Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1477/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «çıxarışın alınması üçün sənədlərin təqdim edilməsi və s.» tələbinə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-469/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın 56 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqı tam ödənilməsi barədə arayışı İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK-dan İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh MTK apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə ilə müraciət etmişdir. Cavabdehin qanuni təmsilçisi tərəfindən verilmiş ərizə onunla əsaslandırılmışdır ki, vəsatətə əlavə olunmuş və Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X8 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18-1-46/2-Q-31-3075/2023 nömrəli tibbi arayışıdan da göründüyü kimi səhhətində ciddi problemlər yaranmış və xəstəliyilə əlaqədar İmişli RMX PHŞ-nin TTTY Bölməsində “K.R.V.İ” diaqnozu ilə müalicə almışdır. Bu səbəbdən də apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Odur ki, hesab edir ki, məhkəmə tərəfindən xəstəliyi nəzərə alınaraq həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin ötürülməsi üzülü hesab olunaraq, prosessual müddət bərpa edilməli və apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-469/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti ona geri qaytarılmışdır. Cavabdehin qeyd edilən qərardaddan verdiyi şikayət Məhkəmənin 2(006)-469/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). İşdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 469/2023 saylı qətnaməsi Cavabdeh MTK-nın elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, apellyasiya şikayəti isə müddətin bərpası barədə ərizə ilə birgə MTK-nın qanuni təmsilçisi (sədr Vüqar Qəhrəmanov) tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Cavabdeh müddəti ötürməsində üzrlü hal kimi xəstə olmasına əsaslanmış və xəstəliyini təsdiq edən sübut qismində “İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin arayışını ərizəsinə əlavə etmişdir. X1 xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində “K.R.V.İ” diaqnozu ilə həmin xəstəxanaya daxil olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sübut kimi təqdim etdiyi həmin tibbi sənəd sonuncu tərəfindən müddətin üzrlü səbəblərə görə ötürülməsi qənaətinə gəlmək üçün yetərli deyil. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, mübahisələndirilən qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixində yerləşdirildiyindən onun apellyasiya şikayəti vermə müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. Cavabdeh isə məhz həmin müddət ərzində prosessual hərəkət etmək imkanını məhdudlaşdıran və ya aradan qaldıran hallara dair sübut təqdim etməmişdir. Arayışdan görünür ki, o, şikayət vermə üçün nəzərdə tutulmuş prosessual müddət bitdikdən sonra (xx.xx.2023-cü il tarixindən sonra) məhz xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində xəstəxanaya daxil olmuşdur ki, bu da onun daha əvvəl qanuni müddət ərzində apellyasiya şikayəti vermək imkanını istisna edən halın baş verməsi demək deyil. Qeyd edilənlər əsasında belə nəticəyə gəlinir ki, cavabdehin istinad etdiyi tibbi sənəd hazırki halda müddəti ötürməsinin üzrlü səbəblərinin göstəricisi kimi qəbul edilə bilməz. Həmçinin, kollegiya digər bir məsələni də vuğulayaraq bildirir ki, qanunvericilikdə hüquqi şəxslərin adından prosessual hərəkətlərin yalnız onların qanuni təmsilçiləri tərəfindən yerinə yetirlməsinə dair məcburi norma nəzərdə tutulmamışdır. AR MPM-nin 49.1-ci maddəsinə nəzər saldıqda hüquqi şəxs prosessual hüquqlarını və vəzifələrini nümayəndəyə tapşırmaq yolu ilə də işini apara bilər. Bununla da aydın olur ki, cavabdehin qətnamədən apellyasiya şikayətini nümayəndə vasitəsi ilə vermək imkanı da olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-469/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1477/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1477/2024
31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver