Məhkəmə qərarları › İş №2(103)-1477/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1477/2022

20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1477/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-1158/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında yerləşən 3x4,2 m2 ölçüdə olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsinə, cavabdeh tərəfindən qanunsuz qoyulmuş qapının cavabdehin hesabına sökülməsinə, mülkiyyətində olan mübahisəli torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-1158/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)- 1158/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Həmin barışıq sazişinin şərtlərinə görə, bir tərəfdən ünvan 2 ünvanında qeydiyyatda olan mülki iş üzrə İddiaçı, digər tərəfdən ünvan 3 ünvanında qeydiyyatda olan mülki iş üzrə Cavabdeh barışıq sazişini bağlayaraq aşağıdakılar barədə razılığa gəldilər: - İddiaçı bu mülki iş üzrə olan iddiasından, cavabdeh isə həmin iddia üzrə qəbul olunmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1158/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir. - Tərəflər, hazırda iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin arxasındakı 3x4,2=12,6 m2 ölçüdə olan torpaq sahəsinə dair aralarında bağladıqları xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin şərtlərinə tabe olduqlarını, sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasında mövcud olan prosessual əngəlləri aradan qaldıraraq, həmin müqavilənin ən qısa müddətdə bağlanmasını təmin edəcəklərini bəyan edirlər. - Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə imzalanır və məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. - İddiadan və apellyasiya şikayətindən imtina edilməsinə, eləcə də, barışıq sazişinin bağanmasına və onun nəticələrinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri tərəflərə məlumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı barışıq sazişi təsdiq edilməklə, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-1158/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - İddiaçı bu mülki iş üzrə olan iddiasından, cavabdeh isə həmin iddia üzrə qəbul olunmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1158/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir. - Tərəflər, hazırda iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin arxasındakı 3x4,2=12,6 m2 ölçüdə olan torpaq sahəsinə dair aralarında bağladıqları xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin şərtlərinə tabe olduqlarını, sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasında mövcud olan prosessual əngəlləri aradan qaldıraraq, həmin müqavilənin ən qısa müddətdə bağlanmasını təmin edəcəklərini bəyan edirlər. - Barışıq sazişi eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə imzalanır və məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir. - İddiadan və apellyasiya şikayətindən imtina edilməsinə, eləcə də, barışıq sazişinin bağanmasına və onun nəticələrinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri tərəflərə məlumdur. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(001)-1158/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar