Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1467/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh öz növbəsində Relt House MMC-yə qarşı xx.xx.2016- cı il tarixli razılaşma protokolunun ləğv edilməsinə, dəymiş maddi zərərə görə 2 652 900 manat, mənəvi zərərə görə 1 000 000 manat olmaqla cəmi 3 652 930 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(001)- 193/2021 saylı qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli 2(001)- 193/2021 saylı icra vərəqəsinə izah verilməsi barədə 30 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən ərizə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-193/2021 saylı qərardadına Relt House MMC tərəfindən Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 193/2021 saylı qərardadı ilə təsdiq olunan barışıq sazişinə əsasən, təhvil verilən qeyriyaşayış sahələrində quraşdırılması tələb olunan su, işıq, qaz sayğaclarının faktiki olaraq təhvil verilmiş sahənin, görülmüş işlərin sazişə uyğun icra edilibedilməməsi icra sənədini icra edən icra məmuru tərəfindən həmin sahələr üzrə xüsusi biliyə malik mütəxəssislər dəvət edilməklə müəyyən edilməsi məzmununda izah verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı MMC şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(001)- 193/2021 saylı qərardadı ilə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(103)-7970/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(001)- 193/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qeyd olunan qəradaddan cavabdeh İddiaçı MMC apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(001)-193/2021 saylı qərardadının ləğv edilməsi və şikayətə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsinə dair xx.xx.2021-ci il tarixli 2(001)- 193/2021 saylı qərardada izah verilmiş, İddiaçı MTK tərəfindən Cavabdeh həmin barişiq sazişi qərardadına əsasən təhvil verilən qeyri-yaşayış sahələrində quraşdırılması tələb olunan su, işıq, qaz sayğaclarının sayı, faktiki olaraq təhvil verilmiş sahənin, görülmüş işlərin sazişə uyğun icra edilib-edilməməsi icra sənədini icra edən icra məmuru tərəfindən həmin sahələr üzrə xüsusi biliyə malik mütəxəssislər dəvət edilməklə müəyyən edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Binəqədi rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından tərəflərindən şikayət verilmiş, lakin həmin şikayət Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməməsi əsasları ilə geri qaytarılmışdır. Halbuki şikayət tərəflərindən xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmişdir. Məhkəmə izahla bağlı ərizəyə baxarkən işin faktiki hallarını araşdırmamış, barışıq sazişi ilə müəyyən edilmiş ümumi sayğacın quraşdırılması hissəsinə düzgün qiymət verməmiş, 365,59 kv.m sahəyə ümumi sayğacın quraşdırılmasının qeyd edilməsinə əhəmiyyət verməyərək xüsusi biliyə malik olan mütəxəssislərin dəvət olunması barədə qərar qəbul etmiş və bununla da hüquqlarının pozulmasına şərait yaratmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(001)- 193/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddələrinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Normaların tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş şikayət bu qaydaya, eləcə də, Azərbaycan Respublikası MPMnin 2 saylı əlavəsində göstərilən formaya riayət olunmadan verilmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytararkən heç bir maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-193/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1467/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1467/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver