Məhkəmə qərarları › İş №2(103)-1465/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1465/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1465/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul və mənəvi zərər) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdeh Kapitalbank” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3646/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-dən 826 manat pul vəsaitinin ona qaytarılması, mənəvi zərərə görə 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumununcəmi 1856 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3646/2023 saylı işi üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş,məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 50,54, 77.1, 119.1; Avropa İnsan hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyekt müəyyən edilməklə ona qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia təlləbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Hazırki iddia üzrə cavab verməli olan şəxs cavabdeh "xxxx" ASC deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədi və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmadı. İşin mübahisələndirilməyən tərəfi ondan ibarətdir ki, iddiaçıya məxsus **********11955 nömrəli əmək haqqı kartından xx.xx.2022-ci il tarixində "xxxx" ASC-yə məxsus “Makro Mart” marketin qarşısında olan bankomatından 826 manat pul çıxarılmışdır.Məhkəmə iclasında cavabdehin təqdim etdiyi subutlarla müəyyən edilmişdir ki, həmin pul məbləği başqa şəxs tərəfindən götürülmüşdür. Təqdim edilmiş diskdə olan bankomatın nəzarət qurğusundan çıxarılmış fotoşəkillərdə digər şəxsin pulu götürməsi fotoşəkillərdə əks olunmuş texniki məlumatlarla sübut olunur. Belə ki, 12:02:43-də əks olunmuş fotoşəkilin üzərində olan texniki məlumatlara əsasən İddiaçı "xxxx" ASC-yə məxsus bankomat vasitəsi ilə kartdan pulun məxaric edilməsinə dair əməliyyata başladıqda transaksiyanın sorğulandığı qeyd olunur. Bu zaman iddiaçı üzü bankomata doğru olmuşdur. Bankomatın nəzarət qurğusu vasitəsi ilə əks olunmuş fotoşəkildəki texniki məlumatlara əsasən bankomatda nağd pulun sorğulanması prosesi getdiyi 12:03:54-də Firuzə Quliyevanın bankomatın qarşısında olması, lakin bankomatın ekranından üzünü əks istiqamətdə çevirməsi müşahidə olunur, bununla da onun bankomatda gedən proseslərə nəzarət etmək imkanının olmaması görünür. Bu zaman F. Quliyevaya istiqamət işarəsi verərək onun yanında cavan yaşlarında olan kişi cinsli şəxsin durması da fotoşəkildə əks olunmuşdur. Bankomatdan nağd pulun təqdim edilməsi prosesi qetməsini bildirən 12:03:58-də əks olunmuş fotoşəkildə Firuzə Quliyevanın bundan əvvəl təsvir edilmiş vəziyyətdə olması görünür. Bankomatdan 12:04:09-da nağd pulun verilməsi zamanı bankomatın qarşısında iddiaçının olmadığı, bundan əvvəl onun yanında durmuş və istiqamət göstərən şəxsin bankomata yaxınlaşması və bu zaman sol əlini gödəkçəsinin cibinə yönəltməsi görünür. Bankomatdan nağd pulun verilməsi bitdiyi 12:04:14-də yuxarıda qeyd oluna şəxsin bankomatdan uzaqlaşdığı əks olunur. Qeyd olunan məlumatlara əsasən bankomatda nağd pulun verilməsi prosesinin tamamlandığı, pulun bankomata geri qaytarılmadığı, pulun kənar şəxs tərəfindən götürdüyü sübuta yetirilir; - İddiaçının cavabdehə qarşı tələbinin əsassız olması qeyd olunanlarla yanaşı, Sabunçu rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 xx.xx.2022-ci il il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərarının olması, bundan əlavə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmaması əsası ilə dayandırılması və əməliyyat axtarış tədbirləri davam etdirilməsi ilə də təsdiq edilir. Bununla baş vermiş hadisədə cavabdehin təqsiri olmadığı sübuta yetirilir. Cavabdeh bankomatın mülkiyyətçisi olan hüquqi şəxs olmaqla, pulun qaytarılmasına dair tələbə münasibətdə cavabdehlik daşıya bilməz. 3.Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - Sabunçu rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 -ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təhqiqat materialına əsasən Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yusif Qasımov küçəsi ev 41-də yaşayan İddiaçı 09 mart 2022-ci il tarixində Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə müraciət edərək, 01 mart 2022- ci il tarixində, saat 13:00-dan 14:00-dək olan müddət ərzində özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 5103 0714 2217 1955 nömrəli bank kartından naməlum şəxs və ya şəxslərin ünvan 1 ünvanında fəaliyyət göstərən "Makro Mart" marketin qarşısındakı bankomatda 826 manat nəğd pulunun çıxarıldığını bildirmişdir; - Sabunçu rayon Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X3 xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən, cinayət işi üzrə istintaqın hazırki mərhələsində iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 -ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; - "Kapital Bank” ASC tərəfindən ünvan 2 ünvanda yerləşən bankomatla aparılan 826 manat vəsaitin nağdlaşdırılmasına dair mövcud görüntülər (disk) Sabunçu RPİ-nin 13-cü PB-nə təqdim edilmişdir; - Məhkəmənin sorğusu əsasında Sabunçu rayon polis idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat axtarış tədbirləri davam etdirilir; - "xxxx" ASC tərəfindən təqdim edilmiş video diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:02:43-də İddiaçı "xxxx" ASC-yə məxsus bankomat vasitəsi ilə kartdan pulun məxaric edilməsinə dair əməliyyata başladıqda ona digər şəxs yaxınlaşmış, əlini tuşlamaqla nəsə göstərmiş, 12:03:54-də və 12:03:58də İddiaçı bankomatın qarşısından yayınmaqla oradan uzaqlaşmış, 12:04:10 üzündə tibbi qara maska olan kişi cinsli şəxs bankomatdan pulu götürməklə oradan uzaqlaşmışdır; Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3646/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddianı tam təmin edilməsi və “Kapital Bank" ASC-dən 826 manat pul vəsaitinin ona qaytarılması, mənəvi zərərə görə 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun-cəmi 1856 manat pulun cavadehdən alınaraq ona ödənilməsi barədə iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh e d i l m ə s i n ə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6, 41; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə qətnaməsini bir cümlə ilə əsaslandırmağa calışmışdır ki, “Bununla baş vermiş hadisədə cavabdehin təqsiri olmadığı sübuta yetirilir. Cavabdeh bankomatın mülkiyyətçisi olan hüquqi şəxs olmaqla, pulun qaytarılmasına dair tələbə münasibətdə cavabdehlik daşıya bilməz”. Məhkəmənin bu dəlilləri ilə tamamilə razılaşmır. İşin hallarına dair Nəsimi Rayon Məhkəməsinin iclasında iştirak edərkən iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC tərəfindən verilmiş **********11955 nömrəli əmək haqqı kartı ona məxsusdur. 02 mart 2022-ci il tarixində, 12:50 radələrində əmək haqqı kartından pul çıxarmaq üçün Cavabdeh ASC-yə məxsus olan və ünvan 1-də yerləşən “Makro Mart” marketin qarşısında yerləşən bankomatdan pul çıxarmaq istəyib. Bunun üçün özünə məxsus olan plastik kartı bankomata daxil etmiş və pin kodunu yığmışdır. Bankomatdakı kart məlumatlarına baxdığı zaman hesabında 820 manat pul olduğunu görmüşdür. Qeyd edilən məbləği kartından çıxarmaq üçün həmin məbləği qeyd etmiş və “enter’ düyməsini sıxmışdır. Düyməni sıxdıqdan sonra bir neçi dəqiqə dayanaraq pulun cıxmasını gözləmışdır. Lakin pulun çıxmadığını görmüş və bir neçə dəqiqə dayanaraq pulun hazırlanmasını gözləmişdir. Gözləməyinə baxmayaraq kart hesabından 826 manat pul çıxmamışdır. Bundan sonra kartını götürərək oradan 03 mart 2022-ci il tarixində Cavabdeh ASC-nin Bakıxanov qəsəbəsində yerləşər filialına müraciət etmişdir. Oradan çıxarış almış və bu zaman 02 mart 2022ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəşəbəsi, S.Mehmandarov küçəsi 28-di yerləşən “Makro Mart” marketin qarşısındakı bankomatdan 826 manat pulunun çıxarıldığını öyrənmişdir. Həmin 826 manat pulunun kənar şəxs və ya şəxslərin çıxarması ilə bağlı 07 iyul 2022-ci il tarixdə Sabunçu RPİ-nin İŞ-nin cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Lakin indiyənədək həmin pul ona qaytarılmamışdır. Həmçinin cavabdehin pulunun qaytarmaması səbəbindən ona 1000 manat mənəvi zərər dəymişdir. Belə ki, cavabdehin ona qarşı olan hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab, baş ağrısı, həyacan hissləri keçirtmişdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi, h a b e l ə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi faktiki halların məhkəmə tərəfindən araşdırılmadığından ibarətdir ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia tələbləri “Cavabdeh ASC-dən 826 manat pul vəsaitinin ona qaytarılması, mənəvi zərərə görə 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun- cəmi 1856 manat pulun cavadehdən alınaraq ona ödənilməsi” tam əsaslıdır və təmin edilməli idi. Lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən bu hallar ümimiyyətlə araşdırılmamışdır, məhkəmə həmin hallara göz yummuş, sanki görməmiş, onlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə iddianı tamamilə təmin etmək əvəzinə iddianı qanunsuz rədd etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək 02 mart 2022-ci il tarixində əmək haqqı kartından pul çəkmək üçün “ Makro Mart” marketin qarşısında yerləşən bankomata yaxınlaşdığını, bankomat kartı qəbul etdikdən sonra kartda 826 manat pulun olduğunu görmüş, həmin məbləği kartdan çıxartmaq üçün müvafiq əməliyyat düyməsini basmış, lakin 15 dəqiqəyə yaxın bir müddət gözləsə də bankomat ona pul verməmişdir. Bu hadisədən dərhal sonra "xxxx" ASC–nin Bakıxanov qəsəbəsindəki filialına müraciət etmiş, ona bildirilmişdir ki, əməliyyatda hər hansı bir nasazlıq olmayıb və pul çəkilib. Hazırkı mübahisə üzrə cavabdeh qismində birbaşa "xxxx" ASC-ni gördüyünü, çünki əvvəllərdə kredit münasibətlərinə görə onun xəbəri olmadan kartından hər ay 200 manat məbləğində pulun çəkildiyi, həmçinin bank tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdə pulun 3-cü şəxs tərəfindən götürülməsinin sübuta yetirilmədiyini qeyd etmiş, qarşı tərəfin onun fikrinin yayındıraraq, pulun 3-cü şəxs tərəfindən götürülməsi ilə bağlı iddiasına münasibətdə isə qeyd etmişdir ki, onun fikrini heç kim yayındırmamış, pulun bankomat tərəfindən təqdim edilməsini kifayət qədər gözləmişdir. Həmin şəxsdən sadəcə olaraq söz soruşmuş,kifayət qədər uzun müddət gözlədikdən sonra pul verilmədiyindən banka müraciət etmişdir. Bu hadisə ilə bağlı zərərçəkən kimi Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət etmişdir, lakin cinayət işi üzrə təqsirləndirilən şəxslərin müəyyən edilməməsi səbəbindən dayandırıldığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, əməliyyatda hər hansı bir problem yaşanmadığını, bank tərəfindən əməliyyatların aparılması barədə çıxarışın və əməliyyatın görüntülərini əks etdirən fotoşəkilləri maddi daşıyıcıda həm istintaq orqanına, həm məhkəməyə təqdim etdiklərini, həmin diskdən də pulun maskalı 3-cü şəxs tərəfindən götürüldüyünün aydın şəkildə göründüyünü, xanım 15-dəqiqəyə yaxın müddət bankomatın ona pul verməsini gözləməsini iddia etsə də, fotoşəkillərdən xanımın bu qədər uzun müddət gözləmədiyi, belə ki, cəmi 1 dəqiqə 20 saniyədən sonra bankomatdan kənarlaşdığını və o kənarlaşıdıqdan sonra maskalı 3-cü şəxs tərəfindən pulun götürüldüyünü, qarşı tərəfin iştirakı ilə Nəsimi Rayon Məhkəməsində həmin sübutların müayinə olunduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-390, 560; Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

9. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malikdir, lakin həmin tələb buna cavab verməli olan şəxsə ( əsl cavabdehə ) qarşı yönəlməmişdir və iddiaçı isə cavabdehin "xxxx" ASC olması qənaətindədir. İş materiallarından və araşdırılan sübutlardan da görünür ki, Sabunçu Rayon Pİ-nin İŞ-nin cinayət işi başlanması və icraata qəbul edilməsi qərarının olması, bundan əlavə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsası ilə dayandırılması və əməliyyat axtarış tədbirləri davam etdirilməsi, pul vəsaitlərinin kim tərəfindən çıxarılması məsələsinə cinayət təqibi orqanı tərəfindən araşdırılma nəticəsindən asılı olaraq cavab verməli şəxsin müəyyən edilməli olması, habelə mülki icraat proseduru qaydasında "xxxx" ASC tərəfindən pozuntunun baş verdiyinin sübuta yetirilməməsi, hazırkı mübahisə üzrə faktoloji və mülki hüquqi əsaslar olmadığından iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. İzah edilməlidir ki, cinayət təqibi üzrə qiymət vermənin nəticəsi və ya digər sübutedici əsasların müəyyən edildiyi təqdirdə iddianın fərqli əsasla, və ya fərqli şəxsə qarşı əsaslandırılmış (sübutedici) iddia vermək hüququ mövcuddur. Sübutların əldə edilməsi mümkün olmadığda isə prosessual qanunvericiliklə nəzərdə tutulan sübutların təmin edilməsi vasitələrindən istifadə etmək hüquqları mövcuddur. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən; 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 11.Beləliklə, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə dəlalət edən sübutlar, müəyyən edilmir. 12.Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3646/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar