Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1465/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Ərizəçi İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Sabunçu RİHB-nin 1-ci müavini Q.Həsənovun xx xxxx 2007- ci il tarixli, S-12 saylı məktubundan narazılığını bildirmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə, 28 saylı yerdə mərhum X2 ayrılmış 1200 kv.metr torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1417/2007 saylı mülki iş üzrə xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə, 28 saylı yerdə mərhum X2 ayrılmış 1200 kv.metr torpaq sahəsinin ərizəçi İddiaçı adına rəsmiləşdirilməsi qət edilmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-13819/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1417/2007 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, birinci instansiya məhkəməsi gəldiyi nəticəni apellyasiya şikayətinin hüququ olmayan şəxs tərəfindən imzalanması ilə əsaslandırmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-4099/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1417/2007 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınıb-tanınmaması məsələsinin həlli üçün mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1417/2007 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan başqa, müvafiq torpaq sahəsinə dair İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, ərizəçi İddiaçı mərhum X1 qohumu olduğunu qeyd etsə də, lakin bunu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi sözügedən qətnaməni qəbul edərkən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan komitəni iş üzrə maraqlı şəxs qismində cəlb etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi İddiaçı şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Qeyd edilən prosessual hüquq normasının məzmunundan da müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qəbul edilmiş məhkəmə aktından verilmiş şikayətə apelyasiya icraatı zamanı baxılarkən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, verilmiş şikayətə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 270-ci maddəsinə əsasən məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Həmin Məcəllənin 271.2.9-cu maddəsinə əsasən işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları məhkəmə iclasının protokolunda göstərilir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1417/2007 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadının qəbul edildiyi xx xxxxxxxx 2020-ci il tarixli, iş materiallarının 130-132-ci vərəqələrindəki məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasının protokolunun ilk, yəni, iş materiallarının 130-cu vərəqəsi qəbul edilmiş qərardadla uyğunluq təşkil etsə də, protokolun digər iki vərəqəsi, tərəflərin izahatlarının qeyd edildiyi, iş materiallarının 131 və 132-ci vərəqəsi isə tamamilə başqa bir işlə, hansısa Bank işi ilə bağlıdır. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən, həmin qərardadın qəbul edildiyi məhkəmə iclası barədə tərtib edilmiş məhkəmə iclas protokolu qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu da prosessual pozuntu hesab olunaraq, şikayətin dəlillərindən asılı olmayaraq, qərardadın ləğvi üçün əsas hesab olunur. Odur ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1417/2007 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və yuxarıda qeyd edilən prosessual pozuntular aradan qaldırılmaqla, şikayətə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 264, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1417/2007 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1417/2007 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1465/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1465/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver