Məhkəmə qərarları › İş №2(103)-1520/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1520/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1520/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X1 İştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4073/2023 nömrəli qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanılmış xx.xx.2011-ci il tarixli Y636 saylı kredit müqaviləsinə və kreditin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdı oğlu küçəsində yerləşən 57 nömrəli evin 5 nömrəli mənzilinə dair bağlanılmış xx.xx.2009-cu il tarixli Y 116 saylı ipoteka müqaviləsinə xitam verilməsi və cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdı oğlu küçəsində yerləşən 57 nömrəli evin 5 nömrəli mənzilinin ipotekadan çıxarılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sənədlərin verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC ilə aralarında bağlanılmış xx.xx.2011-ci il tarixli Y636 saylı kredit müqaviləsinə və müqavilə üzrə öhdəliyə, kreditin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdı oğlu küçəsində yerləşən 57 nömrəli evin 5 nömrəli mənzilinə dair bağlanılmış xx.xx.2009-cu il tarixli Y 116 saylı ipoteka müqaviləsinə və müqavilə üzrə öhdəliyə xitam verilməsi, cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdı oğlu küçəsində yerləşən 57 nömrəli evin 5 nömrəli mənzilinin ipotekadan çıxarılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sənədlərin verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 4073/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ASC-nin “Əhmədli” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli Y-636 saylı “İstehlak krediti verilməsi üçün” kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi, Cavabdeh1 ASCnin “Əhmədli” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli Y-116 saylı İpoteka(girov) müqaviləsi üzrə ipotekaya xitam verilməsi, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində yerləşən 57 nömrəli evin 5 nömrəli mənzilinin ipotekadan çıxarılması üçün ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etmək vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

4. Həmin qətnamədən ləğv prosesində olan Cavabdeh1 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayətinə etiraz verərək şikayətin təmin edilməməsini, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-4073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili işin apellyasiya baxışından çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi işin apellyasiya baxışından çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

8. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(103)-1520/2024 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və ləğv prosesində olan Cavabdeh1 ASC-nin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4073/2023 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

11. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı deyil, onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür.

12. Buna baxmayaraq, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4073/2023 nömrəli qətnaməsi işdə iştirak etməyə cəlb edilməyən ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən mübahisələndirilmiş, bununla yanaşı şikayətə “qətnamənin onun maraqlarına toxunulan şəxs qismində tanınması” barədə ərizə də əlavə edilməmişdir.

13. Birinci instansiya məhkəməsi tərəfindən həmin qətnamənin Cavabdeh1 ASCnin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsinə, onun maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermək hüququnun olub-olmamasına mülki-prosessual qanunvericiliyə uyğun olaraq münasibət bildirilmədən iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı:

Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(103)-1520/2024 nömrəli qərardad ləğv edilsin, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4073/2023 nömrəli qətnaməsindən LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar