Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1510/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1289/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.500 ABŞ dolları pulun İddiaçı1, 500 ABŞ dolları pulun İddiaçı2, 500 ABŞ dolları pulun X4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdılar ki, Cavabdeh Bakı şəhəri 8-ci mikrorayonda X14 ilə qonşu olmuşdur. İddiaçı1 əlilliyi ilə bağlı sol ayağını itirmiş Bakı şəhərinə Əhmədli qəsəbəsində yerləşən protez hazırlanma mərkəzində ayağının ölçüsündə süni protez hazırlanması üçün 10 gün Bakı şəhərində qaynı İddiaçı2 evində qalmalı olmuşdur. Həmin müddətdə Cavabdeh tanımışdır. İddiaçı1 bundan əvvəl Masallı rayon Kalinovka kəndində yaşamışdır. Kalinovka kəndindən Qızılağac kəndinə yaşamağa gedərkən qalmağa yeri olmadığından özündə olan 8.000 ABŞ dollarının etibarlı qalması üçün qaynı İddiaçı2 saxlamağı üçün vermişdir. xx xxxxxx 2015-ci il tarixində onun qaynı İddiaçı2 Masallı rayon Ərkivan qəsəbəsində ata evində öz 50 illik yubileyini keçirmiş və onunla birlikdə Bakı şəhərində qonşu olan Cavabdeh ailəsi ilə dəvət olunmuşdur. Yubiley günü İddiaçı1 qaynı İddiaçı2 cavabdehin X18 şəhərindən alver etmək üçün cavabdehə pul verməyini bildirmişdir. Cavabdeh Dubaydan Ətriyyat gətirmək üçün gedib gəlməsini bildirmiş və ümumi qazancın 50-50-yə bölünəcəyini qeyd etmişdir. Bu təklif 1-ci qrup əlil olan və əmək qabiliyyəti olmayan İddiaçı1 çox sərfəli olmuşdur. İddiaçı1 həmin gün 5.000 ABŞ dollar pulu cavabdehə vermiş, çünki onun qaynı yubileyə gələrkən evdə olan saxladığı əmanətini özü ilə gətirmişdir. Üstündən 1 ay keçdikdən sonra İddiaçı1 qaynı İddiaçı2 pulun az olmasını bildirmiş və Masallı rayon Ərkivan qəsəbəsinə xx xxxxxx 2015-ci il tarixində İddiaçı1 qaynı İddiaçı2 cavabdehə verilməsi üçün 1.500 ABŞ dollar vermiş və onun qaynı 1500 ABŞ dolları pulu da cavabdehə çatdırmışdır. Cavabdeh ona telefon açaraq 1.500 ABŞ dolları pulu İddiaçı2 aldığını bildirmişdir. Cavabdeh sonra telefon edərək, əlavə pula ehtiyac olduğundan xx xxxxxx 2015-ci il tarixdə İddiaçı1 qaynının əmisi oğlu X8 vasitəsilə 1500 ABŞ dollar pulu ona verməsini bildirmiş və cavabdeh telefonla pulu İddiaçı3 almasını bildirmişdir. Bundan sona cavabdeh bəhanə edərək, onları get-gələ salmış, hətta hədələmiş və nəticədə ondan aldığı 8.000 ABŞ dolları pulu qaytarmamışdır. Sonra məlum olmuşdur ki, cavabdeh onları aldadır. Daha sonra Cavabdeh İddiaçı1 5 ay, hər ay 300 manat olmaqla pul göndərmişdir. Sonra cavabdeh bankdan pul götürüb borcunu ödəyəcəyini bildirmişdir. Lakin bu günə kimi 7.500 ABŞ dolları məbləğində pulu cavabdehdən ala bilmir. Bundan sonra İddiaçı1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 7.100 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-10754/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə mülki iş iddiaçılar İddiaçı2 və İddiaçı3 aid hissədə baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-10754/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, ödəniş gününə olan məzənnə üzrə 7.100 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-10754/2017 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-10754/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı1 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə icraat təzələnərək, mahiyyəti üzrə davam etdirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1289/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 6.572 (altı min beş yüz yetmiş iki) ABŞ dolları məbləğində pul (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1289/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbuledilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə qətnaməsinə nəzər saldıqda orada heç bir maddi sübutun olmadığı aşkar görünür. Yalnız iddiaçı tərəfindən dəvət olunmuş yalançı şahid ifadələrinə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, guya onun İddiaçı1 8000 ABŞ dolları borcu olmuş və həmin borcdan qismən ödədiyi üçün borc qalığı 6572 ABŞ dolları məbləğində pul ondan tutulmalıdır. Halbuki, keçirilən məhkəmə iclaslarında cavabdeh tərəfindən məhkəməyə həqiqəti söylərək, iş üzrə İddiaçı1 və onun həyat yoldaşını ümümiyyətlə tanımadığını, onlarla heç vaxt əlaqəsinin olmadığını, onlardan heç vaxt pul almadığını və hazırki iddianın ümumiyyətlə yalan olduğunu israrla bildirsə də, əfsuslar olsun ki, məhkəmə bunu nəzərə almamışdır. İşin faktiki halları belədir ki, onun İddiaçı2 ilə iş birliyi olmuşdur. İş birliyi əsasında onlar parfumeriya və sair məhsulları Dubay şəhərindən alaraq Yasamal rayonunda şərikinə işlətdikləri mağazada satışı ilə məşğul olmuşlar. İlk vaxtlar alverləri normal olmuşdur, lakin bir müddət sonra biznesləri iflasa uğramışdır. Bununla da bağlı onun İddiaçı1 deyil, məhz biznes şəriki olan İddiaçı2 malın dəyərinə görə 6500 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bu borc məbləğinin 1500 manat hissəsini (kurs 1.05) o, İddiaçı2 əmisi oğlu Rəşad Mirzəyev vasitəsi ilə qaytarmışdır. Qalan 5000 ABŞ dolları borcun əvəzinə isə, İddiaçı2 parfumeriya məhsullarını ona qaytarmışdır. Parfumeriya məhsullarını ona Nizami metro stansiyasının yaxınlığında siyahı əsasında təhvil vermişdir. Görüş zamanı yanında oğlu X17 və onun dostu X9 olmuşlar. İş birinci instansiya məhkəməsində baxılan zaman hər iki şahid məhkəməyə gələrək, ifadə vermək istəsələr də, məhkəmə şahidlərdən yalnız birini Ramin Şıxəmirovu dinləmək qərarına gəlmişdir. O da hər şeyi olduğu kimi məhkəmənin diqqətinə çatdırmışdır. Cavabdeh qeyd edir ki, İddiaçı1 və onun tərəfindən dəvət edilmiş yalançı şahidləri tanımır və onları yalnız birinci instansiya məhkəməsində ilk dəfə görüb. İddiaçı2 əmisi oğlu olan Rəşad Mirzəyevi isə taksi fəaliyyəti ilə məşğul olduğuna görə tanıyır. Belə ki, onun vasitəsi ilə İddiaçı2 pul göndərib. İddianın yalan olduğunu sübut edən iddia ərizəsidir. Belə ki, iddia ərizəsinə və iddiaçının çıxışına nəzər saldıqda, o, pulun guya cavabdehə gəlir əldə etmək niyyəti ilə verdiyini, eyni çıxış və iddia ərizəsində də həmin pulun ona guya onun ayağına Dubay şəhərindən protezin alınması məqsədi ilə verildiyini qeyd edir. Məhkəmə isə bu hala hüquqi qiymət verməmişdir. Digər tərəfdən cavabdehin iddiaçıya borcu olmuş olsaydı, hər bir halda bu aralarında hər hansı bir formada yazılmış olardı. İş materiallarına nəzər saldıqda isə iddiaçı ilə onun arasında hər hansı borcun olmasını sübut edən heç bir sənədin olmadığı aşkar görsənir. Yalnız yalançı şahidlərin izahatlarına əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, guya onun iddiaçıya 8000 ABŞ dolları məbləğində borcu olmuşdur. Lakin birinci instansiya məhkəməsi hazırki iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçının yalançı şahidlərinin izahatına istinad etməklə iddianı təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, o, cavabdehi şəxsən tanıyır, cavabdeh ona məxsus evdə də qonaq olmuşdur. Belə ki, cavabdehin oğlu bir müddət Cəlilabad rayonunda “Göytəpə” adlanan yerdə hərbi xidmətdə olmuş, bununla bağlı da cavabdeh onlara gəlib-getmişdir. Onun bir əyağı yoxdur, ikinci əyağı da kəsilmək üzrədir. Cavabdeh da ona xarici ölkədən keyfiyyətli protez ayaq gətirəcəyini vəd vermiş və bu məqsədlə ondan ümumilikdə 8.000 ABŞ dolları məbləğində pul almışdır. Həmin pulun 5.000 ABŞ dolları hissəsini o, Cavabdeh şəxsən vermiş, qalan 1.500 ABŞ dolları hissəsini qaynı İddiaçı2 vasitəsi ilə, 1.500 ABŞ dolları hissəsini isə qaynının qohumu X8 vasitəsi ilə ona çatdırmışdır. Lakin nəticədə nə protez ona gətirilmiş, nə də ki, pul qaytarılmışdır. Cavabdehə dəfələrlə zəng etməsinə və pulun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh hər dəfə pulun ödənilməsindən yayınmış, ötən dövr ərzində aldığı puldan X8 vasitəsi ilə hər ay 300 manat ödəməklə, cəmi 1.500 manat ödəniş etmişdir ki, bu məbləğdə həmin dövrün məzənnəsinə uyğun olaraq 900 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətdə və şikayətə əlavə qismində təqdim etdiyi ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, tərəflər arasında yazılı heç bir müqavilə olmamış, o, iddiaçıdan pul almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 1289/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəllillərinə qiymət verərək, hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsində İddiaçı1 tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı1 həyat yoldaşıdır. Cavabdeh şəxsən tanıyır. Bu şəxsin oğlu vaxtı ilə Cəlilabad rayonunda “Göytəpə” adlanan yerdə hərbi xidmətdə olmuşdur. Bununla əlaqədar Cavabdeh onların evində də qonaq olmuşdur. Cavabdeh onun həyat yoldaşına protez ayaq gətirməsini vəd etmiş və bunun üçün onun həyat yodaşınadan ümumilikdə 8.000 ABŞ dolları məbləğində pul almışdır. Lakin bugünədək nə pulu, nə də ki, protez əyağı verməmişdir. Borcundan cəmi 1.500 manat ödəniş etmişdir. Pulun qaytarılması dəfələrlə ondan şəxsən o özü də tələb etmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələrlə pulun ödənilməsindən yayınmışdır. Bir müddət isə onlar ümumiyyətlə Cavabdeh tapa bilməmişdilər. Belə ki, sonuncu bütün telefon nömrələrini dəyişmiş və onlar üçün əlçatmaz olmuşdur. Birinci instansiya məhkəməsində İddiaçı1 tərəfindən təmin edilmiş şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, öz avtomobili ilə sərnişin daşıma fəaliyyəti ilə məşğuldur. İddiaçı1 qohumudur. İddiaçı1 ilə Cavabdeh arasında olan pul münasibətlərindən məlumatı var. Belə ki, Cavabdeh İddiaçı1 protez ayaq gətirməyi vəd vermişdir və bunun müqabilində ondan 8.000 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh şəxsən tanıyır. Cavabdeh ilə X4 50 illik yubileyində görüşmüşdür. Həmçinin, İddiaçı1 tərəfindən Cavabdeh verilmiş pulun 1.500 ABŞ dolları hissəsini İddiaçı1 tapşırığına əsasən o, Cavabdeh şəxsən çatdırmışdır. Bundan sonra İddiaçı1 tapşırığı əsasında 20 yanvar metro stansiyasının yanında da bir neçə dəfə Cavabdeh ilə görüşmüş və sonuncu ona İddiaçı1 olan borcundan ümumilikdə 1.500 manat pul vermişdir. Həmin pulları da o, İddiaçı1 vermişdir. Cavabdeh hazırda da İddiaçı1 borcu var. Birinci instansiya məhkəməsində İddiaçı1 tərəfindən təmin edilmiş şahid İddiaçı2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı1 qaynıdır. Cavabdeh yoldaşı ilə onun yoldaşının da münasibəti var. Dəvətinə əsasən onun əlli illik yubileyində Cavabdeh da iştirak etmişdir. Dadaşov X3 protez ayaq alması üçün həmin gün Cavabdeh 5.000 ABŞ dolları məbləğində pul vermişdir. Daha sonra Cavabdeh əlavə olaraq 3.000 ABŞ dolları pulun da lazım olduğunu bildirmişdir. İddiaçı1 da bu məbləğin də ona göndərilməsinə razılıq vermiş və həmin pulun 1.500 ABŞ dolları hissəsini Cavabdeh X8 vasitəsilə göndərmiş, qalan 1.500 ABŞ dolları hissəsini isə o, şəxsən Cavabdeh evinə aparmışdır. Lakin Cavabdeh pulu aldıqdan sonra əlaqəni kəsmiş, hətta telefon nömrələrini də dəyişmişdir. Bir müddət sonra onu tapmaq mümkün olmuşdur. Uzun surən tələblərdən sonra Cavabdeh İddiaçı1 olan borcunun 1.500 manat hissəsini qaytarmışdır. Həmin vaxt ABŞ dollarının Azərbaycan manatına münasibətdə dəyəri artıq qalxmışdır və 1 ABŞ dolları 1,05 manata bərabər idi. Cavabdeh ona hər hansı məbləğdə borcu yoxdur, Cavabdeh ona borc əvəzi hər hansı məbləğdə pul və ya borc əvəzi parfumeriya maları verməmiş, onlar bu məqsədlə “Nizami” metro stansiyası yanında heç vaxt görüşməmişdilər. Birinci instansiya məhkəməsində Cavabdeh tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh tanıyır. Belə ki, onun oğlu ilə dostluq edir. Cavabdeh müraciəti əsasında sonuncuya məxsus “Azsamand” markalı qara rəngli avtomobili idarə edərək, onunla birlikdə Nizami metrostansiyasının yanına getmişdir (halbuki, cavabdeh ilk olaraq, bu barədə hər hansı fikir söyləməmişdir). Belə ki, həmin günü Cavabdeh özünü pis hiss edirdi. Xatırladığına görə həmin yerdə Cavabdeh 2 və ya 3 nəfər şəxslə görüşmüş (halbuki, cavabdeh bu barədə hər hansı məlumat verməmiş və yalnız İddiaçı2 ilə görüşdüyünü bildirmişdir) və avtomobilin baqajında olan əşyaları onlara təhvil vermişdir. Lakin həmin şəxslərin kim olduğunu bilmir, onların hansı geyimdə olmalarını və görkəmlərini xatırlamır, onların hansı avtomobillə gəldikləri, habelə avtomobilin baqajından götürdükləri əşyalar, onların çeşidi, növü, dəyəri və sair barədə məlumatı yoxdur. İdarə etdiyi avtomobilin dövlət nömrə nişanı yadında qalmamışdır. Görüşün dəqiq olaraq hansı ildə, ayda və ya fasildə baş tutması, habelə görüş zamanı malların siyahıya alınıbalınmaması, hər hansı sənədin imzalanıb-imzalanmaması barədə məlumat verə bilməz. Belə ki, həm hadisə çoxdan olmuş, həm də o, avtomobildən çıxmamışdır. Xatırlayır ki, avtomobilin arxasında olan əşyalar boşaldılaraq, Cavabdeh tərəfindən həmin şəxslərə təhvil verildikdən sonra onlar getmişdilər. Dindirilmiş şahidlərin də ifadəsi nəzərə alınmaqla müəyyən edilmişdir ki, İddiaçı1 qaynı olan İddiaçı2 Cavabdeh ilə iş birliyi olmuşdur. Birgə fəaliyyət çərçivəsində onlar parfumeriya mallarının ticarəti ilə məşğul olmuşlar. Lakin sonradan işləri alınmamışdır. Hazırda da iddiaçı cavabdehin ona protez ayaq gətirilməsi vədi ilə ondan ümumilikdə 8.000 ABŞ dolları məbləğində pulu, o cümlədən 5.000 ABŞ dolları hissəsini İddiaçı2 doğum gününün 50-ci il dönümü ilə bağlı təşkil edilmiş ziyafətdə, 1.500 ABŞ dolları hissəsini İddiaçı2, qalan 1.500 ABŞ dolları hissəsini isə X8 vasitəsi ilə aldığını, lakin verdiyi vədə əməl etməyərək, ona protez ayaq gətirmədiyini və aldığı pulu qaytarmaqdan yayındığını, uzun sürən tələblərdən sonra bu məbləğin 900 ABŞ dolları hissəsini 1.500 manat ödəməklə qaytardığını iddia edir və qalan 7.100 ABŞ dolları məbləğində pulun bu günədək ona qaytarılmadığını bildirərək, bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, İddiaçı1 və onun həyat yoldaşını ümumiyyətlə tanımadığını, onlarla heç vaxt telefonla danışmadığını, onun evində heç vaxt olmadığını, onunla İddiaçı2 doğum gününün 50-ci il dönümü ilə bağlı təşkil edilmiş ziyafətdə görüşmədiyini, ondan hər hansı məbləğdə pulu şəxsən və İddiaçı2 və X8 vasitəsi ilə hər hansı məqsədlə almadığını (cavabdeh ilk olaraq qətiyyətlə belə fikirlər söyləsə də, sonradan iddiaçı və onun həyat yoldaşı ilə telefonla danışmağını istisna etmədiyini, bunu dəqiq xatırlamadığını, İddiaçı2 doğum gününün 50-ci il dönümü ilə bağlı təşkil edilmiş ziyafətdə iddiaçı və onun həyat yoldaşının da olmasını istisna etmədiyini, orada xeyli şəxsin olduğunu və bu şəxslərlə orada ünsiyyətdə olmasını dəqiq xatırlamadığını bildirmişdir), onun ticarətlə məşğul olmaq məqsədi ilə İddiaçı2 ilə iş birliyinin olduğunu və işlərinin alınmaması nəticəsində məhz İddiaçı2 6.500 ABŞ dolları məbləğində borcunun yarandığını, həmin pulun da 1.500 ABŞ dolları hissəsini hər ay 300 manat ödəməklə 1.500 manat şəklində (dediyinə görə həmin vaxt ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi eyni idi) X8 vasitəsi ilə İddiaçı2 qaytardığını, qalan 5.000 ABŞ dolları pulun əvəzinə isə İddiaçı2 parfumeriya malları təhvil verdiyini bildirir. Məhkəmə iclasında şahidlər X6, İddiaçı2 və X8 İddiaçı1 izahatına uyğun ifadə verirlər. Eyni zamanda, şahid X1 Azər Fərhad oğluna İddiaçı1 tapşırığı əsasında 1.500 ABŞ dolları məbləğində pul verdiyini və sonradan Cavabdeh tərəfindən ona ümumilikdə 1.500 manat pulu İddiaçı1 verilməsi üçün ödənildiyini və həmin pulu da məhz İddiaçı1 verdiyini bildirir. Şahid İddiaçı2 isə Cavabdeh ona hər hansı məbləğdə borcunun olmadığını, onun İddiaçı1 borcunun olduğunu, həmin puldan 1.500 manat (həmin dövrdə 1.500 ABŞ dolları məbləğində pula bərabər olan məbləği) hissəsinin İddiaçı1 qaytarıldığını, qalan məbləğin isə qaytarılmadığını, Cavabdeh tərəfindən ona 5.000 ABŞ dolları məbləğində dəyəri olan malın təhvil verilmədiyini, bu məqsədlə onunla “Nizami” metro stansiyası yanında heç vaxt görüşmədiyini bildirir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 739.1, 739.2, 740.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək, pulun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehə protez əyağın alınması üçün ümumilikdə 8.000 ABŞ dolları məbləğində pul verdiyini, lakin bu halı rəsmiləşdirilmədiyini (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) bildirir. İddiaçı hüquqi nəticə etibarı ilə öz iddiasını konkret halları sadalamaqla və şahid ifadələri ilə sübuta yetirməyə çalışır. Lakin cavabdeh iddianı ümumiyyətlə qəbul etmir. İddiaçı ilə hər hansı münasibətdə olmadığını bildirir. Belə olan halda, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, pulun verilməsini və qaytarılmasını təsdiq edən şahidlər, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı məhkəmə hesab etmişdir ki, İddiaçı1 iddia tələbinə uyğun olaraq ilk növbədə Cavabdeh 8.000 ABŞ dolları məbləğində pulu hər hansı əsasla verməsi halının mövcud olduğunu sübut etməli idi. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə pulun gəlir əldə edilməsi məqsədi ilə verilməsini qeyd etsə də, məhkəmə iclasında bu pulu cavabdehə ona protez əyağın gətirilməsi məqsədi ilə verildiyini göstərmişdir. Nəticə etibarı ilə cavabdeh iddiaçıya ümumilikdə 8.000 ABŞ dolları məbləğində pulun verildiyini iddia edir. Lakin cavabdeh ilk öncə ümumiyyətlə iddiaçını və onun həyat yoldaşını tanımadığını, onlarla telefonla danışmadığını onların evində olmadığını bildirsə də, şahidlərin, o cümlədən iddiaçının həyat yoldaşının ifadəsindən sonra onlarla telefon vasitəsi ilə danışdığını və İddiaçı2 doğum gününün 50-ci il dönümü ilə bağlı təşkil edilmiş ziyafətdə onları gördüyünü istisna etmədiyini bildirmişdir. Nəticə etibarı ilə iddiaçı və şahidlər cavabdehlə bağlı konkret halları və hadisələri sadalamaqla çox inandırıcı izahat və ifadə vermişdilər. Cavabdeh isə öz növbəsində 8.000 ABŞ dolları deyil, 6.500 ABŞ dolları məbləğində borcunun olduğunu bildirir, lakin bu borcun İddiaçı1 deyil, vaxtı ilə iş birliyi olduğu İddiaçı2 yarandığını qeyd edir. Eyni zamanda, bu borc məbləğinin də 5 ay ərzində 1.500 ABŞ dolları (hər ay 300 manat, ümumilikdə 1.500 manat) hissəsini pul şəklində və X8 vasitəsi ilə, qalan 5.000 ABŞ dolları əvəzinə isə bu dəyərdə olan parfumeriya mallarını İddiaçı2 şəxsən təhvil verməklə qaytarıldığını vurğulayır. Nəticə etibarı ilə tərəflərin, o cümlədən cavabdehin izahatı və şahidlərin ifadəsi ilə Cavabdeh X7 hər dəfə 300 manat olmaqla, cəmi 1.500 manat məbləğində pulun verilməsi öz təsdiqini tapır. Məbləğ baxımından 5.000 ABŞ dolları ilə bağlı məsələ də sübuta yetir. Lakin belə olan halda, Cavabdeh ümumilikdə 1.500 manat məbləğində pulun məhz İddiaçı2 verilməsi üçün X7 təqdim etdiyini, habelə məhz İddiaçı2 5.000 ABŞ dolları məbləğində borcunun olduğunu və bu borcu bildirdiyi kimi, əşya şəklində (parfumeriya malları) qaytardığını (xüsusilə də İddiaçı2 cavabdehin ona hər hansı borcunun olmadığını, cavabdeh tərəfindən ona borc əvəzi hər hansı malın verilmədiyini və bu məqsədlə ümumiyyətlə görüşmədiklərini bildirdiyi bir halda) sübut etməli idi. Lakin belə bir mövqeydən çıxış etsə də, bu halları, yəni İddiaçı2 borcunun olduğunu və bu borcu qaytardığını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında ifadəsi alınmış şahid X10 isə Cavabdeh İddiaçı2 “Nizami” metro stansiyası yanında borc əvəzi olaraq əşyalar verdiyini bildirsə də, Cavabdeh neçə nəfərlə görüşməsi, həmin şəxslərin hansı geyimdə olması, görkəmləri, hansı avtomobillə gəldikləri, avtomobilin baqajından götürülən əşyalar, onların çeşidi, növü, dəyəri, idarə etdiyi avtomobilin dövlət nömrə nişanı, görüşün dəqiq olaraq hansı ildə, ayda və ya fəsildə baş tutması, habelə görüş zamanı malların siyahıya alınıb-alınmaması, hər hansı sənədin imzalanıb-imzalanmaması barədə məlumat verə bilməmişdir. Bunu hadisənin xeyli müddət əvvəl olması və həmin günü (hər hansı hüququ olmadan sadəcə olaraq cavabdehin xahişi ilə idarə etdiyi və cavabdehə məxsus olan) avtomobildən çıxmaması ilə əsaslandırır. Belə olan halda, onun ümumiyyətlə məhkəmə iclasına niyə və nə məqsədlə gəlməsinin özü bir sual doğurur və ən azı cavabdehin həmin tarixdə görüşü olmuşdursa da, onun məhz İddiaçı2 ilə görüşməsini sübutetmə baxımından şübhə altına alır. Digər tərəfdən cavabdeh həmin görüş günü özünü yaxşı hiss etmədiyini bildirir və bu səbəbdən X2 ona köməklik məqsədi ilə avtomobilini idarə etməyi xahiş etdiyini qeyd edir. Belə olan halda, özünü pis hiss edən Cavabdeh avtomobili idarə etməklə köməklik edən şahid X21 oğlunun sonradan görüş zamanı (əgər həqiqətdə görüş olmuşdursa) avtomobilin arxasında olan əşyaların boşaldılmasında köməklik etməməsi də sual doğurur. Hər bir halda, Cavabdeh İddiaçı2 ilə qeyri-qanuni iş görmürdülər, o cümlədən dövriyyəsi qadağan edilmiş, dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya təhvil verilmirdi. Başqa sözlə, şahid X5 avtomobildən çıxması və malları görməsi, habelə daşıması üçün hər hansı maneə yox idi. Digər tərəfdən özünü görüş günü pis hiss edən Cavabdeh yaşadığı Yasamal rayonu ərazisindən “Nizami” metro stansiyası yanına getməyə də hər hansı ehtiyac yox idi. Belə ki, borcu qaytarmaq üçün Cavabdeh (əgər belə borc olmuşdursa) İddiaçı2 “Nizami” metro stansiyasından heç də uzaqda yerləşməyən və yaşadığı Yasamal rayonuna da dəvət edə bilərdi. Çətin ki, avtomobillə həmin görüşə gələn (əgər belə görüş olmuşdursa) və “Nizami” metrostansiyası yaxınlığında yaşamayan İddiaçı2 xüsusilə də borcunu almaq üçün Yasamal rayonuna getməkdən imtina edərdi. Bununla yanaşı, Cavabdeh 5.000 ABŞ dolları əvəzinə bu dəyərdə parfumeriya əşyalarını verdiyini bildirsə də, bu əşyaların siyahısını, İddiaçı2 təhvil verilməsini təsdiq edən hər hansı təhvil-təslim aktı təqdim edə bilmir (halbuki izahatında malların siyahı üzrə razılaşdırılmış şəkildə təhvil verildiyini göstərir). Hətta malın dəyərinin borc məbləğindən daha yüksək olduğunu da bildirir. Başqa sözlə, cavabdehin mövqeyindən belə başa düşülür ki, o, İddiaçı2 ilə görüşmüş və görüş zamanı avtomobilin arxasını açaraq təxminən belə bir fikir söyləmişdir “Burada sənə borclu olduğum 5.000 ABŞ dolları məbləği dəyərində, hətta ondan da artıq dəyərdə parfumeriya əşyaları var. Onları sənə verirəm, bununla da aramızda olan borc münasibətləri bağlanır”, İddiaçı2 da buna təxminən belə cavab vermişdir “Mən razıyam, qəbul edirəm” və bundan sonra həmin əşyaları nəzərdən keçirmədən, təxmini qiymətini müəyyən etmədən və malların mahiyyətinə varmadan öz avtomobilinə yükləmiş və getmişdir. Təbii ki, ticarətlə məşğul olan və əsas məqsədləri gəlir əldə etməkdən ibarət olan bu şəxslər arasında cavabdehin təsvir etdiyi (başdan sovdu) qaydada haqq-hesabın aparılması qeyri-mümkündür. Bu görüşdə həqiqətən də iştirak etmiş cavabdeh və şahid görüşün təsvirində daha dəqiq və təfərruatlı olmalı, daha inandırıcı mövqeydən çıxış etməli idi. Bu səbəbdən məhkəmə cavabdehin mövqeyini və bu şahidin ifadəsini əsaslı hesab etmir və iddiaçı tərəfin şahidlərinin ifadəsini mötəbər sübut kimi qəbul edərək, belə qənaətə gəlir ki, Cavabdeh qaytardığı 1.500 manat məbləğində pul onun İddiaçı2 olan borcunun əvəzi olaraq qaytarılmamış və o, 5.000 ABŞ dolları məbləğində dəyəri olan parfumeriya mallarını İddiaçı2 borc əvəzi verməmişdir. Onun tərəfindən qaytarılan 1.500 manat məbləğində pul və qaytarılmasını sübut etməyə çalışdığı 5.000 ABŞ dolları məbləğində pul məhz İddiaçı1 verməli olduğu pul məbləği idi və 1.500 manat məbləğində pul qaytarılsa da, 5.000 ABŞ dolları məbləğində pul bügünədək qaytarılmamışdır. Belə olan halda məhkəmə (tərəflərin mövqeylərini və şahidlərin ifadələrini nəzərə alaraq) iddiaçının bu barədə izahatını əsaslı hesab edir və şahid X4 ifadəsini də mötəbər sübut kimi qəbul edir və belə qənaətə gəlir ki, İddiaçı1 aid 1.500 ABŞ dolları məbləğində pul da X8 tərəfindən Cavabdeh verilmiş və onun tərəfindən bu günədək İddiaçı1 qaytarılmamışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı1 məxsus pulu ondan alaraq özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan İddiaçı1 hesabına əmlak əldə etmə və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh İddiaçı1 hər hansı hüquqi əsas olmadan əldə etdiyi və İddiaçı1 məxsus olan pulu ona qaytarmalıdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı ilk olaraq gəlir əldə etmək, sonradan isə protez ayaq alınması üçün cavabdehə 8.000 ABŞ dolları məbləğində pulun verildiyini bildirmişdir. Hər bir halda, onların arasında yaranmış münasibətlərə borc və ya əsassız varlanma kimi qiymət verilməsindən asılı olmayaraq, hüquqi nəticə etibarı ilə İddiaçı1 Cavabdeh ümumilikdə 8.000 ABŞ dolları məbləğində pul vermişdir və bu pul onun tərəfindən İddiaçı1 tam olaraq qaytarılmamışdır. Məhkəmə cavabdehdən tutulmalı olan pul məbləği ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona verilməli olna 8.000 ABŞ dolları məbləğində pulun bugünədək yalnız 1.500 manat, yəni ödəniş günü mövcud olan məzənnə əsas götürülməklə 900 ABŞ dolları hissəsinin qaytarıldığını bildirir. Cavabdeh və şahid İddiaçı2 isə 1.500 manat pulun ödənilən zaman 1 ABŞ dollarının 1,05 manat dəyərində olduğunu vurğulayır. Məhkəmə bu hissədə cavabdeh və şahidin mövqeyini əsas götürüb, qeyd edir ki, belə olan halda, Cavabdeh tərəfindən ödənilən 1.500 manat (1.500 manat / 1,05 = 1.428) 1.428 ABŞ dolları təşkil etmiş olur. Bu məbləğ də pulun qaytarıldığı nəzərə alındıqda, Cavabdeh İddiaçı1 xeyrinə (8.000 - 1.428 = 6.572) 6.572 ABŞ dolları məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya hesab edir ki, məhkəmə Cavabdeh 6.572 (altı min beş yüz yetmiş iki) ABŞ dolları məbləğində pulun (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq İddiaçı1 verilməsi və iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 1289/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1510/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1510/2021
27.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver