Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-150/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: apellyasiya şikayətindən imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(006)-50/2022 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. 1. Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə bağlanmış 01 dekabr 2017-ci il tarixli BKN-00008-04/17A nömrəli Əsas kredit müqaviləsi, 07 dekabr 2018-ci il tarixli BKX-00008-04/18A nömrəli Əlavə kredit xətti müqaviləsinin ləğv edilməsi, həmin kredit xətti müqaviləsindən irəli gələn 12 sentyabr 2019-cu il tarixə olan 157636 manat əsas borc, 27695,79 manat faiz borcu, 16874,3 manat dəbbə borcu, ümumilikdə 202206,09 manat məbləğdə borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh1 MMCdən iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ilə bağlanan 01 dekabr 2017-ci il tarixli, BKMG-A0008-04/17A nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 63 mənzil 81 (Yeni qaydalarla: Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 87, M3, M5) ünvanında yerləşən, ümumi sahəsi 69,2 kv.metr olan mənzilə və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 ilə bağlanan 01 dekabr 2017-ci il tarixli, BKMG00008-04/17A nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 70,2 kv.m olan mənzilə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəmək üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(006)- 50/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Bank "xxxx" ASC-nin “Ticarət” filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli BKN- 00008-04/17A nömrəli Əsas kredit müqaviləsi, 07 dekabr 2018-ci il tarixli BKX-00008- 04/18A nömrəli Əlavə kredit xətti müqaviləsinin ləğv edilməsi, həmin kredit xətti müqaviləsindən irəli gələn 12 sentyabr 2019-cu il tarixə olan 157636 manat əsas borc, 27695,79 manat faiz borcu, 1500 manat dəbbə borcu, ümumilikdə 186831,79 manat məbləğdə borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh1 MMC-dən iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ilə bağlanan 01 dekabr 2017-ci il tarixli, BKMG-A0008-04/17A nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus və likvid dəyəri 85000 manat olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 63 mənzil 81 (Yeni qaydalarla: Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 87, M3, M5) ünvanında yerləşən, ümumi sahəsi 69,2 kv.metr olan mənzilə və cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 ilə bağlanan 01 dekabr 2017-ci il tarixli, BKMG-00008-04/17A nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus və likvid dəyəri 95000 manat olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 70,2 kv.m olan mənzilə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəmək üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 MMC-dən tutulması, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğdə pul vəsaitinin cavabehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. . Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şikayətin dəlillərinə görə, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus və likvid dəyəri 85000 manat olan Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 63 mənzil 81, (Yeni qaydalarla: Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 87, M3, M5) ünvanında yerləşən, ümumisahəsi 69.2 kv.metr olan mənzilə və ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus və likvid dəyəri 95000 manat olan ünvan 2 ünvanında yerləşən ümumisahəsi 70.2 kv.m olan mənzillərə tutma yönəldilməsi daşınmaz əmlakın bazar dəyərinə uyuğunluq təşkil etmədiyi və yenidən qiymətləndirilməsinə dair araşdırlma aparılmamışdır. Daşınmaz əmlakın bazar dəyərinə 2022-ci ilə uyğun dəyərləndirilməməsi, yüklü olan əmlakın hər iki cavabdehə münasibətdə aparılması işin əsas amillərindən biridir.
5. Cavabdeh2 məhkəməyə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və MPM-in 369 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(006)-50/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.