Məhkəmə qərarları › İş №2(103)-1473/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1473/2024

02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1473/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, cavabdeh "xxxx" MMC-nın nümayəndəsi və vəkili Bünyad Orxan Əbülfət oğlunun, cavabdeh "xxxx" MMC–nın nümayəndəsi Fərzəliyev Natiq Asif oğlunun, cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil3 Səyyad oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və X2 qarşı “yüksək mərtəbəli yaşayış binasının avtomobil daynacağındakı dayanacaq yerinə hüquqların bərpa edlməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MTK-ya və X2 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək dayanacaq yerinə hüquqlarının bərpa edilməsi vəzifəsinin həmin avtodayanacağın (parkinqin) yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X2 həvalə edilməsi, həmin dayanacaqdan istifadə etməyinə cavabdehlər "xxxx" MMC və "xxxx" MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, 27 aprel 2018-ci il tarixli HM-ARMM 2 HUQ101-000157 saylı müddətsiz Xidmət Müqaviləsinə əsasən 2.800 manat məbləğində artıq alınmış vəsaitin cavabdeh "xxxx" MMC-dən və mənəvi ziyana görə 3.000 manatın cavabdehlər "xxxx" MMC və “Güvənli- Servis Management” МТК-dan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 nömrəli 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ünvan 1 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerinə İddiaçı istifadə hüquqlarının bərpa edilməsi vəzifəsinin X2 həvalə edilməsi; ünvan 1 ünvanındakı yüksək mərtəbəli yaşayış binasında yerləşən avtodanayacaqdakı (parkinqdəki) 103 saylı dayanacaq yerindən İddiaçı istifadəsinə "xxxx" MMC və Cavabdeh2 MTK tərəfindən yaradılan manelərin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 27 fevral 2024cü il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Belə ki, iş üzrə cavabdeh X5 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(011)-2078/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti, eləcə də, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nın nümayəndəsi və vəkili Vəkil2, cavabdeh "xxxx" MMC–nın nümayəndəsi X3 və cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil3 mülki işin birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(011)-2078/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(011)-2078/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli 2(103)-1473/2024 saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdeh X1 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayətə və ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar