Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1545/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1929/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “hasarın sökülməsi, razılıq olmadan və kompensasiya ödənilmədən hər hansı söküntü-tikinti işlərinin aparılması və komunal xətlərin kəsilməsinin qadağan edilməsi və sair” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilin giriş-çıxışını məhdudlaşdıran hasarların sökülməsi,onunla razılıq olmadan və kompensasiya ödənmədən ona məxsus hissədə hər hansı söküntü-tikinti işlərinin aparılmasının və komunal xətlərin kəsilməsinin cavabdehə qadağan edilməsi, ödənmiş dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “əmlakın bazar qiymətinə uyğun kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mükiyyətində olan ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin bazar qiymətinə uyğun kompensasiyanın İddiaçı ödənilməklə İddiaçı həmin mənzilə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri çıxarılmaqla mübahisəli mənzilin boşaldılması və sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə vəsatət təqdim edərək işin hərtərəfli obyektiv araşdırılması üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməli olmasını, mübahisəli mənzilin bazar dəyərinin müəyyən edilməsini bildirmiş və mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertiza qarşısında ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilin hazırda bazar dəyəri nə qədər olması barədə sual qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1929/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 vəsatəti qismən təmin edilmiş, mülki iş üzrə əmlakın qiymətləndirilməsinin aparılması, qiymətləndirmənin aparılmasının “X7 Mərkəzi” MMC-yə tapşırılması və hazırkı qərardadın surətinin mülki işin materialları ilə birlikdə qiymətləndiriciyə təqdim edilməsi qərara alınmışdır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadının ləğv edilməsi və icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1929/2022 saylı 26 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İş materiallarına əlavə edilmiş ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən elektron qaydada məhkəmə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 2(103)-1545/2023 saylı mülki iş üzrə tərəflər arasında mübahisə barışıqla bitdiyindən vermiş olduğu şikayətdən imtina edir və şikayətin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarıda olan xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, Aslanov X4 Ramil Alim oğluna iddia tələbindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə nəzərdə tutulan hüquqlarını və xüsusi olaraq iddia tələblərindən tam və ya qismən imtina edilməsi X5 etibar etmişdir. X1 apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak etmiş və iddia tələbindən imtinanı müdafiə etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarıda olan xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X3 iddia tələbindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə nəzərdə tutulan hüquqlarını və xüsusi olaraq iddia tələblərindən tam və ya qismən imtina edilməsi Nümayəndə etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1929/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1929/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətindən imtina qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1545/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1545/2023
01.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver