Məhkəmə qərarları › İş №2(103)-290/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-290/2021

15.03.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-290/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli RH-00013-01/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx xxxxxx 2019cu il tarixə olan 362296,86 manat əsas borc, 86042,66 manat faiz borcu, 63209,51 manat dəbbə pulu olmaqla, cəmi 511.549 manat 03 qəpik məbləğində pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat rüsumun Cavabdeh İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli RHG00013-01/17A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 154 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait. kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli RH-00013-01/17A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 48 ay müddətinə illik 20 %-ə 363.544 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı-nin Sənaye filialı ilə RHG- 00013-01/17A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipotekaya qoyulmuş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev (S.Bəhlulzadə) küçəsində istifadədə olan 0,02443 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 148,7 m2 yaşayış, 278,2 m2 köməkçi sahədən ibarət 154 nömrəli fərdi yaşayış evini ipoteka saxlayana yenidən ipotekaya qoymuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 222 gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə aralarında olan kredit müqaviləsinin 2.9-cu və ipoteka müqaviləsinin 6.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2019-cu il tarixə hesablanmış və ödənilməmiş 362.296 manat 86 qəpik əsas borcu, 86.042 manat 66 qəpik faiz, 63.209 manat 51 qəpik dəbbə pulu mövcuddur. Beləliklə, cavabdehin xx.xx.2019-cu il tarixə ümumi borcu 511.549 manat 03 qəpik təşkil edir. Cavabdehlə bağlanan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirildikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz) məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə tətbiq edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli RH-00013-01/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, xx xxxxxx 2019-cu il tarixə mövcud olan 362296,86 manat əsas borc, hesablanmış 86042,66 manat faiz, 6000 manat dəbbə pulu olmaqla, cəmi 454339,52 manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 50 manat rüsumun Cavabdeh tutularaq İddiaçı-yə ödənilməsi, tələb üzrə tutmanın Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev (S.Bəhlulzadə) küçəsində istifadədə olan 0,02443 ha. torpaq sahəsində yerləşən, Cavabdeh mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 148,7 m2 yaşayış, 278,2 m2 köməkçi sahədən ibarət 154 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 550000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı-yə ödənilməsi, həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh və 3-cü şəxs X2 həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakışəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-5404/2019 saylı qətnaməsinin ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 550000 manat, əsas borc üzrə hesablanmış faiz borcunun məbləğinin 86042 manat və dəbbə pulunun 6000 manat məbləğində müəyyən edilməsinə dair hissəsinin ləğv edilməsi, iş üzrə yenidən qiymətləndirmə və məhkəmə-mühasibatlıq ekspertizaları keçirildikdən sonra təqdim olunmuş rəylərə uyğun hərracda satılan əmlakın ilkin satış qiymətinin, əsas borca hesablanmış faiz borcunun və dəbbə pulunun məbləğinin müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdeh sahibkardır və krediti də sahibkarlıq fəaliyyəti ilə bağlı götürmüşdür. Lakin işin məhkəmə aidiyyəti pozulmuş, işə 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəmədə (Bakı Kommersiya Məhkəməsində) baxılmalı olduğu halda, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmışdır. Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixli RHG-00013-01/17A saylı Sonrakı ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi 154 saylı fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Müqavilənin 2.5-ci bəndinə əsasən həmin fərdi yaşayış evi 880000 manat dəyərində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-5404/2019 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli rəyindən (fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev (S.Bəhlulzadə) küçəsində istifadada olan 0.02443 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 148.7 m2 yaşayış, 278.2 m2 köməkçi sahədən ibarət 154 nömrəli fərdi yaşayış evinin real qiyməti 550000 manat təşkil edir. Göründüyü kimi, qiymətlər arasında kəskin fərq vardır. Odur ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehə məxsus fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin edilməli və təkrar ekspertin rəyinə uyğun olaraq fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünkü, cavabdeh yalnız həmin hissədə qətnaməni mübahisələndirmiş, iddiaçı isə onu ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli RH-00013-01/17A saylı kredit müqaviləsindən görünür ki, İddiaçı-nin Sənaye filialı Cavabdeh 48 ay müddətinə, illik faiz dərəcəsi 20 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 363.544 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli RHG-00013-01/17A saylı Sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 154 saylı fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-5404/2019 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli rəyindən (fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev (S.Bəhlulzadə) küçəsində istifadədə olan 0,02443 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 148,7 m2 yaşayış, 278,2 m2 köməkçi sahədən ibarət 154 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti 550.000 manat təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə qiymətləndirmə ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2020-ci il tarixli, ƏEM/İ 70-355/20 saylı rəyində göstərilmişdir ki: “Cavabdeh məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 154 saylı fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti 600 000 manat təşkil edir”. Apellyasiya baxışı zamanı təkrar məhkəmə qiymətləndirmə eskpertizası təyin olunmuş, “X5” MMC-nin xx.xx.2020-ci il tarixli ekspert rəyində gösətirlmişdir ki, Cavabdeh məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsi 154 saylı fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti 600 000 manat və likvid dəyəri 540 000 manat təşkil edir Həmçinin apellyasiya baxışı zamanı borc məbləğlərinin həqiqiliyinin yoxlanılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli rəyi ilə, Cavabdeh xx xxxxxx 2019-cu il (iddiada borc hesablandığı tarix) tarixə 363 534,11 manat əsas və 86 336,93 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən, borcun məbləğinin düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, müvafiq borc məbləğləri ekspert rəyində öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qətnamənin mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin tutulması hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 362296,86 manat əsas manat olduğu mübahisələndirilməyən əsas borcuna münasibətdə iddiaçı bank 63209,51 manat cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 6000 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır. Kollegiya apellyatorun, ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməməsi barədə arqumentini də əsassız hesab edir: Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, Eldar Babayev (S.Bəhlulzadə) küçəsində istifadədə olan 0,02443 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 148,7 m2 yaşayış, 278,2 m2 köməkçi sahədən ibarət 154 nömrəli fərdi yaşayış evinin real bazar qiyməti 550.000 manat təşkil edir. Bu qiymət apellyasiya baxışı zamanı verilmiş eskpert rəyləri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu mübahisələndirən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyinəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5404/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 200 (iki yüz) manat pul cavabdehlər Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət Xəzinədarlığı Agentliyi kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SWİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab:AZ34CTRE ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xərci 500 (beş yüz) manat pul cavabdehlər Cavabdeh tutularaq “X5” MMC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar