Məhkəmə qərarları › İş №2(103)-1504/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1504/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1504/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 olmaqla “övladlığa götürmə” tələbinə dair ərizəsi üzrə (Açar sözlər: aidiyyat qaydalarına riayət edilmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 olmaqla “övladlığa götürmə” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 4543/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4543/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 publik hüquqi şəxs olmaqla verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan arayışın surətindən görünür ki, İddiaçı arvadı Maraqlı şəxs2 və oğlu Quliyev Nihat orxan oğlu, həmçinin X5 və X4 ilə birlikdə Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 69 və 71-ci binada yaşayır. Göründüyü kimi övladlığa götürülənin yaşadığı ünvan Bakı şəhəri Xətai rayonu ərazisidir və ərizəçi hazırki ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Ərizəçi İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4543/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, uşaqların yaşayış yeri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 224 nömrəli bağ evi ünvanıdır və uşaqlar həmin ünvanda yaşayır. Göründüyü kimi, ərizəyə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə uşaqların rəsmi yaşayış yerinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi olmasını nəzərə almadan ögey ataya uyğunlaşma dövründə müvvəqqəti ögey ata ilə birlikdə yaşamasını əsas gətirərək, heç bir hüquqi əsas olmadan ərizənin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Xətai rayonunda yerləşən mənzil ögey atanın uşaqların yaşayış şəraitini təmin etmə gücünə malik olduğunu və uşaqların övladlığa götürüldükdən sonra yaşaya biləcəyi ünvandır. Uşaqların və ananın yaşayış yeri barədə təqdim ediləcək arayışdan görmək olar ki, uşaqların yaşayış yeri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 224 nömrəli bağ evi ünvanıdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4543/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-4543/2023 saylı qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.

10. Məcəllənin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

11. Mülki Prosessual Məcəllənin 345-ci maddəsində qeyd edilir ki, uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman ərizə uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən və ya onların müraciəti əsasında akkreditə edilmiş orqan tərəfindən verilir.

12. Mülki Prosessual Məcəllənin 152.1.3-ci maddəsində qeyd edilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. (Maddə 152.2) İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (Maddə 152.4.)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. İş materialları ilə müəyyən olunur ki, iddia tələbi xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 övladığa götürülməsi ilə bağlıdır.

15. Birinci instansiya məhkəməsi tərəfindən ərizə geri qaytarılmış və ona istinad edilmişdir ki, İddiaçı arvadı Maraqlı şəxs2 və oğlu Quliyev Nihat orxan oğlu, həmçinin X5 və X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 69 və 71-ci binada yaşayır. Bu səbəbdən işə Bakı şəhəri Xətai rayon Məhkəməsinə baxılmalıdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 345-ci maddəsində qeyd edilir ki, uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir.

17. Hazırkı iş üzrə iş materiallarına əlavə edilmiş 28 avqust 2023-cü il tarixli arayışda qeyd edilir ki, X5 və X4 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 69 və 71-ci binada yaşayır.

18. Bununla yanaşı Maraqlı şəxs1n verdiyi rəydən də görünür ki, övladlığa götürülən uşaqlar Xətai rayonu ərazisində yerləşən 4 saylı Uşaq Poliklinikasında qeydiyyatdadırlar

19. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4543/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar