Məhkəmə qərarları › İş №2(103)-1465/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1465/2025

13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1465/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı “payların naturada müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı “payların naturada müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 461/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. xx.xx.2007-ci il tarixli, AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən satıcı Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi ünvanında yerləşən 30 nömrəli fərdi yaşayış evində ona məxsus ümumi sahəsi 71,48 kv.m., yaşayış sahəsi 46,8 kv.m., köməkçi sahəsi 24.68 kv.m olan 3 otaqlı «N» tikilisini alıcının, yəni İddiaçı mülkiyyətinə verir. Qalan 2/18 hissə satıcının istifadəsində qalır.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli Çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində istifadədə olan 0.07358 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 8 otaqlı, 166.1 kv.m yaşayış, 151.98 kv.m köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı "N" tikilisi, Cavabdeh8 1/18 hissə, Cavabdeh4 2/18 hissə, Cavabdeh9 1/18 hissə, Cavabdeh1 2/18 hissə, Cavabdeh6 3/18 hissə, X3 3/18 hissə, Cavabdeh7 3/18 hissə, Cavabdeh5 1/18 hissə, Cavabdeh3 1/18 hissə, Cavabdeh2 1/18 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 741 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bölgü sxemindən görünür ki, İddiaçı məxsus "N" yaşayış evi 0.08 ha torpaq sahəsi (Dövlət; istifadə) üzərində yerləşir. Həmin tikiliyə küçədən ayrı giriş-çıxış var.

4. Bakı Şəhər (Rayon) 10 saylı (Dövlət) Notariat Kontoru tərəfindən xx.xx.2007-ci il tarixli 4Ə/1-130 saylı notariat işindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, ev 30-da yerləşən «N» tikilisinə dair alqı-satqı müqaviləsi bağlanmışdır.

5. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evinin ona aid “N” tikilisinin və həmin tikilinin yerləşdiyi 0,08 ha torpaq (həyətyanı və tikintialtı) sahəsinin naturada ayrılaraq qarşılıqlı razılaşma əsasında 10 gün müddətində payların müəyyən edilməsi barədə paylı mülkiyyətçilərə rəsmi qaydada məlumat vermişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 qarşı “payların naturada müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən ona aid ümumi sahəsi 71,48 kv.m olan 3 otaqlı “N” tikilisinin və həmin tikilinin yerləşdiyi 0,08 ha (həyətyanı və tikintialtı) torpaq sahəsinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 341 saylı sərəncamına əsasən Cavabdeh1 Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 saylı evin özünə məxsus hissəsində yaşayış evinin tikintisinə icazə verilmiş, Cavabdeh1 həmin yaşayış evini Bakı şəhəri 10 saylı Notariat kontorunda bağlanılmış xx.xx.2007-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı satmış, xx.xx.2007-ci ildə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin yaşayış evinin iddiaçıya məxsus “N” tikilisi və yerləşdiyi 0,08 ha torpaq sahəsi 4 tərəfdən hasara alınmaqla ayrıca giriş-çıxışı mövcud olmasına baxmayaraq, 30 saylı fərdi yaşayış evi ilə birgə paylı mülkiyyət kimi göstərilmişdir. Digər tikililər isə 18 hissəyə bölünməklə qohumlar arasında vərəsəlik və bağışlama müqavilələri əsasında bölünmüşdür. İddiaçı həmin əmlakdan payına düşən hissədə yaxşılaşdırma işləri aparmaq istədiyini qeyd edir. Lakin, rəsmi sənəddə payına düşən hissə müəyyən olunmadığından, payının naturada dəqiq ayrılmasını istədiyindən hazırki iddia tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evinin ona aid “N” tikilisinin və həmin tikilinin yerləşdiyi 0,08 ha. torpaq (həyətyanı və tikintialtı) sahəsinin naturada ayrılaraq qarşılıqlı razılaşma əsasında 10 gün müddətində payların müəyyən edilməsi barədə paylı mülkiyyətçilərə rəsmi qaydada xx.xx.2023-cü il tarixli pretenziya göndərmişdir. Həmin pretenziyalar rəsmi qaydada sifarişli xəbərnaməli məktubla cavabdehlərə göndərilmişdir. Eləcə də cavabdehlərin rəsmi ünvanları barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə vəkil sorğusu verilməklə cavabdehlərin ünvanları müəyyən edilərək bu barədə arayışlar əldə edilmişdir. Keçən 2 aydan artıq müddət ərzində cavabdehlər onun pretenziyasına əhəmiyyət verməmiş, fərdi yaşayış evinin naturada bölgüsü ilə bağlı fikir bildirməmişlər. İddiaçı məhz bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir. Qeyd edir ki, yaşayış evinin ona məxsus hissəsi 2007-ci ildən hazıki vaxtadək daşdan ayrıca hasara alınmış və ona məxsus hissədə Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 341 saylı sərəncamına əsasən tikilmiş və ona satılmışdır. İddiaçı hazırda öz payını ayırmaq və daşınmaz əmlakın dövlət reyestri xidmətindən evinə ayrıca ünvan almaq istədiyini bildirir. İddiaçı qeyd edir ki, hazırki iddia ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir, iddiası təmin oluncağı təqdirdə həmin rüsumun cavabdehlər tərəfindən geri ödənilməsini tələb etməmişdir. Yenidən bildirir ki, ona məxsus “N” tikilisi və onun yerləşdiyi 0,08 ha torpaq sahəsi digər paylı mülkiyyətçilərə məxsus yaşayış sahəsindən ayrıca yerləşməsinə və ayrıca sərəncamla 2007-ci ildə inşa edilməsinə baxmayaraq, daşınmaz əmlakda eyni yaşayış evi qismində qeydə alınmışdır. Ona məxsus “N” tikilsi və həmin tikilinin yerləşdiyi (həyətyanı və tikintialtı) 0,08 ha torpaq sahəsinin digər şəxslərə münasibətdə naturada ayrılması məhz məhkəmə tərəfindən gələcəkdə keçiriləcək ekspertiza ilə də tam müəyyən etmək olar. Ona məxsus tikili ayrıca kommunal xidmətlərlə tam təmin edilmişdir və digər yaşayış sakinləri ilə heç bir bağlılığı yoxdur. Yəni, ona məxsus hissə ayrıca hasar içərisində yerləşməklə zatən bölünmüşdür. Lakin, cavabdehlərin bölgü sxemi tərtib etməməsi nəticəsində məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır.

8. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e- 2(010)-461/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçının payına düşən ona aid ümumi sahəsi 71,48 kv.m olan 3 otaqlı “N” tikilisi naturada ayrılıb İddiaçı verilməsi, məhkəmə ekspertizasının dəyəri qismində 50 manat İddiaçı alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilməsi qət edilmişdir. (AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X2, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3)

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə İddiaçı Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi ünvanında yerləşən 30 nömrəli fərdi yaşayış evində ona məxsus ümumi sahəsi 71,48 kv.m., yaşayış sahəsi 46,8 kv.m., köməkçi sahəsi 24.68 kv.m olan 3 otaqlı «N» tikilisini almışdır. AR DƏDRX Hüquqları Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2007ci il tarixli Çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində olan 30 nömrəli fərdi yaşayış evinə aid olan "N" tikilisi İddiaçı mülkiyyətindədir, digər tikililər isə digər paylı mülkiyyətçilərə məxsusdur. Çıxarışa əsasən evlərin yerləşdiyi torpaq sahəsinin həmin şəxslərə mülkiyyət hüququ ilə deyil, istifadələrinə verildiyi görünür. İddiaçı “payların naturada müəyyən edilməsi” tələbi ilə Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən ona aid ümumi sahəsi 71,48 kv.m olan 3 otaqlı “N” tikilisinin naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, İddiaçı tələbi haqlı hesab olunur. Belə ki, həmin maddədə nəzərdə tutulub ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda, iş materiallarında olan mütəxəssis və ekspert rəyinə əsasən, cavabdehlərə məxsus “A” və “B” literli fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri İddiaçı məxsus “N” literli tikilisinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda yerləşir, həmin sahələrin bir-birinə giriş-çıxışı yoxdur, torpaq sahələri arasında hasar mövcuddur, “N” literli tikilisinə küçədən ayrı giriş-çıxışı var və cavabdehlərə məxsus “A” və “B” literli fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin küçəyə ayrı giriş-çıxışı vardır. Belə olan halda, məhkəmə hesab edir ki, Bakı şəhəri, yeni Suraxanı qəsəbəsi, Cavabdeh3 küçəsi, 30 ünvanda yerləşən fərdi yaşayış evində yerləşən “N” tikilisinin naturada ayrılıb iddiaçıya verilməsi mümkündür və buna görə bu hissədə iddia tələbi təmin olunmalıdır. İddia tələbinin digər hissəsində isə, yəni “N” tikilisinin yerləşdiyi 0,08 ha (həyətyanı və tikintialtı) torpaq sahəsinin naturada ayrılıb iddiaçıya verilməsi hissəsində məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, torpaq sahəsi tərəflərin mülkiyyətində deyil, dövlət mülkiyyətində olmaqla, tərəflərin istifadəsinə verilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, dövlətin mülkiyyətində olan və tərəflərin yalnız istifadəsinə verilmiş torpaq sahəsi hazırki qətnamə ilə bölünə bilməz. Əks halda, tərəflərin həmin torpaq sahəsinə olmayan hüquqlar tanınmış olar. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilərinin istifadəsində olan mübahisələndirən torpaq sahəsini bölmək, ayırmaq və ya özəlləşdirmək üçün, ilk növbədə, müvafiq dövlət orqanlarına müraciət olunmalıdır. Həmçinin, hazırki iddia tələbi üzrə cavabdehlərə qarşı bu tələb irəli sürülməməlidir, çünki həmin torpaq sahəsi paylı mülkiyyət kimi bölünə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin olunmamalıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı, Mülki Məcəllənin 140, 152, 213, 220, 215, 221-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107,115, 119.1, 124.1, 218.1, 238.1, 238.2, 238.3, 216-220, 227, 233, 244, 357, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-461/2024 saylı qiyabi qətnaməsinin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni (qiyabi) qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı paylı mülkiyyətdə olan fərdi yayaşyış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmir, sadəcə evin yerləşdiyi və istifadəsində olan torpaq sahəsinin naturada bölgüsünü tələb etmişdir. Bu bölgünün naturada mövcudluğunu isə işə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri tam təsdiq edir. Ümumiyətlə isə iddiaçının mülkiyyətində olan “N” tikilisi Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 341 saylı sərəncamı əsasında tikilmiş, sonradan Bakı şəhəri 10 saylı Notariat kontorunda bağlanılmış xx.xx.2007-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmış, “N” tikilisi və onun yerləşdiyi 0,08 ha torpaq sahəsi ilə bağlı nə digər paylı mülkiyyətçilər, nə dəki digər qonşular arasında hər hansı mübahisə mövcud olmuş, həm tikili, həm də torpaq