Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1536/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun əvəzləşdirılməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Birliyin nümayəndəsi X4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona 2021-ci il üçün əlavə hesablanmış 1.223 kub.metr təbii qazın onun (iddiaçının) adına olan “Abonentin saldosundan” silinməsi, 2017-2020-ci illər ərzində faktiki istifadə etdiyi təbii qazın dəyərindən əlavə ödədiyi 2.569 kub.metr təbii qazın, xx.xx.2022ci il tarixdən etibarən istifadə etdiyi qazın hesabatına daxil edilərək, 2022-ci il ərzində istifadə etdiyi qazın həcmi ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus və Bakı şəhəri, Xan Şuşinski küçəsi, 32 “B” ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı olaraq binanın xaricində, yəni küçədə Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır. Sonuncu dəfə iddiaçı ilə cavabdeh Birlik arasında xx.xx.2020-ci il tarixdə 01-64 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilə” bağlanmış və Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən həmin ünvana **********00020 nömrəli abonent kodu verilmişdir. Həmin ünvan həm faktiki, həm də rəsmi olaraq fərdi yaşayış evi olmasına, iddiaçının ailə üzvləri ilə birgə orada yaşamasına baxmayaraq, cavabdeh Birliyin əməkdaşları qazdan istifadəyə görə ödənişi hesablayarkən sözügedən ünvanı qeyri-yaşayış sahəsi kimi qeydiyyata almış və buna uyğun olaraq borcu iki qat hesablamışlar. 2016-cı ildə cavabdeh Birliyin əməkdaşları tərəfindən iddiaçıya bildirilmişdir ki, iddiaçının yaşadığı evin təyinatı “əhali” yox, “qeyri-əhali”, yəni ofis kimi qeydiyyata alınmışdır. 2020-ci ildə isə cavabdeh Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, evin təyinatını artıq “əhali” kimi qeydiyyata almışlar. Göründüyü kimi, iddiaçı, həmin illər ərzində qazın qiymətini ikiqat ödəmişdir. Bunun da səbəbi onun evinin təyinatının yaşayış sahəsi kimi deyil, qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması olmuşdur. İddiaçının hesablamalarına əsasən, yuxarıda qeyd edilən səbəbdən cavabdeh Birliyə ödədiyi artıq vəsait toplam olaraq təxminən 320 manat civarındadır. 2020-ci ildən isə ondan alınan ödənişin qanunsuz olması bəlli olub. Həmin məbləğ artıq məbləğ kimi onun tərəfindən Birliyə, Birliyin əməkdaşlarının səhvi ucbatından ödənilsə də, Birlik bunu nəzərə almamış, artıq ödənilmiş məbləği nə qaytarmamış, nə də ki, təbii qazdan mövcud istifadəyə görə yaranmış borcları əvəz etməmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya 116,90 manat dəyərində pulsuz təbii qazın verilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
4. İş üzrə cavabdeh Birliyin buna səlahiyyəti olan nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını öhdəlik hüquq münasibətləri təşkil etdiyi halda, Rayon Məhkəməsi səhv qənaətə gələrək, iddianın əsasını əsassız varlanmadan irəli gələn münasibətlər kimi müəyyən etmişdir. Bu səbəbdən əsassız olaraq iddia müddətinin tətbiqi barədə ərizəni təmin etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən bir neçə dəfə iddia tələbi dəyişdirilmişdir. Lakin bu barədə ərizələri prosessual hüquq normasının tələbinə uyğun vaxtda verilməməsi Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən tələb dəyişdirilərək tamamilə yeni tələb irəli sürülsə də, Rayon Məhkəmə tərəfindən buna səhvən “iddia tələbinin həcminin dəyişdirilməsi” kimi yanaşılmışdır. Nəticədə Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
6. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
7. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
8. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birlik isə Rayon Məhkəməsinin iddia tələbinin bir qisminin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
12. Odur ki bunu, MPM-nin 372.6-cı maddəsinin tələblərini, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
13. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı özünə məxsus və Bakı şəhəri, Xan Şuşinski küçəsi, 32 “B” ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur və bununla bağlı olaraq binanın xaricində, yəni küçədə Birlik tərəfindən qaz sayğacı quraşdırılmışdır. Sonuncu dəfə iddiaçı ilə cavabdeh Birlik arasında xx.xx.2020-ci il tarixdə 01-64 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilə” bağlanmış və Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən həmin ünvana **********00020 nömrəli abonent kodu verilmişdir.
15. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, **********00020 saylı hesab kodu xx.xx.2016-cı il tarixli “SOCAR********************768” saylı xidməti yazıya əsasən “əhali tarifi”ndən “qeyri-əhali tarifi”nə, xx.xx.2020-ci il tarixli “SOCAR**********31420054X00477” saylı xidməti yazıya əsasən isə yenidən “əhali tarifi”nə keçirilmişdir.
16. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, istehlakçı olan iddiaçının “Abonent saldosu” təhlil olunarkən əhali abonenti kimi 2010-cu ildən qeydiyyatda olmasına baxmayaraq, 02.2017-ci il tarixindən 02.2020-ci il tarixinədək istehlak edilən təbii qazın dəyərinin Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən əhali istehlakçıları üçün müəyyən edilən limit və bir kub metr üçün 0,10 manatla deyil, illik qaz sərfi Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilmiş qeyri-əhali abonentləri üçün müəyyən edilmiş bir kub metr üçün 0,20 manatla hesablanaraq abonent hesabına daxil edildiyi, bu hesabata dair Cavabdeh tərəfindən sənəd təqdim edilmədiyi müəyyən olunmuşdur. Araşdırma zamanı 2020-ci ilin oktyabr ayında sonuncu dəfə Birliyin nümayəndəsi tərəfindən qaz sayğacına sonuncu dəfə baxış keçirildiyi, həmin tarixə sayğac göstəricisinin abonent saldosunda 483 kub metr qeyd olunduğu, Agentliyin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixində yerində baxış keçirilərkən isə sayğac göstəricisinin 3.061 kub metr olduğu məlum olmuşdur. Göründüyü kimi, 2020-ci ilin noyabr ayından bu günədək Birliyin nümayəndəsi tərəfindən qaz sayğacına baxış keçirilməmiş, sayğacın üzərində qalan 2.578 kub metr qaz sərfi abonent hesabına daxil edilməmişdir.
17. İddiaçının adına olan (abonent kodu: **********00020) “Abonentin saldosundan” görünür ki, 2019-cu ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər iddiaçı tərəfindən istehlak edilmiş təbii qaza görə 472,40 manat məbləğində borc hesablanmışdır.
18. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6478/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının təmin edilməsi, İddiaçı 472,40 manat məbləğində pulun tutularaq İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir.
19. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə İstehsalat Birliyi tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı 2019-cu ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər 472,40 manat istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə (debitor borc) borcu vardır.
20. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(103)-1235/2022) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
21. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, elektron baza məlumatlarında axtarış zamanı hüquqi ünvanı ünvan 2 qeyd edilən ünvanda təsərrüfat subyektinin (obyektinin) qeydiyyatının olması barədə məlumat aşkar edilməmişdir.
22. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisi X1 xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair “Abonent saldosu” təhlil olunarkən məlum olur ki, abonent İddiaçı (kod: **********00020) Cavabdehndə əhali abonenti kimi 2010-cu il tarixindən qeydiyyatda olmasına baxmayaraq, İstehsalat Birliyi tərəfindən 2017-ci ilin fevral ayından 2020-ci ilin fevral ayınadək, yəni 3 il ərzində həmin ünvanda istehlak edilən təbii qazın dəyəri Tarif (Qiymət) Şurası tərəfindən əhali istehlakçıları üçün müəyyən edilən hər bir kub metri üçün 10 qəpik deyil, qeyri-əhali abonentləri üçün həmin Şura tərəfindən müəyyən edilmiş hər bir kub metr üçün 20 qəpiklə hesablanmışdır. Belə ki, abonent İddiaçı tərəfindən istehlak olunmuş qazın həcmi 2.938 kub metr olmuş, buna görə İstehsalat Birliyi tərəfindən ona 293,80 manat məbləğində borc hesablanmalı olduğu halda 587,60 manat məbləğində hesablanmışdır.
23. Cavabdeh Birliyin tərkibində fəaliyyət göstərən komissiyanın rəyinə əsasən 2022-ci ilin may ayında abonent (iddiaçı) İddiaçı hesabından 66,60 manat məbləğində pul silinmişdir. İddia ərizəsində qeyd edilən 756 kub metr qaz həcminin iddiaçının hesabına artıq yazılması ilə bağlı isə qeyd edilməlidir ki, bu məsələ iddiaçıya deyil, həmin ünvanda yaşayan digər abonent Səidə Qasımovaya (abonent kodu: **********00011) aiddir. X5 “Abonent saldosundan” isə məlum olur ki, Birlik tərəfindən 2019-cu ilin oktyabr ayında 756 kub metr qaz həcmi (151,20 manat məbləğ) onun hesabından silinmişdir.
24. Beləliklə də göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı 2010-cu ildə “əhali” kateqoriyasına aid olan abonent kimi cavabdeh Birlik tərəfindən qeydiyyata alınsa da, buna heç bir əsas olmadan 2017-ci ilin fevral ayında Birlik tərəfindən “qeyri-əhali” kateqoriyasına keçirilmiş, onun yaşadığı ev qeyri-yaşayış sahəsi kimi qeydə alınmış, evində istifadə etdiyi təbii qazın dəyəri “qeyri-əhali” kateqoriyasına aid olan abonentlər üçün nəzərdə tutulmuş ikiqat tariflə (1 kub metr = 0,20 manat) hesablanmış, bu hal 2020-ci ilin fevral ayına kimi davam etmişdir. Sərf edilmiş təbii qaza görə 2019-cu ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər İddiaçı 472,40 manat məbləğində borc hesablanmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı 472,40 manatın tutularaq İstehsalat Birliyinə ödənilməsi qət edilmiş, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
25. İşin hallarından həmçinin müəyyən edilir ki, hazırki mülki işə baxmış Rayon Məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olması əsas götürələrək və MPM-nin 82.3-cü maddəsi tətbiq edilmiş, iddianın “iddiaçıya 2021-ci il üçün əlavə hesablanmış 1.223 kub metr qazın İddiaçı adına olan “Abonent saldosundan silinməsi” hissəsi təmin edilməmişdir (bu nəticə hazırki apellyasiya baxışının predmeti deyil).
26. İddianın “2017-2020-ci illər ərzində iddiaçının faktiki istifadəsindən əlavə dəyərini ödədiyi 2.569 kub metr qazın, xx.xx.2022-ci il tarixdən istifadə etdiyi qazın hesabatına daxil edilərək, 2022-ci il ərzində istifadə etdiyi qazın həcmi ilə əvəzləşdirilməsi” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən mübahisələndirilən dövr ərzində sərf edilmiş qaza görə ödənilmiş artıq məbləğin müəyyənləşdirilməsi məqsədilə Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisi qismində X2 cəlb edilmiş və o, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Rəyə əsasən müəyyənləşdirilmişdir ki, cavabdeh tərəfindən heç bir əsas olmadan 2017-ci ilin fevral ayından başlayaraq 2020-ci ilin fevral ayınadək sərf edilmiş təbii qazın hər kub-metrinə görə iddiaçıya hesabatlar qeyri-əhali abonenti tarifinə uyğun olaraq 0,20 manatla təqdim edilmişdir. Mütəxəssisin rəyinə əsasən, həmçinin, müəyyən edilir ki, 2017-ci ilin fevral ayından 2019-cu ilin oktyabr ayı da daxil olmaqla iddiaçı tərəfindən 183,50 manat məbləğində artıq ödəniş olunmuş, 2022-ci ilin may ayında onun hesabından 66,60 manat silindiyinə görə, 116,90 manat dəyərində olan qaz iddiaçı tərəfindən istehlak edilməmiş, lakin dəyəri ödənilmişdir.
27. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbini bu hissədə qismən təmin etməklə və iddiaçıya cavabdeh tərəfindən 116,90 manat dəyərində pulsuz qaz verilməsi qənaətinə gəlməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
28. Tələbin təmin edilməyən digər hissəsi ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, 2019-cu ilin noyabr ayından 2021-ci ilin avqust ayına qədər iddiaçı tərəfindən istehlak edilən təbii qazın həcmi və buna görə onun cavabdeh qarşısında yaranmış borc məbləği ilə əlaqədar hazırki iş üçün preyudisial xarakterdə olan qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğundan, 2019-cu ilin noyabr ayından başlayaraq 2020-ci ilin sonuna kimi olan iddiaçı tərəfindən istehlak edilən qazın həcmi və ona müvafiq yaranmış borc məbləği hazırki mülki işdə mübahisələndirilə və yenidən sübut edilə bilməz. Buna görə də Rayon Məhkəməsi tələbin 2017-ci ilin fevral ayından 2019-cu ilin oktyabr ayınadək (oktyabr ayı daxil olmaqla) olan hissəsini araşdıraraq hüquqi qiymət vermişdir.
29. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Birlik arasında heç bir müqavilə olmadığı dövrdə cavabdeh tərəfindən İddiaçı xəbərdarlıq edilmədən və heç bir əsaslı səbəb olmadan ona məxsus abonent kodu əhali kateqoriyasından qeyri-əhali kateqoriyasına keçirilmiş, nəticədə iddiaçı istehlak etdiyi qazın həcmindən artıq (əhali tarifi: 1 kub metr = 0,10 manat, qeyri-əhali tarifi: 1 kub metr = 0,20 manat) ödənişlər etmiş, bununla da cavabdeh Birlik iddiaçıya münasibətdə əsassız varlanmışdır. Hazırda İddiaçı 116,90 manat dəyərində olan qazı istehlak etmədiyi halda həmin məbləğdə pulu cavabdeh Birliyə ödədiyi müəyyən edilmişdir.
30. İddiaçı iddia ərizəsində faktiki istifadəsindən əlavə dəyərini ödədiyi qazın 2022ci il ərzində istifadə etdiyi qazın həcmi ilə əvəzləşdirilməsi barədə tələb qoysa da, iddianın məzmunundan aydın olur ki, o, artıq ödədiyi pul dəyərində olan qazı hazırda cavabdeh Birlikdən tələb edir. İddiaçı cavabdeh Birlik tərəfindən 116,90 manat dəyərində pulsuz qaz verilməsi mahiyyət etibarilə iddiaçının iddia tələbinin məzmununa uyğundur və iddia tələbindən kənara çıxma hesab edilməməlidir.
31. Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır (maddə 14.2.). Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (maddə 439.4.). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).
32. Qeyd edilən maddi hüquq normalarına əsasən Məhkəmə hesab edir ki, iddia tələbinin əsası əsassız varlanmadır. İddianın əsası Rayon Məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətinin bu barədə dəlilləri əsassızdır.
33. Məhkəmə cavabdeh Birliyin “mülki iş üzrə icraata xitam verilməsi barədə” ərizəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi Birliyin bildirdiyi kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6478/2021 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmiş eyni predmet barəsində eyni əsaslar üzrə deyildir. Belə ki, həmin qətnamə ilə iddiaçı tərəfindən sərf edilmiş təbii qaza görə onun cavabdehə yaranmış debitor borcunun cavabdeh tərəfindən tələb edilməsi məsələsi araşdırılmış və müvafiq hüquqi qiymət verilmişdir. Həmin tələbin əsasını vaxtaşırı ödənişlərdən irəli gələn öhdəlik hüquq münasibətləri təşkil etmişdir. Hazırki iddia tələblərinin əsasını isə əsassız varlanmadan irəli gələn münasibətlər təşkil edir. Buna görə də Rayon Məhkəməsi haqlı olaraq hazırki iddia ərizəsini mahiyyəti üzrə baxmağa qəbul etmiş, mülki iş üzrə icraata xitam verilməsinə dair ərizənin isə əsassız olduğu qənaətinə gəlmişdir.
34. Məhkəmə, həmçinin, cavabdeh Birlik tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə” ərizə ilə bağlı bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. (maddə 373.4.) Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 380.2.). Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir (maddə 384.0.4.). Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (maddə 1095.).
35. Hazırki iddianın əsasını təşkil edən faktlar İddiaçı xx.xx.2020-ci il tarixində məlum olmuş və o, həmin faktları qeyd etdiyi ərizə ilə həmin tarixdə cavabdehə müraciət etmişdir. Bununla da, iddia müddətinin axımı başlanmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı həmin faktlara istinadən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, bununla da iddia müddətinin axımı kəsilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, beləliklə, iddia müddətinin axımı yenidən başlanmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində Rayon Məhkəməyə müraciət etmiş, bununla da görünür ki, onun əsassız varlanmaya görə cavabdeh Birlikdən tələb etmə hüququ üzrə iddia müddəti keçməmişdir.
36. Bununla da, müəyyən edilir ki, “iddia müddətinin tətbiqi barədə” Birliyin ərizəsi əsassızdır və Rayon Məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur.
37. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.