Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1541/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı hüquqi varisi Ələkbərov Emil Əlibayram oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı Cavabdeh ilə 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətində olan ünvan 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01 oktyabr 2021-ci il tarixdə iddiaçı Ələkbərov Emil Əlibayram oğlunun nümayəndəsi və vəkili İlyasova Gülarə Qəzənfər qızı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ünvanlayaraq, ünvan 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı Cavabdeh ilə 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətində olan ünvan 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi, hazırki mülki iş məhkəmənin icraatına qəbul edildiyi vaxtdan baxılıb yekun nəticə qəbul edilib və qanuni qüvvəsini alana qədər mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən 476,6 kv.m.olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 30.000 manat hesabı ilə pul vəsaiti əldən çıxmış fayda kimi Cavabdeh tutulub xeyrinə ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. 22.04.2021-ci il tarixdə Cavabdeh Ələkbərov Emil Əlibayram oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ələkbərov Emil Əlibayram oğlu tərəfindən mübahisə predmeti olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsində (mağaza) ticarət fəaliyyəti göstərməsinə törətdiyi maneçiliklərin aradan qaldırılması, qeyriyaşayış sahəsində (mağaza) fəaliyyət göstərməsinə imkan verməməsi nəticəsində ona vurduğu 70000 manat zərərin və icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cəmi 202000 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 06.10.2021-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, ünvan 2dının icrasında dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı hüquqi varisi Ələkbərov Emil Əlibayram oğlu ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Səbail rayon məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən sahəsi 476,6 kv.m olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı ilə Cavabdeh arasında olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, hazırda mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən, ümümi sahəsi 476,6 kv.m. olan qeyri yaşayış sahəsinin boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi ilə bağlı 2(009)- 678/2021 saylı mülki iş məhkəmənin hakimi Şahin Abdullayevin icraatında olmuşdur. 01 fevral 2021-ci il tarixdə Səbail rayon məhkəməsinin hakimi S.Abdullayev tərəfindən iddiaçının iddianı təmin etmək barədə ərizəsinə baxılaraq ərizə təmin edilmiş, işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək onun ünvan 3 ünvanda yerləşən, icarəsində olan qeyri-yaşayış sahəsində fəaliyyətinin dayandırılması və qadağan edilməsi, icarə borcu kimi tələb olunan 72.000 manat pulun gələcəkdə tutulmasını təmin etmək məqsədilə ünvan 3 ünvanda yerləşən və icarədə olan qeyri-yaşayış sahəsində yerləşən əmlakının üzərində borc məbləği həcmində (72.000 manat) həbs qoyulması və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılmasının qadağan edilməsi barədə qərardad qəbul edilmişdir. Elə həmin tarixdə də icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinin əsasında Səbail rayon İcra şöbəsi tərəfindən qərardad həmin gün icra edilmiş, onun icarəsində olan qeyri yaşayış sahəsi boşaldılaraq açarları icra məmuruna təhvil verilmişdir. Qeyd olunan qərardaddan verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasında baxılmış, kollegiyanın 2(103)-3889/2021 sayl iş üzrə 15 mart 2021-ci il tarixli qərardadı ilə Səbail rayon məhkəməsinin qeyd olunan 01 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının iddianı təmin etmə barədə ərizəsi təmin edilməmişdir. Səbail rayon məhkəməsinin ləğv olunmuş 01 fevral 2021-ci il tarixli qərardadının və həmin tarixli icra vərəqəsinin Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunması nəticəsində ona külli miqdarda zərər vurulmuş və vurulmaqda da davam edir. Hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddianı təmin etmə tədbiri barədə 01 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş Səbail rayon məhkəməsi icrada dönüş edilməsi barədə tədbirlər görməli, qərardaddan əvvəl mövcud olmuş vəziyyətin bərpa edilməsi, o cümlədən icarə müqaviləsi əsasında onun fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m olan qeyri-yaşayış sahəsinin 175 kv.m olan hissəsinin (mağaza) giriş qapılarının açılması, giriş qapılarının açarlarının cavabdehdən alınıb ona verilməsi, qeyd olunan qeyri-yaşayış sahəsində ticarət fəaliyyətinin həyata keçirilməsinin təmin olunması və üzərinə həbs qoyulmuş əmlakının ona qaytarılması təmin olunmalıdır. Ona görə də, Səbail rayon məhkəməsinin ləğv edlimiş 2(009)-678/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərardadının icrasında dönüş edilməsi, qərardaddan əvvəl mövcud olmuş vəziyyətin bərpa edilməsi, o cümlədən icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m olan qeyriyaşayış sahəsinin 175 kv.m olan hissəsinin (mağaza) giriş qapılarının açılması, giriş qapılarının açarlarının cavabdehdən alınıb ona verilməsi, qeyd olunan qeyri-yaşayış sahəsində ticarət fəaliyyətinin həyata keçirilməsinin bərpa edilməsi və üzərinə həbs qoyulmuş əmlakının ona qaytarılmasının təmin olumnası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh icrada dönüş barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ünvan 1,6 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılsın və qeyri-yaşayış sahəsinin iddiaçı Ələkbərov Emil Əlibayram oğluna qaytarılması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində ödənilməmiş 72000 (yetmiş iki min) manat məbləğində icarə haqqı borcunun Cavabdeh tutularaq iddiaçı Ələkbərov Emil Əlibayram oğluna ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh 21.10.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 4adının ləğv edilməsi, icrada dönüş barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 30 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ünvan 2dından görünür ki, Ələkbərov Emil Əlibayram oğlunun iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək, işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək Cavabdeh ünvan 3 ünvanda yerləşən və icarədə olan qeyri-yaşayış sahəsində (Ledi Sharm) fəaliyyətinin dayandırılması və qadağan edilməsi, icarə borcu kimi tələb olunan 72000 manat pulun gələcəkdə tutulmasını təmin etmək məqsədilə qeyri-yaşayış sahəsində yerləşən əmlakın üzərində borc məbləği həcmində (72000) həbs qoyulması və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılmasının qadağan olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (103)- 3889/2021 sayl, 15.03.2021-ci il tarixli qərardadından görünür ki, Cavabdeh şikayəti təmin edilərək, Səbail rayon Məhkəməsinin 2(009)- 678/2021 saylı, 01.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçı Ələkbərov Emil Əlibayram oğlunun iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianın təmini tədbiri kimi iddia tələbi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m olan hissəsinin (mağaza) giriş qapılarının açılmasının təmin olunması, qeyri-yaşayış sahəsinin açarlarının cavabdehdən alınıb ona verilməsi, qeyri-yaşayış sahəsinə daxil olub ticarət fəaliyyətini həyata keçirməyinə maneçilik törətməsinin cavabdehə qadağan olunması barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (103)- 6746/2021 sayl, 02.07.2021-ci il tarixli qərardadından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayəti təmin olunmayaraq, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.2-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin Məcəllənin 236-1.3-cü maddəsinə əsasən Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işmə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Həmin Məcəllənin 236-1.6-cı maddəsinə əsasən bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. İş materialları ilə müəyyən olunur ki, icrasında dönüş edilməsi xahiş olunan ünvan 2dında Cavabdeh icarədə olan qeyriyaşayış sahəsində fəaliyyətinin dayandırılması və qadağan edilməsi, icarə borcu kimi tələb olunan 72000 manat pulun gələcəkdə tutulmasını təmin etmək məqsədilə qeyriyaşayış sahəsində yerləşən əmlakın üzərində borc məbləği həcmində (72000) həbs qoyulması və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılmasının qadağan olunması qərara alınmış, cavabdehin qeyd olunan qeyri-yaşayış sahəsindən çıxarılması kimi iddianın təmini tədbiri barədə tələb olmamış və belə bir tələbə baxılmamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh icrada dönüş barədə ərizəsinin təmin edilməməsi barədə Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06.10.2021-ci il tarixli qərardadı əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1541/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1541/2022
26.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver