Məhkəmə qərarları › İş №2(103)-3638/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3638/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3638/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərardadından cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə, Cavabdeh1 ASC-nin “Əhmədli” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli Y-636 saylı “İstehlak krediti verilməsi üçün” kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi, Cavabdeh1 ASC-nin “Əhmədli” filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli Y-116 saylı İpoteka (girov) müqaviləsi üzrə ipotekaya xitam verilməsi, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində yerləşən 57 nömrəli evin 5 nömrəli mənzilinin ipotekadan çıxarılması üçün ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etmək vəzifəsinin qoyulması qət edilmişdir. Qətnamədən LPO Cavabdeh1 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 1520/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1520/2024 saylı qərardadı ilə apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli, 2(103)- 1520/2024 nömrəli qərardadın ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4073/2023 nömrəli qətnaməsindən LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılmaqla işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh Əmanətlərin Sığortalanması Fondu buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4073/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından Əmanətlərin Sığortalanması Fondu şikayət vermiş və qərardadın ləğv edilməklə prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, qətnamədən rəsmi qaydada cavabdehə təqdim edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən 1 ay ötürülməmiş, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, cavabdeh qərardaddan şikayət vermişdir. Şikayət ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət rədd edilərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə ilk dəfə məhkəməyə təqdim edilən apellyasiya şikayəti işdə iştirak etməyə cəlb edilməyən LPO Cavabdeh1 ASC tərəfindən imzalanmışdır. Halbuki, iddiaçının tələbi ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı deyil, onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür. Əmanətlərin Sığortalanması Fondu məhkəmənin qətnaməsini xx.xx.2023-cü il tarixdə qəbul etməsinə baxmayaraq, apellyasiya şikyətini xx.xx.2024-cü il tarixdə “Elektron kabinetə” daxil etmişdir. Beləliklə də, onun tərəfindən prosessual müddət 03 ay 14 gün ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq şikayəti qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar