Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1443/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4838/2021 saylı 10.11.2021-ci il tarixli qərardadından X2 nümayəndəsi və vəkili X4 şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-4838/2021 saylı 11.10.2021-ci il tarixli qərardadla ərizə qismən təmin edilmiş və işə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 1 ünvanında yerləşən 58.7 kv.m qeyri-yaşayış binası (çıxarış № 1215283) və onun yerləşdiyi 90 kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-4838/2021 saylı 10.11.2021-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanması və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-4838/2021 saylı 11.10.2021-ci il tarixli qərardadın ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4838/2021 saylı, 10.11.2021-ci il tarixli qərardadından X2 nümayəndəsi X7 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(005)-4838/2021 saylı qərardadının qismən - “Bak Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(005)-4838/2021 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən 58.7 kv.m qeyri-yaşayış binası (çıxarış № 1215283) və onun yerləşdiyi 90 kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmin etmə tədbirinin ləğv edilməsi” hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, keçirilmiş sonuncu məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki məhkəmə təcrübəsinə əsasən mövcud tələb üzrə iddialar İnzibati Məhkəmələrə verilir. Elə bu səbəblə də məhkəməyə ərizə ünvanlayaraq, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(005)-4838/2021 saylı qərardadı ilə X3 Cavabdeh1, Cavabdeh2 Hikmə oğlu və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın protokolunun və alqı-satq müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(005)- 4838/2021 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən 58.7 kv.m qeyri-yaşayış binası (çıxarış № 1215283) və onun yerləşdiyi 9C kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh2 və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmin etmə tədbirinin ləğv edilməsi qərara alınmışdır. İddiaya mahiyyəti üzrə baxılarkən mövcud tələblə yeni bir iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmələri tövsiyyə edildiyindən iddianın baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişlər. İddianın təminetmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edilərkən məqsəd o olmuşdur ki, cavabdeh və digər şəxslərin gələcəkdə qətnamənin icrasına süni şəkildə əngəllər yaratması məqsədilə əmlakı özgəninkiləşdirmə və yaxud onun üzərində hərhansısa bir hərəkətlər etmək ona və digər şəxslərə qadağan edilsin. Məhkəmədə iddia qaldırıldıqdan dərhal sonra cavabdeh mübahisələndirilən əmlakı satışa çıxarmış və bununla bağlı internet resurslarında elan yerləşdirmişdir. Tərəflərindən həmin sübutlar iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizəyə əlavə edilmişdir. Lakin hazırki qərardadla iddianın təminetmə tədbirinə dair qərardad ləğv edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təminetmə tədbirinə dair qəbul edilmiş qərardadın ləğv edilməsi yolverilməzdir. Qərardadın icra edilərək tərəflərindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş sənədlərin məhkəmə tərəfindən onlara geri qaytarılması, onların yeni bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmələri müəyyən müddət alacaqdır ki, bu zamanda da cavabdeh və digər şəxslər əmlakın özgəninkiləşdirilməsi üçün müəyyən hərəkətlər edəcək, sahiblik və istifadəni özündə əks etdirən mülki hüquqi əqdlərin bağlayaraq gələcəkdə məhkəmə qərarlarının icrasına süni şəkildə əngəllər yaradacaqlar. Hazırda bunun qarşısı alınmasa qərardad əsasında həbs götürüldükdən sonra əmlak tələm tələsik satılacaqdır. Bu səbəblə də əmlakın üzərinə həbs qoyulması, sahiblik və istifadəni özündə əks etdirən mülki hüquqi əqdlərin bağlanmasının qadağan edilməsi dair qərardad qüvvədə qalmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Mülki iş iddiaçının ərizəsi əsasında baxılmamış saxlandığı üçün iddianı təmin etmə tədbirinin qüvvədə qalmasına ehtiyyac qalmamış və məhkəmə həmin iddianı təmin etmə tədbirinin ləğvini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 15-ci bəndində qeyd olunmuşdur ki, “İddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır.” X6 da göründüyü kimi iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. MPM-nin 162.3-cü maddəsinə görə də iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Kolegiya hesab edir ki, yuxarıda qeyd edilən əsaslar iddia ərizəsinin baxılmamış saxlanılması ilə birlikdə iddianın təmin edilməsi ilə bağlı tədbirlərin ləğvi üçün əsasdır və şikayət əsassız olduğundan təmin edilməməlidir. Sadalanan normaların məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsinin, gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Odur ki, Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4838/2021 saylı 10.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1443/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1443/2022
19.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver