Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1471/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində mütəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyinə və “Təhsil Şurası” X6rşı iş üzrə (Açar sözlər: Ümumi yığıncağın protokolunun və qərarların etibarsız hesab edilməsi) X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X11 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X16, İddiaçılar İddiaçı2 və İddiaçı1, habelə onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində mütəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyinə və “Təhsil Şurası” X6rşı “ümumi yığıncağın protokolunun və qərarların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Təhsil Şurası” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən Birlik xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 144 nəfərdir. Qurumun icra orqanı idarə heyətidir. Qurumun icra orqanının tərkibi, idarə heyətinin üzvləri: X12 (sədr), X13 (sədr müavini) və X8 (katib) ibarətdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. Qurumun icra orqanının hazırki tərkibi, Cavabdeh1 (sədr), X25 (sədr müavini), Əsədov Seyyub əsəd oğlundan, X9 (digər üzvlər) və X8 (katib) ibarətdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. Qurumun icra orqanı olan İdarə Heyətinin sədri Cavabdeh1, sədr müavinləri X51, X29, X36, X20r. Həmiçinin, birliyin 19 üzvü var, iclas katibi X2.
4. “Təhsil Şurası” İctimai X35 sədri Cavabdeh1 tərəfindən həmin birliyin üzvü İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişə əsasən İddiaçı1 xx.xx.2021-ci il tarixdə, saat 19-00-da “Təhsil Şurası” X63 Heyətinin iclasının pandemiya səbəbindən “ZOOM” platforması vasitəsilə, internet üzərindən keçirilməsinin qərara alınması barədə məlumat verilmiş və iclasa qoşulmaq üçün istifadə edəcəyi mobil telefon nömrəsini təqdim edilmiş nömrələrdən birinə SMS və ya vatsapp vasitəsi ilə göndərilməsi ona təklif edilmişdir. "xxxx" MMC-nin qaiməsinə əsasən həmin bildiriş xx.xx.2021-ci il tarixdə çatdırılmışdır.
5. “Təhsil Şurası” İctimai X35 sədri Cavabdeh1 tərəfindən həmin birliyin üzvü İddiaçı2 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişə əsasən İddiaçı1 xx.xx.2022-ci il tarixdə, saat 12-00-da “Təhsil Şurası” X63 Heyətinin iclasının pandemiya səbəbindən “ZOOM” platforması vasitəsilə, internet üzərindən keçirilməsinin qərara alınması barədə məlumat verilmiş və iclasa qoşulmaq üçün istifadə edəcəyi mobil telefon nömrəsini təqdim edilmiş nömrələrdən birinə SMS və ya vatsapp vasitəsi ilə göndərilməsi ona təklif edilmişdir. "xxxx" MMC-nin qaiməsinə əsasən həmin bildiriş xx.xx.2021-ci il tarixdə çatdırılmışdır.
6. “Təhsil Şurası” İctimai X35 1 nömrəli, xx.xx.2021-ci il tarixli iclasının protokoluna və protokoldan çıxarışa əsasən X64 Yığıncağının həmin tarixdə keçirilmiş iclasının gündəliyinə daxil edilmiş 4-cü məsələ üzrə qəbul edilmiş qərara əsasən İcimai Birliyinin 40 nəfər üzvü, o cümlədən İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə Respublika “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən xaric edilmişlər.
7. “Təhsil Şurası” İctimai X18 xx.xx.2022-ci il tarixli, 1 nömrəli iclas protokoluna əsasən Ümumi Yığıncağın gündəliyinə 7 məsələ, o cümlədən 1. Təhsil Şurası” X63 Heyətinin sədrinin 2021-ci ildə görülmüş işlərlə bağlı hesabatı; 2.”Təhsil Şurası” İctimai X18 xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması (5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması); 3. xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyətinin sədrinin, sədr müavininin və katibinin istefa ərizələrinə baxılması; 4. “Təhsil Şurası” İctimai X35 yeni tərkibinin açıq səsvermə yolu ilə seçilməsi (5.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə və səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir); 5. “Təhsil Şurası” X63 Heyətinin sədri, sədr müavinləri və katibinin 5 il müddətinə seçilməsi (5.10. İdarə heyətinin sədri, müavinləri və katibi X48 tərəfindən açıq səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir); 6.”Təhsil Şurası” X34-Təftiş Komissiyasının yeni tərkibinin və sədrinin açıq səsvermə yolu ilə seçilməsi (5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakəlar aiddir: Birliyin NTK-nın və onun say tərkibinin açıq səsvermə ilə müəyyənləşdirilməsi); 7. Cari məsələlər daxil edilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2716/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X17 iddiası təmin edilmiş, Təhsil Şurası ictimai X35 xx.xx.2018-ci il tarixli, 1 nömrəli və xx.xx.2018-ci il tarixli, 2 nömrəli iclas protokolları etibarsız hesab edilmiş və həmin iclasların nəticələri ləğv edilmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1877/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər Əli-zadə Hikmət Abdul oğluna, “Təhsil Şurası” İctimai Birliyinə, X52 və Axundova Sevda Hidayət qızına qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “protokolun və yekun qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-677/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1877/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, “Təhsil Şurası” içtimai X18 xx.xx.2019-cu il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4454/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehlər “Təhsil Şurası” İctimai Birliyinin, X26, X41 və Axundova Sevda Hidayət qızının kassasiya şikayəti təmin edilməmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilmiş, “Təsil Şurası” İctimai X18 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1028/2022 saylı qətnaməsinə əsasən cavabdeh “Təhsil Şurası” İctimai X35 sədri Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavadehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi mübahisə predmeti barəsində mütəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “Təhsil Şurası” İctimai X18 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçılar tələbini onunla əsaslandırmışdılar ki, “Təhsil Şurası” İctimai Birliyi 20 il öncə, yəni xx.xx.2001-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək, qeyrikommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Birliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasında Təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, pedaqoji və elmi pedaqoji kadr hazırlığının, ixtisasartırma və yenidən hazırlanmanın, pedaqoqika və psixologiya elmlərinin milli və ümumbəşəri dəyərlər, qabaqcıl dünya elmi-nəzəri fikir və təcrübi nailiyyətləri nəzərə alaraq demokratik və humanist prinsiplərlə inkişafına nail olmaqdır. Birliyin Nizamnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə keçirilmiş Ümumi X1 X49 sədri, X7 Heyətinin sədr müavini və X5 Heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birliyin 144 üzvü olmuş və onların adlı siyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2019-cu il tarixdə Birliyin növbəti Ümumi Yığıncağı keçirilmiş və həmin Yığıncağın nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir. Birliyin üzvü Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ümumi Yığıncağın protokolunu və onun əsasında qəbul edilmiş qərarları mübahisələndirmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-677/2020 saylı qətnaməsi əsasında qeyd olunan protokol və onun əsasında qəbul edilmiş qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Daha sonra Cavabdeh1 İctimai Biriliyin idarəçiliyini öz əlinə keçirtmək və öz maraqları üçün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox İctimai Birliyin üzvü olmayan şəksin iştirakı ilə iclas keçirdərək, xx.xx.2021-ci il tarixinə Ümumi Yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər. Daha sonra, xx.xx.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Cavabdeh1 sədrliyi ilə saxta Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. “Təhsil Şurası” İctimai X18 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab ediləməsi barədə tərəflərindən iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaları təmin edilmiş və “Təhsil Şurası” İctimai X18 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarları etibarsız hesab edilmiş və iclasın nəticələrinin ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarından qarşı tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1028/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2268/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X37 “Təhsil Şurası” İctimai Birliyin xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın etibarsız hesab edilməsi barədə məhkəmə qərarından sonra, apellyasiya məhkəməsi tərəfindən qərarın qəbul edilməsinə 9 gün qalmış yenidən saxta Ümumi Yığıncaq keçirmiş və həmin yığıncaqda saxta qərarlar qəbul etmişdir. Hesab edirlər ki, “Təhsil Şurası” İctimai X18 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilməli və iclasın nəticələrinin ləğv edilməlidir. Belə ki, İddiaçı1 2012-ci ildən “Təhsil Şurası” İcimai Birliyinin üzvüdür, lakin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinə adlı siyahı göndərilmiş və həmin siyahıda onun adı qeyd edilməmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda qəbul edilmiş qərarda və həmin qərara əlavə edilmiş adlı siyahıda Birliyin üzvü kimi adı qeyd edilmişdir. Belə ki, “Təhsil Şurası” İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 4.11-ci bəndinə əsasən Birliyin üzvünə aşağıdakı hallarda xitam verilir: Könüllü olaraq Birliyin üzvlüyündən çıxanda, Birliyin üzvlüyündən çıxarıldıqda və 4.12-ci bəndinə əsasən Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda. 4.14-cü bəndinə əsasən Birliyin üzvlüyündən xaric edilmə barədə qərar üzvlüyə qəbulu həyata keçirən orqanlar tərəfindən qəbul edilir. Onun üzvlükdən çıxması ilə bağlı hər hansı ərizə mövcud deyil, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Başqa sözlə, onun “Təhsil Şurası” İctimai Birliyin üzvlüyündən çıxarılması tam əsassız və qanunsuzdur. Bundan əlavə heç bir məlumat və səbəb bildirilmədən 116 nəfər Birliyin üzvlüyündən xaric edilmişdir. Qeyd olunan məqam sorğu əsasında əldə edilmiş sənədərdə öz əksini tapır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncağın tarixi, yeri və vaxtı barədə heç kəsə məlumat verilməmişdir. Belə ki, “Təhsil Şurası” İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.3-cü bəndinə əsasən Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaq kimi tərəfindən çağrılması barədə də heç kəsin məlumatı olmamışdır. Yeganə təsisçi İddiaçı2 X48 barədə ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, “Təhsil Şurası” İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.2-ci bəndinə əsasən X53 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
13. Bundan sonra İddiaçı1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, eyni zamanda “Təhsil Şurası” X43 Heyətini də cavabdeh qismində işə cəlb edərək, bildirmişdir ki, “Təhsil Şurası” İctimai X35 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə o, Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilmişdir. İddiaçı1 üzvlükdən azad olunmasına dair qəbul edilmiş qərar onun ümumilikdə “Təhsil Şurası” İctimai X28 protokolunu və qəbul edilmiş qərarları mübahisələndirməsini məhdudlaşdırır. Bu səbəbdən iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Qəbul edilmiş qərar barədə onun ümumiyyətlə xəbəri olmamış və həmin qərar “Təhsil Şurası” İctimai Birliyi tərəfindən ona göndərilməmişdir. Məlumatı olmamasını əks etdirən əsas məqam ondan ibarətdir ki, İddiaçı1 tərəfindən “Təhsil Şurası” İctimai X18 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin məhkəmə prosesində iştirak edən Cavabdeh1 bir dəfə olsun bu barədə məhkəməyə məlumat verməmiş və ya təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, ümumiyyətlə həmin İdarə Heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Belə ki, məlum məhkəmə qərarları ilə həmin İdarə Heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. Bundan başqa, “Təhsil Şurası” İctimai Birliyin üzvü Nizamnamənin 4.12-ci bəndinə əsasən üzvlükdən azad oluna bilər. Həmin əsaslar Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə və mütamadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda. Lakin onun tərəfindən belə hallara yol verilməmiş, əksinə o, Birliyin işlərində fəal iştirak etməyə çalışmış, buna sübut olaraq isə qanunsuz keçirlmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirilməsini göstərmək olar. Göstərilənlərə əsasən “Təhsil Şurası” İctimai X28 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi və “Təhsil Şurası” İctimai X35 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə onun Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilməsi barədə qərarın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh Mehti-zadə Samir Ramiz oğlu iddiaya qarşı yazılı etiraz və bundan sonra etiraza əlavə təqdim edərək, bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri faktlar əsassızdır, yalandır, həqiqəti əks etdirmir. İddiaçılar da onların arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, saxta sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə “Təhsil Şurası" İctimai Birliyini ələ keçirməyə cəhd etmişlər. Lakin tərəflərindən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarları etibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir. Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia edən qrup üzvlərinin saxta iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır (xx.xx.2021-ci il tarixli qətnamə). Hesab edir ki, aşağıdakı faktlara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, ərizədə istinad edilən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1028/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ona hələ də təqdim edilmədiyinə görə Ali Məhkəməyə bu qanunsuz qətnamədən kassasiya şikayəti verə bilməmiş və həmin qətnamə qanuni qüvvəsini almadığına görə ona istinad etmək əsassızdır. xx.xx.2021-ci il tarixdə X28 iclası keçirilmiş, yeni İdarə Heyətinin üzvləri, sədr, sədr müavini, katib seçilmişdir. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021-ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. Digər iddialarla əlaqədar bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin Nizamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl, xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin iclasına qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur). Lakin son 9 ildə Birliyin təşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etməmişdir. Həmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir (İdarə Heyətinin qərarından Çıxarış təqdim edilir). Birliyin digər üzvü İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əvvəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur), xx.xx.2022-ci il tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərin iştirakı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X49 üzvlərinin sayı 25 nəfərə çatdırılmışdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir (əlavə olunur). Bundan əlavə, İddiaçı1 “Təhsil Şurası” İB-nin İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə Birlik üzvlüyündən azad edilmişdir. Bu səbəbdən onun prosesdə iddiaçı qismində iştirak etməyə subyektiv hüququ yoxdur. Bu fakt nəzərə alınmalıdlr. İddiaçılar tərəfindən təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi və icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli X68 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğundur. Ümumi Yığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd edilən faktları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “Təhsil Şurası” İctimai X18 xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi, “Təhsil Şurası” İctimai X35 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir. (hakim X23)
16. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə “Təhsil Şurası” X54 Yığıncağı keçirilmiş və həmin yığıncaqda bir sıra qərarlar qəbul edilmişdir. Lakin Birliyinin xx.xx.2022-ci il tarixdə keçiriləcək Ümumi Yığıncağının yeri və vaxtı barədə birliyin üzvlərinə məlumat verilməmiş, Birliyin yeganə təsisçisi olan İddiaçı2 isə Ümumi Yığıncaq barədə ümumiyyətlə məlumatı olmamışdır. Yuxarıda qeyd olunan hallarla bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “Təhsil Şurası” İctimai X18 xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. “Təhsil Şurası” İctimai X35 1 №-li, xx.xx.2021-ci il tarixli iclas protokolu ilə İcimai Birliyinin 40 nəfər üzvünun, o cümlədən də İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə Respublika “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən xaric edilmələri qərara alınmışdır. Lakin həmin qərar barədə İddiaçı1 məlumatı olmamış və qərar İctimai Birlik tərəfindən ona göndərilməmişdir. Eyni zamanda, İddiaçı1 tərəfindən “Təhsil Şurası” İctimai X18 xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin iddiaya baxılan zaman məhkəmə prosesində iştirak edən Cavabdeh1 iddiaçının üzvlükdən azad olunduğu barədə məhkəməyə məlumat verməmiş və həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin, ümumiyyətlə həmin İdarə heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamış, belə ki, məlum məhkəmə qərarları ilə həmin idarə heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığıncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. İddiaçı1 Birliyin işlərində fəal iştirak etməyə çalışmış, qanunsuz keçirlmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab etmişdir ki, “Təhsil Şurası” İctimai X35 xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 Birliyin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsinə dair iddia tələbi də əsaslıdır və təmin edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,-ci, 77.1-ci, 88-ci, 217.4-cü, maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh “Təhsil Şurası” İctimai Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “Təhsil Şurası” İctimai X35 formalaşdırılması barədə Ümumi Yığıncağın protokolunun və qərarının etibarsız hesab edilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin iddia tələbi təmin edilmişdir. Bundan sonra Cavabdeh1 həmin qərardan apellyasiya şikayəti verərək, qərarı mübahisələndirmişdir. Lakin onun apellyasiya şikayəti təmin edilməmişdir. Həmin mülki iş üzrə məhkəmə prosesi davam edərkən səlahiyyəti olmayan İdarə Heyəti tərəfindən yenidən Ümumi Yığıncaq təşkil edilərək, saxta qərarlar qəbul edilmişdir. Həmin iş üzrə məhkəmə prosesində qarşı tərəf köhnə tarixlə Ümumi Yığıncağın iclas protokolunu və qərarını gətirərək, guya mübahisələndirdikləri iclasa qədər İddiaçı1 üzvlükdən xaric edildiyini bildirmişdir. Onlar isə iddia tələbinin həcmini artıraraq onu da mübahisələndirmişlər. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verməsə də, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
25. Cavabdehlər “Təhsil Şurası” İctimai Birliyinə və “Təhsil Şurası” X43 Heyətinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə bu cavabdehlərin, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz; 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.
27. Azərbaycan Respublikası Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunun: 10.2-ci maddəsinə əsasən ictimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər; 13.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının nizamnaməsində qeyrihökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir; 25.2-ci maddəsinə əsasən ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır; 25.3-cü maddəsinə əsasən ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır; 25.6-cı maddəsinə əsasən ictimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir; 25.7-ci maddəsinə əsasən ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır; 26.1-ci maddəsinə əsasən ictimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, “Təhsil Şurası” İctimai Birliyi (bundan sonra Birlik) xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış və birliyin müxtəlif dövrlərdə, o cümlədən xx.xx.2013-cü il, xx.xx.2019cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş Ümumi Yığıncağında qəbul edilmiş qərarlara əsasən X66 formalaşdırılmış (üzvləri seçilmişdir). Lakin sonradan xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş iclasların nəticələri məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə həmin iclasların protokolları və onların əsasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edilmiş və iclasların nəticələri ləğv edilmişdir.
34. X28 xx.xx.2022-ci il tarixli iclası birliyin icra orqanı olan İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılımış və pandemiya səbəbindən iclas internet üzərindən, ZOOM platforması vəsitəsi ilə keçirilmişdir. Tərtib edilmiş protokol üzrə qəbul edilmiş qərarlara əsasən Birliyin 138 üzvündən 90 üzvünün iştirak etdiyi bu iclasda xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın iclasında seçilmiş İdarə Heyətinin sədri Cavabdeh1, İdarə Heyətinin sədr müavini X30, İdarə Heyətinin katibi X10 istefası qəbul edilmiş, İdarə Heyətinə 25 üzv, o cümlədən onlardan Cavabdeh1 5 il müddətinə İdarə Heyətinin sədri, X51, X29, X36 və X31 isə 5 il müddətinə sədr müavini vəzifəsinə seçilmişdilər.
35. Nəzərə alınmalıdır ki, X28 xx.xx.2022-ci il tarixli iclasının çağırılması barədə qərarı qəbul etmiş İdarə Heyəti X28 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında formalaşdırılmışdır (seçilmişdir). Lakin X28 xx.xx.2021-ci il tarixli protokolu, onun əsasında qəbul edilmiş yekun qərarlar iddiaçılar tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2268/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməklə, həmin iclasın nəticələri ləğv edilmişdir. Həmin qətnamədən cavabdeh “Təhsil Şurası” İctimai X35 sədri Cavabdeh1 apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1028/2022 saylı qətnaməsi ilə təmin edilməmiş və qətnamə artıq qanuni qüvvəsini almışdır.
36. Bu qətnamələrin qanuni qüvvəsini almaması barədə dəlillərlə bağlı qeyd olunmalıdır ki, hazırki iddia Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə verilmiş və qeyd edilən məhkəmə qətnamələri iş materiallarına əlavə edilməklə, iddiada bu aktlara istinad edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçılarla yanaşı, həmçinin Cavabdeh1 da iştirak etmiş və iddia barədə məlumatlı olmuşdur. Eyni zamanda, iş materialları da onun üçün əlçatımlı olmuşdur. Hazırda da həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılır. Məhkəmə kollegiyası həm bu, həm də digər halları nəzərə alıb, bu qətnamələrin qanuni qüvvəyə minməməsi barədə dəlilləri əsassız hesab edir.
37. Bununla belə, X28 xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasında qəbul edilmiş yekun qərarlar məhkəmə qaydasında etibarsız hesab edildiyindən, iclasın nəticələri isə ləğv olunduğundan, həmin iclasda seçilmiş İdarə Heyəti fəaliyyət göstərə, o cümlədən Ümumi Yığıncaq çağıra bilməzdi. Hüquqi nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli iclas nəinki buna hər hansı səlahiyyəti olmayan, ümumiyyətlə mövcud olmayan İdarə Heyəti tərəfindən çağırılmışdır. Bu səbəbdən X64 Yığıncağın çağırılması, o cümlədən bu barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilməsi ilə bağlı hərəkətləri birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğun hesab edilə bilməz. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixli protokolun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və həmin iclasın nəticələrinin ləğv edilməsini şərtləndirir.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X28 xx.xx.2022-ci il tarixli iclasının nəticələrinin ləğv edilməsinə dair qətnaməsinin xx.xx.2022-ci il tarixdə, yəni iclas keçirildikdən 9 gün sonra qəbul edilməsi isə bu iclası və iclasda qəbul edilmiş qərarları etibarlı hala gətirmiş olmur. Hər bir halda, qeyd edilən məhkəmə aktları həmin İdarə Heyətinin seçildiyi, yəni xx.xx.2021-ci il tarixdən hər hansı, xüsusilə də Ümumi Yığıncağın iclasını çağırmaq və yeni İdarə Heyəti formalaşdırmaq səlahiyyətlərinə malik olmadığını müəyyən etmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin bu barədə də dəlillərinin əsassız olduğunu təsdiq edir.
39. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, bu mübahisə barədə tam məlumatlı olan və Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılması ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasda iştirak edən X49 sədri Cavabdeh1 xx.xx.2022-ci il tarixli Ümumi Yığıncaq və orada qəbul edilmiş qərarlar, o cümlədən İdarə Heyətinin yenidən formalaşdırılması və onun sədr seçilməsi barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
40. Məhkəmə kollegiyası X49 xx.xx.2021-ci il tarixli iclasına münasibətdə də yuxarıda göstərilən mövqedən çıxış edir və 4 nömrəli qərarının nəinki İddiaçı1 aid hissədə, ümumiyyətlə bütövlükdə ləğv edilməli olması qənaətinə gəlir. Lakin iddia tələbinə uyğun olaraq yalnız ona aid hissədə hüquqi qiymət verir və birinci instansiya məhkəməsinin bu hissədə də nəticəsi ilə razılaşır.
41. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, idarə heyəti həmin iclası çağırmağa səlahiyyətli olsa belə, bu iclasın 4 nömrəli qərarı iddiaçıya aid hissədə ləğv edilməlidir. Belə ki, Birliyin nizamnaməsində üzvlükdən çıxarılması qaydası və proseduru təsbit edilmiş və bu məsələyə X49 iclasında baxılması müəyyən edilmişdir. Prosedura uyğun olaraq Birliyin üzvlüyündən çıxarılması məsələsi qaldırılan şəxslər (üzvlər) bu məsələnin müzakirəyə çıxarıldığı İdarə Heyətinin iclası barədə məlumatlandırılmalı, bu şəxsin arzusundan asılı olaraq məsələ ilə bağlı onun öz fikirlərinin İdarə Heyətinin iclasında bildirmək hüququ təmin edilməlidir. Bundan əlavə üzvlükdən çıxarılması üçün əsas olan halları təsdiq edən zəruri sənədlər təqdim edilməlidir. Nəticədə qəbul edilmiş qərar üzvlüyünə xitam verilmiş şəxsə təqdim olunur və bu şəxsin qərardan narazı qaldığı halda məhkəməyə şikayət etmək hüququ vardır.
42. Lakin buna baxmayaraq, iddiaçının üzvlükdən çıxarılması prosedurana riayət edilməmiş və məhkəmənin qənaətinə görə iddiaçının üzvlüyünə hüquqi nəticə etibarı ilə hər hansı əsas olmadan, həqiqətdə X49 sədri ilə yaranmış şəxsi prinsipial münasibətin nəticəsi olaraq xitam verilmişdir. Belə ki, tərəflər arasında münasibətlər gərgindir. Hazırki mübahisə onların arasında yaranmış yeganə məhkəmə mübahiəsi deyil. Digər tərəfdən xx.xx.2021-ci il tarixli protokol üzrə qəbul edilmiş 4-cü qərarda iddiaçının birliyin nizamnaməsinin 4.9-cu bəndinin tələblərini (birliyin tədbirlərində iştirak etmək, birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduğu göstərilir. Lakin iddiaçının hər hansı iclasa dəvət edilməsini, onun birliyin işində iştirak etməkdən boyun qaçırmasını təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut, o cümlədən birliyə və ya iclasa dəvət məktubunu təqdim edə bilmir. Yalnız iddiaçının xx.xx.2021-ci il tarixli iclasa dəvət edilməsi barədə (iclasa 8 gün qalmış) bildiriş təqdim edilir ki, bu da onun üzvlüyünə xitam verilməsi üçün əsas ola bilməz. Əksinə iddiaçıların X28 qərarlarını məhkəmə qaydasında mübahisələndirməsi də onların Birliyin fəaliyyəti ilə maraqlanması və onun fəaliyyətində iştirak etmək niyyətində olması kimi qiymətləndirilməlidir.
43. Məhkəmə kollegiyasının bu qənaəti iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə dəlillərini də əsassız edir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh “Təhsil Şurası” İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2057/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh “Təhsil Şurası” İctimai Birliyinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “Təhsil Şurası” İctimai Birliyinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.