Məhkəmə qərarları › İş №2(103)-1452/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1452/2024

01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1452/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə qarşı (Milli Gəlirlər Baş İdarəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların və pul vəsaitlərinin həbsdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardadından iddiaçnın nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. X13 Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli 1(101)- 61/2018 saylı hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci, 193-1.3.2-ci, 313-cü və 213.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

2. Həmin hökmlə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddia təmin edilmiş, cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 1.759.500 manat dəyərində olan X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil; 63.000 manat dəyərində olan X6 adına "xxxx" MMCdən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X9 adına “X25” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X9 adına “X25” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı adına “X25” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; 1.081.000 manat dəyərində X12 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; 3.212.600 manat dəyərində olan X9 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 1709 saylı bağın 0,04ha hissəsi; 626.400 manat dəyərində olan X2 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 58 №-li evin, 9 nömrəli mənzili; 515.200 manat dəyərində olan X6 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 60 saylı evin 9 saylı mənzil; 47.169 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ**- NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X32” markalı avtomaşın; 50.313,60 manat dəyərində olan Seyidov X11 adına qeydiyyata alınmış AZ**-XG-*** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşın; 134.169,60 manat dəyərində olan Seyidov X11 adına qeydiyyata alınmış AZ**-FE-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X34” markalı avtomaşın; 48.217,20 manat dəyərində olan X2 adına qeydiyyata alınmış AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X30” markalı avtomaşın barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin daşınar və daşınmaz əmlakların xüsusi hərrac vasitəsilə satılması, əmlakların satışından əldə olunan pul vəsaitinin Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, cinayət işi üzrə X3 "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manatın və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın yaşadığı mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyalarının, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat, eləcə də Rəhim Hacıyevin istintaq zamanı ödədiyi 104.600 manat pulun Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş X9 adına “X25” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş X9 adına “X25” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı adına “X25” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillərin xüsusi hərrac vasitəsilə satılması, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manatın cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin isə “X25” kompleksinin mülkiyyətçisinə ödənilməsinə hökm edilmişdir.

3. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 iyul 2018-ci il tarixli 1(103)-708/2018 saylı qərarı ilə maraqlı şəxslər X2, X12, İddiaçı, eləcə də X9 hüquqi varislərinin (İddiaçı, X17 və X6) nümayəndəsinin apelyasiya şikayətlərinin baxılmasına xitam verilmiş, apelyasiya protesti, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apelyasiya şikayətləri təmin olunmamış; Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 haqqındakı 14 mart 2018-ci il il tarixli hökmünün dövlət ittihamçısının apelyasiya protestinə, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019cu il tarixli 1(102)-1087/2019 saylı qərarı ilə məhkum X13 barəsində Bakı Apelyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, zərərçəkmiş şəxslər “AMEC Services Limited” şirkəti, “AMEK X26.Limited” şirkəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 17 iyun 2020-ci il tarixli 1(102)-300/2020 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü əsasında Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X6 barəsindəki Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarından məhkum Ülviyyə Seyidovanın müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı, X17, X14 (eyni zamanda X9 vərəsələri qismində) və X8 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən onlara məxsus aşağıdakı əmlakların həbsdən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər:  X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil;  X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi;  X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi;  X6 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzil;  47.169 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X32” markalı avtomaşın;  cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın yaşadığı X12 adına olan, faktiki olaraq İddiaçı məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat;  İddiaçı adına “X25” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi;  müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat hissəsi ödənilmiş İddiaçı adına “X25” kompleksində 609A saylı mənzil;  X12 adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 0,94 ha torpaq sahəsi;  X2 adıa olan AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X30” markalı avtomaşının;  X4 məxsus "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı 3.032,26 manat;  X9 adına “X25” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi;  X9 adına “X25” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi;  müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat hissəsi ödənilmiş X9 adına “X25” kompleksində 1202A saylı mənzil;  müqavilə qiyməti 608.260 manat olan və 407.406 manat hissəsi ödənilmiş X9 adına “X25” kompleksində 1201A saylı mənzil.

7. Həmin iddia tələbləri aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “...Sadalanan əmlakların üzərinə həbs qoyulması iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Əliyev X20 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək məbləğlərdə gəlirlər əldə edir. Rusiya Federasiyası vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin gəlirləri haqqında” arayışlardan görünür ki, İddiaçı gəliri 2007-ci ildə 23,294,743 rubl (məzənnə ilə 931790 ABŞ dolları), 2008-ci ildə 23499972 rubl (məzənnə ilə 979166 ABŞ dolları), 2009-cu ildə 23490296 rubl (məzənnə ilə 783010 ABŞ dolları), 2010-cu ildə 24700015 rubl (məzənnə ilə 823334 ABŞ dolları), 2011-ci ildə 26599986 rubl (məzənnə ilə 886666 ABŞ dolları), 2012-ci ildə 29699615 rubl (məzənnə ilə 989987 ABŞ dolları) olmuşdur. Göründüyü kimi, İddiaçı illik rəsmi gəlirləri 2007-2012-ci illər arası hər il üçün 1 milyon ABŞ dollarına yaxın olmuşdur. Qeyd edilən faktlar müvafiq rəsmi arayışlarla təsdiq edilir və onun adına olan əmlakların qanuni gəlirlər hesabına əldə edilməsini sübut edir. Bundan əlavə, cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın həyat yoldaşından ayrılması ilə bağlı müvəqqəti yaşadığı X12 adına olan, faktiki olaraq İddiaçı məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı məxsusdur. Bundan əlavə, "X25" kompleksindəki 1.759.500 manat dəyərində olan X6 adına yazılmış "xxxx" MTK-nın Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil və həmin kompleksdəki 40 və 236 saylı dayanacaqlar İddiaçı məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun "xxxx" ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş və həmin mənzillərin faktiki sahibi İddiaçıdur. Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil, həmin kompleksdə olan 63.000 manat dəyərində qiymətləndirilmiş 40 nömrəli avtomobil dayanacaq sahəsi və 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi İddiaçı məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun "xxxx"ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş, həmin mənzillərin faktiki sahibi İddiaçıdur, Əliyeva (Seyidova) Ülviyyə Akif qızının həmin əmlaklara aidiyyatı yoxdur. 515.200 manat dəyərində olan X6 adına Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 saylı evin 9 saylı mənzil isə 2000-ci ildən əvvəl alınmışdır. Həmin mənzilə tələb yönəldilməsinə dair ittiham aktında heç bir qeyd olmamışdır, bu, Ağır Cinayətlər məhkəməsinin hakimi tərəfindən səhv olaraq, hökmə daxil edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın (Əliyevanın) yaşadığı X12 adına olan, faktiki olaraq İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev İİ, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3,215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı məxsus olmuşdur. Həmin mənzilə münasibətdə məhkəmə tərəfindən haqlı olaraq müsadirə tətbiq edilməmişdir. Bununla bağlı məhkəmə hökmündə də xüsusi olaraq qeyd edilmişdir ki, “Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X9 mülkiyyətində olan ... Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzilin mülkiyyət kimi əldə edilmə dövrləri 2005-2007-ci və 2011-ci illərə təsadüf etdiyindən, həmin dövrdə X15 müstəqil əmək fəaliyyəti ilə məşğul olduğundan və adı çəkilən daşınmaz əmlakların cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilmələri ilə bağlı mötəbər sübutlar olmadığından həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir”. Göründüyü kimi, qeyd edilən mənzil xüsusi müsadirəyə məruz qalmadığı halda, ümumiyyətlə, X14 həmin mənzilin mülkiyyətçisi, nə sahibi olmadığı halda, həmin mənzildən götürülmüş pul və zinət əşyalarının X10 məxsus olmadığı aşkardır. 47.169 manat dəyərində qiymətləndirilmiş X6 adına qeydiyyata alınmış AZ**-NK-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X32” markalı avtomobil X13 özünə məxsus olmuş “Lexus RX-300” markalı avtomobilin satışından əldə etdiyi vəsait hesabına almışdır. X4 məxsus 48.217,20 manat dəyərində olan AZ**-CD-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X30” markalı avtomaşın və onun "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat X2 xüsusi mülkiyyəti olmaqla, cinayət işinə heç bir aidiyyatı yoxdur və yuxarıda istinad edilən məhkəmə hökmü və qərarında da bu hal sübut edilməmişdir. X9 adına olan əmlaklara münasibətdə qeyd olunmalıdır ki, iddiaçı X17 mərhumun arvadı, İddiaçı mərhumun oğlu, X14 isə mərhumun qızı olmaqla X9 hüquqi varisləridir. 02 sentyabr 2017-ci il tarixdə X15 vəfat etmişdir. Bu barədə 3 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli, AZ-İ 897182 saylı “Ölüm haqqında Şəhadətnamə” verilmişdir. İddiaçıların X9 vərəsəsi olmaları həmçinin Bakı şəhəri 29 saylı notariat kontorunun 03 yanvar 2019-cu il tarixli, 1 saylı Arayışı ilə də təsdiq edilir. İddiaçı X17 mərhum əri X15 ilə rəsmi nikahda olmuşdur və mərhumun adına olan əmlaklar onların birgə nikahı dövründə əldə edilmişdir”.

8. İddiaçılar iddia tələblərinin hüquqi əsası kimi Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə istinad etmişlər.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)- 86/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “X25” kompleksində yerləşən 609A, 1201A və 1202A saylı mənzillərin həbsdən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Həmin qətnamədən iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçıların apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə qismən - iddianın təmin edilməmiş X12 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsinə və X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 60, 9 saylı mənzilə aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, X12 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsinin və X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 60, 9 saylı mənzilin həbsdən azad edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin prosessual əsasını CPM-in 253-cü maddəsi deyil, Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsi təşkil edir.

12. Bakı Apellyasiya Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

13. İddiaçı (iddiaçı) nümayəndəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Baş prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ona məxsus əmlakların - 63 000 manat dəyərində qiymətləndirilmiş “X25” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsinin; cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870 442 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, 3215 avronun, 5400 ABŞ dollarının, 26 500 manatın; X6 adına olan 1759 500 manat qiymətləndirilmiş Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzilin və 63 000 manat dəyərində qiymətləndirilmiş, X6 adına Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsinin həbsdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli Qərarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırılmışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. “Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə isə baxan məhkəmə ücün qanuni qüwəvə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarım sübut etməyə maneə yaratmasına səbəb olmur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Əliyev X20 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək məbləğlərdə gəlirlər əldə edir. Rusiya Federasiyası vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin gəlirləri haqqında” arayışlardan görünür ki, İddiaçı 2007-ci ildə 23,294,743 rubl (məzənnə ilə 931 790 ABŞ dolları), 2008-ci ildə 23499972 rubl (məzənnə ilə 979 166 ABŞ dolları), 2009-cu ildə 23490296 rubl (məzənnə ilə 783 010 ABŞ dolları), 2010-cu ildə-24700015 rubl (məzənnə ilə 823 334 ABŞ dolları), 2011-ci ildə 26599986 rubl (məzənnə ilə 886 666 ABŞ dolları), 2012-ci ildə 29699615 rubl (məzənnə ilə 989 987 ABŞ dolları) olmuşdur. Göründüyü kimi, İddiaçı illik rəsmi gəlirləri 2007-2012-ci illər arası hər il üçün 1 milyon ABŞ dolarma yaxın olmuşdur. Qeyd edilən faktlar müvafiq rəsmi arayışlarla təsdiq edilir və onun adına olan əmlakların qanuni gəlirlər hesabına əldə edilməsini sübut edir. Bundan əlavə, cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan Ülviyyə Seyidovanın həyat yoldaşından ayrılması ilə bağlı müvəqqəti yaşadığı anası X12 adına olan, faktiki olaraq İddiaçı məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı məxsusdur. Ülviyyə Seyidovanın (Əliyevanın) yaşadığı X12 adına olan, faktiki olaraq İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də yuxarıda qeyd edildiyi kimi, İddiaçı məxsus olmuşdur. Həmin mənzilə münasibətdə məhkəmə tərəfindən haqlı olaraq müsadirə tətbiq edilməmişdir. Göründüyü kimi, qeyd edilən mənzil xüsusi müsadirəyə məruz qalmadığı halda, ümumiyyətlə, X14 həmin mənzilin mülkiyyətçisi, nə sahibi olmadığı halda, həmin mənzildən götürülmüş pul və zinət əşyalarının X10 məxsus olmadığı aşkardır. Bundan əlavə, "X25" kompleksindəki 1.759.500 manat dəyərində qiymətləndirilmiş X6 adına yazılmış "xxxx" MTK-nın Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 615B saylı mənzil və həmin kompleksdəki 40 və 41 saylı dayanacaqlar İddiaçı məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun "xxxx"ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742 684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmişdir və həmin mənzillər və dayanacaqlar İddiaçı məxsusdur. Qeyd edilən fakt "xxxx"ASC-nin Azərbaycan Respublikasını Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, ********* saylı məktubuna cavab olaraq, həmin Bankın verdiyi 14 avqust 2015-ci il tarixli, 2-14/3046-15 saylı məktubu ilə də təsdiq edilir. Bundan əlavə, həmin mənzildə İddiaçı özünə məxsus 600 000 ABŞ dollarına yaxın məbləğ də olmuşdur ki, qeyd edilən mənzil və dayanacaqlar alınan zaman bankdan məxaric edilmiş vəsaitlərlə yanaşı həmin vəsaitlərdən də istifadə edilmişdir. İddiaçı cinayət işinin icraatına cəlb edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən 24 fevral 2022- ci il tarixli Qərarı və həmin Qərarda Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyi nəzərə alınmaqla, cinayət işi üzrə əmlakların Əliyeva (Seyidova) Ülviyyə Akif qızına məxsus olmasının qeyd edilməsi preyudisial hal sayılmır”.

15. Sonradan iddiaçının nümayəndəsi (vəkili) ərizə (vəsatət) verərək Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cavabdehlər siyasından çıxarılmasını xahiş etmiş, məhkəmənin 30 mart 2023-cü il tarixli protokol-qərardadı ilə vəsatət təmin olunmuşdur.

16. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə Dövlət Vergi Xidməti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşlar.

17. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçının nümayəndəsi iddia tələbinin hüquqi əsasının dəyişdirilməsi barədə ərizə təqdim etmiş, ərizəsini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə: İş materiallarından da göründüyü kimi, Vergilər Nazirliyinin (hazırda Dövlət Vergi Xidməti) mülki iddiasını təmin etmiş Bakı Ağır Cinayətlər məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və həmin tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi. Vergilər Nazirliyinin mülki iddiasını təmin etmiş məhkəmə qərarının qüvvəyə minməsindən 5 ildən çox vaxt keçmişdir. Belə olan halda. Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ümidsiz borc kimi silinməli olan tələblə bağlı iddiaçının əmlakına tələb yönəldilə bilməz. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırırıq ki, əsası dəyişdirilmiş iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, İddiaçı əvvəllər məhkəmədə baxılmış iddiasının əsası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə (məhkəmənin yekun qərarı ilə xiisusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə) istinad edirdi. Hazırkı iddia isə Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən, 5 illik müddətin keçməsi ilə bağlı borcun silinməsinə və bununla da əmlaka tələb yönəldilə bilməməsinə əsaslanır. Yuxarıda qeyd edilənlərə və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin hüquqi əsasının dəyişdirilərək. Vergi Məcəlləsinin 93.1.3-ci maddəsinin imperativ tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 ildən çox müddət keçməsi ilə bağlı İddiaçı məxsus əmlakların: - 63.000 manat dəyərində qiymətləndirilmiş "X25" kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsinin; - Cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev İ 1. C bloku, 1-ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, 3.215 avronun, 5.400 ABŞ dollarının. 26.500 manatın; - X6 adına olan 1.759.500 manat qiymətləndirilmiş "Abşeron'' MTK-dan Bakı şəhəri. Neftçilər prospekti 151 ünvanında yerləşən "X25" kompleksində 61513 saylı mənzilin və 63.000 manat dəyərində qiymətləndirilmiş. X6 adına “Abşeron" MTK-dan Bakı şəhəri. Neftçilər prospekti 151 ünvanında yerləşən “X25” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsinin həbsdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş edirik”.

18. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə iddiaçının nümayəndəsinin həmin ərizəsi icraata qəbul edilmişdir.

19. İş üzrə üçüncü şəxs qismində cəlb olunmuş Dövlət Vergi Xidmətinin nümayəndəsi vəsatət verərək, təmisil etdiyi qurumun Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə vəsatət təmin olunmamışdır.

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə etmiş, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin, habelə Dövlət Vergi Xidmətinin nümayəndələri iddia tələbinə mülki qaydada baxıldığını və Ali Məhkəmə səviyyəsində qərar qəbul edildiyini bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

21. Birinci instansiya məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

22. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı, X12, X7 (eyni zamanda X9 vərəsələri qismində) və X2 iddia tələbləri qismən təmin edilmiş, “X25” kompleksində 609A, 1201A və 1202A saylı mənzillər həbsdən azad olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Hazırki iş üzrə iddia ərizəsindən isə görünür ki, İddiaçı ona məxsus əmlakların: 63.000 manat dəyərində qiymətləndirilmiş "X25” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsinin; cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 11, C bloku, 1 -ci giriş, 33 nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarının, 3.215 avronun, 5.400 ABŞ dollarının, 26.500 manatın; X6 adına olan 1.759.500 manat qiymətləndirilmiş "Abşeron” MTK-dan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən "X25” kompleksində 615B saylı mənzilin və 63.000 manat dəyərində qiymətləndirilmiş, X6 adına "Abşeron” MTK-dan Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən "X25” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsinin həbsdən azad edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, iddia tələbində qeyd edilən əmlakların həbsdən azad edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir”.

23. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad etmişdir.

24. Qərardaddan iddiaçının nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv olunmasını və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini məhkəmənin prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyi, əvvəllər baxılan iddia tələbinin qanuni əsasının Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsindən, hazırda irəli sürülən iddia tələbinin qanuni əsasının isə Vergi Məcəlləsinin 93.1-ci maddəsindən irəli gəldiyi, buna görə də işə xitam verilməsinin düzgün olmadığı arqumentləri ilə əsaslandırmışdır.

25. Məhkəmənin 15 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya baxışı

26. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir.

27. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin nümayəndəsi tərəfindən şikayətə qarşı yazılı etiraz göndərilmiş, mübahisələndirilən qərardadın dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

29. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

30. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Apellyasiya baxışının həddi

31. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır.

33. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddələri əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

34. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı iddia tələbi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

35. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

36. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

37. İşdən görünür ki, hazırda araşdırılan iş üzrə irəli sürülmüş iddianın əsasları, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin aid olduğu işin əsasları ilə eynilik təşkil etmir.

38. Belə ki, hazırkı işdə iddiaçı iddia tələbini Vergi Məcəlləsinin 93.1-ci maddəsinə istinadla əsaslandırır, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin aid olduğu işdə isə iddia tələbi Cinayət Prosessual Məcəlləsinin 253-cü, habelə Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə istinadla irəli sürülmüşdür.

39. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, İddiaçı iddia tələbi üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinə istinadla xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1322/2023 saylı iş üzrə 23 noyabr 2023-cü il tarixli qərardadı (iş üzrə icraata xitam verilməsinə dair) ləğv olunsun və iş, İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinə qarşı (Milli Gəlirlər Baş İdarəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakların və pul vəsaitlərinin həbsdən azad edilməsi” tələbinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar