Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-148/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Şirkətinin cavabdeh Çimen Yakupa qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdeh Çimen Yakupun iddiaçı "xxxx" Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və ezamiyyə xərclərinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2022-ci il tarixli qətnamədən cavabdeh Çimen Yakupun verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi X5, cavabdeh Çimen Yakupun vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) işin halları
1. İddiaçı "xxxx" Şirkəti ilə cavabdeh Çimen Yakup arasında xx.xx.2019-ci il tarixdə bağlanmış “Əmək müqaviləsi” və “Tam maddi məsuliyyət haqqında müqavilədən” görünür ki, cavabdeh, həmin tarixdə Şirkətin Qazax rayonunda yerləşən “Azerlime” zavoduna direktoru vəzifəsinə işə qəbul edilmişdir. “Əmək müqaviləsinin” müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. O, “Əmək müqaviləsi” üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə - Şirkətə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür.
2. Şirkəti ilə cavabdeh arasında xx.xx.2019-ci il tarixdə bağlanmış “Əmək müqaviləsi” və “Tam maddi məsuliyyət haqqında müqavilədən” görünür ki, cavabdeh, həmin tarixdə Şirkətə İstehsal müdiri vəzifəsinə işə qəbul edilmişdir. “Əmək müqaviləsinin” müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. O, “Əmək müqaviləsi” üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə - Şirkətə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür.
3. Şirkəti ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Əmək müqaviləsi” və “Tam maddi məsuliyyət haqqında müqavilədən” görünür ki, cavabdeh, həmin tarixdə Şirkətə direktoru vəzifəsinə işə qəbul edilmişdir. “Əmək müqaviləsinin” müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. O, “Əmək müqaviləsi” üzrə vəzifə funksiyalarını yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində işəgötürənə - Şirkətə vurduğu maddi ziyanı tam ödəməyi öhdəsinə götürmüşdür.
4. İş materiallarında olan e-mail yazışmalarından görünür ki, iddiaçı Şirkətinin rəsmi saytı olan “matanata.az” saytı üzərindən cavabdeh xx.xx.2019-cu il tarixdə Şirkətin direktoru Tolqa Sarıya aşağıdakı məzmunda e-mail məktub göndərilmişdir: “Azerlime zavodunun açılış işləri ilə bağlı xx.xx.2019-cu il tarixdə yolların, bütün çənlərin və metal konstruksiyaların boyanması, 4.500 ton hazır məhsulun daşınması, hazır məhsul anbar konstruksiyalarının yüyulması ilə əlaqəli 15 fəhlənin 10 gün ərzində işə cəlb etməyə icazə vermeyinizi xahiş edirəm (1 fəhlə gündəlik 5 manat)”. Tolqa Sarı tərəfindən həmin məktuba e-mail vasitəsi ilə “Uyğundur. Ancaq işi bilənlər olmalı. Boş adamları cəlb etməyin” məzmunlu cavab verilmişdir.
5. E-mail yazışmalarından həmçinin görünür ki, Şirkətinin rəsmi saytı vasitəsi ilə “Azerlime” zavodun operatoru Avil Qurbanov tərəfindən cavabdehə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində “Azerlime” əhəng zavodunda açılış işləri ilə əlaqədar olaraq hazır məhsul anbarında olan əhəng məhsullarının zavodun torpaq ərazisinə daşınması, güclü külək və yağışın təsirindən məhsulların yararsız vəziyyətə düşməsi, malların torpaq ərazidə yığılmağı nəzərə alınmaqla kisələrin də öz keyfiyyətini itirməsi barədə Şirkətə məlumat verilmişdir.
6. Şirkətin xx.xx.2020-ci il tarixli, 412 saylı əmrindən görünür kı, Şirkətin direktoru olan cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Gürcüstan Respublikasına ezam olunmuşdur.
7. Şirkətinin direktoru – cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 41M saylı əmrə əsasən Şirkətin direktoruna 2019-2020-ci iş ili üzrə növbəti məzuniyyət hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 27 gün müddətinə əmək məzuniyyəti verilmiş, işə başlama tarixi xx.xx.2021-ci il tarix kimi müəyyən olunmuşdur.
8. Şirkət tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda sonuncu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin nəzərdə tutulması, vəzifə səhlənkarlığı nəticəsində şirkətə külli miqdarda ziyan dəyməsi, təhvil – təslim aparılmaması barədə məlumat verilmiş, izahatın alınması ilə bağlı şirkətə dəvət olunmuş və bildirişin alındığı tarixdən 3 gün ərzində gəlməməsinin izahat verməkdən imtina kimi qəbul olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
9. Şirkətinin Daxili Audit Şöbəsi və Maliyyə Departamenti tərəfindən tərtib olunmuş aktda gööstərilmişdir ki, malların zavodun həyətində saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə cavabdehə məlumat verilməsinə baxmayaraq sonuncu tərəfindən heç bir tədbir görülməmiş, onun vəzifə səlahiyyətlərini düzgün icra etməməsi nəticəsində şirkətə dəymiş zərər 648.255,36 manat, həmin məhsullar təkrar emal olunduğu təqdirdə zərərin məbləği 204.977,36 manat təşkil edir.
10. Şirkətin xx.xx.2021-ci il tarixli, 202K saylı əmrinə əsasən Şirkətin direktoru – cavabdeh ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə ziyan vurması) bəndinə əsasən xitam verilmişdir.
11. Həmin əmrdə qeyd edilən hallar Şirkət tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda da öz əksini tapmışdır. b) iddialar barədə məlumat
12. Şirkətin buna səlahiyyəti olan vəzifəli şəxsi Şirkətin adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, “Əmək müqaviləsindən” irəli gələn əmək funksiyalarının cavabdeh tərəfindən yerinə yetirməməsi, əmək vəzifələrini pozması nəticəsində Şirkətə vurulmuş maddi zərərin əvəzi olaraq 204.977,36 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq Şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İlk İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh, Şirkətdə işlədiyi dövrdə, onunla bağlanmış “Əmək müqaviləsi” üzrə əmək vəzifələrini düzgün icra etməmiş, səhlənkarlığa yol vermiş və bununla da Şirkətə ciddi ziyan vurmuşdur. Belə ki, Şirkətin “Azerlime” zavodunun direktoru və istehsal müdiri kimi cavabdehin əmək müqaviləsi üzrə vəzifələri sırasına istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsal edilməsi, əsas və dövriyyə vəsaitlərində səmərəli istifadənin təmin edilməsi, məhsulun maya dəyərinin aşağı salınmaması, istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi üçün illik planların hazırlanması, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, ona tabe olan xidmət istehsal sexinin gündəlik iş nəticələrinin növbə üzrə hesabatlarının qəbul edilməsi daxil olmuşdur. Həmçinin, direktor kimi cavabdeh digər vəzifələrlə yanaşı istehsal tapşırıqlarının yerinə yetirilməsi, yüksək keyfiyyətli məhsulun istehsalı, istehsalatın texnoloji hazırlığı və texniki cəhətdən yenidən qurulması, xammala, materiala əmək sərfinə qənaət edilməsi, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkil edilməsi, gündəlik istehsal normalarının yerinə yetirilməsinə nəzarət edilməsi və yoxlanılması, müəssisə və onun bölmələri üzrə istehsal proqramları və təqvim qrafiklərinin hazırlanması, operativ istehsal planlaşdırılması üçün normativlərin tətbiqinin həyata keçirilməsi, istehsal gedişinə operativ nəzarət, istehsalatın yeni növ məhsul istehsalına hazırlığının həyata keçirilməsinin təşkil edilməsi, istehsal gedişinin gündəlik operativ uçotunun təmin edilməsi, kəmiyyət və nomenklatura üzrə sutkalıq hazır məhsulun buraxılışı tapşırığının yerinə yetirilməsi, başa çatmış istehsalın durumuna və tamlığının vəziyyətinə nəzarət edilməsi, iş yerləri və anbarlarda müəyyən edilmiş artıq məhsul normasına riayət olunmasına nəzarət edilməsi vəzifələrini daşımışdır. Cavabdeh, direktor olduğu zavodda hazır məhsul anbarlarında yerləşən məhsullar və kisələrin 2019-cu ilin sonunda zavod ərazisində açıq hava şəraitində yığılmasına göstəriş vermiş, zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Nəticədə torpaq səthinin üzərində yığılmış məhsullar və kisələr açıq hava şəraitində saxlanılması səbəbindən yararsız vəziyyətə düşmüşdür. Qeyd edilən malların zavodun həyətində, saxlama şəraitinə uyğun olmayan mühitdə saxlanılmasına görə məhsulun və kisələrin xarab olması ilə bağlı cavabdehə dəfələrlə elektron poçt vasitəsi və şifahi qaydada xəbərdarlıq edilmişdir. Belə ki, “Azerlime” zavodunda operator vəzifəsində işləmiş Avil Qurbanov xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə cavabdehə məsələ ilə bağlı məlumat vermiş, lakin sonuncu tərəfindən hər-hansı tədbir görülməmişdir. Cavabdehə baş verənlər barəsində yazılı izahat və bu proseslər barədə elektron yazışmalarını X11 təqdim edilməsi təklif edilsə də, o, yazılı izahat verməkdən imtina etmişdir. Cavabdeh tərəfindən yol verilən səhlənkarlıqlar səbəbindən açıq havada yığılmış məhsulların təqribən 70%-i təkrar emala yararlı, 30%-i isə təkrar emala yararsız olmuşdur. Nəticədə “Azerlime” suvaq üçün əhəng 18 kq – 110.770 ədəd, “Azerlime” suvaq üçün əhəng 20 kq – 57.157 ədəd və “Azerlime” söndürülmüş əhəng 20 kq – 57.048 ədəd boş kisə yararsız vəziyyətə düşmüşdür. Maliyyə Departamenti tərəfindən verilən məlumata əsasən qeyd edilən məhsulların satışının həyata keçirilməməsi nəticəsində Şirkətə dəymiş ziyan və əldən çıxmış fayda ilə birlikdə 648.255,36 manat təşkil edir. Həmin məhsullar təkrar emal olunmadığı təqdirdə 305.372,36 manat, əgər 30 %-i təkrar emal olunduğu təqdirdə 204.977,36 manat məbləğində zərər dəymişdir ki, bu ziyanın dəyməsi cavabdehin öz vəzifə səlahiyyətlərini düzgün icra etməməsi, məhsul olduğu sahəyə təsərrüfatsızcasına və səhlənkar yanaşması ilə birbaşa bağlıdır. Cavabdeh öz əmək funksiyalarını qəsdən yerinə yetirməyərək şirkətin Qazax zavodunda istehsal edilmiş məhsulların açıq havada saxlanılması ilə müəssisəyə ciddi şəkildə ziyan vurmuşdur.
14. İlk iddia üzrə cavabdeh öz növbəsində iddiaçı Şirkətə qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla bağlanmış "xxxx" xitam verilməsi ilə bağlı Şirkətin verdiyi xx.xx.2021-ci il tarixli, 202 saylı əmrin ləğv edilməsi, onun Şirkətə işə bərpa edilməsi və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Şirkətdən onun xeyrinə tutulması, habelə onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üzrə ezamiyyə xərcinin ödənilməsi və ezamiyyət xərcinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixdən başlayaraq, həmin məbləğin ödənildiyi günədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla həmin ödəncin Şirkətdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı Şirkətdə işlədiyi müddətdə heç bir pozuntuya və ya səhlənkarlığa yol verməmiş, bu səbəbdən barəsində hər hansı intizam tənbehi tədbiri görülməmişdir. Əksinə, yaxşı işlədiyi üçün vəzifədə irəli çəkilərək şirkətə direktor vəzifəsinə təyin edilmişdir. Cavabdeh, başqa işəgötürənlə əmək müqaviləsi bağlayaraq, xx.xx.2021-ci il tarixdə iddiaçı Şirkətə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə təqdim etmiş və ona son haqq-hesabın ödənilməsini xahiş etmişdir. Şirkətin təsisçisi Elxan Bəşirov ilk öncə cavabdehdən işdən çıxmamağı xahiş etmiş, lakin o, işdən çıxmaqda israrlı olduğunu bildirdikdə, təsisçi ona bildirmişdir ki, belə olan halda onu cəzalandıracaq və ezamiyə pulunu ödəməyəcək. Daha sonra işdən azad edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri ona verilməmişdir. Cavabdeh bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, lakin yenə də əmrin surətini əldə edə bilməmişdir. Əmrin surətini işin artıq məhkəmədə baxılması zamanı elektron məhkəmə informasiya sisteminə yerləşdirdikdən sonra xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Əmrdən məlum olur ki, cavabdehlə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin təqsirli hərəkətləri ilə mülkiyyətçiyə ziyan vurması əsası ilə xitam verilmişdir. Göründüyü kimi, Şirkətin həmin əmrinin və cavabdehə qarşı irəli sürdüyü iddianın əsasını işçi olaraq cavabdehin işəgötürənə - Şirkətə maddi zərər vurması təşkil edir. Bu səbəbdən ilk öncə cavabdeh tərəfindən Şirkətə ziyanın vurulub-vurulmaması aydınlaşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin bu məsələni tənzimləyən normalarına əsasən işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurduğu aşkar olunmalı, işçinin əməli qanuna zidd olmalı, habelə işçinin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları, ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Hazırki işdə isə həmin halların heç biri mövcud deyil. Bu səbəbdən ziyanın vurulması ilə bağlı işəgötürənin mülahizələri əsassız hesab edilməlidir. Belə ki, Şirkət cavabdehin ona ziyan vurmasını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı Şirkətə məxsus zavodda direktor vəzifəsində işlədiyi dövrdə zavodun anbarında olan məhsulun (əhəngin) daşınaraq, açıq hava şəraitində yığılmasına göstəriş vermiş, daha sonra zavodda ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilən açılışdan sonra zavod ərazisinə yığılmış məhsulların anbara yığılması üçün rəhbərlik tərəfindən göstəriş verilməsinə baxmayaraq, məhsulun anbara yığılması təmin edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Şirkətdə istehsalat müdiri vəzifəsində, sonra isə, yəni "xxxx" xitam verilənədək zavodun direktoru vəzifəsində işləmişdir. Qeyd edilən məhsullar isə ölkə rəhbərliyinin zavodun açılışına gəlməsi nəzərə alınmaqla, 2019-cu ilin sentyabr ayında açıq əraziyə daşınmışdır. Həmin vaxt şirkətin müdiri Tolga Sarı olmuş və həm anbarda, həm də zavodun həyətində olan məhsulların açıq əraziyə daşınıb yığılmasına da göstərişi həmin şəxs vermişdir. Lakin sonradan zavodun açılışı təxirə salınmış və açılışın nə vaxt olacağı qeyri-müəyyən olduğundan məhsullar daşındığı yerdə saxlanılmışdır. Nəhayət zavodun açılışı xx.xx.2020-ci il tarixdə baş tutmuşdur. 6 aydan artıq müddətdə yağışlı havada açıq hava şəraitində qalan əhəng artıq daşlayaraq, yararsız hala düşmüşdür. Hətta həmin məhsullar qapalı şəraitdə anbarda saxlansa belə, onun yararlıq müddəti altı ay olduğundan yenə də yararsız məhsul olacaqdır. Bu səbəbdən açılışdan sonra həmin məhsulların geri anbara yığılması ilə bağlı direktor Fuad Bəşirli tərəfindən hər hansı göstəriş verilməmişdir. Əslində zavodun açılışından sonra həmin malların anbara geri yığılması barədə göstəriş verilə bilməzdi. Belə ki, anbarda yalnız satışa yararlı məhsullar yığılıb oradan birbaşa satışa göndərilirdi. Bu məhsulların anbara geri daşınması aylarla yağışlı havada və nəm şəraitdə qalaraq, yararsız hala düşmüş əhəngin istelakçılara satılması olardı ki, bu da qanunla yolverilməzdir. Beləliklə, göründüyü kimi, məhsulun açıq əraziyə daşınması və altı aydan artıq müddətdə açıq hava şəraitində saxlanılması və bunun nəticəsində yararsız hala düşməsi onun direktor təyin edildiyi tarixədək (xx.xx.2021-ci il tarixədək) baş vermişdir. Başqa sözlə, məhsulların açıq havaya daşınması və ya onun geri yığılması ilə bağlı məsələlər cavabdehin səlahiyyətində olmamışdır. Bu səbəbdən məhsulların cavabdehin təqsiri üzündən yararsız hala düşməsi barədə iddiaçı Şirkətin qənaəti əsassızdır. İddiaya əlavə edilmiş yazışmaların məzmunundan göründüyü kimi, işçilər həmin malların hazır məhsul anbarına yığılması barədə tədbir görülməsini deyil, əksinə, təkrar istehsalata yararsız hesab edilərək, anbar qalığından silinməsi barədə tədbir görülməsini xahiş edirlər. O, isə yararsız məhsulların təkrar istehsalata verilməsi göstərişini vermiş və zavoda dəyən zərərin həcmini azaltmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, Şirkət ziyanın əvəzinin ödənilməsini tələb edərkən, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsaslanmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən və işin hallarından da göründüyü kimi, məhsulların açıq əraziyə daşınması və onların yararsız hala düşməsi 2019-cu ilin iyun ayından başlayaraq, 2020-ci ilin mart ayınadək olan müddətdə baş vermişdir. Tam maddi məsuliyyət haqqında müqavilə isə cavabdehin direktor təyin edildiyi tarixdə, yəni xx.xx.2020-ci il tarixdə bağlanmışdır. Bu baxımdan da Şirkətin cavabdehə qarşı irəli sürdüyü iddia ərizəsi üzrə tələb edilən maddi ziyanın təmin edilməsi istisna edilir. Başqa sözlə Şirkətin iddia əsassızdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, xx.xx.2020-ci il tarixdə Şirkət tərəfindən Gürcüstan Respublikasına ezam olunmuş və xx.xx.2021-ci il tarixədək ezamiyyətdə olmuşdur. Lakin Şirkət tərəfindən ezamiyyə xərci cavabdehə ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarına əsasən Gürcüstan Respublikası üçün 1 günlük ezamiyyə xərci 140 ABŞ dolları müəyyən edilmişdir. 107 gün ezamiyyətdə olduğuna görə ümumilikdə cavabdehə (107 x 140 +20=) 15.000 ABŞ dolları məbləğində ezamiyyə xərci ödənilməli olduğu halda, bugünədək işəgötürən tərəfindən ödənilməmişdir. Ona görə də həmin məbləğ Şirkətdən tutularaq cavabdehə ödənilməlidir. Bundan başqa, ezamiyyə xərci vaxtında ödənilməməsi səbəbindən gecikdirilən hər gün üçün həmin məbləğin ödənildiyi günədək üzərinə faizlər də hesablanaraq Şirkətdən cavabdehin xeyrinə tutulmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
16. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, vurulmuş zərərin əvəzi olaraq 204.977,36 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Şirkətə ödənilməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, cavabdehin Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin iddiaçı Şirkət tərəfindən hesablanmaqla cavabdehə ödənilməsini, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
17. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh, həm zavodun direktoru, həm də istehsalat şöbəsinin müdiri vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, Şirkətə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, şirkətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Digər tərəfdən həmin məhsulların daşınması ilə bağlı Şirkətin direktoru ona tapşırıq verməmişdir. Həqiqətdə ilk olaraq məhz cavabdeh ona elektron poçt vasitəsi ilə müraciət edərək, zavodun açılışı ilə bağlı 4.500 ton hazır məhsulun daşınmasına icazənin verilməsini xahiş etmişdir. Şirkətin direktoru isə tapşırıq deyil, buna razılıq vermişdir. Bu işin görülməsi cavabdehin mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı Şirkətin direktoruna onlar tərəfindən müraciət edilərdi. Başqa sözlə, qeyd edilən vəziyyətdə cavabdeh məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Bu baxımdan qeyd edilən işin cavabdeh tərəfindən görülməsinin “fors major” halın yaranması ilə bağlı olması barədə fikirlər də əsassızdır. Hər bir halda, “fors major” (hazırki vəziyyətdə daha düzgün ifadə: “gücləndirilmiş iş rejimi”) hal yaranmışdırsa da, bu halın bütün zavod heyətinə, o cümlədən hazır məhsul anbarı müdirinə və logistik menecerinə də aidiyyəti olmuşdur. Başqa sözlə, zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Cavabdeh də zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lakin həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə). Bunu bilmək üçün xüsusi biliyə malik olmağa hər hansı ehtiyac yoxdur, sadə məntiqə sığınaraq, bu qənaətə gəlmək olar. Bundan əlavə cavabdehin özü tərəfindən təqdim edilmiş yazışmadan da görünür ki, onun təqdim etdiyi hesabatlarda o, yalnız əhəngin istehsal həcmi ilə deyil, həmçinin əhəngin paketlənməsi, satışı və daşınması həcmi, əhəng və əhəng üçün kisələrin sifarişləri, sifarişlərin dayandırılması barədə də məlumat verir. Elektron poçt vasitəsi ilə göndərilmiş digər məktubda zavodun hazır məhsul anbarında olan məhsulun faktiki sayı barədə hesabat, habelə hazır məhsul anbarının dolması və bu səbəbdən sobanı söndürmək və ya istehsal olunmuş məhsulu açıq havada yerləşdirmək məcburiyyətində qaldıqlarını bildirir və istehsal, paketləmə, daşıma və satış barədə hesabat göndərir. Hər bir halda, əhəng məhsulunun satışı və daşınması onun səlahiyyətlərinə aid edilmədiyi təqdirdə bu barədə onun tərəfindən deyil, digər səlahiyyətli şəxslər tərəfindən belə məzmunlu hesabatlar verilərdi və ya müraciətlər edilərdi. Əhəngin açıq havaya daşınması zamanı artıq yararsız halda olması ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh bu mövqedən çıxış etsə də, bu halı təsdiq edən hər hansı sübut mövcud deyil. Əhəngin daşınması dövründə aparılmış elektron poçt yazışmalarında da belə bir fikir əks olunmamışdır. Hər bir halda hazırda bu mövqedən çıxış edən cavabdeh zavodun direktoru olaraq, xx.xx.2019-cu il tarixdə Şirkətin direktoru Tolga Sarıya əhəng məhsulunun daşınması üçün 15 fəhlənin cəlb edilməsinə icazə istəyən zaman, ona bu barədə məlumat verməli idi. Ən azı bu müraciətə cavab olaraq Tolğa Sarı daşınmaya işi bilən şəxslərin cəlb edilməsinin zəruriliyini bildirdikdə, cavabdehə buna hər hansı zərurətin olmadığını, məhsulun artıq yararsız olduğunu qeyd etməli idi. Lakin göründüyü kimi etməmişdir. Tolga Sarının da bu məsələni (işi bilən şəxslərin cəlb edilməsi) xüsusilə qeyd etməsi, məhsulun keyfiyyətinin qorunması, onun yararsız hala düşməsinin qarşısının alınması məqsədi daşımışdır. O da qeyd olunmalıdır ki, cavabdeh, məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Hətta məhkəmə iclasında bu məhsulun açıq havaya daşındıqdan bir həftə on gün sonra yararsız hala düşəcəyi barədə fikir söyləyir. Lakin təqdim edilmiş şəkillərdən də görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq xx.xx.2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən xx.xx.2020-ci il tarixədək İstehsalat və Anbarlar Departamentinin Zavod direktoru vəzifəsini (xx.xx.2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan cavabdeh hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir. Belə ki, həmin vaxt zavodda operator vəzifəsində işləmiş Avil Qurbanov xx.xx.2020ci il tarixdə cavabdehə elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. Lakin cavabdeh tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız xx.xx.2020-ci il tarixdə cavabdehə qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, cavabdeh, bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər onun qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdeh bildirir ki, o, direktor olduqdan sonra Avil Qurbanov ona məhsulun yararsız məhsul olaraq, silinməsi ilə bağlı müraciət etmişdir. Lakin özü zavodun direktoru olduğu zaman belə bir səlahiyyətə malik olmadığını vurğulayır. Burdan belə qənaətə gəlmək olur ki, səlahiyyətlərinə aid olmadığından cavabdeh zavod müdiri olan zaman açıq havaya daşınmış və açıq havada saxlanılan əhəng məhsulunun yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün hər hansı tədbir görməli, bu məhsulun yararlıq vəziyyəti barədə məlumat verməli deyildir. Lakin ondan sonra zavodun meneceri olan şəxs belə bir vəzifə daşımışdır. Halbuki, ondan sonra bu vəzifəyə təyin edilmiş şəxsin səlahiyyətlərində hər hansı dəyişikliyin olduğu müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, “Azerlime” zavodunda istehsal edilməklə xx.xx.2019-cu il tarixdə saxlanılan anbardan açıq havaya daşınmış əhəng məhsulunun yararsız hala düşməsinin qarşısının alınması üzrə tədbirlərin görülməsi, o cümlədən bu məhsulun yararsız vəziyyətdə olması barədə məlumatın verilməsi bilavasitə həmin vaxt zavodun direktoru olmaqla tam maddi məsul şəxs olan cavabdehin vəzifəsi olmuş, lakin o, bununla bağlı hər hansı tədbir görməmişdir. Məhz cavabdehin qanuna zidd olan bu hərəkətsizliyi nəticəsində qeyd edilən məhsulun yararsız hala düşməsi, o cümlədən onun müəyyən hissəsinin təkrar emal olunması nəticəsində təsisçiyə maddi ziyan dəymişdir. Bu səbəbdən vurulmuş maddi ziyanın əvəzi cavabdehdən tutularaq Şirkətə ödənilməlidir. İşəgötürənə - Şirkətə dəymiş maddi zərərin məbləğinin ödənilməsi ilə bağlı tələb üzrə 1 illik müddətin ötürülməsi səbəbindən tələbin rədd edilməsi barədə cavabdehin ərizəsi ilə bağlı qeyd edilməlidir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdehin məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Şirkət isə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə 2021-ci ilin iyun ayında müraciət etmişdir. Bununla da, müəyyən edilir ki, Şirkət iddia müddətini ötürməmişdir. Buna görə də, Şirkətin iddiasına iddia müddəti tətbiq edilə bilməz. Şirkətə vurulmuş maddi ziyanın məbləği ilə bağlı qeyd edilməlidir ki, iddiaçı Şirkət tərəfindən məhkəməyə təqdim edilmiş aktları sübhə altına ala biləcək sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Buna görə də həmin aktlar mötəbər sübut kimi qəbul edilməlidir. Həmin aktlara əsasən müəyyən edilir ki, cavabdehin qanunazidd hərəkəti nəticəsində Şirkətə 204.977,36 manat məbləğində zərər dəymişdir. Buna görə də, Şirkət, ona dəymiş maddi zərərin əvəzi olaraq həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Qarşılıqlı iddia ilə bağlı qeyd edilməlidir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şirkətə məxsus zavodun müdiri vəzifəsindən İstehsalat müdiri vəzifəsinə keçirilmiş, 2020-ci ilin may ayında isə Şirkətin direktoru təyin edilmişdir. Lakin onun məhsulun təkrar istehsalata verilməsi barədə təklifi də artıq 2020-ci ilin noyabr ayına aiddir (bu məsələdə də təşəbbüskar olmamış, ona edilmiş müraciətə uyğun təklif vermişdir). Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən cavabdeh belə bir təkliflə bu tarixdən 1 il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında şirkətə direktor təyin edildikdən sonra şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi. Məhkəmə ilk iddianın əsaslı olması, yəni işçi olan cavabdehin işəgötürən olan iddiaçı Şirkətə maddi zərər vurması barədə qənaətə gəlmişdir. Belə olan halda müəyyən edilir ki, Şirkət, onunla cavabdeh arasında bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) bəndinə əsasən xitam verilməsi barədə əmr verməkdə haqlı olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, əmrin rəsmiləşdirilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, o cümlədən Şirkət tərəfindən cavabdehə müraciət edilərək, izahat verilməsi (xx.xx.2021-ci il tarixli məktub, xx.xx.2021-ci il tarixli elektron poçt yazışması) təklif edilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, qarşılıqlı iddianın “əmrin ləğv edilməsi və cavabdehin işə bərpa edilməsi barədə” hissəsi əsassızdır. Qarşılıqlı iddianın “ezamiyyə xərclərinin ödənilməsi bağlı” isə qeyd edilməlidir ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şirkətin əmrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə məzuniyyətdə olmuşdur. Məzuniyyət barədə əmr onun tərəfindən imzalanmışdır. Cavabdeh, ona ezamiyyə xərclərinin Şirkət tərəfindən ödənilmədiyini, həmin dövrdə məzuniyyətdə olmadığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən məzuniyyət və ezamiyyət haqqının Şirkət tərəfindən cavabdehə ödənilməsi işdə olan sənədlərdən və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh, ona göndərilmiş pulların başqa məqsədlərə xidmət etməsini (nizamnamə kapitalının ödənilməsi) bildirsə də bu halı sübut edə bilmir. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin pullar cavabdehə köçürmə yolu ilə Şirkətin müxtəlif əməkdaşları tərəfindən göndərilmişdir. Buna görə də qəbul edilməlidir ki, qarşılıqlı iddianın müzakirə edilən bu hissəsi əsaslı deyil. İşin hallarından həmçinin müəyyən edilir ki, cavabdehin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Şirkət tərəfindən Gürcüstan Respublikasına ezam edilməsi Şirkət tərəfindən rəsmiləşdirilməmişdir. Halbuki, onun bu ölkədə məhz şirkətin rəhbərliyinin tapşırığı əsasında ezamiyyətdə olması iş materiallarında olan yazışmalarla öz təsdiqini tapır. Hər bir halda, cavabdeh bir neçə ay Azərbaycanda, o cümlədən iş yerində olmamış, lakin işə gəlməməyə görə onun barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Bu da bir daha onun öz xidməti vəzifələrini əsas iş yerindən kənarda icra etməsini təsdiq edir. Hər bir halda, bu hal Şirkət tərəfindən rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, cavabdeh qeyd edilən dövr ərzində Şirkətin işləri ilə bağlı Gürcüstan Respublikasında olmuşdur. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsi Şirkət tərəfindən cavabdehə ödənilməlidir. Çünki bu sahəni tənzimləyən qanunvericiliyə əsasən Gürcüstan Respublikası üzrə ezamiyyə xərcinin 1 günü 140 ABŞ dolları təşkil edir. Lakin nəzərə alınmalıdır ki, Gürcüstan Respublikasında kirayə əsaslarla Şirkətin istifadəsində mənzil mövcuddur. Həmin mənzil məhz bu əsaslarla istifadə edilir (ezamiyyətdə olan əməkdaşların qalması). Bu səbəbdən cavabdehin ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmalıdır. Belə ki, cavabdehin başqa bir yaşayış sahəsi tutması və həmin yaşayış sahəsinə görə hər ay kirayə haqqı (1.500 ABŞ dolları) ödəməsi ezamiyyə xərcinin tam məbləğdə tələb etməsi üçün əsas ola bilməz. Hər bir halda, tərəflər arasında bu məsələnin razılaşdırılması ilə bağlı hər hansı yazışma mövcud deyil. Eyni zamanda, qeyd edilən dövr üçün cavabdehə əmək haqqı ödənilmişdir. Ekspert rəyinə əsasən müəyyən edilir ki, cavabdehə 4.060 ABŞ dolları ezamiyyə xərci ödənilməli olan halda, 4.213 ABŞ dolları ödənilmişdir. Qeyd edilən əmək haqqı, habelə artıq ödənilmiş ezamiyyə xərci də ezamiyyə xərcləri ödənilərkən nəzərə alınmalıdır (ödənilən ezamiyyə xərcindən silinməlidir). Eyni zamanda, Rayon Məhkəməsi, qarşılıqlı iddianı “gecikdirilən dövr üçün bir faiz hesablanmaqla ödəncin tutulması” hissəsində əsassız hesab edərək və bu tələbin rədd edilməsi qənaətinə gəlmişdir. d) apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri barədə məlumat
18. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin bir qisminin təmin edilməsi hissəsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın tam həcmdə rədd, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Şirkəti iddia edir ki, mübahisə predmeti olan yararsız hala düşmüş əhəngin xx.xx.2019-cu il tarixdə açıq havaya daşınması və zavodun açılışından sonra təkrar anbara geri yığılmaması ilə bağlı Şirkətə ziyanın dəyməsini səbəbkarı səlahiyyətli şəxs olan cavabdehdir. Cavabdeh isə bildirir ki, zavod müdiri və istehsalat müdiri işlədiyi dövrdə məhsulların hazır məhsul anbarından başqa yerə daşınması və ya təkrar hazır məhsul anbarına geri yığılması onun öhdəliyində olmamışdır. Məhsullar açıq havaya daşınan zaman bütün səlahiyyətlər Şirkətin həmin vaxt direktoru olan Tolga Sarı və onun icazə verdiyi şəxslərdə olmuşdur. İşə baxmış Rayon Məhkəməsi mübahisəli vəziyyətin, yəni məhsulların hazır məhsul anbarından çölə daşınması və ya təkrar hazır məhsul anbarına geri daşınması ilə bağlı səlahiyyətlərin cavabdehə həvalə edilib-edilməməsini aydınlaşdırmaq üçün cavabdehlə bağlanmış “Əmək müqavilələrində” müəyyən olunmuş işçiyə həvalə olunan öhdəlikləri araşdırmaq əvəzinə, öz mülahizələrindən çıxış edərək bu işlərin görülməsinin cavabdehin səlahiyyətində olması qənaətinə gəlmişdir. Halbuki, cavabdehin əmək vəzifələrini müəyyən edən onunla bağlanmış “Əmək müqavilələrində” belə öhdəlik göstərilməmişdir. Bu halda cavabdehin mülki məsuliyyətindən söhbət gedə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, məhsullar hazır məhsul anbarından çölə daşınan zaman Şirkətin direktoru olmuş Tolga Sarı (onun razılığı ilə daşınmışdır), zavodun açılışından sonra 2020-ci ilin mart ayında Şirkətin direktoru olan Fuad Bəşirli qeyd olunan mübahisəli məsələlər üzrə tam şəkildə səlahiyyətli şəxslər olmasına baxmayaraq, məhkəmə nədənsə qeyd olunan məsələlərin kimin səlahiyyətində olmasını müəyyən edərkən onları araşdırmadan kənarda saxlamış və iddianın düzgün olmayan şəxsə yönəlməsinə diqqət yetirməmişdir. Başqa sözlə, məhsulların yararsız hala düşdüyü dövrdə qərarlar qəbul etmək səlahiyyətinə malik şəxslər Tolqa Sarı və Fuad Bəşirli olduğuna görə ziyan həmin şəxslər tərəfindən vurulmuş və bu iddiaya cavab verməli olan şəxslər də onlardır. Bundan əlavə nəzərə alınmalıdır ki, qətnamədən görünür ki, Rayon Məhkəməsi Şirkətin iddiasını təmin edərkən Şirkət ilə cavabdeh arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilələrə” istinad etmişdir. Lakin, Rayon Məhkəmə nəzərə almamışdır ki, işçi olan cavabdeh ilə işəgötürən olan Şirkət arasında “Tam maddi məsuliyyət haqqında müqavilənin” imzalanması tələbin təmini üçün yeganə əsas ola bilməz. Hər bir halda iddia olunan ziyana görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu sübut olunmalıdır. Yalnız üç şərt ((a) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması, (b) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması, (c) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu) məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər. Hazırkı işdə isə cavabdehin hər hansı hüquqa zidd əməli müəyyən olunmamışdır. Çünki, yuxarıda qeyd olunan işlərin görülməsi cavabdehin əmək müqaviləsi üzrə öhdəliyi olmamışdır. Bundan başqa, işin mübahisəsiz halıdır ki, sözügedən məhsullar məhz zavodun açılışı üçün rəhbərliyin razılığı ilə çölə daşınmış və zavod açılış üçün hazır vəziyyətə gətirilmişdir. Zavodun açılışı təxirə düşməsi səbəbinə görə 2020-ci ilin mart ayınadək həmin malları hazır məhsul anbarına geri yığmaq mümkün olmamışdır. Açılışdan sonra isə məhsullar artıq yararsız hala düşmüşdür. Çünki, quru şəraitdə saxlanılmasının maksimum müddəti 6 ay olan əhəngin 5 ay müddətində açıq hava şəraitində yağışın altında qalaraq yararsız hala düşəcəyini rəhbərlik də bilirdi və ona görə açılışdan sonra da həmin məhsulların hər hansı yerə daşınması barədə Şirkətin direktoru Fuad Bəşirli göstəriş verməmiş, ümumiyyətlə bununla bağlı heç kəsə, o cümlədən cavabdehə irad tutulmamışdır. Dövlət başçısının iştirak edəcəyi tədbir olduğuna görə bütün bu proseslər şirkətin təsisçisi (mülkiyyətçi) Elxan Bəşirlinin nəzarətində baş vermiş, o da həmin məhsulların yararsız hala düşdüyünü bilmiş, onun tərəfindən cavabdehə heç bir irad bildirməmiş, əksinə yaxşı işlədiyi üçün cavabdehi vəzifədə irəli çəkərək Şirkətə direktor vəzifəsinə təyin etmiş, hətta Gürcüstanda açılan zavodun da qurulmasını ona həvalə etmişdir. Göründüyü kimi, əsas səlahiyyətli şəxslər, yəni direktor və təsisçi məhsulların açıq havada qalmasını bildiyi halda, bununla bağlı tədbir görülməsi üçün hər hansı göstəriş verməmişlər. İddia ərizəsində və aktlarda guya rəhbərlik tərəfindən cavabdehə bu barədə göstəriş verildiyi qeyd olunsa da, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Şirkətinin təsisçisinin (mülkiyyətçinin) xx.xx.2021-ci il tarixli əmrinə əsasən, mülkiyyətçiyə maddi ziyan vurulması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Mülkiyyətçi isə Elxan Bəşirovdur. Bu halda, maddi ziyanı tələb etmək hüququ mülkiyyətçiyə (maddi ziyan dəyən şəxsə) məxsusdur. Əmək Məcəlləsində də işçi ilə işəgötürən arasında maddi ziyana görə məsuliyyəti tənzimləyən maddələrdən fərqli olaraq mülkiyyətçi ilə işəgötürən arasında məsələ ayrıca “işəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə məsuliyyət” adlanan 193-cü maddə ilə tənzimlənmişdir. Həmin normanın tələbinə görə də mülkiyyətçi ona vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Belə ki, Əmək Məcəlləsinin 193-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Məcəllənin 193-cü maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Lakin, hazırkı iddia mülkiyyətçi tərəfindən deyil, buna tələb hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. İşə baxmış Rayon Məhkəməsi isə iddiaçının iddianı qaldırmağa subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan iddianı təmin etmişdir. Halbuki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə əsasən iddianın buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılması iddianın rədd edilməsi üçün əsasdır. Bundan başqa, maddi ziyanın vurulması fərz edilsə belə (halbuki elə deyildir), Şirkət tərəfindən iddia ərizəsi qanunda nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməklə verilmişdir. Rayon Məhkəməsi cavabdehin məhsulun təkrar emala göndərməsi barədə 2020-ci ilin noyabr ayındakı məktubunun tarixini iddia müddətinin başlanğıcı kimi götürmüşdür. Halbuki, məhsullar açılışdan sonra yəni 2020-ci ilin mart ayında artıq yararsız halda idi. Bu, həm iddiaçı Şirkətin özünün təqdim etdiyi şahid Avil Qurbanovun (hazırda Şirkətinin işçisidir) ifadəsi, həm e-mail yazışmalar, həm də Şirkətinin rəsmi internet səhifəsində qeyd olunan məlumatlarla təsdiq olunur. Belə ki, Avil Qurbanov şahid qismin Rayon Məhkəməsinə verdiyi ifadədə göstərmişdir ki, yararsız vəziyyətə düşən məhsullar 2019-cu ilin may ayından sentyabr ayına kimi, yəni 4 ay ərzində istehsal edilmişdir. Zavod tərəfindən istehsal edilən məhsullar zavodun rəsmi açılışı ilə bağlı qısa müddət ərzində açıq havaya daşınmalı idi. Bununla bağlı cavabdeh tərəfindən verilmiş tapşırığa əsasən məhsullar 2019-cu ilin oktyabr ayında zavoda yaxın əraziyə daşınıb üstü bağlanmışdır. Anbarda yer olmadığından məhsullar asfaltın üstünə yığılmışdır. Məhsul açıq havada saxlandığından gündən günə yararsız hala düşürdü. Zavodun rəsmi açılışından sonra, yəni mart ayında açıq havaya daşınmış məhsul artıq yararsız idi. Avil Qurbanovun xx.xx.2020-ci il tarixində yazdığı məktubda qeyd olunmuşdur ki, (həmin) əhəng məhsullarının təxminən 90%-i təkrar istehsala qaytarmaq üçün yararsızdır. Çünki məhsulların hamısı daşlaşıb, rəngi qaralıb, kisələr çürüyüb, malın özünə qarışıb. Hətta üzərilərində olan bütün keçirmə sellofanlar və göy çadırlar yağış və günəş şüaları nəticəsində yararsız hala düşmüşdür (öz-özünə aşınıb və dağılır). Şirkətin rəsmi internet saytında yerləşdirilmiş məlumata əsasən əhəng məhsulu açılmamış kisələrdə, quru şəraitdə, biri-birinin üstündə maksimum 10 ədəd olmaqla 6 ay saxlanıla bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Lakin Şirkət ilk iddia ilə Rayon Məhkəməsinə müraciət edən zaman iddia müddətini ötürmüşdür. Cavabdeh tərəf “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” əsaslı ərizə versə də, Rayon Məhkəməsi ərizəni əsassız hesab etmişdir. Rayon Məhkəməsinin bu yanaşması qanunsuz olmuşdur. Göründüyü kimi ilik iddia ərizəsi həm əsassız olmuş, həm də iddia müddətinin ötürülməsi ilə verilmişdir. Hər iki halda ilk iddia ərizəsi rədd edilməli idi. Lakin Rayon Məhkəməsi ilk iddianı əsassız olaraq təmin etmişdir. Rayon Məhkəmə qarşılıqlı iddianı tam deyil. qismən təmin etməməklə də səhv nəticəyə gəlmişdir. Belə ki, birincisi, yuxarıda qeyd olunduğu kimi, məhsulların yararsız hala düşməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməmiş və onun tərəfindən hər hansı şəxsə zərər vurulmamışdır. İkincisi, cavabdeh tərəfindən məhz mülkiyyətçiyə zərər vurulmamış və bu, ümumiyyətlə qeyri-mümkündür. Çünki işin hallarından göründüyü kimi, cavabdehlə üç dəfə “Əmək müqaviləsi” bağlanmışdır. Cavabdeh iddiaçı Şirkət ilə xx.xx.2019-cu il tarixdə “Əmək müqaviləsi” bağlayaraq “zavod müdiri” vəzifəsinə və xx.xx.2019-cu il tarixdə “Əmək müqaviləsi” bağlayaraq istehsalat müdiri vəzifəsinə təyin edilmişdir. Cavabdeh ilə Şirkətin təsisçisi (mülkiyyətçisi) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" əsasən isə cavabdeh həmin Şirkətin direktoru vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, ilk iki müqavilə üzrə əmək münasibətləri işçi olan cavabdeh ilə işəgötürən olan Şirkət arasında, sonuncu müqavilə üzrə cavabdeh ilə Şirkətin təsisçisi (mülkiyyətçi) arasında yaranmışdır. Bu mənada xx.xx.2020-ci il tarixədək vurulması iddia olunan ziyan mülkiyyətçiyə deyil, müəssisəyə vurulmuş ziyan hesab edilə bilər. Bu halda isə işçi barəsində Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi ilə deyil, “e” bəndi ilə tədbir görülməsi mümkündür. Yəni, tənbeh əmri düzgün olmayan maddə ilə verilmişdir. Üçüncüsü, xx.xx.2020-ci il tarixdə Şirkətin direktoru olan cavabdeh ilə Şirkətin təsisçi arasında bağlanmış müqaviləyə daha əvvəl işçi – cavabdeh ilə işəgötürən - Şirkət) arasında bağlanmış və müddəti bitdiyinə görə xitam olunmuş “Əmək müqavilələri” üzrə yaranmış əmək münasibətlərinin nəticəsinə görə xitam verilə bilməz. Başqa sözlə, tərəflər arasındakı əmək müqaviləsinin hətta tərəfləri başqa şəxslər olan və qüvvədən düşmüş başqa müqavilələr əsasında yaranmış əmək münasibətlərindən irəli gələn pozuntulara görə ləğv edilməsi yolverilməzdir. Çünki tərəflər arasında bağlanmış əmək müqaviləsinə o halda xitam verilir ki, işçi məhz həmin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, yaxud əmək vəzifələrini kobud şəkildə pozmuş olsun. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Dördüncüsü, qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İşin hallarından göründüyü kimi, 2020-ci ilin mart ayında məhsullar artıq yararsız hala düşmüşdür. Tənbeh əmri isə 14 ay keçdikdən sonra verilmişdir. Hətta ziyanın dəyməsi məhkəmənin mövqeyinə uyğun 2020-ci ilin noyabr ayı qəbul edilsə belə, yenə də əmr altı aylıq müddət keçdikdən sonra verilmişdir. Əmrin qanuniliyini yoxlayan məhkəmə isə Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsini nəzərdən qaçıraraq intizam tənbehi törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməməsinin imperativ qaydada qadağan edildiyinə əhəmiyyət verməmiş, qanunsuz verilmiş əmri qüvvədə saxlamaqla nəticədə maddi hüquq normasının tələbləri pozmuşdur. Bundan başqa, işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, cavabdehə ezamiyyə xərci ödənilərkən qalma (yaşama) xərcləri həmin ödənişdən çıxılmalıdır. Göründüyü kimi Rayon Məhkəməsi yenə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarında Azərbaycan ərazisində olan ezamiyyədən fərqli olaraq xarici ölkələrə ezamiyyə xərclərinin günlük konkret məbləği müəyyən edilmişdir. Bu məbləğin işçiyə ödənilməsi hər hansı şərtdən asılı edilməmiş, başqa ifadə ilə, hansısa halda bu məbləğdən çıxılmalara yol verilməsi göstərilməmişdir. Məhkəmə ezamiyyə xərcinə görə pulun hesablanılaraq Şirkətdən cavabdehin xeyrinə tutulması hissəsində iddia tələbini təmin etsə də, həmin ezamiyyə xərcinin ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün faiz hesablanılmaqla müvafiq ödəncin tutulması hissəsində iddia tələbini təmin etməmişdir. Bundan başqa, Şirkətin iddia ərizəsində göstərilən və Rayon Məhkəməsinin mötəbər sübut kimi istinad etdiyi aktlarda guya zavodun rəsmi açılışından sonra Şirkətin rəhbərliyi tərəfindən cavabdehə məhsulların geri daşınması barədə göstəriş verildiyi qeyd olunsa da, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri nəticəsində Şirkətə hər hansı ziyan vurmasını və bunun nə qədər təşkil etməsini məhkəmədə sübuta yetirə bilmədiyi halda, Rayon Məhkəməsi sadəcə Şirkətin təqdim etdiyi qeyri-mötəbər fotosurət aktlara istinad edərək cavabdehin iddiaçı Şirkətə 204.977,36 manat məbləğində maddi ziyan vurması qənaətinə gələrək iddianı olduğu kimi təmin etmişdir. Mübahisənin obyektiv həlli üçün xüsusi əhəmiyyət daşıyan mübahisəli vəziyyətin yaranmasına səbəb olan halların məhz cavabdehin öhdəliyində olması barədə əmək müqaviləsində bununla bağlı hər hansı müddəa nəzərdə tutulmadığı halda, məhkəmə öz mülahizələrindən çıxış edərək bu işlərin görülməsinin cavabdehin səlahiyyətində olması qənaətinə gəlmişdir. Halbuki, cavabdehin əmək vəzifələrini müəyyən edən onunla bağlanmış əmək müqavilələrində belə səlahiyyətlər göstərilməmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üçün ezamiyyə xərci Şirkət tərəfindən cavabdehə ödənilmişdir. Bunu isə Şirkətin bəzi işçilərinin adından müxtəlif vaxtlarda cavabdehə göndərilmiş və ümumi məbləği 4.213 ABŞ dolları təşkil edən vəsait ilə əsaslandırmışdır. Halbuki, cavabdeh həmin vəsaitlərin məhz Gürcüstanda açılan zavodun nizamnamə kapitalının ödənişi üçün ona göndərildiyini bildirərək lazımi qaydada təsdiq edilmiş bank ödənişlərini məhkəməyə təqdim etmişdir. Bu halda, qarşı tərəf Gürcüstandakı zavodun təsis edilməsi zamanı nizamnamə kapitalı üçün qoyulan pulun hansı vəsait hesabına ödənilməsi barədə təsdiqedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə isə yenə də özünün birtərəfli mövqeyini qoruyaraq həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, rəsmi ezamiyyətə göndərilən işçinin ezamiyyə xərci də məhz rəsmi qaydada onun əmək haqqı kartına ödənilməklə təqdim edilə bilər. Şirkətin nümayəndələri nəyə görə bu vəsaitin 4.060 deyil, 4.213 məbləğində göndərilməsi, rəsmi qaydada əmək haqqı kartına deyil, hissə-hissə başqa-başqa şəxslərin adından köçürülməsi, bank köçürmələri zamanı təyinatının ezamiyyə xərci kimi göstərilməməsi barədə suallara ağlabatan cavab verə bilməmiş, məhkəmə isə bunları nəzərə almamışdır. Rayon Məhkəməsi bu məbləğin ödənilməsini müəyyən edərkən həmçinin ekspert rəyinə də istinad etmişdir. Halbuki, həmin rəy ümumiyyətlə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş mühasibatlıq sənədlərində məhz iddiaçı Şirkəti tərəfindən cavabdehə ezamiyyə xərci ilə bağlı hər hansı mühasibatlıq sənədi olmadığı halda, ekspert fərqli şəxslər adından göndərilən vəsaiti Şirkət tərəfindən edilən ezamiyyə ödəniş kimi qəbul etməklə səlahiyyət hədlərindən kənara çıxaraq fakt müəyyən etmişdir ki, bu hal həmin rəyin sübut kimi qəbul edilməsini istisna edir. Qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (30 gün 29 gecə) Gürcüstan Respublikasında ezamiyyətdə olduğu müddət üçün ödənilməmiş ezamiyyə xərci də iddiaçı Şirkətdən cavabdehin xeyrinə tutulmalıdır.
20. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şirkət apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Əsasları ilk iddianın və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsasları ilə eynilik təşkil edən etirazda əlavə olaraq qeyd edilmişdir ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhsulların açıq havaya daşınmasını xx.xx.2019cu il tarixdə həyata keçirmiş, lakin bu barədə Şirkətin rəhbərinə 1 gün saonra, yəni xx.xx.2019-cu il tarixdə məlumat vermişdir. Bu da bir daha fikir irəli sürməyə əsas verir ki, cavabdeh özbaşına, yəni Şirkət rəhbəri ilə məsləhətləşmədən bu işə fəhlələri cəlb etmiş və malların açıq havaya yığılmasına göstəriş vermişdir. Həmin vaxt Şirkətin direktoru Tolqa Sarı, zavodun direktoru isə cavabdeh olmuşdur. Göründüyü kimi, Şirkətə ziyanın dəyməsi ilə bağlı məsuliyyəti zavodun həmin vaxt direktoru, yəni maddi məsul şəxs olmuş cavabdeh daşıyırdı. Əgər cavabdeh zavodun hər bir işi ilə bağlı Şirkət direktoru Tolqa Sarıdan göstəriş alırdısa, onda məhsulların açıq havaya daşınması ilə bağlı özünün sərbəst qərar qəbul etməsi nə dərəcədə düzgün idi? Bütün bu qeyd edilənlər bir daha ona əsas verir ki, cavabdeh, zavodun işləri ilə bağlı sərbəst qərar vermək iqtidarında idi və zavodda baş verən hər bir işə zavod direktoru olaraq məhz o cavabdehlik daşıyırdı. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayəti əsassız, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə isə əsaslıdır. e) apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktları barədə məlumat
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-2818/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
22. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (iş № 2(102)-4026/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni iddiaçı Şirkətin ilk iddiasının təmin olunması, cavabdehin qarşılıqlı iddiasının isə “əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsi, cavabdehin işə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün cavabdehə əmək haqqının ödənilməsi barədə” hissəsinin rədd olunması hissəsində ləğv edilməsini və işin həmin hissələrdə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini göndərilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
23. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Şirkətin nümayəndəsinin məhkəmələrə verdiyi izahatlardan məlum olur ki, Qazax Əhəng zavodunda 2019-cu ilin may ayından etibarən məhsul istehsalı başlanmış, istehsal olunmuş hazır məhsul anbara təhvil verilmişdir. 2019-cu ilin oktyabr ayında anbarda yer olmadığına və dövlət səviyyəsində zavodun açılış mərasimi keçirilməsi nəzərdə tutulduğuna görə hazır məhsulun bir hissəsi zavodun həyətində, açıq hava şəraitində yığılmış və məhsulun açıq havada qalması qısa müddət üçün nəzərdə tutulmuşdur. Lakin zavodun açılış mərasimi xx.xx.2020-ci il tarixdə baş tutduğundan əhəng məhsulları 5 aydan artıq müddətdə açıq havada qalmış, nəticədə istifadəyə yararsız hala düşmüşdür. Məhsulun anbardan çıxarılıb açıq hava şəraitində zavodun həyətində yığılmasında, yığılmanın texniki şərtlərə əməl olunmadan həyata keçirilməsində, məhsulun istifadəyə yararsız vəziyyətə düşməsində cavabdehi təqsirli bilən apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, bu vəziyyətdən təkcə cavabdeh deyil, həm də iddiaçı Şirkətin direktoru, bu sahəyə cavabdeh olan Şirkətin Loqistika üzrə meneceri, Şirkətin təsisçisi də məlumatlı olmuş, onlar zavodun dövlət səviyyəsində açılışını təşkil etmiş, məhsulun uzun müddət açıq hava şəraitində qalmasının qarşısının alınması üçün tədbirlər görməmişlər. Məhkəmə həmçinin məhsulun cavabdehdən asılı olmayan səbəblərdən, yəni zavodun açılışının təxirə salınması səbəbindən baş verməsini də nəzərə almamışdır. İşdən daha sonra görünür ki, cavabdeh, istifadəyə yararsız vəziyyətə düşən məhsulların açıq havada saxlandığı müddətdə, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixə kimi zavodun direktoru vəzifəsində, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-c il tarixə kimi zavodun İstehsal müdiri vəzifəsində işləmişdir. Baş vermiş hadisəyə görə cavabdehin zavod direktoru kimi məsuliyyət daşıması qənaətinə gələn məhkəmə məhsul anbardan çıxarılandan sonra onun cəmi 16 gün həmin vəzifədə olmasını diqqətdən qaçırmış, xx.xx.2019-cu il tarixdən sonra zavod direktoru vəzifəsini icra edən şəxsin məsuliyyətdən kənarda qalmasını əsaslandırmamış, əgər hər iki halda, yəni cavabdeh həm zavod direktoru, həm də istehsal müdiri kimi məsuliyyət daşımalı idisə, eyni vaxtda onunla bərabər İstehsal müdiri və ya zavod direktoru işləmiş şəxslərin məsuliyyətdən kənarda qalmasınnı səbəbləri müəyyən edilməmişdir. “Tam maddi məsuliyyət barədə” müqavilələrə əsasən də cavabdehin iddiaçı Şirkət qarşısında dəymiş zərərə görə məsuliyyət daşıması qənaətinə gələrkən də apellyasiya məhkəməsi səhvə yol vermişdir. İş materiallarına görə zavodda istehsal olunmuş hazır məhsulun saxlanmaq və başqa məqsədlər üçün cavabdehə təhvil verilməsi, sonuncunu belə bir öhdəlik götürməsi barədə hər hansı rəsmi sənəd mövcud deyildir, hazır məhsul anbara təhvil verilmişdir, cavabdeh anbarda saxlanılan və anbardarın hesabında olan əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə məsul deyildir, buna görə maddi məsul şəxs olan anbardar məsuliyyət daşımalıdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçı Şirkət tərəfindən qanunla müəyyən edilmiş 1 illik iddia müddətinin ötürülməməsi barədə qənaəti də işin hallarına uyğun olmamışdır. İşdə olan yazışmalardan, xüsusilə zavodun direktor əvəzi Avil Qurbanov, anbardar Elmar Ləzgiyev və laborant Azər Əliyev tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akta görə zavodun ərazisində yığılmış əhəng məhsulu istifadəyə yararsız hala düşmüşdür. Bundan başqa zavodun dövlət səviyyəsində açılışında iştirak etmiş iddiaçı Şirkətin direktoru, bu sahəyə cavabdeh olan Loqistika üzrə meneceri və Şirkətin təsisçisinin zavodun ərazisində yığılmış hazır məhsulun vəziyyətini görməmələri, onlara bu barədə məlumat verilməməsi də inandırıcı deyildir. Məhkəmə iddia müddətinin axımının vaxtını müəyyən edən zaman göstərilən halları diqqətdən qaçırmışdır. Cavabdeh, məhkəmə iclaslarında verdiyi izahatlarında suvaq üçün əhəng və söndürülmüş əhəngdən ibarət hazır məhsulların anbar şəraitində saxlama müddətinin 6 aydan çox olmadığını, zavodun ərazisində yığılmış məhsulun istifadə müddətinin keçməsi ilə əlaqədar yararsız hala düşdüyünü göstərmiş və bu məsələnin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin olunması barədə vəsatət qaldırmışdır. Lakin məhkəmə kifayət qədər əsas olmadan cavabdehin qeyd olunan vəsatətini təmin etməmiş, əhəng və söndürülmüş əhəngin hansı müddətdə yararlı halda saxlanmasının mümkünlüyünü müəyyən etməmişdir. Kassasiya instansiyası məhkəməsi şərh olunan halları nəzərə alaraq hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə ilk iddianın təmin olunması gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz, ona görə də qətnamə həmin hissədə ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçı Şirkətin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun həmin Şirkətdəki işinə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Şirkətindən onun xeyrinə tutulması barədə qarşılıqlı iddiasının ilk iddianın təmin olunub-olunmamasından bilavasitə asılı olduğundan həmin hissədə qarşılıqlı iddianın rədd olunması barədə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanıla bilməz. Qarşılıqlı iddia ərizəsində irəli sürülmüş həmin tələblərin əsaslılığı ilk iddia tələbi ilə birlikdə yoxlanılmalıdır, ona görə də apellyasiya məhkəməsinin qətnaməsi göstərilən hissə də ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdehin qarşılıqlı iddiasının “ezamiyyə xərclərinin və həmin xərcinin ödənilməsinin gecikdirilməsinə görə faiz hesablanmaqla Şirkətdən onun xeyrinə tutulması barədə” hissəsini qismən təmin etməkdə birinci instansiya məhkəməsi və qətnaməni həmin hissədə dəyişdirmədən saxlamaqda apellyasiya instansiyası məhkəməsi haqlı olmuşlar. Məhkəmələr düzgün olaraq cavabdehin Gürcüstan Respublikasında ezamiyyətdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin Şirkət tərəfindən hesablanmaqla cavabdehə ödənilməsini təmin etmiş, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət etmişlər. Bu məsələnin həlli zamanı apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Şərh olunanları nəzərə alaraq kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismın, yəni ilk iddianın təmin, qarşılıqlı iddianın isə “əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 202 saylı əmrinin ləğv edilməsi, cavabdehin işə bərpa olunması və işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün cavabdehə əmək haqqının ödənilməsi barədə” hissəsinin rədd olunması hissəsində ləğv edilməli və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilməlidir. f) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərara istinadən bildirir ki, cavabdehin qarşılıqlı iddiasının “ezamiyyə xərclərinin və həmin xərcinin ödənilməsinin gecikdirilməsinə görə faiz hesablanmaqla Şirkətdən onun xeyrinə tutulması barədə” hissəsinin qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hissəsi hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. g) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
25. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
26. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şirkətin nümayəndəsi Rəşad Novruzov apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. h) tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
27. Maddə 10. Maddə Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
28. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
29. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
30. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
31. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
32. Maddə 83, 2-cü hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
33. Maddə 172, 4-cü hissə. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
34. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
35. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
36. Maddə 187, 1-ci hissə. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir
37. Maddə 191, 2-ci hissə. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
38. Maddə 192, 1-ci hissə. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
39. Maddə 192, 2-ci hissə. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
40. Maddə 193, 1-ci hissə. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır.
41. Maddə 193, 2-ci hissə. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.
42. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
43. Maddə 200, 1-ci hissə. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
44. Maddə 200, 2-ci hissə. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
45. Maddə 202, 1-ci hissə. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
46. Maddə 203, 1-ci hissə. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
47. Maddə 203, 2-ci hissə. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
48. Maddə 205, 2-ci hissə. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
49. Maddə 296, 5-ci hissə. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
50. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
57. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Belə ki, Məhkəmə ilk növbədə qeyd edir ki, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə qarşılıqlı iddiasının təmin olunması ziyan tələbinə dair ilk iddianın təmin olunmasından asılıdır, ona görə də Rayon Məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunması hissəsində maddi və prosessual hüququ normalarının düzgün tətbiq olunub-olunmaması baxımından ilk növbədə yoxlanılmalıdır.
59. Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Şirkətdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Şirkətə məxsus və Qazax rayonunda yerləşən Əhəng zavodunun direktoru, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-c il tarixə kimi həmin zavodda İstehsal müdiri, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Şirkətin direktoru vəzifələrində işləmişdir. Cavabdeh hər dəfə vəzifəyə təyin olunarkən onunla Şirkət arasında “Tam maddi məsuliyyət barədə” ayrıca müqavilələr bağlanmışdır.
60. Həmin Zavodda istehsal olunmuş suvaq üçün əhəng və söndürülmüş əhəngdən ibarət hazır məhsul, boş kisələrdən ibarət materiallar xx.xx.2019-cu il tarixdən açıq havada saxlandığına görə istifadəyə yararsız vəziyyətə düşmüş, həmin məhsulların təqribən 70 faizi təkrar emala yararlı, 30 faizi isə təkrar emala yararsız olmuş, nəticədə təkrar emala yararsız olan məhsulların itirilməsi nəticəsində iddiaçı şirkətə 204.977,36 manat məbləğində ziyan dəymişdir.
61. İş materiallarına görə Şirkətə ziyanın dəyməsinin cavabdehin zavod direktoru, istehsal müdiri və Şirkət direktoru kimi öz vəzifə səlahiyyətlərini layiqincə icra etməməsi, məsul olduğu sahəyə təsərrüfatsızcasına və səhlənkar yanaşması, öz əmək funksiyalarını yerinə yetirməməsi nəticəsində vurulduğunu, habelə tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilələrin bağlanmasını əsas gətirərək Şirkət ilk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
62. Belə ki, Şirkətin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarından məlum olur ki, zavodda 2019-cu ilin may ayından etibarən məhsul istehsalı başlanmış, istehsal olunmuş hazır məhsul anbara təhvil verilmişdir. 2019-cu ilin oktyabr ayında anbarda yer olmadığına və dövlət səviyyəsində zavodun açılış mərasimi keçirilməsi nəzərdə tutulduğuna görə hazır məhsulun bir hissəsi zavodun həyətində, açıq hava şəraitində yığılmış və məhsulun açıq havada qalması qısa müddət üçün nəzərdə tutulmuşdur. Lakin zavodun açılışı xx.xx.2020-ci il tarixdə baş tutduğundan əhəng məhsulları 5 aydan artıq müddətdə açıq havada qalmış, nəticədə istifadəyə yararsız hala düşmüşdür
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, cavabdeh, məhkəmə iclaslarında verdiyi izahatlarında suvaq üçün əhəng və söndürülmüş əhəngdən ibarət hazır məhsulların anbar şəraitində saxlama müddətinin 6 aydan çox olmadığını, zavodun ərazisində yığılmış məhsulun istifadə müddətinin keçməsi ilə əlaqədar yararsız hala düşdüyünü göstərmiş və bu məsələnin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin olunması barədə vəsatət qaldırmışdır. Lakin məhkəmə kifayət qədər əsas olmadan cavabdehin qeyd olunan vəsatətini təmin etməmiş, əhəng və söndürülmüş əhəngin hansı müddətdə yararlı halda saxlanmasının mümkünlüyünü müəyyən etməmişdir.
64. Bu baxımdan da Məhkəmə MPM-in 420-ci maddəsinin tələbini və kassasiya instansiya məhkəməsinin qərarında göstərilənləri nəzərə alaraq qəbul etdiyi xx.xx.2024-cü il qərardadla iş üzrə məhkəmə mühəndis-texniki və fiziki-kimyəvi kompleks ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə etmişdir. Araşdırılıb, cavab verilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - “Azerlime” suvaq üçün əhəng və “Azerlime” söndürülmüş əhəng məhsulları açıq hava şəraitində qaldıqdan nə qədər müddət sonra yararsız hala düşür (məhsulların oktyabr ayında açıq hava şəraitində saxlanması nəzərə alınmaqla)? - “Azerlime” suvaq üçün əhəng və “Azerlime” söndürülmüş əhəng məhsulları olan neçə kisə məhsullar yararsız hala düşməməsi üçün üst-üstə yığıla bilər? - 15 oktyabr 2019-cu il tarixdə zavodun açılışı olmadığı üçün məhsulların dərhal təhlükəsiz yerə daşınmasının təşkil edilməsi İddiaçı Qazax Əhəng zavodunun direktoru (müdir) X1 daxildirmi?
65. Məhkəmə Ekspertizası Mərkəzi onun qarşısında qoyulmuş sualları cavablandıra bilməmiş və “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumata əsasən işi Məhkəməyə qaytarmışdır.
66. Məhkəmə “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” Məhkəmə Ekspertizası Mərkəzinin məlumatında göstərilənləri nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadında göstərilən sualların tədqiq edilib cavablandırılmasına “Azərbaycan Standartlaşdırma İnstitutu” X13 və Azərbaycan Memarlıq və İnşaat Universitetinin mütəxəssislərinin ekspertizanın keçiriləməsinə cəlb edərək, işə Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir.
67. Buna baxmayaraq ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılması yenə də mümkün olmamış və Məhkəmə Ekspertizası Mərkəzi işi Məhkəməyə qaytarmışdır.
68. İş Məhkəmə Ekspertizası Mərkəzindən qayıtdıqdan sonra iddiaçı Şirkətin nümayəndəsi vəsatətlə Məhkəməyə müraciət edərək, Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilən sualların cavablandırılması üçün ekspertizanın keçirilməsini “X7” MMC-yə həvalə edilməsini xahiş etmişdir.
69. Məhkəmə verilmiş vəsatəti, iş materiallarını və Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatları nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla vəsatətin təmin edilməsini və Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadında əks olunmuş sualların tədqiq edilib cavablandırılmasını “X7” MMC-yə həvalə edilməsini qərara almışdır.
70. “X7” MMC iş üzrə xx.xx.2025-ci il tarixli, 01 saylı rəy vermişdir. Həmin rəydən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və X2 Mərkəzinə təqdim edilmiş nümunə üzrə aparılmış fiziki-kimyəvi analizinin xx.xx.2025-ci il tarixli, 0061 raportundan görünür ki, analizə təqdim olunmuş nümunə daşlaşmış formadadır, nəmliyi 6,2% olduğuna görə istifadəyə yararsızdır. Propilen kisələrdə qablaşdırılmış, üzərinə sellofan keçirilmiş və paddonlara yığılmış əhəng və sönmüş əhəng məhsulları açıq havada (günəş şüaları, külək və yağış altında) yararlı vəziyyətdə 6 aya qədər saxlanıla bilər. “Azerlaime” suvaq üçün əhəng və “Azerlaime” söndürülmüş əhəng məhsulları “Tikinti əhəngi. Texniki şərtlər.” 9179-77 DÜST-nin və istehsalçının “Azerlaime” əhəng məhlulunun saxlanılmasına dair verilmiş texniki şərtlərinə görə, hidrotasiyalı (söndürülmüş) əhəngin nəmliyi 5%-dən artıq olmamaqla, quru şəraitdə (yəni nəmlikdən qorunan şəraitdə), bir-birinin üstündə maksimum 10 ədəd olmaqla 1 il saxlanıla bilər. “Tikinti əhəngi. Texniki şərtlər.” 9179-77 DÜST-nin 6.2-ci bəndinin tələblərinə görə, istehlakçıya göndərildikdən sonra əhəngin zəmanətli saxlama müddəti 30 gündür. Tədqiqata təqdim edilmiş “Əmək müqavilələrinin” (kontraktlarının) və onlara əlavə olunmuş “Tam maddi məsuliyyət haqqında müqavilələrin” şərtlərinə (yəni keyfiyyətsiz və zay məhsul istehsalının səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması tədbirlərini işləyib hazırlayır, yüksək keyfiyyətli məhsul istehsalını təmin edir, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və s.) görə, xx.xx.2019-cu il tarixdə zavodun açılışı olmadığı üçün məhsulların dərhal təhlükəsiz yerə daşınmasının təşkil edilməsi iddiaçı Şirkətinin Qazax əhəng zavodunun direktoru (istehsalat müdiri) olmuş iş üzrə cavabdehin səlahiyyətlərinə daxildir.
71. Beləliklə də müəyyən edilir ki, iddiaçı Şirkətin iddia tələblərinin əsası kimi istinad etdiyi hallar məhkəmədə sübuta yetirilmişdir. İddiaçı Şirkət tərəfindən məhkəməyə təqdim olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh həm zavodun direktoru, həm istehsalat şöbəsinin müdiri, həm də şirkətin direktoru vəzifəsinə təyin edilərkən, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Tam maddi məsuliyyət haqqında müqavilələrin məzmununa görə isə cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda, Şirkətə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübariz olması, Şirkətin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməsi və lazımi gəldikdə qorxulu vəziyyətin səbəblərinin aydınlaşdırılması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunun aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməsi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd olunan vəzifələrin icrası həmçinin özlüyündə ona etibar edilmiş maddi sərvət olaraq hazır məhsulların qeydinə qalınmasını ehtiva edir.
72. Həmçinin məhsulların açıq əraziyə daşınması üçün cavabdeh tərəfindən Şirkət rəhbərliyindən razılıq alındığından, həmin məhsulların yararlılıq müddəti bitmədən satışa verilməsi, dəfələrlə xəbərdarlıq olunduğundan ən azı məhsulların vaxtında təkrar istehsala verilməsi barədə tədbir görülməsi və ya tədbir görülməsi ilə bağlı şirkət rəhbərliyinə məlumat verilməsi öhdəliyi də sonuncunun üzərində olmuşdur.
73. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş işin görülməsi cavabdehin mövqeyinə uyğun olaraq hər hansı digər şəxsin, o cümlədən hazır məhsul anbarının, habelə logistik menecerinin səlahiyyətlərinə aid olmuş olsa idi, qeyd edilən məsələ ilə bağlı Şirkətin direktoruna onlar tərəfindən müraciət edilərdi və sonuncu qeyd edilən vəziyyətdə məhz öz səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Zavodun açılışı ilə bağlı bütün zəruri tədbirlərin yüksək, çevik, eyni zamanda tələb olunan müddətlər ərzində görülməsi tələb edilirdi. Hər bir işçi də bu vəziyyətdə öz səlahiyyətlərinə uyğun hərəkət edirdi. Cavabdeh də zavod müdiri kimi üzərinə düşən vəzifələrə uyğun olaraq bu işi təşkil etməli idi və etmişdir.
74. Nəzərə alınmalıdır ki, hazır məhsul anbarının müdiri vəzifəsində “anbar” sözü var və anbar müdirinin səlahiyyətləri anbara məhsul qəbul etmək, onları saxlamaq və məhsulu təhvil verməkdən ibarətdir. Başqa sözlə, anbar müdirinin səlahiyyətləri anbarın sahəsi ilə məhdudlaşır və bu baxımdan anbar müdiri səlahiyyətlərinin son həddi olaraq məhsulun anbardan çıxarılmasının qeydiyyatını apara bilər. Lakin həmin məhsulun anbardan kənara daşınması, onun yerləşdirmə yerinin müəyyən edilməsi və anbardan kənar onun yararsız hala düşməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi onun səlahiyyətlərinə aid edilə bilməz, anbar müdirinin anbardan kənar sahə üçün hər hansı məsuliyyət daşıması mümkün deyil (təbii ki, müstəsna hal olaraq, müəssisə üzrə bütün səlahiyyətlər ona həvalə edilməmişdirsə).
75. Məhkəmə hesab edir ki, cavabdeh məhsulun yararlıq müddəti (6 ay), yığılma qaydası (üst-üstə 10 kisə yığılmaqla) və saxlanma şəraiti (qapalı şəraitdə) barədə tam məlumatlı olmuşdur. Lakin təqdim edilmiş şəkillərdən də görünür ki, əhəng kisələri üst-üstə 10 kisə olmaqla deyil, daha çox kisə yığılmışdır. Bununla da onun rəhbərliyi və nəzarəti altında bu iş artıq xx.xx.2019-cu il tarixdə qüsurlu həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixədək zavodun müdiri, daha sonra isə bu tarixdən xx.xx.2020-ci il tarixədək şirkətin İstehsalat və Anbarlar Departamentinin Zavod direktoru vəzifəsini (xx.xx.2019-cu il tarixli əmrdə vəzifəsinin adı bu məzmunda qeyd edilibdir) tutan cavabdeh hər gün və hər dəfə iş yerinə gedərkən və iş yerini tərk edərkən, bu mənzərəni görmüşdür. Lakin bununla bağlı, yəni qeyd edilən məhsulun başqa yerə daşınması, qorunub saxlanmasının təmin edilməsi, habelə yenidən emal verilməsi barədə hər hansı tədbirin görülməsi müəyyən edilmir. Ümumiyyətlə bu məsələ ilə bağlı onun hər hansı müraciəti (məhz məhsulun yararsız vəziyyətə düşməsi ilə bağlı məsələ qaldırmamışdır) olmamış, ona edilən müraciətlərə uyğun isə zamanında hər hansı tədbir görməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə zavodda işləyən Avil Qurbanov cavabdehə elektron poçt vasitəsi ilə müraciət edərək, məhsulun vəziyyəti, o cümlədən yararsız hala düşməsi ehtimalının olması barədə məlumat verir. Lakin cavabdeh tərəfindən bu müraciətə hər hansı məzmunda cavab verməsini təsdiq edən sübut yoxdur. Yalnız xx.xx.2020-ci il tarixdə ona qeyd edilən məhsulla bağlı tədbirlərin görülməsi barədə müraciət edildikdə, cavabdeh bu məhsulun təkrar istehsala verilməsinin mümkün olduğunu bildirmişdir. Bu yazışmaya qədər cavabdehin qeyd edilən məhsulla maraqlanması öz təsdiqini tapmır.
76. Cavabdehdən zərərin əvəzinin tutulması üçün Əmək Məcəlləsinin 191.2-ci maddəsində nəzərdə tutulmuş hər 3 şərt mövcuddur, yəni, ziyanın həqiqətən vurulduğu aşkardır. Belə ki, cavabdehin əməli - hərəkətsizliyi qanuna ziddir, əmək və tam maddi məsuliyyət haqqında müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi – zərər arasında səbəbli əlaqə mövcuddur. Məhz bu şərtlərin mövcud olması cavabdehin maddi məsuliyyətinin yaranmasının əsasını təşkil edir.
77. Göründüyü kimi, Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
78. Apellyasiya şikayətinin digər dəlili isə iddiaçı Şirkət tərəfindən iddianın qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməklə verilməsi ilə bağlıdır. Dəlil onunla əsaslandırılır ki, cavabdeh tərəfindən “ilk iddiaya iddia müddətinin tətbiqi barədə” ərizə verilmişdir. Cavabdehin mövqeyi ondan ibarətdir ki, o, zavod müdiri olduğu vaxtda istehsal müdiri vəzifəsi, istehsal müdiri işlədiyi vaxtda isə zavod müdiri olmamışdır, yəni, məhsulların vəziyyəti ilə bağlı həm məsul şəxs, həm də şirkət rəhbərliyinə məlumat verməli olan şəxs onun özü olmuşdur. Onun tərəfindən tədbir görülmədiyi, məlumat verilmədiyi halda zərərin vurulmasını müəyyən etmək mümkün deyildi. Buna görə də qanunvericilikdə müddət tətbiqi üçün əsas şərt kimi nəzərdə tutulan “bildiyi və ya bilməli olduğu vaxt” – yəni, Şirkət rəhbərliyinə zərərin vurulmasının məlum olduğu vaxt hesab olunmalıdır.
79. “İlk iddiaya iddia müddətinin tətbiqi barədə” ərizənin əsaslılığını müzakirə etmiş Rayon Məhkəməsi hesab etmişdir ki, ərizə əsassızdır.
80. Cavabdeh hesab edir ki, Rayon Məhkəməsi həmin ərizəni əsassız hesab etməkdə haqlı olmamışdır.
81. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdehin məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Halbuki, məhsulun açıq havaya daşınması zamanı artıq yararsız olması, açıq havaya daşındıqdan sonra 7-10 gün ərzində yararsız hala düşməsi barədə fikirlər söyləyən cavabdeh belə bir təkliflə bu tarixdən bir il əvvəl 2019-cu ilin oktyabr-noyabr aylarında, yəni zavodun direktoru olan zaman çıxış etməli idi (ən azı bunu bilən və bu səlahiyyəti daşıyan şəxs olaraq). Bununla da yararsız hala düşmüş məhsulun sayını azaltmış, habelə təkrar emalı mümkün olan məhsulun sayını artırmış olardı. Başqa sözlə, ən azı 2020-ci ilin may ayında şirkətə direktor təyin edildikdən sonra şirkət üzrə 1 nömrəli səlahiyyətli və bu problem barədə tam məlumatlı olan şəxs olaraq məsələni həll edə bilərdi və bununla da vurulmuş zərərin məbləğini azalda bilərdi.
82. İşin hallarından müəyyən edilir ki, 2020-ci ilin əvvəlinə aid yazışmada məhsulun saxlanma şəraitinə görə yararsız hala düşməsi ehtimalının olması, get-gedə yararsız hala düşməsi barədə məlumat verilir. Həmin məhsulun yararsız vəziyyətdə olması barədə dəqiq məlumatlar və cavabdehin məhsulun təkrar emala göndərməsi barədə təklifi artıq 2020-ci ilin noyabr ayına aiddir. Şirkət isə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bununla da, müəyyən edilir ki, Şirkət iddia müddətini ötürməmişdir.
83. Məhkəmə, ilk iddia üzrə iddia müddətinin ötürülməsi məsələsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş mövqeyə uyğun olaraq iş üzrə araşdırma apararaq müəyyən etmişdir ki, zavodun direktor əvəzi olmuş Avil Qurbanov, anbardar Elmar Ləzgiyev və laborant Azər Əliyev tərəfindən xx.xx.2020-ci il tarixdə akt tərtib edilərək, aktda qeyd edilmişdir ki, zavodun ərazisində yığılmış əhəng məhsulu istifadəyə yararsız hala düşmüşdür.
84. Təbiidir ki, həmin akt Şirkətin rəhbərliyinin diqqətinə çatdırlmışdır.
85. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin dövrdə (xx.xx.2021-ci il tarixədək) Şirkətin rəhbəri (direktoru) məhz cavabdeh özü olmuşdur və onun Şirkətin adından özünə qarşı iddia qaldırmaması anlaşılandır.
86. İşin hallarından da müəyyən edilir ki. Şirkətin təsisçisi (mülkiyyətçisi) cavabdeh tərəfindən Şirkətə ziyanın vurulmasını cavabdeh ilə bağlanmış "xxxx" xitam verilməsi ərəfəsində, yəni Daxili Audit və Nəzarət Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdimat verdikdən sonra məlum olmuş və yalnız bundan sonra Şirkət ilk iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir.
87. Bu baxımdan da, müəyyən edilir ki, Şirkət iddia müddətini ötürməmişdir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili bu baxımdan da əsassızdır.
88. Cavabdeh, Şirkətin bildirdiyi məbləği mübahisələndirmir, çünki onun mövqeyinə görə Şirkətin iddiası tamamilə əsassızıdır.
89. Buna baxmayaraq vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçı Şirkətə ödənilməsi barədə ilk iddianın rədd edilməsi üçün əsaslar olmadığından Məhkəmə cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulmalı olan məbləği ilə bağlı qeyd edir ki, iddiaçı Şirkət tərəfindən məhkəməyə təqdim edilmiş aktlardan görünür ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində Şirkətə 204.977,36 manat məbləğində zərər dəymişdir. Həmin aktları sübhə altına ala biləcək sübutlar cavabdeh tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi həmin aktları etibarlı sübut kimi qəbul etməkdə və aktlar əsasən cavabdehdən iddiaçı Şirkətin xeyrinə həmin məbləğin tutulmasını qət etməkdə haqlı olmuşdur.
90. İlk iddianın əsaslı olması qənaətinə gəlmiş Məhkəmə həmçinin hesab edir ki, ilk iddia tələbinin əsaslılığından asılı olan cavabdehin qarşılıqlı iddiasının apellyasiya baxışının predmeti olan hissəsinin rədd edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə də işin hallarına uyğundur.
91. Belə ki, Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə kompleks məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 4/860-9/4136 saylı rəyində qeyd olunmuşdur ki, ekspertə təqdim olunmuş, iddiaçı Şirkətinin adından olan xx.xx.2021-ci il tarixli, 41M saylı əmrinin sonunda “Yakup Çimen” yazılarından aşağıdakı imza cavabdeh tərəfindən icra olunmuşdur. Şirkətinin direktoru olan cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixlərdə (30 gün, 29 gecə) Gürcüstan Respublikasına ezam olunması nəzərə alınmaqla ona Gürcüstan Respublikasında olduğu 29 gecə üçün hesablanmalı olan ezamiyyə xərcləri (140 ABŞ dolları x 29 gecə=) 4.060 ABŞ dolları, köçürülmüş ezamiyyə xərcləri 4.213 ABŞ dolları məbləğində müəyyən edilir. Bundan başqa cavabdehə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 27 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. “İş vaxtının tabeli” məlumatlarından göründüyü kimi işçi olan cavabdeh 2021-ci ilin yanvar ayında 27 təqvim günü əmək məzuniyyətində olmuş, həmin ay üzrə hesablanmış məzuniyyət haqqı 883,03 manat təşkil edir. Bundan başqa “İş vaxtının tabeli” məlumatlarından göründüyü kimi cavabdeh 2021-ci ilin fevral, mart və aprel ayları üzrə faktiki iş günləri üzrə işləmiş və onun bankda olan əmək haqqı hesabına 2021-ci ilin fevral ayı üzrə 899 manat, mart ayı üzrə 899 manat, aprel ayı üzrə 899 manat əmək haqqı köçürülmüşdür. Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi nəzərə alınmaqla ona hesablanmalı olan və hesablanmış son haqq – hesab 1.216,93 manat təşkil edir (istifadə edilməmiş 37 gün əmək məzuniyyətinə görə pul əvəzi). DSMF-yə, tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı tutulmaları nəzərə alınmaqla ödənilməli məbləğ 1.090,99 manat və həmin vəsait işçinin bank hesabına köçürülmüşdür. Beləliklə, bütün qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün cavabdehə “İş vaxtının tabeli” məlumatlarına əsasən əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət xərci və son haqq – hesab hesablanmış, onun bankda olan əmək haqqı hesabına köçürülmüşdür.
92. Ədliyyə Nazirliyi Məhkəmə X3 ekspertizaları şöbəsinin böyük eksperti X9 işə baxmış Rayon Məhkəməsi tərəfindən dindirilərkən iş üzrə verdiyi xx.xx.2022-ci il tarixli rəyini müdafiə etmiş və verilmiş suallara cavab olaraq göstərmişdir ki, məhkəməmühasibatlıq ekspertizası sənədlər əsasında aparılan tədqiqatdır. Bu səbəbdən işçinin ezamiyyətdə olmasının hesablanması üçün əmrlər və əmrlər kitabı araşdırılır. İşçi ezamiyyətdə olubsa ezamiyyətdən qayıdanda ezamiyyətlə əlaqədar xərclədiyi vəsaitlərlərin məbləğini təsdiq edən avans hesabatı təqdim edilməlidir. Təqdim olunmayıbsa artıq bu məsələdə xüsusi biliyə ehtiyac qalmır. Sadəcə olaraq kalkulyator götürüb hesablamaq lazımdır. Hesablamar da məhz təqdim edilmiş sənədlər əsasında aparılmış və rəy verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixli əlavə sənədlər daxil olmuşdur. Təqdim edilmiş əmrə əsasən cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 29 gecə 30 gün müddətində ezamiyyətdə olmuşdur. İş materiallarında olan cavabdehə pul vəsaitlərinin köçürülməsini təsdiq edən elan məlumatları öz əksini tapmışdır. Həmin məlumatlarda ezamiyyə xərci olaraq 4.213 ABŞ dolları məbləğində pulun köçürülməsi göstərilmişdir. İş materiallarında olan tabel məlumatlarına əsasən isə cavabdeh 2021-ci ilin yanvar ayında 1 gün işə çıxmış, sonra isə 05 yanvardan 31 yanvar 2021-ci ilə qədər 27 təqvim günü məzuniyyətdə olmuşdur. Həmin dövr üçün hesablanmış məzuniyyət haqqı 888 manat, iş günü üzrə hesablanmış əmək haqqı 43,48 manat təşkil edir. Bu məbləğ bank vasitəsilə ona ödənilmişdir. Bu barədə hesabdan çıxarış da var.
93. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiası Şirkət, onunla cavabdeh arasında bağlanmış "xxxx" əsaslı olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Əmrin verilməsi zamanı Əmək Məcəlləsinin tələblərinin pozulması müəyyən edilmir.
94. Bu baxımdan qəbul edilməlidir ki, cavabdeh ilə bağlanmış "xxxx" xitam verilməsi barədə iddiaçı Şirkət tərəfindən verilmiş əmrin ləğv edilməsi, cavabdehin işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə Şirkətdən cavabdehin xeyrinə pulun tutulması üçün əsas yoxdur. Rayon Məhkəməsi bu tələbləri təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır.
95. Yuxarıda qeyd edilən sübutlara əsasən həmçinin müəyyən edilir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianın “ezamiyyə xərclərinin ödənilməsi barədə” hissəsinin bir qismini təmin etməməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir.
96. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdeh iddiaçı Şirkətin əmrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gürcüstan Respublikasında ezamiyyətdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə məzuniyyətdə olmuşdur. Məzuniyyət barədə əmr onun tərəfindən imzalanmışdır. Cavabdeh, ona ezamiyyə xərclərinin Şirkət tərəfindən ödənilmədiyini, həmin dövrdə məzuniyyətdə olmadığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən məzuniyyət və ezamiyyət haqqının Şirkət tərəfindən cavabdehə ödənilməsi işdə olan sənədlərdən və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh, ona göndərilmiş pulların başqa məqsədlərə xidmət etməsini (nizamnamə kapitalının ödənilməsi) bildirsə də bu halı sübut edə bilmir. Təqdim edilmiş sənədlərdən görünür ki, həmin pullar cavabdehə köçürmə yolu ilə Şirkətin müxtəlif əməkdaşları tərəfindən göndərilmişdir.
97. Buna görə də qəbul edilməlidir ki, qarşılıqlı iddianın müzakirə edilən bu hissəsi əsaslı deyil. Rayon Məhkəməsi eyni əsasla bu tələbi təmin etməməklə iş üzrə əsaslı nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. j) apellyasiya baxışının nəticəsi
98. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
99. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
100. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində pul cavabdehdən tutularaq “X7” MMC-nin hesabına keçirilməlidir.
101. Bundan başqa Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından iddiaçı Şirkət hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
102. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
103. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Çimen Yakupun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 dekabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul cavabdeh Çimen Yakupdan tutularaq “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Cavabdeh Çimen Yakup hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı "xxxx" Şirkəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.