Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-149/2023 21.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, X17 qızının katibliyi, İddiaçı, Cavabdeh və digər cavabdeh X8, X3 və X11 nümayəndəsi Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət üzrə payların naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-465/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Mübahisə predmeti olan mənzil və torpağ ümumi paylı mülkiyyət hüququ əsasında Cavabdeh 34/80 hissədə, X5 4/80 hissədə, X7 4/80 hissədə,İddiaçı 30/80 hissədə,X12 4/80 hissədə, X10 4/80 hissə məxsus olmaqla, həmin hüquq dövlət qeydiyyatına alınmışdır. İddiaçı ona aid olan torpağa pay hissəsinin naturada ayrılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət üzrə payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Sultanov küçəsi ev 27 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərindəki mülkiyyət payını iddia ərizəsinə əlavə olunan sxemə uyğun qaydada naturada ayrılması (bölünməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsindən çıxarışla İddiaçı məxsus olan paya uyğun hissəsinin (30/80) naturada ayrılıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi babası X6 məxsus olmuş, o 1992-ci ildə vəfat etmişdir. Ev vərəsəlik qaydasında onun atası və əmisi, onlardan isə müvafiq olaraq ailə üzvləri kimi ona və əmisinin arvadı Cavabdeh və onun uşaqlarına keçmişdir. Mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrdən çıxarışa əsasən, 116.7 kv.m fərdi yaşayış evi və 690 kv.m torpaq sahəsi 30/80 hissə olmaqla ona, qalan hissələr isə Cavabdeh və onun uşaqlarına keçib. Hazırda evin iki otaq, evin yarısı və digər kiçik tikililər olmaqla xeyli hissəsi cavabdehin, qalan hissəsi isə onun istifadəsindədir. Paylarının naturada müəyyən edilməsinə zərurət yaranıb. Belə ki, evin faktiki olaraq istifadələrində olan hissəsindən istifadə ilə bağlı arasında mübahisə olmasa da, torpaq sahəsindən istifadə ilə bağlı mübahisə illərdir ki, davam edir. Cavabdehin torpaq sahəsini ayırmaq üçün tikdirdiyi hasarı uçurur, onun torpaq sahəsinə çıxışını məhdudlaşdırır. Mülkiyyət payı (30/80) nəzərə alınsa, torpağın ona düşən hissəsi 258.8 kv.m təşkil edir. Buna müvafiq olaraq, aşağıda göstərdiyi sxem üzrə bölgünü ədalətli hesab edir. Sxemdə xətlərlə işarələnmiş A tikilisinin bir hissəsi onun istifadəsində olmasına baxmayaraq, torpaq hissəsindən istifadə cavabdeh problem yaradır.Torpaq sahəsinin bu şəkildə bölünməsini hər ikisinin yola çıxışını təmin etməklə, daha ədalətli bölgü hesab edir.Belə olduqda ona düşməli olan 258 kv.m hissədən daha az pay düşsə də,bu cür bölgü hər ikisinin mənafeyinə uyğundur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-465/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 690 kv.m olan torpaq sahəsinin paylı mülkiyyətçi olan İddiaçı aid olan 30/80 hissəsi (iddiaçının faktiki istifadəsində olan tikintialtı sahəsinə düşən 102,82 kv.m olan hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən divardan 4,60 metr həyətə doğru, həmin hissədən uzunluğu 17 metr olmaqla həyətyanı sahənin darvaza istiqamətinə doğru düz xətt boyunca ayrılmaqla, bərpa edilən 155,8 kv.m olan hissəsi olmaqla, cəmi 258,7 kv.m olan hissəsi) naturada bölünməsi və həmin 30/80 hissə (102,82 kv.m +155,8 kv.m. =258,7 kv.m olan hissə) İddiaçı verilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213 və 220-ci maddələri ilə, həmçinin Konstitusiya Məhkəməsinin Plenum qərarı və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad edərək onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdehin verdiyi izahatından aydın olur ki, o, iddiaçıya məxsus payın müvafiq ekspert rəyinə əsasən çıxarışda qeyd edilən hissələrə uyğun olaraq naturada bölünməsinə razı olmuşdur. Məhkəmə, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanındakı mənzilin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-cu il tarixli,10/3967 nömrəli rəyini əsas götürərək, hesab etmişdir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışır ki, məhkəmə qətnaməsində onun izahatı düzgün qeyd edilməmişdir. Əgər o, məhkəmənin gedişatı ilə razı olsaydı, yaxud, bölgünün ekspert rəyində qeyd edilən forması ilə razılaşsaydı, nəyə görə Məhkəmə Hüquq Şurasına şikayət edirdi. Məhkəmə heç bir şikayətə məhəl qoymadan, iştirakları olmadan ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Qeyd edildiyi kimi, ünvan 3 ünvanındakı fərdi yaşayış evinin 34/80 hissəsi onun, 4/80 hissəsi X3, 4/80 hissəsi X7, 4/80 hissəsi X11, 4/80 hissəsi X8, 30/80 hissəsi isə, İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı faktiki olaraq, çıxarışda qeyd edilən ərazidən artıq hissədən istifadə edir. Bu həm fərdi yaşayış evinə, həm də, torpaq sahəsinə aiddir. O və övladları əslində paylarına uyğun olaraq, fərdi yaşayış sahəsinə malik deyildir. Belə ki, onların payları cavabdehdən çox olsa da, faktiki olaraq, o, fərdi yaşayış evindən otağa, əraziyə sahiblənmişdir. Digər tərəfdən onlar cavabdehlə aralarında faktiki olaraq, bölgü apararaq, ayrılmışdırlar. Həmin bölgü də, böyüklərinin sağlığında olmuş, o vaxtlar problem yaşanmamışdır. Cavabdeh və onun tərəfindən əlavə torpaq sahəsi də, istifadələrindədir. Belə ki, onunla faktiki ayrılma zamanı darvazaların ayrı qoyulması labüd olduğundan, məcburiyyət qarşısında qalıb, biraz əlavə torpaq sahəsinə daxil olmuşlar. Ekspert gəlib yerində faktiki vəziyyəti müəyyən etsəydi, onda düzgün olmayan rəy verməzdi. Maraqlı budur ki, ekspert həyət sahələrinə baxış keçirmədən necə rəy verə bilərdi. Əfsuslar olsun ki, məhkəmə də, həmin rəy əsasında ədalətsiz və qanunsuz qətnamə qəbul etmiş, sonuncu məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Qətnamədə qeyd edilən üçüncü şəxslər də, məhkəmə iclaslarından və məhkəmə qərarından xəbərsiz olmuşlar. İddiaçı qətnamədə qeyd edilən hissələrdən, yəni 4,60 m hissədən, 2 m hissəni, uzunluğu 17 m göstərilən hissədən isə, 11 m hissəni çoxdandır ki, istifadəsində olan hissəyə qatmışdır. Onlar həyətdən həmçinin 80 sm eni, uzunluğu da 8 m olan hissəyə sahiblənmişdir. Təəssüf ki, ekspert yerində baxış keçirmədən, kortəbii şəkildə rəy vermişdir. Ekspert gəlib yerində baxış keçirsəydi, görərdi ki, verdiyi rəylə razılaşsa evinə və həyətinə qonşunun hasarından hoppammaqla keçməli olacaq. Necə ola bilərdi ki, o, belə bir rəylə razılaşsın? Mövcud çıxarışa əsasən fərdi yaşayış evinə dair bu günə qədər aralarında qanunu, rəsmi bölgü olmadığı təqdirdə, hansısa maraqlara görə iddiaçı torpaq sahəsinin bölgüsünü istəyir. Məhkəmə qətnaməsi həmçinin qanunsuz rəy əsasında əsaslandırılmışdır. Qətnamədə onun və övladlarının hüquqları kobud şəkildə pozulmuşdur. Bütün payçılar arasında natura şəklində bölgü olmadan, necə olur ki, iddiaçının mənafeyi naminə ədalətsiz, qanunsuz bölgü aparıla bilərdi? Halbuki, o, məhkəmədən təkrarən ekspertizanın keçirilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmədə vəsatət vermişdir ki, yerində müayinə keçirilməklə, məhkəmə reallığı, mövcud vəziyyəti görsün. Məhkəmə isə, bunlara əhəmiyyət vermədən qanunsuz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin məhkəmə müdafiəsi hüquqları pozularaq, işinə qərəzli yanaşılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin konstitusyon hüquqları pozulmuş, mülki işə baxarkən qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarla, iddiaçıdan başqa, digər mülkiyyətçilərin xüsusi mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə qanunun bu tələbini pozaraq, yalnız iddiaçının istəyinə uyğun olaraq, bölgü aparmış, digər payçıların mövqeyini nəzərə almamışdır. Halbuki, qanunvericilikdə bütün payçıların razılaşması tələb olunmaqdadır. Məhkəmə mübahisəli torpaq sahəsi ilə bağlı reallığı və mövcud yerləşməni yerində müayinə etməklə görsəydi, hazırki qanunsuz və ədalətsiz qərarı qəbul etməzdi. İş materiallarında iddianın və ekspert rəyinin əsassızlığını sübut edən kifayət qədər əsas və sənəd olduğu halda, məhkəmə əsassız yerə qanunun tələbini pozaraq, ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kifayət qədər aydın və tam olmayan əsassız və qanunsuz rəylə bağlı təkrar və ya əlavə ekspertiza təyin etməmişdir. Birinci instansiya məhkəməsi cavbdehin və digər mülkiyyətçilərin maraqlarını nəzərə almadan, ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə qeyri-mötəbər,ziddiyyətli ekspert rəyini və yalnız iddiaçı tərəfin özlərinə sərf edən izahatları ilə yekun qərar qəbul etmişdir. Məhkəmə qətnaməsinin əsası olaraq ekspert rəyini qeyd etsə də, həmin rəyi vermiş ekspert mübahisəli torpaq sahəsinə baxış keçirməmiş, absurd və qanunsuz rəy tərtib etmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və digər cavabdeh X8, X3 və X11 nümayəndəsi Cavabdeh izahat verərək apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ekpert T.Məmmədov izahat verərək bildirdi ki, mübahisəli sahə paylı mülkiyyətdir. Çıxarışda göstərilən paylarla faktiki istifadə olunan paylar fərqlidir. İddiaçının evə olan payı, cavabdehin isə torpaq sahəsinə olan payı çoxdur. Birinci dəfə məhkəmədə iddia fərdi yaşayış evinin bölünməsi mümkünlüyü barəsində olmuş, fərdi yaşayış evinin paylar üzrə bölünməsi mümkün olmamışdır. Çünki iddiaçı və cavabdehin payları fərqli olduğundan fərdi yaşayış evinin naturada paylar üzrə bölgüsü mümkün deyildir. Bölgü o halda mümkündür ki, tərəflər arasında razılaşma olsun, həmin razılaşdırma qaydasında ev və ya torpaq sahəsi bölünsün. İkinci dəfə məhkəmədə iddia yalnız torpaq sahəsinin bölgüsü barədə olmuş, sırf torpaq sahəsinə gəldikdə isə iddiaçının payı az olmuş, iddiaçı fərdi yaşayış evinin altında tikintialtı sahəsindən istifadə etmiş, evin qapısını da dəyişib arxa tərəfə keçirmişdir. Texniki pasportda qapı əvvəlki yerdə görsənsə də, iddiaçı razılaşma ilə qapını arxa tərəfdən açdırmışdır. Cavabdehin qapısı texniki pasportda qeyd olunan hissədədir. Normaya uyğun olaraq boş torpaq sahəsindən söhbət getdikdə iddiaçıya düşən sahəni vermək olur. Hazırki vəziyyətdə tərəflər arasında razılaşma olmalıdır.Sırf torpaq sahəsini bölmək mümkündür. Lakin bu da cavabdehə mane olur, o evin qapısından keçə bilmir. Orada 3 metr məsafə qalır. Normada da 3.20 metr nəzərdə tutulmuşdur. Həm ev, həm torpaq sahəsinin bölünməsi mümkün deyil. Çünki ev həmin torpaq sahəsində yerləşir. Torpaq sahəsinin bölünməsi o halda olardı ki, ev yenidən bərabər şəkildə bölünsün. Ev bərabər bölünsə, torpaq sahəsi də bərabər bölünə bilər. Bu da indiki vəziyyətdə mümkün görünmür. Bəzi tikililərin sökülməsi şərti ilə, yalnız bütün mülkiyyətçilərin razılığı ilə torpaq sahəsi bölünə bilər. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6.Bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən (elektron) Çıxarışın məzmunundan aydın olur ki, ünvan 2-də yerləşən daşınmaz əmlakın ümumi sahəsi 116.7 kv.m olan, torpaq sahəsinin ölçüsü 0,069050 ha olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 34/80 hissədə Cavabdeh, 4/80 hissədə X5, 4/80 hissədə X9, 30/80 hissədə İddiaçı, 4/80 hissədə X12, 4/80 hissədə X10 məxsus olmaqla, onların ümumi paylı mülkiyyətindədir, bu hüquq xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tərəflər qohum olmuş Cavabdeh iddiaçının əmisinin arvadıdır və digər paylı mülkiyyətçilər də sonuncunun uşaqlarıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh, X5, X9, İddiaçı, 4/80 hissədə X12, X10 qarşı “payların naturada müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı fərdi yaşayış evinin və evin 690 kv.m torpaq sahəsinin (30/80) naturada bölunməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təyin edilərək keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 123 saylı rəyindən görünür ki, ünvan 2 saylı fərdi yaşayış evinin iddiaçı və cavabdehlərin paylarına uyğun naturada İnşaat Norma və Qaydalarının 2.08.01.89* 1.1., 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyildir. Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən qeyd edilən iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Sonradan iddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət üzrə payların naturada ayrılması” tələbi ilə məhkəməyə yeni ərizə ilə müraciət edərək paylı mülkiyyətçi kimi hazırda yaşadığı evin iki otaq, evin yarısı və digər kiçik tikililər olmaqla xeyli hissəsinin cavabdehin, qalan hissəsi isə onun istifadəsində olmasını və evin faktiki olaraq istifadələrində olan hissəsindən istifadə ilə bağlı aralarında mübahisənin olmamasını göstərsə də, torpaq sahəsindən istifadə ilə bağlı mübahisə illərdir ki, davam etdiyindən paylarının naturada müəyyən edilməsinə zərurətinin olmasını əsas götürərək iddia ərizəsində göstərdiyi sxem əsasında ona məxsus olan torpağa paya uyğun hissəsinin (30/80) naturada ayrılıb ona verilməsini tələb etmişdir. İş materiallarından görünür ki, cavabdeh əvvəl keçirilmiş məhkəmə iclaslarında iddianı etiraf etməmiş, iddianın rədd olunmasını xahiş etmiş, etirazının əsası kimi göstərmişdir ki, onlar öz aralarında bölgünü hazırki vəziyyətdə olduğu kimi aparmış, paylar zatən bölünmüşdür. Bölgü zamanı torpağın biraz çoxu ona düşmüşdür. Amma tikilinin 4 otağı iddiaçıya qalmışdır. Onun istifadəsində hazırda 2 otaqdır. Həmin mülkdə həm torpaq, həm də tikili vardır. İddiaçı torpaq sahəsinin bölünməsini istəyirsə, o da tikilinin bölünməsini istəyir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli e-2(002)-465/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3967 № li 05 noyabr 2021-ci tarixli ekspert rəyinin məzmunundan aydın olur ki, ünvan 2 ünvanındakı mənzilin yerləşdiyi torpaq sahəsinin paylara (Çıxarışda qeyd edilən hissələrə uyğun) naturada bölgüsü mümkündür. Mübahisəli torpaq sahəsi 690 kv.metrdir. Bu torpaq sahəsinin 258.7 kv.metri iddiaçının payına düşür. Hal hazırda iddiaçı həmin torpaq sahəsinin tikintialtı sahəsinə düşən hissəsindən, yəni 102.82 kv.metr hissəsindən istifadə edir. İddiaçının payına düşən 155.8 kv.metr torpaq sahəsinin bərpa edilməsi üçün, həyətyanı sahədə fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsindən divardan 4.60 metr həyətə doğru, həmin hissədən uzunluğu 17 metr olmaqla həyətyanı sahənin darvaza istiqamətinə doğru düz xətt boyunca ayrılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ekspertiza rəyindən sonra keçirilmiş birinci instansiya məhkəməsinin 13 dekabr 2021-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatından həmin sahənin naturada bölgüsünə razı olmasını, ekspert rəyinə uyğun bölünməsini istədiyini, orada o və 4 uşağının payının olduğunu, hamısının naturada bölgüsünün aparılmasını istədyini bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin əvvəlki deyil, 13 dekabr 2021-ci il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatını qətnamədə əks etdirməklə göstərilən nəticəyə gəlsə də, həmin izahatı olduğu kimi deyil, qismən təhrif olunmuş məzmunda əks etdirmişdir. Belə ki, cavabdeh izahatında hamısının naturada bölgü aparılmasına etiraz etmədiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh izahatında ekspert rəyi üzrə bölgünün aparılmasını tək özünün deyil, həm də digər paylı mülkiyyətçilər olan uşaqlarını da nəzərə alınmasını ifadə etmişdir. Həmçinin birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsinin tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsindən çıxarışla İddiaçı məxsus olan paya uyğun hissəsinin (30/80) naturada ayrılıb, ona verilməsi barədə iddia tələbinin dəqqiləşdirilməsinə dair yazılı ərizəsini cavabdehə təqdim etmədən və onun bu dəqiqləşdirilmiş tələbə münasibətini öyrənmədən iş üzrə göstərilən nəticəyə gəlmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi isə qətnaməsində cavabdehin iddiaya olan konkret mövqeyini əks etdirmədən, yəni, iddianı tam və ya qismən, yaxıd ümumiyyətlə qəbul edib-etməməsini göstərmədən, həmçinin iddia tələbinin dəqqiləşdirilməsinə dair yazılı ərizəsini cavabdehə təqdim etmədən və onun bu dəqiqləşdirilmiş tələbə münasibətini öyrənmədən qətnamə qəbul etməklə prosessual pozuntulara yol vermişdir ki, bu pozuntular da Azərbaycan Respublikasının MPM-nin 387ci maddəsinin tələbləri baxımından qətnamənin ləğvi üçün əsasdır. Apellyasiya şikayətinin dəlillərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2286/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 10/5384 saylı rəyindən görünür ki, ünvan 2 ünvanındakı mənzilin və yerləşdiyi torpaq sahəsinin hazırki vəziyyəti (sahəsi və quruluşu) çıxarışa və texniki pasporta uyğun olmadığı müəyyən edilir. Fərdi yaşayış evi faktiki olaraq iki hissəyə ayrılmışdır. İddiaçı və cavabdehin istifadə etdiyi sahələr arasında keçid bağlanmışdır. ünvan 4 ünvandakı mənzilin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçilər tərəfindən hazırda faktiki istifadə vəziyyəti müvafiq Çıxarışa və Texniki Pasporta uyğun olmadığı müəyyən edilmişdir. Taxniki pasportun göstəricilərinə əsasən, mübahisəli torpaq sahəsi 690 kv.metrdir. Bu torpaq sahəsinin 258.7 kv.metri iddiaçının payına düşür. Hal hazırda iddiaçı həmin torpaq sahəsinin tikintialtı sahəsinə düşən hissəsindən, yəni 102.82 kv.metr hissəsindən istifadə edir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sultanov küçəsi, 27 saylı fərdi yaşayış evinin iddiaçı və cavabdehlərin paylarına uyğun naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89* 1.1., 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Kollegiya qeyd edir ki, qanunverciliyin normalarından da göründüyü kimi, payın naturada bölünməsi ya tərəflərin razılığı ilə, razılıq olmadıqda isə məhkəmənin qətnaməsi ilə həyata keçirilir. Həmçinin qanunvercilik belə bölünmənin həyata keçirilməsini yalnız o halda mümkün hesab edir ki, bu bölünmə qanunla yol verilə bilən olsun və ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz surətdə ziyan vurmadan mümkün olsun. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı ona məxsus əmlakın torpaq sahəsindən paya uyğun hissəsinin (30/80) naturada ayrılıb, ona verilməsini tələb etsə də, birinci instansiya məhkəməsi 10/3967 № li 23 noyabr 2021-ci tarixli ekspert rəyinə əsasən iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda məhkəmə ekspert rəyinə qiymət verərkən birinci instansiya məhkəməsi cavabdehin ekspert rəyi üzrə bölgünün aparılmasında həm də digər paylı mülkiyyətçilər olan uşaqlarını da nəzərə alınmalı olmasına dair iddiaya olan etirazının dəlillərinə diqqət yetirməmiş, iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Başqa sözlə, məhkəmə öz qətnaməsini yalnız cavabdehin verdiyi razılıq izahatı ilə əsaslandırmış, hər hansı başqa bir əsas olmamışdır. Həmçinin məhkəmə öz qətnaməsində cavabdehin razılığını nə vaxt və hansl formada verdildiyini də göstərməmişdir. Halbuki cavabdehin apellyasiya şikayətinin dəlili məhz bundan ibarətdir ki, o, heç bir formada torpağın naturada bölünməsinə razı olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin təyin etdiyi ekspertiza rəyində yalnız ünvan 2 ünvanındakı fərdi yaşayış evinin iddiaçı və cavabdehlərin paylarına uyğun naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89* 1.1., 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun texniki cəhətdən mümkün olmaması göstərildiyi üçün rəyi vermiş ekspertin dindirilməsi zərurəti yaranmış və onun izahatlarına əsasən iddiaçının torpaq sahəsindən paya uyğun hissəsinin (30/80) naturada ayrılıb, ona verilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşə bilər. Belə ki, rəydə göstərdiyi kimi ünvan 2 ünvanındakı mənzilin və yerləşdiyi torpaq sahəsinin hazırki vəziyyəti (sahəsi və quruluşu) çıxarışa və texniki pasporta uyğun deyildir, yəni,fərdi yaşayış evi faktiki olaraq iki hissəyə ayrılmış, iddiaçı və cavabdehin istifadə etdiyi sahələr arasında keçid bağlanmışdır. Həmçinin də mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçı və cavabdeh tərəfindən hazırda faktiki istifadə vəziyyəti müvafiq Çıxarışa və Texniki Pasporta uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının təşəbbüsü ilə aparılmış ekpert tədqiqatının rəyindən müəyyən olunur ki, mübahisəli ünvan üzrə texniki pasportun göstəricilərinə əsasən, mübahisəli torpaq sahəsi 690 kv.metr olmaqla torpaq sahəsinin 258.7 kv.metr sahəsi iddiaçının payına düşür. Hal hazırda iddiaçı həmin torpaq sahəsinin tikintialtı sahəsinə düşən hissəsindən, yəni 102.82 kv.metr hissəsindən istifadə edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına istinad etsə də, həmin qərarda qeyd edilən digər mövqelərə diqqət yetirməmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədə mübahisəli paylı torpaq sahəsi iddiaçı və cavabdeh arasında bölünməsi qət edilərkən iş üzrə 3-cü şəxs kimi cəlb edilmiş digər paylı mülkiyyətçilərin mənafeləri nəzərə alınmamış və bununla da onların mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında formalaşdırılmış mövqeyinə zidd olaraq ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınmadan göstərilən bölgünün aparılması qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin iddiaya olan mövqeyi baxımından qeyd etməyi zəruri sayır ki, tərəflər arasında ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanındakı fərdi yaşayış evi tərəflər arasında texniki cəhətdən paylı mülkiyyətçilər arasında paylarına uyğun deyil, razılaşdırılmış qaydada bölünərək (evin çox hissəsi iddiaçının istifadəsinə verilmişdir) mövcud vəziyyətdə istifadə olunmasının davam edilməsi nəzərə alınaraq sosial ədalət prinpisi baxımından mübahisəli evin yerləşdiyi ümumi sahəsi 690 kv.m olan torpaq sahəsinin paylı mülkiyyətçi olan İddiaçı aid olan 30/80 hissəsinin ayrılması məsələsi paylı mülkiyyətdə olan evin də bütün paylı mülkiyyətçilər arasında qarşılıqlı razılaşma ilə öz aralarında ədalətli bölgü əsasında həyata keçirilməsi yolu ilə mümkün ola bilməsi tərəflərə izah edilməlidir. Qarşılıqlı razılaşma olmadıqda isə mübahisə məhz paylı ümumi mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasını tənzimləyən mülki qanunvericiliyinin müvafiq müddəaları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarın əsasında həll olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdehin nümayəndəsi-vəkii tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-465/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyət üzrə payların naturada ayrılması” tələbi dair iddiası təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən, idə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə