Məhkəmə qərarları › İş №2(103)-1498/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1498/2020

22.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1498/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı X13 nümayəndəsi X14 və Cavabdeh nümayəndəsi vəkil X3 iştirakları ilə, iddiaçı X13 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mənzilə su axıdılması nəticəsində dəymiş 8000 manat məbləğində maddi zərərin, 5000 manat məbləğində isə mənəvi zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 13030 manat məbləğində vəsaitin cavabdehdən tutulub iddiaçıya verilməsi, eləcə də bu cür hərəkətlərə son qoyulmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, 9a saylı evin 3 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 637 nömrəli reyestr kitabının 58476 nömrəli vərəqində xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır (iş səh.7).Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, 9a saylı evin 6 saylı mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 88727 nömrəli vərəqində xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır (səh.30).Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, 9a saylı evin 6 saylı mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 88727 nömrəli vərəqində 31.01,2019-cu ildə qeydiyyata alınmışdır (səh.32).xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin surətinə əsasən, Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu X19 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi oğlu Cavabdehdur. ünvan 1, mənzil 6 və o, miras əmlakdan tam hissədə pay almalıdır (səh.33).xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə ölmüşdür (səh.34).xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh şəhəri, Nərimanov rayonu, X23 küçəsi, 9a saylı evin 6 saylı mənzilini X11 bağışlamışdır(səh.36).xx.xx.2019-cu il tarixli Maşınqayıran MTK tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 2016-cı il tarixdən bu günədək ünvan 1, mənzil 6 ünvanında yaşamaqdadır (səh.46). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 9855 №-li ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 9 A saylı evin 3 saylı mənzilinə yuxarı mərtəbədəki 6 sayi mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Bakı şəhəri, Nərimanov irayonu, A.M.Cümə küçəsində yerləşən 9 A saylı evin 3 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3090,0 manat məbləğində olduğu müəyyən edilir. Suyun sızma müddətinin müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat aparılmadı (səh.78). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 9a nömrəli evin 3 saylı mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq - 3090 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması,iddia tələbinin qalan hissədə təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək, İddiaçı Qəhrəman qızının Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi barədə" iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (MPM) 357.1, 384.0.2, 385.1.1, 385.1.4cü maddələrinə istinadən qeyd edilmişdir ki, onun tərəfindən hissə-hissə ödənilmiş 1700 manat pulu da əvəzləşdirib həmin məbləğdən çıxmağı məhkəmə nəzərə almamış, dəlilləri nəzərə almamış, bununla da əsassız qətnamə qəbul edilmişdir. Mülkiyyətində olan mənzildə anası X6 tək yaşamışdır. xx.xx.2018-ci il tarixdə anası X6 vəfat etmişdir. Beləliklə, xx.xx.2009-cü il tarixdən xx.xx.2018-ci il tarixədək anası Süleymanova Məlahət mənzilin mülkiyyətçisi kimi fasiləsiz olaraq həmin mənzildə tək yaşamışdır. Cavabdeh anası X4 mülkiyyət hüququ üzrə məxsus mənzildə qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq həmin mənzildə heç vaxt yaşamamışdır. Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə 5 saylı Bakı "ASAN xidmət Qeydiyyat şöbəsində vətəndaş Süleymanova (Şetinina) Olqa İqorevna ilə rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtdan onun anası X7 məxsus olan mənzildə yaşamışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh anası vəfat etmişdir. Anasının ölümündən altı aydan sonra, yəni xx.xx.2018-ci il tarixdə Cavabdeh ünvan 1 ünvanda yerləşən 6№li mənzilinə vərəsəlik hüququna daxil olmuşdur. Bakı şəhəri 32 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh adına çıxarış verilmişdir. Həmin vaxtdan Cavabdeh miras qalmış ünvan 3 ünvanda yerləşən 6№li mənzilin mülkiyyətçisidir. Evə su axması zamanı cavabdehin anası həmin mənzildə tək yaşamışdır. Oğlu Cavabdeh həmin evdə yaşamaması şahid-qonşular ifadələri ilə təsdiq edilmişdir. Lakin məhkəmə sübutları qiymətləndirərkən göstərdiyi halı nəzərə almamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cü il tarixdə verilmiş Çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X23 küçəsi, 9A saylı evin 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, İddiaçı “suyun axıdılması nəticəsində dəymiş ziyanın ödənilməsi barədə” iddia tələbləri üzrə Cavabdeh ola bilməz və onun üzərində mülki məsuliyyət və öhdəlik qoyula bilməz. İddiaçıya məxsus olan mənzili vəfat etmiş cavabdehin anası Məlahət Süleymanova tərəfindən 2017-ci ilin mart ayında axıdılmışdır, lakin, anlaşılmaz səbəblərə görə, o dövrdə iddiaçı İlahə X1rşı heç bir iddia tələbi irəli sürməmişdir. Yalnız cavabdehin anasının ölümündən sonra, yəni iki ildən sonra, Cavabdeh qarşı tam əsassız və qanunsuz iddia tələbi qaldırmışdır. Bundan başqa, xx.xx.2019cü il tarixdə Bakı şəhəri 32№li notariat kontorunda Cavabdeh arvadı X17 bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu. X23 küçəsi. 9A saylı evin 6 nömrəli mənzili bağışlamışdır. Hal-hazırda bağışlama müqaviləsinin əsasında Azərbaycan Respublikası ƏMDK. yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cü il tarixdə verilmiş Çıxarışın əsasında Bakı şəhəri, Nərimanov rayonu. X23 küçəsi. 9A saylı evin 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X8 apellyasiya şikayətini müdafiə edərək, evin 2018-ci ilin fevral ayına yəni cavabdehin anası vəfat edən tarixə qədər anasının mülkiyyətində olduğunu, o tarixə qədər cavabdehin mülkiyyətçi olmadığını və anasının həmin evdə tək yaşadığını, sızmanın 2017-ci ilin mart ayında baş verdiyini, bu səbəbdən də cavabdehin yaranmış zərərin ödənilməsini həyata keçirməli olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X13 nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etməyərək, bir neçə dəfə cavabdehlə danışmağa çaılşdığını, məsələni məhkəməyə müraciət etmədən öz aralarında həll etməyi təklif etdiklərini, ancaq cavabdehin bunu qəbul etmədiyini, cavabdehin anasının xəstə olduğuna görə narahat etmədiklərini lakin anası vəfat etdikdən sonra da cavabdehin zərəri ödəməkdən yayındığını bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarı; MM-nin 21.1, 1096, 1097, 1098.2, 1115, 1159, 1306, 1307; "İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya"nın 41; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməli, və vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar