddiaçı Cavabdeh məxsus olan ünvan 5a yerləşən İzmir restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə faktiki vəziyyətdə avtomobillə (nəqliyyat vasitəsi ilə) hər-hansı alternativ gediş-gəliş yolunun mövcud olmadığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunur ki, sözügedən torpaq sahəsinin qarşısındakı parkın ərazisindən (parkın şimal tərəfindən) keçən piyada yolu mövcuddur. Həmin piyada yolunda müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra əraziyə uyğun tərtib olunacaq layihə əsasında yenidənqurma işləri aparılmaqla "İzmir” restoranına və onun altındakı 0 32875 ha torpaq sahəsinə avtomobillə (nəqliyyat vasitəsi ilə) gediş-gəlişin açılması texniki cəhətdən mümkündür. 2) Cavabdeh və X2 paylı mülkiyyətində olan qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin (çıxarış RX 1341893; reyestr nömrəsi **********23- 06301) texniki pasportuna əsasən həmin əraziyə avtomobillə (nəqliyyat vasitəsi ilə) daxil olmaq üçün giriş-çıxış yolunun haradan nəzərdə tutulmasını (nəzərdə tutulub-tutulmamasını) müəyyən etmək mümkün olmamışdır. Texniki pasportda qeyd olunan ərazinin şimal tərəfindəki qapının önündə mişar daşından hasar hörülmüşdür. Lakin iddiaçının gediş-gəliş yolu (avtomobil yolu) kimi iddia etdiyi sahənin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamı ilə Yasamal rayonu, İzmir küçəsi ünvanda "Həyat Palace” MTKya verilmiş 0,9479 ha torpaq sahəsinə düşdüyü müəyyən edilir. 3) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən 2İİ013000023-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və X2 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir xüçəsi 5 ünvanında yerləşən 0.32875 ha torpaq sahəsi ilə Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamı ilə yaşayış binalarının tikintisi üçün Hayat Palace” MTK-ya ayrılmış və hazırda mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 0,9479 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, qonşu torpaq sahələri olduğu müəyyən edilir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "Hayat Palace” QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "Hayat Palace” QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7145/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-455/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1489/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2(103)-7145/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır; - xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Cəmiyyətin nizamnaməsinin 2.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi müəyyən edilmişdir: "2.2. Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: "Hayat Palace” QSC 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında” - "İri şəhərlərin X9 Xidməti” X10 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "Hayat palace” MTK-ya hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatın əldə olunması ilə bağlı sorğu "İri şəhərlərin X9 Xidməti” X13ndə araşdırılmışdır. Müraciət edilən ünvanda "İri şəhərlərin X9 Xidməti”-nə məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır; - 2(004)-4843/2024 saylı mülki iş üzrə xx.xx.2024cü il tarixli Yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsinə baxış keçirilmiş, yerli baxış zamanı mübahisəli ərazidə İzmir restoranına nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərin nəqliyyat vasitələrinin parklanması və hərəkəti müşahidə edilməmişdir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh İzmir restoranına nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərin mübahisəli ərazidən istifadə etdiklərini və nəqliyyat vasitələrini bəzən həmin ərazidə park etdiklərini bildirmişdir. ( işin səhifəsi 8, 19, 25, 44, 51, 92) Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 82.3 və 233-cü maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli e-2(004)-4843/2024 saylı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə iddiaçı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması qadağan edilmişdir. Hesab edir ki, məhkəmə iddia tələbinin təmin edilməyən hissəsində düzgün mövqedə olmamış və ərizələrini qismən təmin etmişdir. xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, MH seriyalı ******* nömrəli çıxarış əsasında Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsi daimi istifadə hüququ ilə “ Star Konstrakşn “ MMC-nin istifadəsindədir, həmin ərazinin altından tonlarla çəkisi olan su kəməri keçir, yüksək gərginlikli elektrik naqilləri mövcuddur, yolun üstündə yarımstansiya tikilib, habelə yerüstü qaz kəməri vardır. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti və parklanması su kəmərlərinə ciddi təhlükə yaradır. Həmin boru kəmərləri təkcə qonşuluqda olan yaşayış binalarına yox, böyük bir ərazi üçün su təchizatına xidmət edir. Bundan əlavə 3-53-3/2-3302/2024 nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” X10 məktubunda qeyd edilmişdir ki, müraciət edilən ünvanda “İri Şəhərlərin X9 Xidmətinə” məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır. Məhkəmə iddia tələbinin təmin edilən hissəsi üçün “İri şəhərlərin X9 Xidməti” X10 xx.xx.2024-cü il tarixli məktubuna istinad edərək avtomobillərin hərəkətinin də qadağan edilməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır. Müvafiq məhkəmə iclasında tədqiq olunmuş sübutda avtomobilin hərəkətinin qadağan edilməsi qeyd olunsa da məhkəmə bunu nəzərə almayaraq bu hissədə əsassız qətnamə çıxarmışdır.Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 455/2023 saylı mülki iş üzrə tərəf qismində "xxxx" QSC-nin iştirak etməsinə və həmin qətnamə ilə ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulmasına baxmayaraq, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, iş materiallarından da görünən odur ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-yə aiddir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən "xxxx" QSC cəmiyyətin təsisçisi kimi 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında nizamnamə kapitalında paya malikdir. Həmçinin, iş materiallarında olan sənədlərdən və qanuni qüvvəyə minmiş qətnamədən gəlinən nəticə odur ki, ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə gediş-gəlişi təmin edən yeganə yol "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2(004)-455/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli, 10/693 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı Cavabdeh məxsus olan ünvan 5a yerləşən İzmir restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə faktiki vəziyyətdə avtomobillə (nəqliyyat vasitəsi ilə) hər-hansı alternativ gediş-gəliş yolunun mövcud olmadığı müəyyən edilmişdir. Bu baxımdan, Bakı şəhəri Yasamal Rayon İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş- gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Sözügedən qətnamə ilə gediş gəlişin təmin edilməsi üçün hazırki mülki iş üzrə cavabdehin xeyrinə servitutla yüklü edilmiş yol "xxxx" MMC-nin istifadəsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktın, yəni ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün mövcud olan yeganə yolun servitutla yüklü edilməsinə yenidən münasibət bildirilməsi yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233-cü maddələrinə əsaslanmış eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad etmişdir. Lakin hesab edir ki, həmin maddələrin və plenum qərarının tələblərini düzgün tətbiq etməyərək yalnış nəticəyə gəlmişdir. Əvvəla bildirmək istəyir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Eyni zamanda həmin plenum qərarında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə istinad olunaraq bildirilir ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Dolayısı ilə hər iki maddənin məzmunundan görünür ki, preyudisiallıq yalnız işdə iştirak edən şəxslərə aid edilmişdir. İşdə iştirak etməyən şəxslər müstəqil tələblə məhkəməyə müraciət edə bilərlət və preyudisiallıq onlara aid edilmir. "xxxx" tərəf olmayıb, işdə iştirak etməyib. Belə ki, işdə iştirak etmədiyi üçün məhkəmə qətnaməsinin preyudisiallığı ona aid edilmir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25; “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına; L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il tarixli qərarlarına ; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1, 5.3, 16, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 81, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ilk olaraq iddiaçının avtomobil yolu kimi iddia etdiyi ərazinin də daxil olduğu sahə daimi istifadə hüququ ilə “Star Construction” şirkətinə məxsus olmuş və buna dair çıxarış verilmişdir. Hansı ki, "xxxx" QSC “Star Construction” şirkətinin 100 faiz nizamnamə kapitalını, torpaqdan istifadə hüququ ilə ondan almışdır. Həmçinin iddia edilən ərazinin "xxxx" QSC-yə məxsus olması qanuni qüvvəsini almış məhkəmə aktları ilə və iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq və sübut edilmişdir. Yəni “Star Construction” şirkətinin həmin yolla bağlı bütün hüquq və vəzifələri "xxxx" QSC-yə ötürülmüşdür. Bununla belə Yasamal Rayon Məhkəməsinin e- 2(004)-455/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsi qoyulmuş, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələr aradan qaldırılması və cavabdeh "xxxx" QSCnin qanunsuz müdaxiləsinə son qoyulması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti və kassasiya şikayəti versə də məhkəmə qətnaməsi qanuni qüvvəsində qalmış və icraya yönləndirilərək icra edilmişdir. Göründüyü kimi məhkəmə aktları ilə cavabdehin həmin yoldan istifadə hüququ bərpa olunmuşdur. Daha sonra bütün texniki sənədlərdə, texniki pasportda, kök sənədlərdə həmin ərazi avtodayanacaq kimi göstərilmişdir. Yəni dövlət orqanları həmin ərazidə yerləşən boru kəmərlərinə hər hansı təhlükə olsa idi, ərazini avtodayanacaq kimi nəzərdə tutmazdı. Həmçinin avtodayanacağın təyinatı maşınların parklanması, saxlanılması anlamına gəlir. Əgər müvafiq yol yükgötürmə qabiliyyətinə malik deyilsə orada ümumiyyətlə avtodayanacağın mövcudluğundan söhbət belə gedə bilməzdi. Görəsən məhkəmə cavabdehə parklanmanı qadağan edərkən bir ekspert kimi həmin ərazinin yükgötürmə qabiliyyətini necə müəyyənləşdirdi!? Kanalizasiya quyusunda (lyuklarında) baxış keçirərək su kəmərlərində hər hansı sızma, təhlükəli vəziyyəti mi müəyyən etdi!? Daha sonra məhkəmə boru kəmərlərinin məhz həmin yolun altına düşməsini, həmin yolun sahəsinin 0,23 ha olmasını necə müəyyənləşdirdi!? Hansı ki həmin yolun sahəsi maksimum 6-7 sot təşkil edir. Daha sonra məhkəmə iddiaçının həmin ərazidə hər hansı əmlakı, marağı olmadığı təqdirdə cavabdeh tərəfindən iddiaçının hansı hüququnun pozulmasına aydınlıq gətirmədən qərəzli şəkildə parklanmanı qadağan etmişdir. Cavabdeh tərəfindən Star Construction şirkətinin hansı hüquq və azadlıqları pozulmuşdur!? Hansı ki cavabdeh ümumiyyətlə orada maşın saxlamamışdır. Hakim özü yerli baxış keçirərək müəyyən etdiki orada Hayat Palace-yə məxsus maşınlar dayanır. Əgər ədalətli qərardan söhbət gedirsə, həqiqətən də boru kəməri üçün real təhlükə varsa maşınların orada saxlanılması bütün hərkəsə qadağan edilməlidir.Üstəlik məhkəmə kobud qanun pozuntusuna yol verərək, yəni iddiaçını həmin ərazinin, yolun mülkiyyətçisi, sahibi kimi qələmə vermişdir. Hansıki həmin yol dövlət mülkiyyətindədir və müvafiq sərəncamla yalnız istifadəyə verilmişdir. Həmin yol isə ümumi istifadə üçün nəzərdə tutulmuş yoldur ki, cavabdehin istifadə hüququ Hayat Palace tərəfindən uzun illər qanunsuz məhdudlaşdırılsa da, dövlətin adından çıxarılan məhkəmə qərarları ilə bərpa olunmuşdur. Əgər real olaraq boru kəmərləri ilə bağlı fövqəladə vəziyyət varsa, müvafiq icra hakimiyyəti orqanı, o cümlədən Azərsu ASC müvafiq iddia qaldırmaqla hər kəsə nəqliyyat vasitələrinin saxlanmasının qadağan edilməsini tələb edə bilərdi. Halbuki hazırki iş üzrə mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə uyğun olaraq hər iki tərəfin bərabər statusu vardır. Yəni hər iki şəxs qanun və məhkəmə qarşısında bərabərdirlər. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Heç bir tərəfin digərinə münasibətdə üstünlük hüququ, statusu yoxdur. Hər iki tərəf yola münasibətdə istifadə hüququna malikdir. “İri şəhərlərin X9 Xidməti” X10 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MTKya hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatın əldə olunması ilə bağlı sorğu “İri şəhərlərin X9 Xidməti” X13ndə araşdırılmışdır. Müraciət edilən ünvanda “İri şəhərlərin X9 Xidməti”-nə məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır.” Məhkəmə isə həmin məktuba mötəbər sübut kimi istinad etmişdir. Hansı ki, həmin məktubda məsələnin hansı ünvana aid olması qəti şəkildə müəyyən olunmur. Daha sonra məktubdan aydın olur ki, sorğu "xxxx" MTK-ya hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatın əldə olunması ilə bağlı olmuşdur. Həmçinin məktubda əgər məsələ 0,23 ha ərazidən gedirsə və orada inşaat işlərinin görülməsi qəti qadağandırsa hansı səbəbdən həmin ərazinin 0,17 ha sahəsində "xxxx" MTK tərəfindənçoxmənzilli bina inşa edilmişdir!? Bütün bunlar həmin ərazinin "xxxx" MTK-nın istifadəsində olmasını, hazırkı iddianın hüquqdan sui-istifadə olmasını bariz şəkildə göstərir. Yəni "xxxx" QSC məhkəməqərarının icrasına maneəçilik törətmək, mənim mənəvi iradəmi, əzmimi qırmaq, geri çəkilməyə məcbur etmək üçün “Star Construction” şirkətini hazırkı iddianı qaldırmağa vadar etmiş, işə baxan hakim isə mahiyyət etibarı ilə həll edilmiş məsələyə yenidən baxmışdır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, haqdan (subyektiv hüquqdan) bu cür, onun məqsədi və təyinatı ilə bağlı olmayan şəkildə istifadə edilməsi (əgər həqiqətən müqavilənin etibarsızlığı müəyyən olunarsa) haqdan sui- istifadə və estoppel prinsipinin pozulması kimi qiymətləndirilə bilər bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. İddiaçı onun cavabdeh tərəfindən hansı hüquq və azadlıqlarının pozulduğunu sübut edə bilməmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının hansı hüququnun pozulması halı əsaslandırılmamışdır. Məhkəmə cavabdehə parklanmanı qadağan edərkən bir ekspert kimi həmin ərazinin yükgötürmə qabiliyyətini müəyyən etmək üçün xüsusi biliyə malik olan şəxs deyil. Bu halı yalnız bu sahədə ixtisaslaşmış tikinti-texniki ekspertlər müəyyən edə bilər ki, bu barədə hər hansı rəy yoxdur. Bu mənada hakim ekspert kimi davranaraq onların səlahiyyətlərini mənimsəmişdir. Ümıımlikdə dövlət tərəfindən təyin olunmuş avtodayanacaqda rentabellik (yolun yük götürmə qabiliyyəti) iş üzrə müəyyən olunmadığı və sübut olunmadığı təqdirdə məhkəmənin öz mülahizəsi ilə bir ekspert kimi iddiaçının mövqeyindən çıxış etməsi cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur. Nəticə etibarı ilə məhkəmə biri digərini təkzib edən, ziddiyyətli və qeyri-mötəbər sübutlara istinad edərək mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlməmiş, işdə olan sübutlar məhkəmə tərəfindən tərəflərin bərabərliyi, ədalətli balans, mütanasiblik prinsipləri baxımından düzgün qiymətləndirilməmiş, bir tərəf həddən artıq əsassız olaraq fərdi yükə məruz qalmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X7, apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının hazırkı iddianı qaldırmağa ümumiyyətlə subyektiv hüququnun olmadığını, iddia edilən sahənin əslində "xxxx" QSC-nin mülkiyyətində olduğunu, iddiaçının iddia etdiyi kimi həmin yolun altında iri su kəmərlərinin keçməsi və bu səbəbdən də həmin yolun yükgötürmə qabiliyyətinin olmaması məsələsinə münasibətdə isə həmin yola dair sənədlərin kötüyünə baxdıqda da illərdir həmin yolun avtomobil yolu kimi qeydiyyata alındığının göründüyünü, həmçinin belə bir hal olduğu təqdirdə isə bu vəziyyətdə iddia qaldırmaq hüququ olan şəxsin Azərbaycan Dövlət Su X5 şəhərlərin X6 Xidməti X10 olduğunu, digər tərəfdən cavabdeh kimi bir şəxs qeyd edilsə də, iddianın qeyri-müəyyən subyektlər dairəsinə aid olduğunu, iddia təmin olunacağı təqdirdə belə bunun icrasının qeyri-mümkün olacağını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı.139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyəthüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.50.5. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər.51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən.. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir : Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi).Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 4 0 . 1 Torpaqların zonalaşdırılması — onların müxtəlif təyinatlı və hüquqi rejimli torpaq sahələrinə bölünməsidir. 40.2. Torpaqların zonalaşdırılması ərazinin inkişaf planına uyğun olaraq həyata keçirilir. Torpaqların zonalaşdırılmasının ümumi əsaslarını və prinsiplərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.40.3. Torpaqların zonalaşdırılması planları müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qərarları ilə təsdiq edilir.40.4. Şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarının zonalaşdırılmasına dair qərarlarda aşağıdakılara dair tələblər müəyyən edilir: tikintinin sıxlığına;mühəndis-nəqliyyat kommunikasiyalarının, yaşıllıqların, piyada yollarının, sanitariya-qoruyucu arakəsmələrin və daşınmaz əmlakın şəhərsalmada nəzərə alınan digər struktur elementlərinin əsas parametrlərinə; əhaliyə xidmət edən sosial-məişət və mədəniyyət obyektlərinin yerləşdirilməsinə;müasir ekzogen geoloji proseslərin yayılma dərəcəsinə və intensivliyinə (fəallığına);yaşayış məntəqələrində torpaqdan istifadənin başqa sahələrinə.Torpaqların zonalaşdırılmasına dair tələblərin icrası mülkiyyət formasından və torpaq sahələrinə digər hüquqlardan asılı olmayaraq icra üçün mütləqdir.54.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır.
14. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh tanınmış servitut hüququnun başqa məhkəmə mübahisəsinə əsasən aradan qaldırılması yolverilməzdir. Bu baxımdan iddia tələbi paylı mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 5a yerləşən "İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi hissəsində təmin etməyib, parklanma hissədə təmin etməklə özü özlüyündə ziddiyət təşkil edən, başqa məhkəmə prosesində həll edilən, (və) yaxud məhkəmə səlahiyyətlərinə aid olmayan publik münasibətlərə aid qərar qəbul etmişdir. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-yə aiddir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən "xxxx" QSC təsisçisi kimi 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında nizamnamə kapitalında paya malikdir. Deməli cavabdehlə "xxxx" QSC arasında mübahisə olan zaman iddiaçı artıq bu hüquqa malik olduğu təqdirdə və cavabdehə münasibətdə maraqlarına toxunduğu təqdirdə əvvəlki məhkəmə prosesində iştirak etməmiş və tərəflərə qarşı münasibət bildirməmişdir. Beləliklə də, hazırki iddia üzrə iddiaçı "xxxx" QSC arasında bağlılığının olması halında cavabdehin məhkəmə qərarı ilə müəyyən edilən servitut hüquqlarından əlavə, əvvəlki məhkəmə qərarının preyudisiya əhəmiyyəti də cavabdehə münasibətdə müəyyən edilir və o artıq hazırki iş üzrə bəyan etdiyi etirazını yenidən sübut etmək vəzifəsindən azaddır.
15. Ümumiyyətlə, məsələnin kökünü avtomobil yolu təşkil etdiyindən, bu publik hüquqlarla bağlıdır və müvafiq inzibati münasibətlərdən irəli gəlir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən diqqətə çatdırılmalıdır ki: “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Misal üçün, yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən qeyd edilməlidir ki: 4.16.3.müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək kimi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmişdir.
17. Belə növ səlahiyyətlərin məcrası bir sıra digər inzibati orqanlarına da aiddir ki, bu orqanlar məhz torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi, tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar müvafiq hüquq və vəzifələrə malikdirlər.
18. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə: İİİ. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
19. Hazırki mübahisə üzrə diqqətə çatdırılmalıdır ki, tərəflərin sübyektiv hüquq və vəzifələri baxımından iddia edilən pozuntunun ehtimal edilən məzmunu iş üzrə cavabdeh kimi qeyd edilən proses iştirakçısına münasibətdə qanuni qüvvəsin almış məhkəmə qərarı ilə ona verilmiş hüquqlarla məhdudlaşır və başqa əsasların mövcudluğu sübuta yetirilmir, iddiaçının inzibati orqanın fəaliyyətinə və səlahiyyətinə aid, yəni tələbdə tək cavabdehə aid deyil, qeyrimüəyyən sayda şəxslərin yoldan istifadəsinə (hərəkət və parklanmasına) yönələn tələbə dair qeyd edilməlidir ki, “gediş-gəliş edən şəxslərə” aid tələbin dəqiq siyahısı göstərilməyən şəxslərə yönəlməsi mülki icraatın deyil, inzibati orqanların (publik) səlahiyyətlərinə aid olmasına işarə edir. Belə ki, yoldan istifadə (istismar, hərəkət, parklanma və sair) ilə bağlı səlahiyyətlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydalarina, “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarı ilə və sair normativ sənədlərlə müvafiq icra hakimiyyəti orqanların və bələdiyyələrin səlahiyyətlərinə aiddir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” X13 və ya digər şəxslərin qurğularına aid və maraqlarına toxunan məsələlər onların özləri tərəflərindən, müvafiq səlahiyyətlərə malik inzibati orqanlara inzibati icraat qaydasında (və ya nəticəsindən asılı olaraq inzibati prosessual qaydada inzibati məhkəmələrə) müraciət etmək hüquqları vardır. Belə ki, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 81.3-cü maddəsinə əsasən: İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur. Beləliklə kollegiya qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hüquq verilmiş cavabdehə münasibətdə məhkəmə ziddiyyətli nəticəyə gəlmiş və müzakirə edilən eyni yol üzrə cavabdehin hüquqların pozulmasına, habelə digər şəxslərin hərəkətləri ilə cavabdehin üzərinə vəzifə həvalə edən, habelə paylı mülkiyyət hüququ ilə cavabdehə (və digər cəlb edilməmiş mülkiyyətçilərə) məxsus olan əmlakdan sərbəst istifadə etmək hüquqlarının məhdudlaşmasına yönəlmiş qətnamə qəbul etmişdir.
20. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 233, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri (cavabdehliyi) üzrə birinci instansiya məhkəməsi tərəfindən (yola aid) müəyyən edilən hallar ilk növbədə qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir. Belə ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi, yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürə bilər. Hazırki halda isə tərəflərin subyektiv tərkibi və biləvasitə tələbləri mülki icraat həddində baxılmasına yönəldiyindən, kollegiya işin mahiyyəti üzrə araşdırmaq məcburiyyətindədir. Müvafiq prosedur çərçivəsində mübahisələndirilmədiyindən, mülki mühakimə səlahiyyətlərinə aid olmayan mülkiyyət və istifadə hüquqlarına əsassız müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Qeyd edilənlərə əsasən, iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti rədd edilməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4843/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi qismən iddia tələbin təmin edilən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə iddiaçı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması qadağan edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
21. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti rədd edilsin, Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4843/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - iddia tələbin təmin edilən “Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə iddiaçı "xxxx" MMCnin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması qadağan edilməsi” - hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.