sahəsi digər paylardan tam təcrid olunmuş vəziyyətdə 4 tərəfdən daşdan hasara alınmış və hazırki vaxtadək iddiaçı tərəfindən təyinatı üzrə istifadə olunur. Birinci instansiya məhkəməsi tərəfindən fərdi yaşayış evinin xüsusi mülkiyyətdə olmasını nəzərə alsa da, nəzərə almamışdır ki, bu yaşayış evi hələ keçmiş SSRİ dövründə inşa edilmiş, həmin dövrdə yalnız dövlət mülkiyyəti mövcud olmuş, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra torpaq sahələri üzərində dövlət mülkiyyətindən əlavə, bələdiyyə və xüsusi mülkiyyət növləri də yaranmışdır. Müstəqillik illərində keçirilən islahatlar nəticəsində, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və s. torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Hətta, Daşınmaz əmlakın texniki inventarlaşıdrma şöbəsinin xx.xx.2021-ci ildə tərtib və təsdiq etdiyi bölgü sxemində də, 30 saylı yaşayış evinin hər bir payçısının konkret tikili və torpaq sahəsi payları qeyd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəlləni 220.3-cü maddəsinə istinad etsə də, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin, onun yerləşdiyi torpaq sahəsi ilə bağlılığını və iddiaçının həmin torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun olmasını, istinad olunan torpaq sahəsinin həmin evin texniki pasportunda əks olunmasını, həmçinin mütəxəssis və ekspert rəyləri ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyətində olan fərdi tikili və torpaq sahəsindən ayrı-ayrılıqda yerləşməklə, hər bir tikilinin ayrıca giriş-çıxışlarının olmasını nəzərə almamışdır. Qanunverciliyin tələbindən də göründüyü kimi, iddiaçının gələcəkdə xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi və həyətyanı torpaq sahələrini özəlləşdirmək kimi gözləntisi olmuşdur. Yəni, iddia tələbində istinad olunan 0,08 ha torpaq sahəsi sənəddə dövlət mülkiyyəti kimi qeyd edilməsinə baxmayaraq, iddiaçı istənilən vaxt həmin sahə üzərində mülkiyyət hüqququnun dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestri xidmətinə müraciət edə və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edə bilər. Fərdi yaşayış evinin həyətyanı və tikintialtı torpaq sahələri dövlət tərəfindən əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Nəzərə alsalar ki, iddiaçının xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ naturada ayrıldığı təqdirdə, həmin payın yerləşdiyi torpaq sahəsinə münasibətdə də bölgünün aparılmaması, gələcəkdə qətnamənin icrasına çətinlik yaradacaqdır. Hazırki vəziyyətdə də, iddia tələblərinin tam təmin olunması üçün tələb olunan bütün sübutlar məhkəməyə təqdim edilmiş, eləcə də məhkəmənin təşəbbüsü ilə təyin edilmiş ekspertiza ilə mütəxəssis və ekspertiza rəyləri məhkəməyə təqdim edilmişdir. Qeyd olunan rəylər ilə müəyyən olunur ki, iddiaçının istifadə etdiyi tikili və torpaq sahəsi, yəni “N” tikilisi digər paylı mülkiyyətdə olan torpaq və tikinti sahələrindən tam təcrid olunmuş vəziyyətdə olmaqla, hər birinin ayrı-ayrılıqda girişçıxışları mövcuddur. Məhkəmə özü də qətnamədə etiraf edir ki, torpaq sahəsi tərəflərin mülkiyyətində deyil, dövlət mülkiyyətində olmaqla, tərəflərin istifadəsinə verilmişdir. Hazırki tələbdə də, iddiaçı hər hansı torpaq sahəsinin ayrılmasını deyil, evin yerləşdiyi torpaq sahəsinin naturada bölünməsini tələb etmişdir ki, bu zaman hər hansı pozuntu mövcud deyil.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

13. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən imtina barədə ərizənin qəbul edilməsini xahiş edir.

14. Cavabdeh9 məhkəmə iclasında çıxış edərək bildirir ki, ərizənin qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

Mülki Prosessual Məcəllə

15. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

16. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

17. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

18. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə təqdim edərək apellyasiya şikayətindən imtina edir. Qeyd olunan halların nəzərə alınmasını xahiş edir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 461/2024 nömrəli, xx.xx.2024cü il tarixli qiyabi qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar