Məhkəmə qərarları › İş №2(103)-1448/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1448/2024

30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1448/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Bakı Şəhəri 28 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv olunması tələbi barədə” iddiasına dair 2(009)-2611/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 22 dekabr 2023-cü il tarixli qərardaddan İddiaçı MMC-nin verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlərə qarşı itəli sürdüyü “icra qeydinin ləğv olunması tələbi barədə” iddiasının icraata qəbul edilməsinin mümkünlüyü məsələsinə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mübahisəyə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddiaçı MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayət üzrə apellyasiya icraatını mümkün hesab etmiş və iş yazılı icraat qaydasında baxılmasına təyin etmişdir. Bununla belə, Məhkəmə, yazılı icraat qaydasında işə baxan zaman müəyyən etmişdir ki, şikayətə apellyasiya instansiya məhkəməsində baxılmalı olmadığı üçün şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür, şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 №-li, xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndində (bu bənd Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı ilə yeni redaksiyada verilmişdir) məhkəmələrin nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı MMC-nin verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün olduğundan Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsinin MPM-in 269.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi üçün hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı və Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 269-cu maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). MPM-in 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilibsə, apellyasiya instansiyası məhkəməsi “icraata qəbul barədə” qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 263-264, 364, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 15 yanvar 2024-cü il tarixli qərardad ləğv edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 22 dekabr 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi üçün hazırki mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar