Məhkəmə qərarları › İş №2(103)-1511/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1511/2022

13.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1511/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 Nuriddəni oğlu, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh13, Cavabdeh5, X2, Cavabdeh1 Həmdiyyə oğlu və Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(004)-6095/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 3875 manat, X1 3719 manat, Cavabdeh10 Zahir oğlundan 2215 manat, Cavabdeh11 2130 manat, Cavabdeh2 2828 manat, Cavabdeh3 2754 manat, Cavabdeh4 3303 manat, Cavabdeh5 2719 manat, Cavabdeh6 4185 manat, Cavabdeh7 2230 manat, Cavabdeh8 3715 manat, Cavabdeh9 Əliabbas qızından 1946 manat məbləğində 01 avqust 2021-ci il tarixə yaranmış əsas kommunal borclar tutularaq Laquna MTK-ya ödənilməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 Nuriddəni oğlu, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh13, Cavabdeh5, X2, Cavabdeh1 Həmdiyyə oğlu və Cavabdeh7 tərəfindən qətnamədən apellyasiya şikayətləri verilmişlər. Məhkəmə kollegiyası apelyasiyası şikayətlərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh13, Cavabdeh5, X2, Cavabdeh1 Həmdiyyə oğlu və Cavabdeh7 tərəfindən verilmiş apelyasiya şikayətləri qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Cavabdehlər isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişlər. Belə ki, cavabdehlər Əlavə 2-də nəzərdə tutulmuş qrafalara uyğun apellyasiya şikayətini tərtib etməmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 357-358, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 Nuriddəni oğlu, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh13, Cavabdeh5, X2, Cavabdeh1 Həmdiyyə oğlu və Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya- cavabdehlər Cavabdeh13, Cavabdeh5, X2, Cavabdeh1 Həmdiyyə oğlu və Cavabdeh7 aid hissədə qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar