Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1521/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kommunal xidmət haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (kommunal xidmət haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X16 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(011)-4588/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Adıçəkilən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2942-ci məhəllə, ev 53 ünvanında yerləşən çoxmənzilli yaşayış binası 4 girişlidir,1-ci mərtəbə qeyri-yaşayış sahələridir,1-ci mərtəbələrin altında qeyrı-yaşayış sahələri hesab olunan 4 ədəd,hər birinin sahəsi 400 kv.m olan zirzəmi sahələri yerləşir.1-ci mərtəbədən başlayaraq qeyri-yaşayış mərtəbəsi də daxil olmaqla yaşayış mərtəbələri ilə birlikdə bina 11 mərtəbəlidir, 2-ci mərtəbədən başlayaraq yaşayış mərtəbəsi yaşayış mansarda mərtəbəsi ilə birlikdə 10 mərtəbəlidir. Mənzillərin sayı 120 ədəddir. Binanın ümumi sahəsi 19.995 kv.m-dir. Mənzillərin ümumi sahəsi (yaşayış üçün istifadə olunan mansarda ilə birlikdə) 13.945 kv.m-dir.1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri 4450 kv.m-dir.4 ədəd zirzəmilərin sahəsi isə (400 kv.m x 4 )1600 kv.m-dir. Adıçəkilən çoxmənzilli yaşayış binası”UKRAYNA MEYDANİ” MTK tərəfindən tikilmişdir. Bina sakinlərinin 90%-dən çoxu məskunlaşmış və həmin adıçəkilən binada yaşayırlar. Çoxmənzilli yaşayış binasının sakinləri pay haqqına əsasən yaşadıqları mənzillərə və qeyri yaşayış sahələrinə mülkiyyət hüququ əldə etmişlər. xx.xx.2020 ci il tarixdə "xxxx" MTK-nın rəhbərliyi tərəfindən verilmiş elandan göründüyü kimi, idarəçiliyi bərbad və yarıtmaz hala saldığından,sakinlərin haqlı narazılığına səbəb olduğundan MTK xidmət fəaliyyətini tam olaraq dayandırmış,adıçəkilən çoxmənzilli yaşayış binasının idarəçiliyi AR Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələblərinə uyğun olaraq yeni yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə keçirilmiş, xx.xx.2020 -ci il tarixli Aktla çoxmənzilli yaşayış binasının avadanlıqları və qeyri-yaşayış sahələri MMMC-nin İH-nin sədri X18 təhvil verilmişdir. 2."xxxx" MTK tərəfindən inşa edilmiş 4 girişli çoxmənzilli yaşayş binası 31 oktyabr 2019-cu il tarixdə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismara qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixə qədər adıçəkilən binanın idarəçiliyi MTK tərəfindən həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixdən sonra həmin binanın idarəçiliyi bu günə qədər 25 iyun 2021-ci il tarixdə AR Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış (xx.xx.2023-cü il tarixdə yenidən qeydiyyata alınmış) Nizamnaməsinə və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MMMC tərəfindən həyata keçirilməklə MMMC-nin işləri ilə bağlı hüquqi və fiziki şəxslərlə bir sıra(Azər işıq,Su təchizatı və tullantı sularının axıdılması,BŞİH-nin Departamentinin KXM-si MMC,FHN-nin SİTG və DMN və Agentliyi,ENGİNETvə Bankla və s.) müqavilələr babağlayaraq fəaliyyətini davam etdirir. 3.“ünvan 10iyyətinin Nizamnaməsi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Ümumi yığıncağın Qərarları ilə təsdiq edilmiş, 25 iyun 2021-ci il tarixli, No1121-MM8-0211 sayla AR ƏN-də qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində “X1 Reyestrindən Çıxarış verilmiş, həmin tarixdən adıçəkilən çoxmənzilli yaşayış binasının rəsmi idarəçiliyi "xxxx" MMMC-yə keçmişdir. xx.xx.2023-cü il tarixdə isə "xxxx" MMMC yenidən qeydiyyatdan keçməklə Çıxarış almışdır. Bundan əvvəl isə, yəni xx.xx.2020-ci il tarixə qədər həmin çoxmənzilli yaşayış binasının idarəçiliyi "xxxx" MTK tərəfindən həyata keçirilmişdir. 4.Mövcud qanuvericiliyin, o cümlədən Mənzil Məcəlləsinin uyğun tələlərinə və öz Nizamnaməsinə əsasən "xxxx" MMMC-ti ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış binasında "xxxx" MMMCnin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli Qərarının PROTOKOLU-na əsasən kommunal xidmətlərə görə aylıq ödənişlərin miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: 3 otaqlı məzillərə (118,5kv.m və 120,5kv.m) görə -20 AZN; 4 otaqlı mənzillərə (148,5kv.m) görə - 25AZN; Qeyriyaşayış sahələrinə görə-50AZN; Avtonəqliyyat(dayanacağı və mühafizə) üçün -15AZN. 5.Demək olar ki, adı çəkilən çoxmənzilli binada yaşayan, məskunlaşan bina sakinlərinin 90%-dən çoxu kommunal xidmətlərin vaxtında ödənilməsinə görə öz vəzifə və hüquqlarını yerinə yetirirlər. Lakin çoxmənzilli bina sakinlərinin bəzisi onlara dəfələrlə telefonla şifahi,yazılı bildirdiyimizə,xəbərdarlıq etdiyimizə baxmayaraq kommunal xidmətlərə görə aylıq xidmət haqqını ödəməkdən yayınır,gecikdirir, bəzi hallarda imtina edirlər. Hazırda iş üzrə Cavabdeh1 çoxmənzilli binanın həyətində yaradılmış kommunal xidmətlərin tərkib hissəsi olan avtodayanacaqdan istifadəyə və 4 ədəd ona məxsus avtomobillərin mühafizəsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər iddiaçı "xxxx" MMMC-yə 585(beş yüz səksən beş) manat pul ödəməlidir. 6.Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər ** VV *** qeydiyyat nişanlı,Lexus markalı və ** UL *** KİA SPORTAGE markalı avtomobillərə görə 360AZN manat,eyni zamanda ** CC *** qeydiyyat nişanlı,HYUNDAİ markalı və ** PH *** qeydiyyat nişanlı,TERRA LORD markalı avtomobilə görə 2023-cü ilin oktyabr,noyabr,və dekabr aylarına görə 90AZN manat,xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər ** VV *** qeydiyyat nişanlı Lexus markalı, ** UU *** KİA SPORTAGE markalı, ** CC *** qeydiyyat nişanlı HYUNDAİ markalı avtomobillərə görə 135 AZN manat. Cəmi-585 manat. 7.Digər Cavabdeh4 ailə üzvləri ilə yaşadığı,mülkiyyətində olan 4 otaqlı, 57 saylı mənzilə və mülkiyyətlərində və istifadələrində olan avtomobillərə(** DJ *** və ** KR ***) görə iddiaçı "xxxx" MMMC-yə 2023-cü ilin noyabr,dekabr ayları və 2024-cü ilin yanvar,fevral,mart ayları üçün 275(iki yüz yetmiş beş) manat pul ödəməlidir. Belə ki, 57 saylı mənzilə görə-125 manat, avtomobillərə görə -150 manat, cəmi-275(iki yüz yetmiş beş) manat. 8.Digər Cavabdeh2 Qəhrəman oğlu ailə üzvləri ilə yaşadığı 4 otaqlı 81a saylı mənzilin kommunal xidmət haqqlarına görə iddiaçı "xxxx" MMMC-yə 01.012021-ci il tarixdən 31.032024-cü il tarixədək 1139 (min yüz otuz doqquz) manat pul ödəməlidir 9.Digər Cavabdeh3 Qəhrəman qızı və onunla birlikdə yaşayan ailə üzvləri, əri X20 yaşadıqları,mülkiyyətində olan mənzillərə, avtomobillərə, mülkiyyətlərində və isifadələrində olan qeyri-yaşayış sahələri üçün kommunal xidmət haqqına görə "xxxx" MMMC-yə 01.012021-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər 11.773 (on bir min yeddi yüz yetmiş üç) manat kommunal xidmət haqqı ödəməlidirlər. Belə ki, mənzil 27a- aylıq 25 AZN olmaqla,600 AZN manat,2021-2022ci illər üçün, mənzil 108a-aylıq 40 AZN manat olmaqla 1560 manat 2021-2022-2023-xx.xx.2024-cü illər, mənzil 106a- aylıq 35 AZN manat olmaqla,1365 manat 2021-2022-2023-xx.xx.2024-cü illər, mənzil 107a- aylıq 20 AZN manat olmaqla,780 manat 2021-2022-2023-xx.xx.2024-cü illər, mənzil 108a- aylıq 40 AZN manat olmaqla,1560 manat2021-2022-2023-xx.xx.2024-cü illər, qeyri-yaşayış sahəsi(ofis)- aylıq 40AZN manat olmaqla, 1560 manat 2021-2022-2023 və xx.xx.2024-cü illər.2024-cü illər üçün, qeyri-yaşayış sahəsi əmlak alqı-satqısı ofisi- aylıq 40 manat olmaqla,1560 manat 2021-2022-2023-xx.xx.2024-cü illər üçün, qeyri-yaşayış sahəsi(Dialab)- aylıq 40AZN manat olmaqla ,1560 manat 2021-2022-2023-xx.xx.2024-cü illər üçün, 2021-ci il layihələri üçün-588 manat,2022-ci il layihələri üçün 640 manatŞ 3 ədəd,( ** UU ***, ** XD ***, ** GG *** No-li) avtomobillər də daxil.Cəmi 11.773(on bir min yeddi yüz yetmiş üç)manat. a)Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı "xxxx" MMMC cavabdehlər Cavabdeh1 585 (beş yüz səksən beş) manat, Cavabdeh4 275 (iki yüz yetmiş beş) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1.139 (min yüz otuz doqquz) manat, Cavabdeh3 Qəhrəman qızından 11.773 (on bir min yeddi yüz yetmiş üç) manat məbləğində kommunal xidmət haqlarının tutulması və ödənilmiş 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 720 (yeddi yüz iyirmi) manat, Cavabdeh4 440 (dörd yüz qırx) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1214 (min iki yüz on dörd) manat, Cavabdeh3 Qəhrəman qızından 12538 (on iki min beş yüz otuz səkkiz) manat məbləğində kommunal xidmət haqlarının tutulması və ödənilmiş 163 (yüz altmış üç) manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 805 (səkkiz yüz beş) manat, Cavabdeh4 495 (dörd yüz doxsan beş) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1239 (min iki yüz otuz doqquz) manat, Cavabdeh3 Qəhrəman qızından 12778 (on iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində kommunal xidmət haqlarının tutulması və ödənilmiş 164.60 (yüz altmış dörd manat altmış qəpik) manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Cavabdeh2 Qəhrəman oğlu iddia tələbinə etiraz edərək xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" ASC-nin Bərdə filialında MBM üzrə qrup rəhbəri vəzifəsində çalışır və bu səbəbdən Bakı şəhərində yaşamasının qeyri mümkün olduğunu bildirmişdir. Həmçinin 2021-ci ilin avqust ayında atasını həmim müayinəsinə götürmək üçün binaya daxil olduğu zaman ünvan 2 ünvanında yerləşən binaların MMMC-nin idarəetməsinə daxil olduğunu müəyyən etmişdir. Belə ki, onlar mənzilə daxil olduqdan qısa müddət sonra mənzilinin elektrik enerjisi dayandırılmış, cavabdeh bununla bağlı etirazını bildirdikdən sonra Emin Zahidli ilə görüşmüş, ilkin danışıqlardan sonra MTKnın rəhbəri Əli Abışovla qohumluq əlaqəsi olması səbəbindən ona maddi və mənəvi ziyan vurmaq məqsədi ilə qeyd edilən hərəkətləri etdiyini müəyyən etmişdir. İddiaçı cavabdehdən əsassız olaraq 4 layihə etdiklərini buna görə 340 manat və 8 aya görə (hər ay üzrə 25 manat) 200 manat olmaqla ümumilikdə 540 manat pul tələb etmişdirlər. Cavabdeh iddiaçı ilə kompromisə gəlməyə çalışsa da iddiaçının təmsilçisi ona ödənişi tam şəkildə həyata keçirməli olduğunu bildirmişdir. Cavabdeh həmin mənzildə yaşamadığı üçün həmin mənzildəki heç bir xidmətdən istifadə etmir. Cavabdeh iddiaçının təmsilçisinə Tərtər rayonunda ailəsinin yaşadığı fərdi yaşayış evinin mərmi əsaslı zədə almasını, bu səbəbdən təmir işləri aparmalı olduğunu, atasının 1-ci qrup əlil olduğunu, anasının ağır xəstə olduğunu, şəhid ailəsi olduğunu bildirmiş, hazırda mənzildə yaşamamasını nəzərə alaraq xidmət haqqı hesablamamğı və hesablanmış xidmət haqqının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi isə cavabdehə heç bir güzəşt tətbiq etməyəcəyini bildirmişdir. Cavabdeh tələb edilən 1139 manat borcun əsassız olduğunu qeyd edərək hesablanma qaydasının da naməlum olduğunu qeyd etmişdir. Tərəflər arasında hüquqi münasibətləri tənzimləmək üçün heç bir müqavilənin mövcud olmamış, cavabdehin ailəsi göstərilən ünvanda yaşamamış, heç bir xidmətdən istifadə etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. 14.xx.xx.2024-cü il tarixdə Cavabdeh2 Qəhrəman oğlu məhkəməyə etiraza əlavə ünvalayaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən may ayı da daxil olmaqla elektrik sərfiyyatı 3 il 5 ay ərzində 141 kvt olmuşdur, bu isə həmin ünvanda yaşayışın olmamasının sübut edir. Həmçinin o qeyd etmişdir ki, həmin sərfiyyatın olmasına səbəb balkonda və giriş qapısında elektrik lampasının uzun müddət açıq saxlanılması məqsədli şəkildə müəyyən qədər elektrik sərf etdiyini göstərmək üçün elektrik sərfiyyatı yaratmaqlarıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etmişdir. 15.xx.xx.2024-cü il tarixdə Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMMC iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, MMMC-nin göstərdiyi kommunal xidmətlərə görə yaranmış 585 manat məbləğində pulun Cavabdeh1, 275 manat məbləğində pulun Cavabdeh4, 1.139 manat məbləğində pulun Cavabdeh2 Qəhrəman oğlundan, 11.773 manat məbləğində pulun Cavabdeh3 Qəhrəman qızından, habelə iddianın verilməsi üçün ödənilmiş 159 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2942-ci məhəllədə yerləşən 53 saylı çoxmənzili yaşayış binasının idarə olunması məqsədilə həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə "xxxx" MMMC yaradılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ümumi yığıncağının qərarı ilə MMMC tərəfindən göstərilən kommunal xidmətlərə görə yaşayış binasının sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək kommunal ödənişlərin məbləği barədə qərar qəbul edilmişdir. Həmin qərara görə, 3 otaqlı mənzillər üzrə 20 manat, 4 otaqlı mənzillər üzrə 25 manat, qeyri-yaşayış sahələri üzrə 50 manat, hər avtonəqliyyat vasitəsi üzrə 15 manat məbləğində kommunal ödənişlər müəyyənedilmişdir. Xətai-25” MMC-nin xx.xx.2021-ci il tarixli ümumi yığıncağında Cavabdeh1 iştirak etmiş və qəbul edilmiş qərarı bəyənmişdir. Lakin Cavabdeh1 çoxmənzilli binanın həyətində yaradılmış kommunal xidmətlərin tərkib hissəsi olan avtodayanacaqdan istifadəyə görə və ona məxsus 4 avtomobilin mühafizəsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yaranmış 585 manat məbləğində borcu MMMC-yə ödəməmişdir. İddiaçı hesab edir ki, iddiaçı "xxxx" MMMC-nin iddiası Cavabdeh1 münasibətdə əsassızdır və təmin edilməməlidir. İddiaçı "xxxx" MMMCnin iddia ərizəsində göstəridiklərindən və ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, "xxxx" MMMC-nin yaradılması barədə güya xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə, M.Hadi küçəsində yerləşən 53 saylı çoxmənzilli yaşayış binasının həyətində, açıq havada, sahə mülkiyyətçilərinin (10 nəfəri biavasitə, 77-si isə onlayn (watsap) iştirak etmişlər) ümumi yığıncağı keçirilmiş və güya həmin iclasda binanın idarə olunması məqsədilə "xxxx" MMMC-nin yaradılması qərara alınmışdır. "xxxx" MMC hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş, bu barədə ona X1 Reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. "xxxx" MMMC-nin Nizamnaməsi də xx.xx.2021-ci il tarixdə müvafiq dövlət qurumu tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, "xxxx" MMMC-nin yaradılması barədə qərar xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, hüquqi şəxs kimi xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə desək, "xxxx" MMMCnin hüquqi qabiliyyəti, yəni hüquqlar əldə etmək, vəzifələr daşımaq qabiliyyəti xx.xx.2021-ci il tarixdən yaranmışdır. Lakin iddiaçı "xxxx" MMMC-nin iddiasının əsası kimi istinad etdiyi və məhkəməyə təqdim etdiyi kommunal ödənişlərlə bağlı müzakirəyə çıxaratdığı və qərar qəbul etdiyi ümumi yığıncağın tarixi “xx.xx.2021”-ci il qeyd olunmuş, həmin protokol xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış "xxxx" MMMC-yə aid möhürlə təsdiq olunmuşdur. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə "xxxx" MMMC-nin hüqui şəxs kimi hüquq qabiliyyəti, o cümlədən ümumi yığıncağın növbəliyində xx.xx.2021-ci il tarixdə keçirilmiş iclasın və həmin iclasda qəbul edilmiş qərarın legitimliyini şübhə altına alır. Sözügedən qərarın qanuni əsası yoxdur. Qanunsuz qəbul edilmiş qərarın sahə mülkiyyətçilərinə, o cümlədən mənə- Cavabdeh1 münasibətdə məcburiliyi barədə danışmaq da artıqdır. Bunlardan başqa, o qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMMC-nin keçirildiyi bildirilən ümumi yığıncaq, ümumiyətlə çağırılmamış, keçirilməmiş, keçirilmədiyi üçün də hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh1 bir neçə dəfə sənədlər gətirərək imza etdirmiş, sənədlərin məzmunu ilə isə tanış etdirməmişlər. Eyni zamanda o bildirmişdir ki, iddiaçı "xxxx" MMMC, kommunal ödənişləri altında ona məxsus avtomobillərin yaşayış binasının həyətində saxlanılmasına və güya MMMC tərəfindən mühafizə olanmasına görə pul vəsaitinin ödənilməsini tələb edir. Cavabdeh özünə məxsus avtomobili ümumi əmlak hesab edilən binanın yerləşdiyi torpaq sahəsində saxladığını, həmin torpaq sahəsinin "xxxx" MMMC-yə hər hansı aidiyyatı olmadığını qeyd etmişdir. Belə olan vəziyyətdə cavabdeh MMMC-nin üzərində heç bir hüququ olmayan torpaq sahəsinə görə mülkiyyətçi olan Cavabdeh1 ödəniş tələb etməsi qanunsuz hesab edir. O bildirir ki, iddiaçının qeyd etdiyinə əsasən binaya giriş-çıxış üçün torpaqdan istifadə edən mülkiyyətçilədən, həmin torpaq sahəsində uşaqların oynamasına görə onların valideynlərindən "xxxx" MMMC hər an ödəniş tələb edə bilər. Bunlardan başqa, o bildirir ki, çoxmənzilli binalarda kommunal xidmətlər dedikdə ümumi əmlakın saxlanması üçün göstərilən xidmətlər nəzərdə tutulur. Bəzən bu xidmətlərə mənzilkommunal xidmətləri, bəzən baxım xidmətləri, bəzən də istismar xidmətləri deyilir. Çoxmənzilli yaşayış binalarında baxım xidmətlərinin növü kifayət qədər çoxdur. Bura liftlərin və binadakı digər qurğuların baxımı, ümumi sahələrin təmizliyi, tullantıların daşınması, ümumi işıqlandırma kimi xidmətləri misal göstərmək olar. Bu baxımdan o hesab edir ki, sahə mülkiyyətçilərinin ümumi əmlakları hesabedilən həyətyanı torpaq sahəsində mülkiyyətçilərin özlərinə məxsus avtomobillərin saxlanılmasını “avtodayanacağın yaradılması və mühafizəsi” adı altında kommunal xidmət kimi təqdim edilməsi qanunsuzdur, hüquqdan sui-istifadədir. Çoxmənzilli yaşayış binasının yerləşdiyi, asfalt örtüyü ilə örtülmüş torpaq sahəsinin saxlanılması üçün "xxxx" MMMCnin gündəlik hansı xidmətlər göstərməsi anlaşılan deyil. Göstərilənlərə əsasən o hesab edir ki, yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi əmlakları hesab edilən həyətyanı torpaq sahəsində nəqliyyat vasitələrini saxlamalarına görə "xxxx" MMMC tərəfindən pul tələb ediməsi barədə iddia tələbi əsassızdır. Odur ki, Cavabdeh1 məhkəmədən, "xxxx" MMMC-nin cavabdeh ona və başqalarına qarşı iddiasının ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Digər cavabdehlər tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır. 17.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin 2021-ci ildə yaranmış, Cavabdeh3 məxsus qeyd edilən binada 3 qeyri-yaşayış sahəsi, 2 mansard tipli mənzil və 1 ədəd mənzil vardır. Onlar hazırda cavabdeh olaraq Cavabdeh3 qoyublar, lakin Cavabdeh3 Abışov Əlinin arvadıdır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin edilməsini xahiş edərək, sonuncu dəfə təqdim etdikləri iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində qeyd etdikləri tələblərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir 18.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi X22 öz izahatında qeyd etmişdir ki, onlar Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini xx.xx.2020-ci ildə yaratmışlar. Cavabdeh Vəfa Qələndərova və Abışov Əli heç bir ümumi yığıncaqda iştirak etməmişlər və 2020-ci ildən etibarən heç bir ödəniş həyata keçirməmişlər. 2020-ci illərin sonlarında binanın həyətində zibillər olduğundan onlar qonşularla birlikdə Abışov Əlinin ofisinə getmişlər və Abışov Əli artıq yorulduğunu, sakinlər tərəfindən ödəniş edilmədiyindən müvafiq işləri görə bilmədiyi bildirmişdir. O, Abışov Əliyə kömək təklif etmiş, ödəniş etməyən sakinlərin siyahısını alaraq onlarla birlikdə Abışov Əlinin ofisinə yaxınlaşmışlar. Mehman müəllim orada ona 200 manat borc yazıldığını, lakin onun həmin borcu ödədiyini bildirmiş, Abışov Əli də bunu qəbul etmişdir və digər şəxslərin də borc məsələsi mübahisəli şəkildə olmasa da həll olunmuşdur. Növbəti gün Abışov Əli sakinlərin öz Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaratması ilə bağlı elan vermişdir. xx.xx.2020-ci ildə təxminən 90 nəfər sakinin iştirakı ilə böyük iclas keçirilmiş, sakinlər ortaq qərara gəlmişlər və sakinlər orada onun sədr olmasını təklif etmişlər. Abışov Əli o vaxtdan etibarən həmin binada heç bir layihənin iştirakçısı olmayıb. Həmin binada yerləşən “Cavad” Klinikasının direktoru Alim Əliyevin ilə Cavabdeh3 ilə müqaviləsi olmuşdur. Belə ki, müqavilə 2011-ci ildə 10 il müddətinə bağlanmış və 2021-ci ilə qədər qüvvədə olmuşdur. Həmçinin o qeyd etmişdir ki, hazırda da həmin klinika həmin binada fəaliyyət göstərir, yaxın zamanlarda Dövlət Vergi Xidmətinin əməkdaşları həmin klinikaya gələrək müqavilənin mövcud olduğunu, hazırda da onlarda qeydiyyatda olduğunu qeyd etmiş və o müvafiq sənədlərin nüsxəsini məhkəməyə təqdim edilməsi üçün ona verilməsini xahiş etsə də Xidmətin əməkdaşları konfidensial məlumatlar olduğunu qeyd edərək həmin sənədlərin əldə edilməsi üçün məhkəmə tərəfindən sorğu verilməsini bildirmişlər. Onlara qədər yəni 2020-ci ilin sonuna qədər X20 MTK-nın sədri olub və xidmət göstərib. X29 binanı tikən şəxs olmuşdur. X11 vaxtından 3 otaqlı mənzillər üçün 20 manat, 4 otaqlı mənzillər üçün 25 manat, hər avtonəqliyyat vasitəsi üçün 15 manat pul tutulmuş və o da buna uyğun ödənişlə etmişdir. Onlar protokolda göstərilən kimi sənədləri dərhal Ədliyyə Nazirliyinə təqdim etmişlər. Onlara qədər qeyd edilən məbləğlərlə sakinlərdən pul yığılıb, onlara möhür, səlahiyyət verilmədiyi halda müvəqqəti protokolla onlara icazə verilib, dedilər onu protokollaşdırın. Protokol xx.xx.2021-ci ildə tərtib edilib, Ədliyyəyə təqdim etdikləri sənəd isə xx.xx.2020-ci il tarixlidir. Sənəddə 88 sakin imza çəkib. Biz dərhal protokollaşdırdıq 3 otaqlı mənzillər üçün 20 manat 4 otaqlı mənzillər üçün 25 manat, hər avtonəqliyyat vasitəsi üçün 15 manat olduğunu qeyd etdik. Sakinlərə hər hansı güzəşt ediləcəyi təqdirdə isə bunu yalnız İdarə Heyətinin qərarı ilə edə biləcəyini bildirmişdir. 19.19.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh X6 nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, Cavabdeh3 həmin binada 1 dörd otaqlı mənzili vardır. X11 həmin mənzildə neçə mənzili olduğunu bilmir və iddiaçı onu məhkəmə prosesinə cavabdeh qismində cəlb etməmişdir. Onlar iddia tələbini Cavabdeh3 nisbətdə qismən qəbul edirlər, belə ki, Cavabdeh3 həmin binada 1 mənzili mövcuddur. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbini qəbul etmədiyini, iddia tələbinin rədd edilməsini xahiş edərək, iddia tələbini 1 mənzilə münasibətdə qəbul etdiyini bildirmişdir. 20.20.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi (vəkili) Nümayəndə2 öz izahatında qeyd etmişdir ki, iddia tələbinə etiraz edir. Belə ki, kommunal xərclərlə bağlı etirazının olmadığını problemin onlar 2-ci avtomobil aldıqdan sonra yarandığını bildirmiş, avtomobil pulunun ödənilməsinə etiraz etdiyini bildirmişdir. Həmçinin o, ilk avtomobil üçün ödəniş etdiyini, lakin 2-ci avtomobili aldıqdan sonra onun üçün ödəniş etməkdən imtina etdiyini bildirmişdir. 21.21.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 Qəhrəman oğlu öz izahatında qeyd etmişdir ki, etiraz ərizəsində qeyd etdiyi kimi, o və onun heç bir ailə üzvü həmin ünvanda yaşamır və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmasından onun məlumatı olmamışdır. O həmin evdə yaşamadığını hazırda Bərdə rayonunda işləməyi və kommunal xərclərlə bağlı sərfiyyatının az olması ilə sübut etdiyini qeyd etmişdir. Həmçinin Cavabdeh2 Qəhrəman oğlu qeyd etmişdir ki, həmin binada yerləşən mənzil tam təmirlidir, təxminən 8 ay əvvəl həmin binada yerləşən mənzilinə daxil olduğu zaman Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması barədə məlumat əldə etmişdir. Belə ki, o mənzilə daxil olduğu zaman onun mənzilinin elektrik enerjisi dayandırıldıqdan sonra iddiaçının təmsilçisi ilə tanış olmuş və iddiaçının fəaliyyətlərini tənzimləyən heç bir sənədin olmadığnı müəyyən etdiyini bildirmişdir. Cavabdeh iddiaçının təmsilçisinə həmin binada yaşamadığını, bu səbəbdən onunla bağlı xidmət haqqı hesablanmamğı və ya umumi bir məbləğ müəyyən etməklərini xahiş etmiş, lakin iddiaçı tərəf heç bir güzəşt olunmayacağını bildirmişdir. Həmçinin iddiaçı tərəfin şişirdilmiş məbləğlərlə məhkəməyə müraciət etdiyini bildirmişdir. 22.22.xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, məhkəməyə verilmiş iddia ərizəsi əsassızdır. 2 il avtomobil üçün pul ödəmiş, lakin daha sonra iddiaçıdan soruşduğu zaman iddiaçı maşına cavabdeh olmadığını bildirdiyindən avtomobil üçün ödəniş etməkdən imtina etmişdir. Həmçinin Cavabdeh1 qeyd etmişdir ki, iddiaçı tərəfindən ona gəlmiş qonağın avtomobili üçün də məbləğ hesablanmışdır. 23.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 17 oktyabr 2024-cü il tarixli, 2(011)-4588/2024 saylı qətnaməsi ilə (hakim – Samirə Eyvazova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 40 (qırx) manat, Cavabdeh4 225 (iki yüz iyirmi beş) manat, Cavabdeh2 Qəhrəman oğlundan 1239 (min iki yüz otuz doqquz) manat, Cavabdeh3 Qəhrəman qızından 1239 (min iki yüz otuz doqquz) manat məbləğində kommunal xidmət haqlarının tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,43 (qırx yeddi manat qırx üç qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 Qəhrəman oğlundan və Cavabdeh3 Qəhrəman qızından müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMMC-nin bank hesabına ödənilməsi, iddia təlıəbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 24.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi Hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsindən verilmiş çıxarışa əsasən "xxxx" MTK-nın xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış və qanuni təmsilçisi X19r. 25.xx.xx.2019-cu il tarixli № 200 saylı icazəyə əsasən, Bakı şəhəri, Xətai rayonu, 2942-ci məhəllə 4 girişli zirzəmili (bir hissəsi kürsülü), 10 (+mansarda) mərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhəri Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin xx.xx.2004-cü il tarixli 3175 nömrəli “İcazə” sənədi əsasında istismarına icazə verilmişdir. 26.xx.xx.2020-ci il tarixli akta əsasən, "xxxx" MTK-nın sahibkarı (təsisçisi) X20, "xxxx" MTK-nın təsisçisi X10, ünvan 4 ünvanında yaşayan X22, AR MN 951 saylı H/Hissədə yaşayan X15, ünvan 5 ünvanında yaşayan X4, ünvan 6 ünvanında yaşayan X8 iştirakı ilə akt tərtib edilərək imza edilmiş ünvan 7 ünvanında olan 4 girişli 10 mərtəbəli yaşayış binasının qeyd edilən ( 2 ədəd su nasosuişlək vəziyyətdə, 4 ədəd sərnişin lifti - işlək vəziyyətdə, 1 ədəd qaz QRP-si, 3-cü girişdə olan sanitar qovşaq orada yerləşən 2 ədəd işıq şitləri və 1 ədəd işıq tənzimləyici, 3-cü girişdə olan sanitar qovşaqda quraşdırılmış su sayğacı və su kartı, 2-ci girişdə olan texniki qovşaq və orada yerləşən rabitə şiti) avadanlıqlarını MMMC yaradıb, sakinlərə kommunal xidmət göstərmək üçün X18 təhvil verilmişdir. 27.xx.xx.2021-ci il tarixli № 1121-MM8-0211 qeydiyyat nömrəli “ünvan 10iyyətinin Nizamnaməsinin 3.3-cü bəndinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqlarının əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmçinin Nizamnamənin 5.2.1-ci bəndə əsasən Cəmiyyətin vəsaitləri mütləq ödənişlərdən, cəmiyyət üzvlərinin giriş və digər haqlarından və 5.2.3-cü bəndə əsasən çoxmənzilli binanın ümumi əmlakının istismarı, cari və əsaslı təmirin aparılması, ayrı-ayrı kommunal xidmətlərinin göstərilməsi üçün ayrılan subsidiyalardan, digər subsidiyalardan ibarətdir. 28.X3 X14 “Şəhadətnamə”yə əsasən “ünvan 10iyyəti Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 29.xx.xx.2021-ci il tarixli X1 Reyestridən Çıxarışa əsasən “ünvan 10iyyətinin fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir və qanuni təmsilçisi X24 olmaqla sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları və digər sənədlər “ünvan 10iyyətinin qeydiyyata alınmasının hüquqi əsasını təşkil edir. 30.xx.xx.2023-cü il tarixli X1 Reyestridən Çıxarışa əsasən “ünvan 10iyyətinin fəaliyyət predmeti və məqsədi yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir və qanuni təmsilçisi X24 (yenidən seçilmişdir) olmaqla ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarı və digər sənədlər “ünvan 10iyyətinin qeydiyyata alınmasının hüquqi əsasını təşkil edir. 31.Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada "xxxx"nin yaradılması haqqında sahə mülkiyyətçilərinin xx.xx.2020-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən 10 mərtəbəli 4 girişli və 9 qeyri-yaşayış sahəsindən ibarət 120 mənzilli 53 saylı yaşayış binasında "xxxx"nin yaradılması və s. məsələlər iclasın gündəliyini təşkil etmiş və qeyd edilən məsələlər üzrə Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada "xxxx"nin yaradılması, "xxxx" adlandırılması, Xətai-23 MMMC-nin Nizamnaməsinin təsdiq edilməsi və hüquq ünvanının ünvan 9 MMMC-nin 3 nəfərdən ibarət İdarə Heyətinin seçilməsi barədə yekdilliklə qərar qəbul edilmiş və cavabdehlərdən Cavabdeh4 və Cavabdeh1 qeyd edilən ümumi yığıncaqda iştirak etmişlər. 32.xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada "xxxx"nin (Xətai-25 MMMC)- nin mülkiyyətçilərinin ümumi yığıncağının qərarının protokoluna əsasən kommunal ödənişlərin müəyyən edilməsi məsələsi üzrə ümumi səs çoxluğunun 70%-ni təşkil edən mülkiyyətçilərin iştirakı ilə keçirilən iclasda 3 otaqlı mənzillər üzrə 20 manat, 4 otaqlı mənzillər üzrə 25 manat, qeyri yaşayış sahələri üzrə 50 manat, hər avtonəqliyyat üzrə 15 manat ödənilməsi və kommunal ödənişlərin tərkib hissəsi hesab edilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. 33.xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 10iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 3 №-li Protokoluna əsasən Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvanda mühafizə məntəqəsi, təhlükəsizlik kameraları şəbəkəsi, şlaqbaum və sensorlu işıqlandırma sisteminin qurulması layihəsinin həyata keçirilməsi və layihə dəyərinin 9498 manat hesablanması, hər mənzilə və qeyri-yaşayış sahəsinə 84 manat ödənilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. 34.xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 10iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 6 №-li Protokoluna əsasən Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvanda sıradan çıxmış su borularının yenilənməsi, kanalizasiya xəttlərinin bərpa olunması, yeni su nasosu alınması və quraşdırılması və layihənin ümumi dəyərinin 8780 manat hesablanması, hər mənzilə və qeyri yaşayış sahəsinə 80 manat ödənilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. 35.xx.xx.2024-cü il tarixli ünvan 11 ünvanı üzrə çoxmənzilli binada fəaliyyət göstərən “ünvan 10iyyətinin İdarə Heyətinin üzvlərinin yığıncağının qərarının 14 №-li Protokoluna əsasən xx.xx.2024-cü il tarixədək kommunal xərclərin tərkib hissəsi olan hər avto nəqliyyat vasitəsinə görə tətbiq olunmuş 15 manat ödənişin xx.xx.2024- cü il tarixdən etibarən ləğv edilməsi, bu ünvandakı yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışlarında göstərilən sahələr üzrə xx.xx.2024-cü il tarixdən etibarən vahid tarif sistemi ilə kommunal ödənişlərin ödənilməsi və bu ünvandakı yaşayış və qeyriyaşayış sahələrinin çıxarışlarında (müqavilə, order) göstərilən sahənin hər kv.m-ə görə xx.xx.2024cü il tarixdən etibarən 0.40 manat kommunal ödənişin tətbiq edilməsi barədə İdarə Heyətinin üzvləri və Nəzarət Təftiş Komissiyasının sədrinin iştirakı ilə yekdilliklə qərar qəbul edilmişdir. 36.xx.xx.2022-ci il tarixli “Razılaşma aktı”na əsasən "xxxx" MMC ilə “ünvan 10iyyəti arasındakı razılaşmaya əsasən ünvan 12 ünvanında yerləşən yaşayış kompleksində həyətdəolan su xətlərinin dəyişdirilməsinin lahiyələndirilməsi üçün 3000 (üç min) manat qiymət hesablanmışdır. 37.xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktı”ndan görünür ki, Kamera DS2CE16DOT2MP-16 ədəd, Monitor HDMİ 82, DVR 16 kanal, Projektor-15 ədəd, Sensor-5 ədəd, Şlaqbaum, Koroblar, CCTV Kabel, Montaj, quraşdırma, test və start “Setap.az” şirkəti tərəfindən “ünvan 10iyyətinin istifadəsinə verilmişdir. 38.xx.xx.2021-ci il tarixli № 089873 saylı müqaviləyə əsasən "xxxx" ASC ilə “ünvan 10iyyəti arasında elektrik enerjisinin alqısatqısı müqaviləsi bağlanmışdır. 39.xx.xx.2022-ci il tarixli № 45927069 saylı müqaviləyə əsasən "xxxx" ASC ilə "xxxx" MMMC arasında “Su təchizatı və tullantı suları haqqında” Qanuna və “Sudan istifadə Qaydaları”na uyğun olaraq müqavilə bağlanmışdır.
40. xx.xx.2023-cü il tarixli № ******* müqaviləyə əsasən "xxxx" MMC ilə "xxxx" MMMC arasında konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə əlaqədar müqavilə bağlanmışdır. 41."xxxx" MMC ilə "xxxx" MMMC arasında xx.xx.2022-ci il tarixli “Əməkdaşlıq haqqında razılaşma”ya əsasən Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə M.Hadi küçəsi 53 ünvanında yerləşən binalarda (cəmi 4) yaşayan sakinlərin xidmətlərlə ( fiber-oplik rabitə kanalı vasitəsilə 30 Mbit/s qədər sürətlə İnternet şəbəkəsinə qoşulma, İP TV (200 qədər televiziya kanalı), fiber optik rabitə kanalı vasitəsi ilə şəhər telefon nömrəsi) "xxxx" MMC tərəfindən təmin edilir. 42.Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sayayedə X9 və X17 X7 obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə № A-13115 “Çıxarış”a Çıxarış xx.xx.2022-ci il tarixdə “ünvan 10iyyətinə ondan ötrü verilmişdir ki, göstərilən hüquqi şəxs tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyata alınmışdır. 43.xx.xx.2022-ci il tarixli №36 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 20 iyun 2002-ci il tarixli, 224 saylı Sərəncamına əsasən “icarəçinin” (X20) xüsusi mülkiyyətində olan Xətai rayonu, Ukrayna meydanı 2942-ci məhəllədə yerləşən 16 mərtəbəli yaşayış binasının yarımçıq tikilisinin yerləşdiyi torpaq sahəsinin əvəzi ödənilməklə X11 müddətli istifadəsinə verilmişdir. 44.Məhkəmə iddia tələbini qismən əsaslı hesab edərək müəyyən etmişdir ki, ünvan 13 ünvanda yerləşən çoxmənzilli yaşayış binası “ünvan 10iyyəti tərəfindən idarə olunur. "xxxx" MMMC-nin Nizamnaməsi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Ümumi yığıncağın Qərarları ilə təsdiq edilmiş, (§30) 25 iyun 2021-ci il tarixli, No1121-MM8-0211 sayla AR ƏN-də qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində “X1 Reyestrindən Çıxarış verilmiş, (§27) həmin tarixdən adıçəkilən çoxmənzilli yaşayış binasının rəsmi idarəçiliyi "xxxx" MMMC-yə keçmişdir. xx.xx.2023-cü il tarixdə isə "xxxx" MMMC yenidən qeydiyyatdan keçməklə Çıxarış almışdır. (§28) Bundan əvvəl isə, yəni xx.xx.2020-ci il tarixə qədər həmin çoxmənzilli yaşayış binasının idarəçiliyi "xxxx" MTKərəfindən həyata keçirilmişdir. "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli Qərarının Protokoluna əsasən kommunal xidmətlərə görə aylıq ödənişlərin miqdarı 3 otaqlı məzillərə (118,5kv.m və 120,5kv.m) görə - 20 AZN; 4 otaqlı mənzillərə (148,5kv.m) görə - 25AZN; Qeyriyaşayış sahələrinə görə - 50AZN; Avtonəqliyyat (dayanacağı və mühafizə) üçün - 15AZN kimi müəyyən edilmişdir. (§31) xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 10iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 3 №-li Protokoluna əsasən binada mühafizə məntəqəsi, təhlükəsizlik kameraları şəbəkəsi, şlaqbaum və sensorlu işıqlandırma sisteminin qurulması layihəsinin həyata keçirilməsi və layihə dəyərinin 9498 manat hesablanması, hər mənzilə və qeyri-yaşayış sahəsinə 84 manat ödənilməsi barədə, (§32) xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 10iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 6 №-li Protokoluna əsasən binada sıradan çıxmış su borularının yenilənməsi, kanalizasiya xəttlərinin bərpa olunması, yeni su nasosu alınması və quraşdırılması və layihənin ümumi dəyərinin 8780 manat hesablanması, hər mənzilə və qeyri yaşayış sahəsinə 80 manat ödənilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. 45.Məhkəmə qeyd etmişdir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarındangöründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər... Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil- tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. 46.Məhkəmə qeyd olunan qərara istinad edərək Cavabdeh2 Qəhrəman oğlunun uzun müdətdir başqa yerdə işləməsi ilə əlaqədar həmin mənzildə yaşamaması ilə bağlı etirazını əsassız hesab edərək qeyd etmişdir ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). 47.Cavabdeh1 öz etirazında iddiaçının ümumiyyətlə hüquq qabiliyyəti olmadığını, Ümumi Yığıncağın qərarlarının legitim olmadığını qeyd etsə də, qeyd etdiyi halları sübuta yetirən hər hansı dəlili məhkəməyə təqdim etməmiş, eyni zamanda "xxxx" MMMC-nin qəbul etdiyi qərarları mübahisələndirməmişdir. Qeyd edilənlərlə yanaşı o, öz etirazında ümumi yığıncağın qərarının qəbul edilməsində iştirak etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. (§51) Hazırki halda, cavabdehlə iddiaçı arasında yazılı müqavilə olmasa da, ali orqan olan ümumi yığıncağın qərarı mövcuddur. Buna görə də, məhkəmə cavabdehin etirazını bu hissədə də əsaslı hesab etmir. 48.Cavabdehlər ayrı-ayrılıqda avtomobillərə görə ödəniş etməyə etiraz etdiklərini bildirmişdirlər. Məhkəmə iddia tələbini hər bir avtomobilə görə ödənilməli olan pul məbləğləri hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsində qeyd edilir ki, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ mövcuddur. "xxxx" MMMCnin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli Qərarının Protokoluna əsasən hər bir avtomobilə görə 15 manat ödənilməli olduğu qeyd edilsə də, məhkəmə araşdırması zamanı həmin avtomobillərin binanın ümumi həyətində saxlandığı, onların saxlanması, təhlükəsizliyi üçün MMMC tərəfindən hər hansı xüsusi xərc çəkilmədiyi (məs: yalnız avtomobillərə nəzarət etmək üçün mühafizəçi və s.), həyətdə saxlanmış avtomobillərə hər hansı ziyan, zədə dəydiyi halda MMMC-nin hər hansı maddi məsuliyyət daşımadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, avtomobillərin saxlanması üçün MMMC hər hansı xərc çəkmədiyinə görə ödəniş də tələb edə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə gedişi zamanı xx.xx.2024-cü il tarixli ünvan 11 ünvanı üzrə çoxmənzilli binada fəaliyyət göstərən “ünvan 10iyyətinin İdarə Heyətinin üzvlərinin yığıncağının qərarının 14 №-li Protokoluna əsasən xx.xx.2024-cü il tarixədək kommunal xərclərin tərkib hissəsi olan hər avto nəqliyyat vasitəsinə görə tətbiq olunmuş 15 manat ödənişin xx.xx.2024-cü il tarixdən etibarən ləğv edilməsi, haqda qərar qəbul edilmişdir. (§34) Eyni zamanda Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddənin mətnindən də göründüyü kimi, kommunal xidmətlərə avtomobilin həyətdə saxlanmasına görə ödəniş haqqı daxil deyil. 49.Məhkəmə iddia tələbini Cavabdeh3 xx.xx.2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər olan dövr üçün mənzilər, 3 qeyriyaşayış yerinə, 2 ədəd avtomobilə görə, Ümumi yığıncağın xx.xx.2021ci il və xx.xx.2022-ci il tarixli qərarlarında nəzərdə tutulan ödənişlərə görə, ümumilikdə 12778 (on iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində kommunal ödənişlərin tələb edilməsi hissəsində qismən əsaslı hesab edərək mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı qeyd edilən sahələrin cavabdehə aid olduğunu sübuta yetirə bilməmiş, cavabdehin nümayəndəsi (vəkili) isə yalnız bir dörd otaqlı mənzilin cavabdehə məxsus olduğunu etiraf etmişdir. (§19) Məhkəmə iddia tələbini Cavabdeh3 Qəhrəman qızından 12778 (on iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində kommunal xidmət haqlarının tutulması hissəsində qismən əsaslı hesab edir. Beləliklə, iddia tələbi Cavabdeh3 Qəhrəman qızın xx.xx.2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər olan dövr, yəni 43 ay üçün 4 otaqlı mənzilin komunal ödənişinə(43x25=1075), Ümumi yığıncağın xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarında nəzərdə tutulan ödənişlərə (84 manat, 80 manat – 1075+84+80=1239) görə ümumilikdə 1239 manat hissədə əsaslıdır və təmin edilməlidir. 50.Məhkəmə iddia tələbini Cavabdeh1 avtomobillərə və mənzilə görə 805 (səkkiz yüz beş) manat kommunal ödəniş hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin mənzilə görə yalnız 2024-cü ilin iyul ayında ödəniş etmədiyi məlum olmuşdur. Məhkəmə avtomobillərlə bağlı ödənişlər hissəsində iddia tələbini əsassız hesab etdiyindən, Cavabdeh1 2 üç otaqlı mənzilə görə 40 manat kommunal ödənişin tutulmasını əsaslı hesab etmişdir. 51.Məhkəmə yuxarıda şərh olunanlara əsasən iddia tələbini Cavabdeh4 xx.xx.2023-cü il tarixindən 2024-cü ilin iyul ayına qədər olan dövr üçün dörd otaqlı mənzil 2 ədəd avtomobilə görə 495 (dörd yüz doxsan beş) manat kommunal ödənişlərin tələb edilməsi hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, Cavabdeh4 dörd otaqlı mənzilə görə 225 manat kommunal ödənişin tutulması əsaslıdır. 52.Məhkəmə iddia tələbini Cavabdeh2 Qəhrəman oğlundan xx.xx.2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər olan dövr üçün dörd otaqlı mənzilə Ümumi yığıncağın xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarında nəzərdə tutulan ödənişlərə görə, ümumilikdə 1239 (min iki yüz otuz doqquz) manat məbləğində kommunal ödənişlərin tələb edilməsi hissəsində əsaslı hesab edərək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən 2024-cü ilin iyul ayına qədər olan dövr, yəni 43 ay üçün 4 otaqlı mənzilin komunal ödənişinə (43x25=1075), Ümumi yığıncağın xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarında nəzərdə tutulan ödənişlərə (84 manat, 80 manat – 1075+84+80=1239) görə ümumilikdə 1239 manat hissədə əsaslıdır və təmin edilməlidir. 53.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 45.5, 45.6, 119.1, 121.1-121.3, 122.1, 122.1.3, 122.1.4, 122.1.6, 122.3, 122.4, 125.1, 125.2, 125.2.4, 136.2, 136.2.1, 136.2.2, 136.3, 136.4, 137.4, 137.5, 137.10, 140.1, 140.2, 142.1-ci; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına; “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 82.3, 88, 89.1, 89.3, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
54.Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamədə ondan tutulmalı olan məbləğin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 55.Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etirazla eyni qaydada əsaslandırılmış, qeyd olunmuşdur ki, o özü və ailəsi hazırda ünvan 14 ünvanında yaşayırlar. ünvan 15 ailəsinə məxsusdur, binanın mansardında yerləşir, orada heç bir yaşayış yoxdur. Mənzildə yaşayışın olmaması kommunal xidmətlərdən (Azərişiq) sərfiyyat hesabatı ilətəsdiq edilmişdir. 2021-ci ilin avqust ayından başlayaraq dəfələrlə "xxxx" MMMC-yə Xətai rayonu M.Hadi küçəsi 2942-ci məhəllə, ev 53 , mənzil 81a -da heç bir yaşayışın olmamasını, mənzilin mansard tipli olmasını, şəhid ailəsi olduqlarını şifahi olaraq (Emin Zahidli) rəhbərliyinə vəəməkdaşlarına bildirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 56.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
57.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 58.İş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkməməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 59.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 60.Maddə 45.5.Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 61.Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 62.Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 63.Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 64.Maddə 121.2. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır. 65.Maddə 121.3. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıbsa, onun yaradıldığı binanın (binaların) sahəsini əldə edən şəxslərin sahəyə mülkiyyət hüququ əmələ gəldikdən sonra cəmiyyətin iştirakçısı olmaq hüquqları vardır. 66.Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 67.Maddə 122.1.3.Cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 68.Maddə 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 69.Maddə 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 70.Maddə 122.3.Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 71.Maddə 122.4.Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 72.Maddə 125.1.Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 73.Maddə 125.2.Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 74.Maddə 125.2.4.Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 75.Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 76.Maddə 136.2.1.Çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 77.Maddə 136.2.2. Kommunal xidmətlərə görə haqq. 78.Maddə 136.3.Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir 79.Maddə 136.4.Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 80.Maddə 137.4.Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 81.Maddə 137.5.Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 82.Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 83.Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 84.Maddə 140.2. Çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi vəzifəsi həmin binanın bütün sahə mülkiyyətçilərinə binanın sahələrinə mülkiyyət hüququnun yarandığı andan şamil edilir. Çoxmənzilli binanın sahəsinə mülkiyyət hüquqları keçdikdə, çoxmənzilli binanın əsaslı təmiri üzrə xərclərin ödənilməsi üzrə əvvəlki mülkiyyətçinin öhdəlikləri yeni mülkiyyətçiyə keçir. 85.Maddə 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 86.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 87.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 88.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
89.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 90.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarınınəzərə almaqla qeyd edir ki, qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti verdiyindən hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 aid qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İddiaçı və digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
91.Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 92.Belə ki, işin fakitki halları ondan ibarətdir ki, ünvan 13 ünvanda yerləşən çoxmənzilli yaşayış binası “ünvan 10iyyəti tərəfindən idarə olunur. "xxxx" MMMC-nin Nizamnaməsi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Ümumi yığıncağın Qərarları ilə təsdiq edilmiş, 25 iyun 2021-ci il tarixli, No1121-MM8-0211 sayla AR ƏN-də qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində “X1 Reyestrindən Çıxarış verilmiş, həmin tarixdən adıçəkilən çoxmənzilli yaşayış binasının rəsmi idarəçiliyi "xxxx" MMMC-yə keçmişdir. xx.xx.2023-cü il tarixdə isə "xxxx" MMMC yenidən qeydiyyatdan keçməklə Çıxarış almışdır. Bundan əvvəl isə, yəni xx.xx.2020-ci il tarixə qədər həmin çoxmənzilli yaşayış binasının idarəçiliyi "xxxx" MTKtərəfindən həyata keçirilmişdir. "xxxx" MMMC-nin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli Qərarının Protokoluna əsasən kommunal xidmətlərə görə aylıq ödənişlərin miqdarı 3 otaqlı məzillərə (118,5kv.m və 120,5kv.m) görə - 20 AZN; 4 otaqlı mənzillərə (148,5kv.m) görə - 25AZN; Qeyri-yaşayış sahələrinə görə - 50AZN; Avtonəqliyyat (dayanacağı və mühafizə) üçün - 15AZN kimi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 10iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 3 №-li Protokoluna əsasən binada mühafizə məntəqəsi, təhlükəsizlik kameraları şəbəkəsi, şlaqbaum və sensorlu işıqlandırma sisteminin qurulması layihəsinin həyata keçirilməsi və layihə dəyərinin 9498 manat hesablanması, hər mənzilə və qeyriyaşayış sahəsinə 84 manat ödənilməsi barədə, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai rayonu, 2942-ci məhəllə ev 53 saylı ünvan üzrə çoxmənzilli binada “ünvan 10iyyətinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının 6 №-li Protokoluna əsasən binada sıradan çıxmış su borularının yenilənməsi, kanalizasiya xəttlərinin bərpa olunması, yeni su nasosu alınması və quraşdırılması və layihənin ümumi dəyərinin 8780 manat hesablanması, hər mənzilə və qeyri yaşayış sahəsinə 80 manat ödənilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir. 93.İddiaçı "xxxx" MMMC-nin Cavabdeh2 qarşı yönəlmiş tələbi 01.012021-ci il tarixdən xx.xx.2024cü il tarixədək ödənilməmiş kommunal xidmətlərə görə aylıq xidmət haqqının ödənilməsindən ibarətdir. 94.Məhkəmə kollegiyası mübahisələndirilən hissədə məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər... Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənziltikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil- tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. 95.Göründüyü kimi Mənzil Məcəlləsinin 137.10-cu maddəsinin tələbinə əsasən cavabdehin həmin mənzildə yaşamaması yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas təşkil etmir. 96.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 97.Beləliklə məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(011)-4588/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 98.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edili r ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 99.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 100.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 101.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 Qəhrəman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(011)-4588/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov