Məhkəmə qərarları › İş №2(103)-1529/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1529/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1529/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 1083.51 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş №e-2(008)-2045/20) iddia təmin olunmuşdur. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus digər Cavabdeh1 tərəfindən idarə olunan **-RJ-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil vasitəsi ilə xx.xx.2019-cu il tarixdə “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-KT-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşı tərəfindən xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və sürücü təqsirli bilinmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-KT-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6433.51 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən 450 manat azadolma çıxılmaqla dəymiş ziyana görə 6083.51 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtomobilin təmiri üçün “xxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən “xxxx” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 5000 manat məbləğində sığorta ödənişi “xxxx” ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 1083.51 manat məbləğində vəsaitin “xxxx” ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə dəymiş ziyana görə 1083.51 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, X1 məxsus **-KT-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtonəqliyyat vasitəsi iddiaçı “xxxx” ASC-də xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi 45.000 manat sığorta məbləğində (şərtsiz azadolma 100 manat) sığortalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokoldan, xx.xx.2019-cu il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə saat 07:55 radələrində **-RJ-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozmuş, nəticədə **- KT-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtomobilə zərər dəymişdir. Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Bakı şəhər BPİ Dövlət X3 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 046-822 №-li arayışdan, “Avtomobilin keçirilən texniki baxış və aparılan təmiri haqqında Mİ-86074 nömrəli xx.xx.2019-cu il tarixli aktdan, “xxxx” MMC tərəfindən tərtib edilmiş Mİ-86074 nömrəli xx.xx.2019-cu il tarixli hesabdan, xx.xx.2019-cu il tarixli sığorta aktından, xx.xx.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktından aydın olur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-KT-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinin sahibi X1 maddi ziyan dəymişdir, nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər 6433.51 manat təşkil edir və həmin məbləğ “xxxx” ASC tərəfindən 450 manat azadolma çıxılmaqla dəymiş ziyana görə 6083.51 manat məbləğində sığorta ödənişi zərərçəkən avtomobilin təmiri üçün “xxxx” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ona münasibətdə ləğv olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan avtomobil etibarnamə ilə digər Cavabdeh1 istifadəsinə verilmiş, həmin şəxs etibarnamə əsasında avtomobili idarə edərkən yol nəqliyyat hadisəsini törətmiş və qarşı tərəfə mövcud ziyan dəymişdir. Deməli, məhkəmə zərərin əvəzini onu vuran şəxsin üzərinə qoymal idi, lakin qanundan kənara çıxaraq mənim də üzərimə mənə aid olmayan məsuliyyət qoymuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə sığorta ödənişinin subroqasiya qaydasında hər iki cavabdehdən tutulması qət edilsə də, cavabdehlərdən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni yalnız özünə münasibətdə (ona aid hissədə) mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh2 aid hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə pul tutulmasına dair hissədə ləğv olunmalı və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, “Opel Astra” Minik markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olmuş və o, xx xxxxxx 2018ci il tarixdə Cavabdeh1 həmin nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında 1 il müddətində qüvvədə olan etibarnamə vermişdir. xx xxxxxx 2019-cu il tarixdə, yəni həmin etibarnamə qüvvədə olan zaman sığortaolunana zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil inzibati xəta törətmiş Cavabdeh1 tərəfindən qanuni əsaslarla idarə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinin tələbinə görə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya məhkəməsi subroqasiya qaydasında pul tələbinə dair iddianı təmin edərkən adı çəkilən normalara istinad etsə də, həmin normaları Cavabdeh2 münasibətdə düzgün tətbiq etməmiş və nəticədə apellyasiya qaydasında mübahisələndirilən hissədə yanlış nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsi zərərin əvəzinin ödənilməsi vəzifəsinin eyni vaxtda həm mülkiyyətçinin, həm də avtomobili qanuni əsasla idarə edən şəxsin üzərinə deyil, onlardan yalnız birinin üzərinə qoyulmasını nəzərdə tutur. İşdən göründüyü kimi, yol nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh1 avtomobili qanuni əsaslarla idarə etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi dəymiş zərəri Cavabdeh1 ilə yanaşı Cavabdeh2 da tutmaqda haqlı olmamışdır. Bu səbəbdən də Cavabdeh2 münasibətdə (ona aid hissədə) qətnamə ləğv edilərək həmin hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh2 “xxxx”Açıq Səhmdar Cəmiyyətinin xeyrinə sığorta ödənişinin və dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin. İddiaçı “xxxx” ASC-nin Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar