Məhkəmə qərarları › İş №2(103)-1520/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1520/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1520/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının vəkili X4, İddiaçı Əziz oğlu, üçüncü şəxs X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əziz-Ağa oğlu cavabdeh 27 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 27 saylı notariat ofisinin xx.xx.2019- cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Əziz-Ağa oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən barəsində verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-6104 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-6104 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi qət edilmişdir. Bundan sonra həmin mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 xx.xx.2020-ci il tarixdə qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7185/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8593/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilmiş və mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır (sədrlik edən: Rafael Eyvazov). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qatarılması qərara alınmışdır. Həmin qərardadan üçüncü şəxs X3 şikayət verərək, qərardadın ləğvini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı və onun vəkili Z.Osmanov şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən üçüncü şəxs M.Rəhimov şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını şikayətin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir; Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma apararaq, üçüncü şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülmədiyini müəyyən etsə də, apellyasiya şikayətinin məzmununa dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361ci maddəsinin tələblərini rəhbər tutaraq, apelyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən, o cümlədən şikayətdə onu verən şəxsin ünvanı göstərilmədiyindən, habelə işdəki prosesual vəziyyəti düzgün qeyd olunmadığından, qeyri-mümkün hesab etmiş və geri qaytarmışdır. Kollegiya şikayətin qeyri-mümkün hesab edilməsi və geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin qeyd etdiyi xüsusatları əsaslı hesab edir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8593/2019 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar