Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1473/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X19 oğlunun iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)- 1468/2020 nömrəli qətnaməsindən cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər RayonMəhkəməsinə müraciət edərək, cavabdehin azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən ona məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli tikilidən və torpaq sahəsindən çıxarılaraq, tikilinin və torpaq sahəsinin bütövlükdə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Xamayeva (Abdullayeva) Ziyafət Bəhram qızı, X20, X15 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsi ilə evin ona təhvil verilməsi barədə qətnamə və cavabdehlərin əməllərində cinayət tərkibi olduğundan onların barəsində cinayət işi başlanması üçün Bakı şəhəri Xəzər rayonu Polis İdarəsinə məlumat verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də apellyasiya şikayəti təmin edilməmişdir. Kassasiya şikayəti əsasında Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)- 7615/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3290/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlər X5, X20, X15 və X6 tərəfindən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidən çıxarılması və tikilinin ona təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə üzrə xx.xx.2019-cl il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Nəcəfov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-7615/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin icrası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən 81 kv.m sahəsi olan birmərtəbəli özbaşına tikilidə borcludan başqa X7 azyaşlı övladı ilə həyat yoldaşı Cavabdeh yaşayır. Həmin şəxsin adı qətnamədə tikilidən çıxarılmalı olan şəxslər sırasında qeyd edilmədiyindən icra sənədinin icrasım təmin etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixdə işə baxaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-7615/2018 saylı xx.xx.2018-ci ii tarixü xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsində aydın və dəqiq olmayan hər hansı ifadə olmadığından qətnaməyə və icra sənədinə izah verilməsi barədə ərizə təmin edilə bilməz. Belə ki, işə baxılarkən Cavabdeh iddiaçının sahibliyinə qaytarılmalı olan tikilidə yaşaması barədə məlumat olmamış, onun adı cavabdehlər sırasında göstərilməmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)-7615/2018 saylı xx.xx.2018-ci il tarixli xx.xx.2019-cu il tarixli qətnaməsində adı qeyd edilməyən şəxsin qətnaməyə izah verilməsi qaydasında həmin tikilidən çıxarılması təmin edilə bilməz. Qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili iddiaçıya təhvil verilməlidir. Borclular çıxarıldıqdan sonra Cavabdeh özbaşına tikilini tərk etməzsə onun çıxarılması üçün iddiaçı yeni iddia qaldırmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Xəzər rayon İcra və Probasiya Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə izah verilməsinə dair ərizəsi təmin edilə bilməz. Bundan sonra qətnamə yalnız borclulara münasibətdə icra edilərək tikili qismən ona təhvil verilmişdir. Belə ki, Cavabdeh azyaşlı qızı ilə birlikdə tikilidən çıxmaqdan imtina etmiş və tikilinin tam boşaldılaraq ona təhvil verilməsi təmin edilməmişdir. Xamayevlər ailəsinə qarşı Xəzər rayon məhkəməsində ilkin iddia qaldırılarkən Cavabdeh həmin mənzildə yaşamamış, sonradan gəlin kimi həmin mənzilə köçdüyü üçün onun adı ilkin iddiada cavabdeh kimi qoyulmamışdır. Qeyd olunanlara əsasən, cavabdehin azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən ona məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli tikilidən və torpaq sahəsindən çıxarılaraq, tikilinin və torpaq sahəsinin bütövlükdə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(003)- 1468/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı azyaşlı uşağı ilə birlikdə İddiaçı tərəfindən sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 81 kv.m. sahəsi olan birmərtəbəli tikilidən çıxarılması və tikilinin İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin apellyasiya qaydasında ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, o, Zəngilan rayonundan məcburi köçkündür. Bu barədə ona xx.xx.2013-cü il tarixli AA 300233 saylı məcburi köçkün vəsiqəsi verilmişdir. Mübahisəli fərdi yaşayış evi 2006-cı ildən həyat yoldaşının ailəsinə yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmişdir. O isə sözügedən Xəzər rayonu, Qala qəsəbəsi, X23 ünvanında yerləşən özbaşına tikiliyə gəlin köçmüş. Hal-hazırda həmin ünvanda azyaşlı qız övladı xx xxxxx 2019 cu i! təvəllüdlü X12 ilə birlikdə yaşayır. İddiaçı sözügedən iddianın qaldırılması üçün heç bir subyektiv hüququ yoxdur. Belə ki, Xəzər rayonu, Qala qəsəbəsi, X23 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçının həmin fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyəncdici sənədi yoxdur. Hakim qətnamənin əsaslandırma hissəsində iddiaçının iddia tələbinin torpaq sahəsinə dair hissədə təmin edilə bilməməsini, torpaq sahəsinin ona qaytarılması üçün heç bir subyektiv hüququnun olmamasını bildirmişdir. Buna baxmayaraq, sözgüdən müddəaları fərdi yaşayış evinə münasibətdə tətbiq etməmişdir. Bu səbəbdən də, torpaq sahəsi ilə yanaşı Xəzər rayonu, Qala qəsəbəsi, X23 ünvanında yerləşən fərdi yaşayış evinə dair heç bir mülkiyyətçidən və mülkiyyət hüququndan söhbət gedə bilməz. Bütün bunlardan əlavə Nazirlər Kabinetinin “Məcburi köçkünlərin məskunlaşdırılması” Qaydasının 4-cü maddəsinin tələbi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasım təxirə salmağa icazə verir. Həmçinin oxşar normalar “Məcburi kömçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli AR Qanununun müddəalarında da öz əksini tapmışdır. Təəssüflər olsun ki, qeyd olunan faktların heç biri Xəzər Rayon Məhkəməsində araşdırılmamış, əsssız və qanunsuz olaraq iş üzrə 2(003)- 1468/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Sözügedən qətnamənin qəbulu bir vətəndaş olaraq onun hüquqlarının ciddi şəkildə pozulması deməkdir. Bu səbəblə hesab edir ki, işin bütün faktiki halları araşdırılmadan əsassız olaraq qəbul edilmiş Xəzər Rayon Məhkəməsinin 2(003)-1468/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya qaydasında ləğv olunmalı və apellyasiya instansiyası tərəfindən işə yenidən mahiyyəti üzrə baxılıb ədalətli qərar verilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X19 oğlu apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Həmin Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Zəngilan rayonundan məcburi köçkün, 1996-cı il təvəllüdlü Xomayeva (Məhərrəmova) Nərgiz Yaqub qızı 1996-cı ildən, valideynləri isə Zəngilan rayonunun işğalından sonra Xəzər rayonu, Qala qəsəbəsində qeydiyyata alınmışlar. O, ailə həyatı qurduqdan sonra həyat yoldaşının yaşadığı Qala qəsəbəsi, Dəmiryolu küçəsi, ev 0003, mənzil 0068 ünvanına köçərək həmin ünvanda qeydiyyatsız yaşayır. Mülk sahibi tərəfindən qeydiyyyata alınma ilə bağlı razılıq sənədi təqdim olunmadığından Komitənin Xəzər rayonu üzrə sektorluğunda N.Xomayeva qeyd olunan ünvana məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmamış, onun qeydiyyatı valideynlərinin yaşadığı ünvanda saxlanılmışdır. Həmçinin şəxs hal-hazırda Zəngilan rayonu Sobu kəndində daimi qeydiyyatdadır. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onun təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.3-cü bəndinə əsasən “məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə nikaha daxil olan şəxslərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmamışdır. Odur ki, ərizəçinin evini zəbt etmiş şəxslər məcburi köçkün hesab edilə bilməz. İş materiallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, X23 ünvanında yerləşən daşınmaz əmlaka dair xx.xx.2011-ci il tarixdə Bələdiyyə MMC tərəfindən qiymətləndirmə rəyi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3125/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(103)-10336/2017 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il 2(003)-3290/2017 saylı tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X5, X20, X15 və X11 qarşı “torpaq sahəsi, evdən çıxarılma, tikilinin sökülməsi, torpaq sahəsi və evin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(103)-10336/2017 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir Mübahisəli evin özbaşına tikili olması işin mübahisəsiz halı olsa da, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. Deməli özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblik hüququna olan hər cür pozuntu qadağan edilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7615/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(003)-3290/2017 saylı qətnaməsi qismən ləğv edilərək, cavabdehlər X5, X20, X15 və X6 iddiaçı tərəfindən 2006-cı ildən yaşamaq üçün onların sahibliyinə və istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən 81 kv.m. sahəsi olan birmərtəbəli tikilidən çıxarılması və tikilinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. İş materiallarına X2 aid xx.xx.2013-cü il tarixli AA 300233 saylı məcburi köçkün vəsiqəsi əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Çöpədərə kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 54 saylı xx xxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, X1 rayonu Sobu kəndində qeydiyyatdadır. Hazırda Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərciyi ünvanında qızı X12 ilə birlikdə məcburi köçkün kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X13 arasında nikah ləğv edilmiş, qadına Məhərrəmova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Xomayeva (Məhərrəmova) Nərgiz Yaqub qızının birgə nikahından xx xxxxx 2019-cu il təvəllüdlü X12 anadan olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Avropa Məhkəməsinin “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx xxxxxx 2010-cu il tarixli qərarında da qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin mübahisəsiz hallarından görünür ki, hazırda cavabdehin faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən iddiaçıya məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli özbaşına tikili iddiaçı tərəfindən yaşamaq üçün cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən, əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən, Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Qeyd edilən normalardan göründüyü kimi, özbaşına tikiliyə öz əmlakı kimi sahiblik etmiş şəxsin həmin əmlakı 3-cü şəxslərdən tələb etmək və qanunla müəyyən edilmiş əldə etmə müddətindən sonra həmin əmlaka mülkiyyət hüququ əldə etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, 2006-cı ilə kimi iddiaçı mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən iddiaçıya məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli özbaşına tikiliyə öz əmlakı kimi sahiblik etmiş, tikili 2006-cı ildə onun tərəfindən cavabdehin ailə üzvlərinə əvəzsiz olaraq, müvəqqəti yaşamaq üçün verilmişdir. Məhkəmə kollegiyası iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli özbaşına tikilini əldə etməyə və həmin əmlak üzərində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ olduğundan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 yerləşən iddiaçıya məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli tikiliyə hər hansı bir hüququ mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbinin əsaslı və buna görə də bu hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin ona qaytarılmasına dair tələbi təmin edilə bilməz. Torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçının tələb etdiyi torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədlər olmadığından, məhkəmə kollegiyası hesab edir ki, onun torpaq sahəsinin ona qaytarılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Məhərrəmova (Xomayeva) Nərgiz Yaqub qızı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X17 İddiaçı məxsus olan 81 kv.m. sahəsi olan birmərtəbəli tikilidən çıxarılması və tikilinin iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(003)- 1468/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1473/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1473/2021
04.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver