Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1522/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şixan oğlunun cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı ("xxxx" X8 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı Şixan oğlunun nümayəndəsi və vəkili Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(004)-5066/2023 saylı qətnaməsindən İddiaçı Şixan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-cu il tarixli, 2 (103)-4305/2022 saylı icra vərəqəsinə əsasən tələb üzrə tutma cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 a saylı evin, 32 saylı mənzilinə yönəldilmiş, əmlakın ilkin satış qiyməti 236.000 manat müəyyən edilmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2 (103)- 4305/2022 saylı İcra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilin satışının təmin olunması "xxxx" MMCyə sifariş edilmişdir. 2.İddiaçı keçirilmiş hərracların qanunsuz olduğunu, ona malumat verilmədiyini blldirərək hazırki tələbmə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Şixan oğlu cavabdehlər "xxxx" MMC-yə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı ("xxxx" X8 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair keçirilmiş hərracların və nəticələrin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Daha sonra, İddiaçı Şixan oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair keçirilmiş hərracların nəticəsi olan 211/23 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekun protokolunun, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-cu il tarixli, 2 (103)-4305/2022 saylı İcra vərəqəsinə əsasən cavabdeh X4 xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı kredit razılaşması üzrə 163 894,78 (bir yüz altmış üç min səkkiz yüz doxsan dörd manat 78 yetmiş səkkiz qəpik) məbəğində kredit borcu 30 manat Məhkəməyə verilmək üçün ödənilmiş dövlət rüsumu və DƏDRX-nə çəkilmiş 40 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi və qeyd edilən borc tələbinin ipoteka predmeti olan İddiaçı Şixan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə yönəldilmişdir. İpoteka predmeti olan İddiaçı Şixan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə 236000 (iki yüz otuz alt min) manat ilkin satış qiyməti qoyulmuşdur. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borcluların qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrasının təmin edilməsindən ötrü Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində № 8934-160799/2023-5-34 saylı məktubla İpoteka predimeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a- da yerləşən 32 saylı mənzili, Açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin kredit borcunun qaytarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Məlum iqtisadi kriz nəticəsində manatın devalivasiya olaraq məzənnəsinin düşməsi, yaranmış işsizilik, maddi sıxıntılar və borclunun ani səhhəti ilə əlaqədar olaraq yaranmış vəziyyət səbəbi ilə qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosesləri zamanı çətinliklər yaranmış və bu haqda "xxxx" Kommersiya Bankı ASC-yə təsdiqedici sənədlərlə Birlikdə dərhal məlumat verilsə də heç bir ortaq razılığa gəlinilməsinə dair cəhdlər Bank tərəfindən qarşılanmamışdır. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində № 8934-160799/2023-5-34 saylı məktubla İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzili, Açıq hərrac vasitsəi ilə realizə edilərək tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin kredit borcunun qaytarılması üçün "xxxx" MMC-yə sifariş vermişdir. Bundan savayı Sifariş məktubunda “ipoteka haqqında” qanunda qeyd edilən ipoteka predmetinə məxsus əmlaklar barədə məlumatlar (Elanda və bildirişdə hərracın vaxtı, veri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, təmir vəziyyəti, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat dolğun göstərilməmiş və bu da alıcı kütləsinin olmamasına, naraqsızlığa və alıcının hansı əmlakı almalı olduğu barədə təsəvvürsüzlüyə gətirib çıxarmaqla nəticələnib. Hesab edir ki, bu sifariş üzrə dolğun olmayan məlumat olduğu üçün etibarsiz hesab edilməli və 2(103)-4305/2022 saylı, xx.xx.2022-cu il tarilxi İcra Vərəqəsinə uyğun olaraq əmlakın identifik əlamətləri alıcı kütləsinin çoxluğu üçün dolğun tərtib edilməli və tərəflərin istəyinə uyğun başqa hərrac təşkilatına göndərilməlidir. Natamam poçt qəbzi əldə etmişdirlər ki, burada da qəbul edilmə vaxtı qeyd edilməyib. Verilmiş sifariş əsasında ixtisaslaşdırılmış hərrac təşkilatı olan "xxxx" MMC, sifarişi “İpoteka haqqında” Azərbaycan Respubliksının qanunun və digər qanunvercilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bunlarla yanaşı ipoteka qoyan olaraq konstition hüquqlarından məhrum edilmişdir. “İpoteka haqqında” AR-sının qanunun 42-ci maddəsinə əsasən “Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişinin alındığı gündən isə 30 təqvim günündən gec olmayaraq keçirilir” KİV də və öz saytlarında elanlar verilməli olduğu halda öz saytlarında heç bir elan verilməmişdir. İlk hərrac xx.xx.2023-cü il tarixində saat 11:00-da olmuş amma elanları (keçirimə və baş tutmama barədə) olmamışdır. Təkrar hərrac xx.xx.2023-cü il tarixində saat 11:00-da olmuş amma elanları (keçirimə və baş tutmama barədə) olmamışdır. Hərrac Mərkəzinə keçirilmiş hər iki hərraclar barədə və alıcı olub-olmaması barədə sorğu verilmiş və xx.xx.2023-cü il tarixli, 211/23 saylı cavab məktublarına əsasən hərracın keçirildiyini və alıcı olmadığı üçün artıq hərracın yekunlaşdığı barədə rəsmi cavab vermişlər. “İpoteka haqqında” AR-nin qanunun 43.2-ci maddəsinə əsasən bu qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 (üç) təqvim günü gec olmayaraq dərc etdirilir. Buna baxmayaraq hec bir hərracın baş tutmaması barədə elan belə verilməmişdir ki, qeyd edilən qanunun 43.2-ci maddəsinin tələbi kobud pozulmuşdur. Təkrar hərrac barədə məlumatsız olmuşdur. Həmçinin hərrac bildirşlərinin ipoteka qoyana göndərilmə qəbul haqqında hər hansı qəbz olmamışdır. Beləki hərracın açıqlığı ilə yanaşı konstition hüquqları pozulmuşdur. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirlməmişdir. Xüsusən qeyd edir ki, qeyd etdikləri ilə yanaşı ona və ünvanına hec bir hərrac keçirilməsi ilə bağlı bildiriş, hər hansı sənəd, məktub daxil olmamışdır. Nəsimi rayonu İcra və probasiya şöbəsindən edilmiş müraciətlə ondan xəbərsiz ona məxsus əmlakın guya banka satılacağını demişlər, “Gələcəyi kim bilər ki, əmlak satılmayacaq”. Bu yanaşmadan bəlli olur ki, bank əmlakın alıcı kütləsi olmamasında və ucuz qiymətə almasında bununla da borclunun əlavə yüklənməsində maraqlıdır. Əmlak yüksək qiymətə alınsa borc da bağlanacaq və mülkiyyətçiyə əlavə fərq də ödəniləcək. Göstərilənlərə və qanunvericilik normalarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracların nəticələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyindən, hərracların hazırlanması, müddətləri və keçirilmə qaydası pozulduğundan, ipoteka saxlayana məlumat verilmədən keçirildiyindən, birinci hərrac və təkrar hərracların baş tutmaması barədə elanlar verilmədiyindən keçirilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hərraclar və nəticələri etibarsız sayılmalıdır. 6.Məhkəmə iclasında İddiaçı Şixan oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddianın əsasını İddiaçı Şixan oğlunun qanunvericilikdə müəyyən edilmiş qaydada hərracın keçrilməsi barədə məlumatlandırılmaması və qiymətləndirilmənin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun aparılmaması təşkil edir. 7.Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X8 Səhmdar Cəmiyyəti nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Cavabdeh "xxxx" MMC tərəfindən Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əlavə edilmiş hərrac sənədlərindən görünür ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsinə dair bildirişlər ipoteka qoyana göndərilmiş, bununla bağlı poçt qaimələri də əlavə edilmişdir. İpoteka qoyan həmin qaimələri imzalamaqla bildirişləri qəbul etmişdir. Həmçinin həmin sənədlərdən də görünür ki, Market qəzetində birinci hərracın keçirilməsi və baş tutmaması, təkrar hərracın keçirələcəyi və baş tutmaması barədə elanlar verilmiş, qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 dekabr 2023-cü il tarixli, 2(004)-5066/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Kərim Xudayev) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı Şixan oğluna aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 9.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4305/2022-saylı, xx.xx.2022-cu il tarixli icra vərəqəsinə əsasən X4 163.894,78 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilməlidir. 10.Həmçinin həmin icra vərəqəsində tələb üzrə tutma cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 a saylı evin 32 saylı mənzilinə yönəldilmiş, əmlakın ilkin satış qiyməti 236.000 manat müəyyən edilmişdir. 11.Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-4305/2022-saylı, xx.xx.2022-cu il tarixli İcra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilin satışının təmin olunması "xxxx" MMC-yə sifariş edilmişdir. 12."xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 11 avqust 2023-cü il tarixli 211/23 nömrəli bildirişin surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair hərracın keçirilməsi 07 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. 13.Sifarişli poçt zərfinin surətindən görünür ki, İddiaçı keçiriləcək ilkin hərracın vaxtı və yeri barədə göndərilmiş bildiriş zərfi çatdırılmış və xx.xx.2023-cü il tarixdə imzalanaraq təhvil alınmışdır. İkinci həraacın vaxtı və yeri barədə göndərilmiş bildiriş isə zərfdə tarix göstərilməsə də, imza edilməklə təhvil alınmışdır. 14.“Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətindən görünür ki, ilkin satış qiyməti 236000 manat olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair açıq hərracın keçirilməsinin 07 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. 15."xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 08 sentyabr 2023-cü il tarixli 211/23 nömrəli bildirişin surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar hərracın keçirilməsi 27 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. 16.“Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətindən görünür ki, təkrar hərracın satış qiyməti 200600 manat olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar açıq hərracın keçirilməsinin 27 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. 17.“Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətindən görünür ki, 27 sentyabr 2023-cü il tarixdə keçirilən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar hərrac baş tutmaşdır. 18."xxxx" MMC-nin 26 oktyabr 2023-cü il tarixli Hərracın nəticələri haqqında yekun protokolundan müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin 8934-160799/2023-5-34 saylı xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 a saylı evin 32 saylı mənzilin ilkin satış qiyməti 236000 manat olmaqla hərracaçıxarılmışdır. Əmlak 150450 manata "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. 19.Məhkəmə iddianın təmin edilməməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərlə hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə həmçinin iddia ərizəsində də göstərilən hüquqi ünvanı üzrə bildiriş göndərilməsi təsdiq edilir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, İddiaçı mülkiyyətində olan əmlakın ilkin satış qiymət 236000 manat olmaqla hərraca çıxarılmış və keçirilən 2 hərrac baş tutmadığına görə alıcı "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən 150450 manata alınmışdır. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. 20.Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 414.2, 414.3, 414.5, 416.1, 416.2; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 42.6, 44; “İcra haqqında” Qanunun 51.1, 53.2, 61.1, 61.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 82.3, 218.3, 217.4, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.İddiaçı Şixan oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Hərrac Mərkəzi MMC tərəfindən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc edilməmiş, (qəzet elanları tam deyil) “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. İpoteka bildirşlərinin ipoteka qoyana çatdırılmamışdır. Belə ki hərrac təkilatı mənbəsi müəyyən olunmayan, naməlum hazırlanmış bir siyahi təqdim etmiş və sənəddə bildirişin göndərilməsi məlum deyil, hətta poçtun SS (məktubun izlənməsi kodu) kodu belə yoxdur. Bu isə sifarişli poçt üsulu ilə deyil məktubun ipotekasaxlayana gondərilməməsini təsdiqləyir. Görünür ki, bu hərraclar faktiki keçirilməməklə yanaşı formal olsa belə düzgün səndləşmə olmamışdır. Belə ki, ipotekasaxlayan əmlakını özü ala bilər və ya alıcı tapıb yüksək qiymətə satıb borcunu bağlatdırmaqla qalıq fərqlə özünə bir yaşayış imkanı yarada bilərdi. Görünür ipotekasaxlayana və hərraca əmlakın 15% və 25%-lə aşağı realizəsi maraqlı olmuşdur. Bu haqda Yasamal rayon Məhkəməsinə müşayətedici sənədlər, vəsatətlər və ərizələr təqdim edilsə də araşdırılmamışdır. X7 tərəfindən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac keçirilməli olduğu halda icra və hərrac prosesləri kobud pozulması ilə hərrac keçirib yekunlaşdırmışdır. Bununla da “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 62-ci maddəsinin tələbləri də kobud və aşkar olaraq pozulmuşdur. Belə ki, Hərrac mərhələsi də icra mərhələsinə aiddir. Goründüyü kimi Yasamal Rayon Məhkəməsi proses zamanı Nəsimi rayon İcra və Probasiya şöbəsindən və Bakı Hərrac Mərkəzindən sənədləri istədikdə müəyyən olmuşdur ki, Nəsimi rayon icra şöbəsinin qərarları və sənədləşməsində prosesual qaydalar pozulmuş və ipoteka qoyan məlumatsız qalmışdır. Hərrac Mərkəzi və Nəsimi rayon İcra və Probasiya Şöbəsi hərracın keçirilmə qaydasını dəfələrlə, açıq və kobud formada pozmuşdur. Hərrac Mərkəzi tərəfindən ilkin hərracın və təkrar hərrac baş tutmaması da və baş tutmama elanı, səbəbi verilməmiş, ipotekasaxlayan olaraq onların israrından sonra bütün nöqsanlar ortaya çıxmışdır. Hər dəfə aşkar pozuntularla hərrac keçirilmiş və hərrac təşkilatı və İcra şöbəsi prosesəsə gəlməmiş və hərracın etibarsızlığı barədə iddia tələbi təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı Şixan oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətnin müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 26.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, verilmiş apellyasiya şikayəti formal xarakter daşımaqla, işin icrasını yubatmaq məqsədi daşıyır. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, iddiaçının ünvanına poçt vasitəsilə bildirişlər göndərilmiş, qəzetdə elanlar yerləşdirilmişdir. 27.Cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi, həmçinin, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh "xxxx" MMC məhkəmə iclasına iştirakları olmadan baxılmasının xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 29.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 30.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 31.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 32.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 33.Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 34.Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 35.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 36.Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 37.Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 38.Maddə 43.7-1.Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 39.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 40.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası iddiaçının və 3-cü şəxsin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 49.“F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 50.Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. 51.Kollegiya qeyd edir ki, 07 sentyabr 2023-cü il tarixdə keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamış, təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. 52.İddiaçının hərracın keçirilməsinə dair bildirişlərin ona göndərilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə bildiriş göndərilmiş, bildirişlər həmin ünvandan qəbul edilmişdir. Bununla yanaşı hərracın keçirilməsi ilə bağlı elan “Market” qəzetində elanlar dərc olunmuşdur. 53.Alıcı olmadığına görə təkrar hərrac da baş tutmamış, bu barədə “Market” qəzetində elan verilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ASC-yə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 150450 manata almağı təklif etmişdir. 54.Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi, hərracın keçirilməsindən məlumatsız olması ilə bağlı dəlilləri əsassız olmaqla, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər qəbul edilmiş, o cümlədən hərracla bağlı qəzetlərdə elanlar verilmişdir. 55.Kollegiya qeyd edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə bildirişlərin göndərilməməsinə dair iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. 56.Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Buna görə də kollegiya hesab edir ki, hazırkı iddia əsassız olmaqla məhkəmə qətnaməsinin icrasını gecikdirməyə yönəlmişdir. 57.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 58.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 59.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Şixan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(004)-5066/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdiyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1522/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1522/2024
28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver