Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1546/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ekspert Nümayəndə, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 Qürbət oğlunun, Cavabdeh nümayəndəsi-vəkili Qanbayev Emil Məhəmməd oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “pul” tələbinə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-91/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiqlənmiş, 3M-2810 reyestr nömrəli, 12 noyabr 2018-ci il tarixli kredit (borc) müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı1 “Borclu” Cavabdeh 9.782 manat məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı məbləğin 4.891 manatı 01 dekabr 2019-cu il, 4.891 manatı 1 dekabr 2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 4 avqust 2022-ci il tarixli 4/997 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2018-ci il il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. pulun verilməsinə dəlalət edən və 12 noyabr 2018-ci il tarixli, "xxxx" ASC-yə aid olan MUĞ seriyalı, 401099 saylı çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım” qrafasındakı imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli 4/646 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC-yə aid olan 12 noyabr 2018-ci il tarixli, MUĞ seriyalı 401099 nömrəli çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2018-ci il il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı imza ilə "xxxx" ASC-yə aid olan 12 noyabr 2018-ci il tarixli, MUĞ seriyalı 401099 nömrəli çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imzalar eyni şəxs tərəfindən icra olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.200 manat məbləğində pul vəsaitinin, 815 manat faiz borcunun 10.000 manat mənəvi zərərin əvəzinin, cəmi 14.015 manat pul vəsaitinin, İddiaçı2, 9.782 manat məbləğində borcun, 2.490 manat faiz borcunun, cəmi 12.272 manat pul vəsaitinin İddiaçı1, 950 ABŞ dolları pul vəsaitinin 242 ABŞ dolları faiz borcunun, 1.000 manat mənəvi zərərin əvəzinin, cəmi 1192 ABŞ dolları və 1.000 manat pulun İddiaçı3, iddiaçıların hər birinin ayrı-ayrılıqda ödədiyi 30 manat dövlət rüsumunun onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 İT texnlogiyaları sahəsində işləyir, İddiaçı1 onun şirkətində mühasib vəzifəsində işləyib, İddiaçı3 isə onun ailəvi ev təmiri ustasıdır. Cavabdeh İddiaçı2 qardaşı və partnyoru Aslan Hacıyevin sürücüsü işləyib. Bu minvalla cavabdehin həm İddiaçı2, həm İddiaçı1, həm də İddiaçı3 ilə münasibətləri olub.Cavabdeh 2018-ci ilin mart ayından etibarən sürücü kimi işləməyə başlayıb. O, həmçinin ehtiyac olanda şirkətdə işləyə-işləyə demək olar ki, hamının etimad və inamını qazanıb. İddiaçı2 və qardaşı Aslan Hacıyev öz ailə üzvlərini ona etibar ediblər, o həm şirkətin, həm də ailənin işlərini həll edirdi. İddiaçı2 16 noyabr 2018-ci il tarixdə İddiaçı1 1200 manat məbləğində pul verir və ona tapşırır ki, bu vəsaiti atası Namiq Hacıyevin evinə apararaq ona çatdırması üçün cavabdehə versin. Həmin gün Zeybə xanım Bridge Plazanın yaxınlığında cavabdehin sahibliyində olan və həmin gün idarə etdiyi “Daewoo Gentra” minik markalı, 90PX873 dövlət qeydiyyat nişanlı avtomaşında 1200 manatı pul vəsaitini zərfdə cavabdehə verir və gün ərzində iddiaçının atası Namiq Hacıyevin Bakı şəhəri, "Ağ şəhərdə" yerləşən evinə çatdırmasını xahiş edir. O isə mütləq həmin gün çatdıracağına söz verir, lakin 1-2 gün sonra iddiaçının atası Zeybə xanıma zəng edərək, niyə görə pulu göndərmədiyini soruşur, Zeybə xanım isə 16 noyabrda onu Turala verdiyini deyir. Göründüyü kimi, cavabdeh ona etibar edilən 1200 manat pulu iddiaçının atasına çatdırmır. Həmçinin, cavabdeh 18 noyabr 2018-ci il tarixdə "Whatsapp" proqramında saat 00:20-də İddiaçı2 yazaraq, anasının dünyasını dəyişdiyini və ona 2500-3000 manat dəfn və s. üçün pul lazım olduğunu deyib. İddiaçı da ona etibar etdiyindən və çətin vəziyyətdə olduğunu gördüyündən cavabdehə 2000 manat məbləğində pulu verib. Daha sonra isə cavabdehin qohumu Qalib Həsənovdan bütün dəfn və mərasim xərclərinin cavabdehin qohumları tərəfindən qarşılandığı, cavabdehin 1 manat belə xərcləmədiyini, onun verdiyi bütün pulları qumarda uduzduğu öyrənirlər. Cavabdeh “Babək Plaza”dakı ofisdə xx.xx.2018-ci il tarixli görüşdə öz əməlini etiraf etmiş və bu barədə iltizam da yazmışdır. Onun əsli hazırda Xətai Rayon Polis İdarəsindədir. İddiaçı1 isə 1200 manat pul məbləğinin İddiaçı2 tərəfindən cavabdehə verilməsinə şahidlik edib. Cavabdeh İddiaçı3 də hadisədən 6-7 ay əvvəl 300 manat borc istəmişdi, o da ona inanıb həmin məbləği vermişdir. Cavabdeh isə bir az gec olsa da, borcu geri qaytarmışdır. 16 noyabr 2018-ci il tarixdə cavabdeh Vladimirə zəng edərək, həm də “Watsapp” proqramında yazaraq 2000 ABŞ dolları pul lazım olduğunu, xeyir bir iş görəcəyini, onu da həmin işə qoşacağını və həm də 200-250 manat əlavə pul verəcəyini demişdir. Amma Vladimirdə həmin vaxtı cəmi 950 ABŞ dolları pul olmuşdur. Cavabdeh ona 051 *** ** ** və 050 *** ** ** saylı telefon nömrələrindən zəng edib, “sms” göndərmişdir. Vladimir cavabdehə 950 ABŞ dollarını həmin gün yaşadığı evin yanında axşam vaxtı vermişdir. Cavabdehə 9 ədəd 100 dollarlıq, bir ədəd 50 dollarlıq əskinaslar vermişdir. Cavabdeh pulu almağa "X10" markalı, ağ rəngli öz maşını ilə gəlmişdir. O, 3 gün sonra pulu və gəliri qaytaracağını demişdir. Lakin həmin pulları da qumarda uduzduğundan qaytarmışdır. Cavabdeh Aslan Hacıyevə də müraciət edərək, şəxsi avtomobilinin kreditdə olduğunu və gecikmələrinə görə avtomobili onun əlindən alacaqlarını demişdir, həm də avtomobilin təmirə ehtiyacı olduğunu da qeyd etmişdir. Daha sonra Aslan Hacıyevdən borca pul istəmişdir. Aslan Hacıyev isə həmin an istənilən məbləğə malik olmadığı üçün bunu İddiaçı1 xahiş etmiş və cavabdehlə razılaşmışlar ki, borcu vaxtında qaytara bilməsə, avtomobilini satıb bu məsələni həll edəcəkdir. Zeybə isə bununla razılaşaraq cavabdehlə 12 noyabr 2018-ci il tarixdə kredit müqaviləsi bağlamışdır və 9782 manat məbləğində pulu ona borc vermişdir. Cavabdeh borcun 4891 manat hissəsini xx.xx.2019 tarixinə və 4891 manat hissəsini isə xx.xx.2020 tarixinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh hazırki tarixə kimi 1 manat belə olsa, geri qaytarmayıb. İddiaçılar İddiaçı2 və İddiaçı3 ərizə ilə Xətai Rayon Polis İdarəsinə müraciət etsə də, cavabdehə qarşı cinayət işi başlanmamış və mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıların etimadından sui-istifadə edərək, onlardan müxtəlif vaxtlarda pul vəsaitləri alsa da, heç birini geri qaytarmamışdır. Hazırda o, iddiaçılara cəmi 12 982 AZN və 950 ABŞ dolları qaytarmalıdır. Belə ki, 3200 AZN İddiaçı2, 9782 AZN İddiaçı1, 950 ABŞ dolları isə İddiaçı3 qaytarmalıdır. Pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi və qanunsuz istifadə müddəti 26 ay təşkil edir. İddiaçı2 münasibətdə qanunvericiliyə görə hesablanmış faiz məbləği 815 manat, İddiaçı3 münasibətdə 242 ABŞ dolları, İddiaçı1 münasibətdə isə 2490 manat təşkil edir. Digər tərəfdən iddiaçılara mənəvi zərər də vurulub. İddiaçılar artıq 2 ildir ki, cavabdehdən pullarını almaq üçün çalışırlar, onlar dəfələrlə Xətai Rayon Polis İdarəsində olublar, izahatlar veriblər, üzləşmələr keçiriblər. Cavabdeh İddiaçı2 xx.xx.2018-ci il gecə saat 00:20-də “Whatsapp” üzərindən yazaraq anasının öldüyünü və təcili 2500-3000 pul lazım olduğunu deyib. Bu vaxtı yuxuda olan Anarı evdə ailə üzvləri oyadıb və xəbəri ona deyiblər. İddiaçı2 gecə də olsa, cavabdehə pulu vermək üçün “Əjdərbəy” məscidinə gedib və 2000 AZN-i ona verib. Bir insanı yuxudan oyadırlar və bir ölüm xəbəri verirlər, üstəlik gecə vaxtı evdən çıxıb oraya getməli olur. İddiaçı2 cavabdehin anasının ölümündən keçirdiyi sarsıntı az deyilmiş kimi, sonradan öyrənib ki, gecə vaxtı tələsik şəkildə o qədər həyəcan və stresslə evdən çıxaraq cavabdehə min bir əziyyətlə verdiyi pul da anasının dəfn xərclərinə deyil, qumarda uduzduqlarının qaytarılmasına sərf edilib. Bu ona daha çox pis təsir edib. Cavabdeh İddiaçı2 pul əldə etmək üçün insana ən əziz varlıq olan anasının ölüm faktından sui-istifadə edib. İddiaçı3 usta fəaliyyətini bir kənara qoyub, dəfələrlə işlədiyi Quba rayonundan Bakı şəhərinə izahat vermək və sair üçün gəlib. Cavabdehə verdiyi pulla da təmir işləri üçün avadanlıq almalı idi, lakin cavabdehin hərəkətləri nəticəsində iş sahibinin qarşısında çətin vəziyyətə düşüb. Vurulan mənəvi zərərin əvəzinin ödənilməsi qanunvericilikdə birbaşa olaraq göstərilməsə də əsaslı olduğu halda iddiaçı belə bir iddia ilə məhkəmədə çıxış etməyə haqlıdır. İddiaçı2 konkret halda ona dəyən mənəvi zərərin miqdarını 10 000 manat, İddiaçı3 1000 manat məbləğində qiymətləndirir. Göründüyü kimi, iddia tələbi üzrə iddiaçılar bir-biri ilə əlaqəlidir. Bir iddiaçı digər iddiaçıya münasibətdə şahid qismində çıxış edə bilər. Cavabdeh hər 3 iddiaçını Aslan Hacıyevə görə tanıyıb. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki ərizə üzrə iddia tələblərinə bir icraatda baxılmalıdır.Beləliklə, iddiaçılar həm cavabdehə verdikləri pul vəsaitlərini, həm həmin vəsaitlərin gecikdirilməsindən yaranan faiz borclarını, həm də vurulan mənəvi zərərin əvəzini tələb edirlər.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-91/2022 nömrəli, 24 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh İddiaçı2 xeyrinə 3200 manat, İddiaçı3 xeyrinə 100 manat tutulması, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, məxaric qəbzinin yoxlanıldı hissəsində olan imza ona məxsusdur. Tərəflər arasında müqavilə bağlanır, sonra notarius tərəfindən məxaric orderi yazılır, həmin məxaric orderi dörd yoxlamadan keçib imzalanaraq kassaya yönəldilir. Müştəri ona yaxınlaşır, o qəbzdə yoxlamanı aparıb müştərini kassaya yönəldir. Bank filialı ilə notarius eyni binadadır. Demək olar ki, hamı bir sırada əyləşir. Kassa müqavilə bağlanan yerin yanındadır. 7 ildir ki, orada işləyir, bu günə kimi belə bir hadisə baş verməyib. Məxaric qəbzi dörd əməkdaşın nəzarətində olur, buna görə də, səhv ola bilməz. Səhv olanda və ya imzalar uyğun gəlməyəndə, onlar sənədin yenidən tərtib olunmasını tələb edirlər. Qəbzdə imza atan digər şəxslər işdən çıxıblar. O, qəbzi yoxladıqdan sonra müştəri xəzinəyə yaxınlaşıb pulunu götürür. Müştəri əməliyyat zamanı qəbzi imzalayır, sonra digər əməkdaşlar yoxlayıb imzaladıqdan sonra kassadan pul təhvil verilir. Videoçəkilişlər 1 aydan artıq saxlanılmır. İş üzrə tərəfləri görsə bəlkə də, tanıyar. Vəkili hal-hazırda burada görüb xatırladı, tərəfləri görsə bəlkə də xatırlayar.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında notarial qaydasında borc müqaviləsi bağlansa da 9.782 manat məbləğində pulun nəticə etibarı ilə cavabdehə verilməsi öz təsdiqini tapmır. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh pulun verilməsinə dəlalət edən və 12 noyabr 2018-ci il tarixli, "xxxx" ASC-yə aid olan MUĞ seriyalı, 401099 saylı çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım”qrafasındakı imza Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək Bskı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-91/2022 saylı qətnaməsinin ona aid hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübut qismində ancaq xx.xx.2022-ci il tarixli ekspert rəyini əsas götürərək İddiaçı1 münasibətdə iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Halbuki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməzdi. Məhkəmə ekspert rəyi ilə bağlı aşağıda göstərilən ziddiyyətli məqamları nəzərə almamışdır. Ekspert öz rəyində tədqiqat üçün istinad etdiyi sənədləri sadalamışdır, təəssüf ki, həmin siyahıda Cavabdeh öz xətti ilə yazdığı və imzaladığı xx.xx.2021-ci il tarixli iltizam və "xxxx"k ASC-nin xx.xx.2018-ci il tarixli kart hesabına mədaxil qəbzi mövcud deyil. Halbuki, sadalanan sənədlərin əsli iş materiallarında mövcud olmuşdur, lakin ekspert tərəfindən tədqiqat obyektlərinə daxil edilməmişdir. Ekspertiza predmeti olan sənəd yalnız cavabdehin imzası olan bir sənəd deyil, həmin sənəd 3 nəfər bank əməkdaşının imzası olan bank çekidir. Həmin çekin tərtibi, imzalanması və digər məsələlər isə xüsusi normativ hüquqi aktla, yəni Azərbaycan Respublikası Milli X7 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən, “Pul çeki” və ya məxaric orderi nağd pulu alan tərəfindən doldurulur və Kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə bütün rekvizitlər üzrə və hesabında “pul çeki”ndə göstərilən məbləğ miqdarında vəsaitin olub-olmamasını yoxlamaq üçün təqdim olunur. 7.5-ci bəndə əsasən uyğunsuzluq olduqda “pul çeki” yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır. Həmin qaydaların 7.6-cı bəndinə əsasən uyğunsuzluq olmadıqda: Kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq “pul çeki”nin nəzarət hissəsini müştəriyə qaytarır; Müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs “pul çeki”nin əsas hissəsini kassa məxaric jurnalında imza etdirməklə nəzarətçiyə təqdim edir; Nəzarətçi “pul çeki”nin əsas hissəsini bütün rekvizitlər üzrə yoxlayır, uyğunsuzluq olduqda “pul çeki”nin əsas hissəsini müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə müştəriyə yeni sənədin tərtib edilməsi üçün qaytarılır; Uyğunsuzluq olmadıqda nəzarətçi “pul çeki”nin əsas hissəsinə imza etməklə kassirə təqdim edir; Kassir “pul çeki”ndə göstərilmiş tarixi, məbləğin rəqəmlə və yazı ilə Qeyd olunmasını, kredit təşkilatında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır. 7.7-ci bəndə əsasən, uyğunsuzluq olduqda kassir “pul çeki”nın əsas hissəsini nəzarətçiyə, nəzarətçi isə müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə, o isə müştəriyə yeni sənədin tərtib edilməsi üçün qaytarır. Uyğunsuzluq olmadıqda kassir müştəridən "pul çeki"nin nəzarət hissəsini və onun şəxsiyyətini təsdiq edən sənədini alır və “pul çeki”ndə göstərilən məlumatlarla tutuşdurur. Nağd pulu müştəriyə verir və “pul çeki”ni imzalayır. Göründüyü kimi, məxaric qəbzini imzalayan hər bir bank əməkdaşı bütün sənədləri, pul vəsaitini məxaric edən şəxsin şəxsiyyətini və imzasını yoxladıqdan sonra qəbzin onun tərəfindən imzalanmasına və pul vəsaitinin ona təqdim edilməsinə şərait yaradırlar. Lakin ekspert rəyindən belə bir nəticə hasil olur ki, 3 nəfər bank əməkdaşının 3-ü də yalnışlığa yol vermişdir, onlardan heç biri cavabdehin şəxsiyyətini, imzasını yoxlamamış və üçüncü şəxsin məxaric qəbzini imzalamasına və pul vəsaitini götürməsinə imkan yaratmışdır. Bu isə həqiqəti əks etdirmir. Digər tərəfdən Məhkəmə ekspertiza təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadında cavabdehin izahatına istinad edərək həm xx.xx.2018-ci il tarixli kredit müqaviləsindəki, həm də pul vəsaitinin məxaricinə dair 401099 saylı çekdəki imzaların Cavabdehə məxsus olub-olmaması sualını ekspert qarşısında qoymuşdur. Çünki Cavabdeh hər 2 sənəddəki imzanın özünə məxsus olmadığını israrla bildirmişdir. Lakin ekspert öz rəyində kredit müqaviləsindəki imzanın Cavabdehə, 401099 saylı çekdəki imzanın isə üçüncü şəxsə aid olduğunu müəyyən etmişdir. Məhkəmə isə bu məqama diqqət yetirməmişdir. Həmçinin, 401099 saylı çekdə imzası olan və 53 saylı Notariat Ofisinin inzibati binasında yerləşən "xxxx" ASC-nin 2 saylı şöbəsinin rəisi X4 şahid qismində cəlb olunaraq ifadə vermişdir. O, məxaric qəbzinin 4 əməkdaşın nəzarətində olduğunu, buna görə də səhv olmadığını, səhv olanda və ya imzalar uyğun gəlməyəndə onların sənədin yenidən tərtib olunmasını tələb etdiklərini bildirmişdir. 7 ildir ki, orada işlədiyini və belə bir hadisənin baş vermədiyini əlavə etmişdir. Lakin Məhkəmə sübut növü hesab olunan şahid ifadəsini qəbul etsə də, ona qiymət verməmişdir, sadəcə onun mətnini Qətnamədə qeyd etməklə kifayətlənmişdir. Halbuki, şahid ifadəsi ilə ekspert rəyi təkzib edilmişdir. Bununla da Məhkəmənin əlində əsas yaranmışdır ki, təkrar ekspertiza təyin etsin. Tərəflərindən Məhkəməyə xx.xx.2022-ci il tarixli təkrar ekspertiza keçirilməsinə dair əsaslı vəsatət təqdim edilmişdir, Məhkəmə isə vəsatəti təmin etməmişdir, amma bununla bağlı əsaslandırılmış qərardad qəbul etməmişdir. Qətnamədə də Məhkəmə vəsatətə münasibət bildirməmişdir. Həmin maddəyə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə ki, tərəflərindən iş gedişində iddiaçılar və Cavabdeh arasında “Whatsapp” tətbiqi üzərindən aparılan SMS-lərin mətni kağız daşıyıcıda Məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmin SMS-lərin mətnini sübut qismində qəbul edib iş materiallarına əlavə etsə də, Qətnamədə onları qiymətləndirməmişdir. Halbuki, Cavabdeh iş üzrə iddiaçılara yazdığı SMS-lərdə İddiaçı2 3200 manat, İddiaçı3 1600 manat, ona isə 9782 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclasları zamanı İddiaçı2 olan borcunu yenidən izahatında da etiraf etmişdir, Məhkəmə onun izahatındakı etirafını nəzərə alsa da, SMS-lərdə olan etiraflarına ümumiyyətlə qiymət verməmişdir. İddiaçı2 münasibətdə “Whatsapp” tətbiqi üzərindən aparılan SMS-dəki məbləğlə Cavabdehin izahatında etiraf etdiyi məbləğin üst-üstə düşməsinə baxmayaraq Məhkəmə SMS-lərdəki digər etiraf olunan məbləğləri nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 izahatında bildirmişdir ki, Cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, notarial bağlanmış borc müqaviləsi və qəbzdəki imzalar ona məxsus deyildir, məhz bu səbəbdən məhkəmə tərəfindən ekspertiza təyin olundu. Ekspert notarial qaydada bağlanmış borc müqaviləsindəki imzanın cavabdehə məxsus olduğunu müəyyən etsə də qəbzdəki imzanın ona məxsus olmadığını müəyyən etmişdir. Bu ziddiyyətli məqamdır. Məhkəmə tərəfindən ekspertizaya göndərilən sənəd cavabdehin imzası olan hər hansı ərizə və ya iki tərəf arasında sadə formada bağlanan hər hansı müqavilə deyildir. Bu sənəd bankdan pul vəsaitinin məxaric olunmasını təsdiq edən qəbzdir. Hansı ki bu qəbzin imzalanması, yoxlanması, təsdiqlənməsi qanunvericiliklə tənzimlənir. Mərkəzi Bankın bununla bağlı Qaydaları vardır. Orada qeyd olunur ki, ən azı 3 nəfər bank əməkdaşı həmin qəbzdəki şəxsiyyət vəsiqəsi məlumatlarını eyniləşdirmək üçün pulu götürəcək şəxsin imzasını yoxlayır, 3 nəfər təsdiq etdikdən sonra həmin vəsait çıxarılır. 53 saylı Notariat Kontorunun otağı ilə Bankın şöbəsi üzbəüzdür. Bir tikilinin daxilindədir. Bu qaydalardakı əməliyyatların təsdiq olunması hətta şahid ifadələri ilə də həyata keçirilib. "xxxx"ın ASC-nin 2 saylı şöbəsinin rəisi X4 şahid qismində cəlb olunaraq ifadə vermişdir. Həmin şəxs ifadəsində bildirmişdir ki, bankda işlədiyi müddətcə elə hal baş verməyibdir. Həqiqətən də 4 nəfər bank əməkdaşı qəbzi yoxlamış, hər şey qaydasında olduğu üçün pul məxaric olunmuşdur. X1 izahatı iş materiallarında mövcuddur, lakin məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Məhkəmə “Whatsap” yazışmalarını nəzərə almamışdır. 04 avqust 2022-ci il tarixli ekspert rəyinə şübhənin yaranması üçün əsas yoxdur. Digər tərəfdən bu iş üzrə cavabdeh tərəf məhkəmə və proses iştirakçılarının qarşısında izahat vermişdir. Ona suallar verilmişdir. Məxaric qəbzi yanlız Turalın imzaladığı sadə bir sənəd deyildir, orada Turaldan başqa daha 4 nəfər bank əməkdaşının imzası vardır. Məhz ona görə də iş üzrə əlavə ekspertiza təyin edilmişdir. Digər tərəfdən apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, birinci ekspert rəyi ikinci suala münasibətdə əsaslı deyildir. Məhkəmə iclası gedişində aydın oldu ki, Cavabdeh bildirdiyi kimi 2 dəqiqəlik notariat kontorunda olmayıbdır. Bu hal suallarla ortaya çıxdı, digər tərəfdən müəyyən olundu ki, Cavabdeh şirkət və ya şirkətin hər hansı başqa əməkdaşı tərəfindən şirkəti təmsil etmək üçün hər hansı etibarnamə verilməmişdir ki, şirkətin işləri ilə bağlı hər hansı bir sənədi imzalasın. Belə bir hal mövcud deyildir, Cavabdeh sadəcə sürücü olmuşdur. Heç bir şirkət sürücüyə şirkətin adından təmsil etmək səlahiyyəti vermir, bu ağlabatan deyildir. 53 saylı notariat kontorunda notariusun otağı ilə "xxxx"ın filialının otağı üzbəüzdür, arada 1 metr məsafə vardır. 1 metr məsafədə "xxxx"ın filialıdır, orada sənədlər imzalanır və vəsait götürülür. Şübhə o zaman yaranardı ki, ayrı-ayrı inzibati binalarda yerləşərdilər. Ekspert bildirir ki, müqavilədəki imza Cavabdeh məxsusdur. Hər bir notarius təlimata uyğun olaraq imzalanan sənədin mahiyyətini izah edir. Cavabdeh müqaviləni imzalayan zaman onun mahiyyətini bilirdi, cavabdeh anlaqlı şəxsdir, kifayət qədər yaşı vardır. Burada hər hansı ekspertin rəyinə şübhə yaradacaq məqam görməyib. Bundan əlavə Cavabdeh polisdə verdiyini izahatda qeyd edilmişdir ki, “işin nədən ibarət olduğunu demədiyi üçün mən təkliflə razılaşmadım, çünki bəzən hallar olurdu ki, məni bir yerə göndərirdi, mənə yaxınlaşıb paketdə nəisə veriləcəyini bildirirdi, paketi verən şəxsin telefonunu, kimliyini bilmirdim, paketdə nə olduğunu görmürdüm. Digər şübhə isə şirkətin rəhbəri İddiaçı2 ayın ən azı yarısını, bəzi hallarda daha çox hissəsini müəmmalı şəkildə xaricdə keçirməsi idi və bu işlərini məndən gizlədirdi, məlum olmayan işlərlə məşğul idi. Üçüncü şübhə İddiaçı2 dövlət büdcəsinə vergi idarəsinə milyonlarla borcunun olması idi, milyonlarla gizli gəlir əldə etdiyi halda borclar bağlanmırdı və narahat idi ki, İddiaçı2 həmin işlərə məni cəlb edər.” Sürücü işləyən şəxs şirkətdə vergi verməmə halını müəyyən edir, İddiaçı2 qeyri-müəyyən işlərlə məşğul olduğunu müəyyən edir, lakin notariusa gələrək nəyi imzaladığını müəyyən edə bilmir. Müqavilənin rəsmiləşdirilməsi ilə bağlı xərcləri iddiaçı çəkmişdir, lakin həmin borc məbləğinə həmin xərcləri əlavə etmişdir. Qanunvericiliyin yanaşmasına əsasən alğısatqıda alıcı, borc müqaviləsində borc alan xərci çəkir. Cavabdeh da üzərində heç bir vəsait olmadığına görə Zeybə xanım həmin xərçi çəkir və borc müqaviləsindəki məbləğ hissəsinə həmin məbləği daxil edir və onu tələb edəcəyini bildirir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 izahatında bildirmişdir ki, Cavabdeh məhkəmə iclasında iştirak edərkən heç bir zaman bildirməyib ki, müqaviləyə o qol çəkməmişdir. O bildirib ki, ona deyiblər ki, gedək notariusa və o da gedib qol çəkib çıxıb. Cavabdeh deyir ki, müqaviləyə qol çəkmişdir, lakin pul almamışdır. Cavabdeh orada sürücü vəzifəsində işləmişdir və hara desəydilər qol çəkəcəkdi. Zeybə xanım Cavabdeh borca pul verməyibdir. Cavabdeh Zeybə xanımdan borca pul istəməyibdir, borcu insan etibar edəndə verir. Əgər etibar edirdisə nəyə görə pul notariusda verilməli, müqavilə bağlanmalıdır? Burada əsas məsələ ondan ibarətdir ki, müqavilə bağlanıb, lakin pul verilməyibdir. Belə ki, pulu özləri kassadan çıxarıb götürüb getmişlər. Burada əsas məqsəd cavabdehi borclandırmaqdır. Keçən məhkəmə iclasında o, Zeybə xanımdan soruşub ki, 9782 manat borcmu olar? O, cavabında bildirdi ki, Tural ondan daha az məbləğdə borc istəmişdir və o notariusda çəkdiyi və s. xərcləri də həmin borc məbləğinin üstünə əlavə edərək müqaviləyə yazmışdır. Onda belə yerdə sual çıxır ki, sən əvvəlcə həmin xərci çəkmisən, yenidən onu müqaviləyə yazmısan, belə çıxır ki, həmin pulu sən özün götürmüsən. Bəs yenidən necə olur ikinci dəfə həmin pulu borc verdin? Bir dəfə xərci çəkmisən, daha sonra yenidən həmin pulu kassaya köçürmüsən, bu məntiqsizdir. Müqavilə bağlanmışdır, lakin borc verilməyibdir, məqsəd cavabdehi borclandırmaq olubdur. Rəyin tərtib olunma və məhkəməyə daxil olma tarixlərində fərq vardır. Bu da şübhə yaradan hallardan biridir.
15. Məhkəmə iclasında iştiak edən ekspert Nümayəndə bildirmişdir ki, ikinci rəyi o verib və rəyi müdafiə edir. O, rəylər arasındakı fərq barədə heç nə deyə bilməz. O, 25 ildir ekspert işləyir, məxaric qəbzindəki imza Cavabdeh məxsusdur. Rəydə iki punkt vardır. Birinci çekdəki imza Cavabdeh tərəfindən icra olunğunu, ikincidə isə kredit müqaviləsi ilə bankdakı imzanın eyni şəxs tərəfindən icra olunduğunu qeyt etmişdir. Belə olan halda cədvəl tərtib edir və əlamətlərin hamısını cədvələ daxil edirlər. O, rəydə hamısını qeyd etmişdir, ümumi əlamətləri göstərmişdir, vərdişi, sürətin ölçüsünü, eyni zamanda xüsusi əlamətləri də göstərmişdir. O, imzanı şərti “T” hərfi götürüb. Rəydə açıq aydın oxşarlıqları göstərmişdir. İmzanın son cızığı, hərf təşkil etməyən cizgi və s. Rəy 12 may 2023-cü ildə tərtib olunub. Məhkəməyə daxil olma tarixi barədə heç nə deyə bilməz. Onlar rəyi tərtib etdikdən sonra dəftərxanaya verir, poçtla müqavilələri vardır.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ona aid hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
21.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 22.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
23.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 24.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 25.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 26.Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrarekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (102.2 və 102.3-cü maddələri).
27. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1-ci maddə).
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
28.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 31.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 32.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 34.Müqavilə bağlanan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7.5-7.7-ci bəndlərinə əsasən, uyğunsuzluq olduqda “pul çeki” yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır. Uyğunsuzluq olmadıqda: kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq “pul çeki”nin nəzarət hissəsini müştəriyə qaytarır; müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs “pul çeki”nin əsas hissəsini kassa məxaric jurnalında imza etdirməklə nəzarətçiyə təqdim edir; nəzarətçi “pul çeki”nin əsas hissəsini bütün rekvizitlər üzrə yoxlayır, uyğunsuzluq olduqda “pul çeki”nin əsas hissəsini müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə müştəriyə yeni sənədin tərtib edilməsi üçün qaytarılır; uyğunsuzluq olmadıqda nəzarətçi “pul çeki”nin əsas hissəsinə imza etməklə kassirə təqdim edir; kassir “pul çeki”ində göstərilmiş tarixi, məbləğin rəqəmlə və yazı ilə Qeyd olunmasını, kredit təşkilatında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır. Uyğunsuzluq olduqda kassir “pul çeki”nın əsas hissəsini nəzarətçiyə, nəzarətçi isə müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə, o isə müştəriyə yeni sənədin tərtib edilməsi üçün qaytarır. Uyğunsuzluq olmadıqda kassir müştəridən "pul çeki"nin nəzarət hissəsini və onun şəxsiyyətini təsdiq edən sənədini alır və “pul çeki”ndə göstərilən məlumatlarla tutuşdurur. Nağd pulu müştəriyə verir və “pul çeki”ni imzalayır. Müştəri kassadan aldığı nağd pulu kredit təşkilatının nəzarətçisinin iştirakı ilə xüsusi ayrılmış otaqda vərəq-vərəq saya bilər. Kənarlaşma olduqda akt (əlavə 7) tərtib olunur və kənarlaşma aradan qaldırılır. Müştəri aldığı nağd pulu Kredit təşkilatının binasında saymadıqda nağd pulun çatışmazlığı barədə onun iddiası təmin edilmir (bu barədə Kredit təşkilatının kassasında müştərilər üçün görünən yerdə elan asılmalıdır). Lakin, Kredit təşkilatının rəhbərliyi bu məsələlər barədə müvafiq tədbirlər görməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. 36.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 37.Nəzərə alınmalıdır ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məbləğindən asılı olaraq müqavilənin yazılı bağlanması tələb edilir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 389.1, 406.1 və 740.2-ci maddələri). 38.İddia ərizəsindən müəyyən edildiyi kimi iddiaçı cavabdehə 9.782 manat məbləğində pul verdiyini iddia edir, cavabdehin isə borc müqaviləsi üzrə aldığı məbləğin 4.891 manatı 01 dekabr 2019-cu il, qalan 4.891 manatı isə 1 dekabr 2020-ci il tarixədək qaytarmalı olduğunu lakin qaytarmadığını bildirərək, 9.782 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaçının kredit müqaviləsi üzrə ona pul vermək, yəni iddiaçı üçün əqd bağlamaqla hüquqi nəticə yaratmaq niyyətində olmadığını bildirərək, müqavilədəki imzanın ona məxsus olmasını, lakin kassa məxaric orderdəki imzanın onun tərəfindən icra edilməməsinə istinad edərək, mübahisələndirilən məbləğin onun tərəfindən məxaric edilmədiyini bildirir. 39.İşin hallarını apellyasiya şikayətində göstərilən dəlillər üzrə yoxlamaq məqsədilə məhkəmə kollegiyası apellyasiya baxışı zamanı təkrar məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq təkrar ekspertiza təyin edilmiş, ekspert qarşısında "xxxx" ASC-yə aid 12 noyabr 2018-ci il tarixli MUĞ seriyalı 401099/9782 nömrəli çekin üzərində olan imza (çekin hər iki tərəfində olan imzalar tədqiq edilsin) cavabdeh tərəfindən icra olunub-olunmadığı, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsində Cavabdeh məxsus imza və "xxxx" ASC-yə aid 12 noyabr 2018-ci il tarixli MUĞ seriyalı 401099/9782 nömrəli çekin üzərində olan imzalar (hər hansı biri) eyni şəxs tərəfindən icra olunub-olunmadığı barədə rəy verilməsi xahiş edilmişdir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli 4/646 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC-yə aid olan 12 noyabr 2018-ci il tarixli, MUĞ seriyalı 401099 nömrəli çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2018-ci il il tarixli kredit müqaviləsində “Borc alan” qrafasındakı imza ilə "xxxx" ASC-yə aid olan 12 noyabr 2018-ci il tarixli, MUĞ seriyalı 401099 nömrəli çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imzalar eyni şəxs tərəfindən icra olunmuşdur.
41. Kollegiya iş üzrə verilmiş rəylərin ziddiyyətli olmasını nəzərə alaraq həmçinin sonuncu rəyi tərtib etmiş ekspertin dindirilməsini zəruri saymışdır. İştirak etdiyi məhkəmə iclasında ekspert izahat verərək bildirmişdir ki, tədqiqat aparılan zaman cədvəl tərtib edilmiş və əlamətlərin hamısı cədvələ daxil edilmişdir. Ümumi əlamətləri, vərdişi, sürətin ölçüsü, eyni zamanda xüsusi əlamətləri də göstərilmişdir. O, imzanı şərti “T” hərfi götürüb. Rəydə açıq-aydın oxşarlıqları, imzanın son cızığı, hərf təşkil etməyən cizgi və s. göstərilmişdir. 42.Kollegiya Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəylərini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. 43.Məhkəmə kollegiyası hər iki ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək sonuncu ekspert rəyinin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlir. Əksinə hazırki iş üzrə dindirilmiş şahid ifadəsi və s. sübutlar, həmçinin müqavilə bağlanan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları” cavabdehin istinad etdiyi dəlillərin mövcud olmasının mümkünsüz olduğuna dəlalət edir. Belə ki, sözügedən Qaydalara görə, kassa məxaric orderində hər hansı yğunsuzluq aşkar edilmədiyi halda kassir müştəridən "pul çeki"nin nəzarət hissəsini və onun şəxsiyyətini təsdiq edən sənədini alır “pul çeki”ndə göstərilən məlumatlarla tutuşdurmaqla nağd pulu müştəriyə verir və “pul çeki”ni imzalayır. Uyğunsuzluq olduqda kassir “pul çeki”nin əsas hissəsini nəzarətçiyə, nəzarətçi isə müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə, o isə müştəriyə yeni sənədin tərtib edilməsi üçün bu çeki qaytarır. 44.Beləliklə cavabdehin əvəzinə etibarnamə olmadan mübahisə predmeti olan pul məbləğinin digər şəxs tərəfindən təhvil alınması müqavilə bağlanan zaman kassa əməliyyatları barədə mövcud olmuş qaydalara ziddir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, kredit (borc) müqaviləsi qanunvericiliyə uyğun şəkildə bağlanılmış, həmin müqavilə, müqavilə tərəfi olan şəxslər tərəfindən imzalanmış və hərəkətlərinin hüquqi nəticələri onlara məlum olmuşdur. Cavabdeh müqavilə predmeti olan pul məbləğinin tərəfindən notariusun depozit hesabından məxaric edilməməsinə istinad etsə də, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
45. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki, müvafiq məbləğ İddiaçı1 tərəfindən notariusun depozit hesabına köçürülmüş, məbləğ Cavabdeh tərəfindən məxaric edilmişdir. Ekspertizaya təqdim edilmiş "xxxx" ASC-yə aid olan 12 noyabr 2018-ci il tarixli, MUĞ seriyalı 401099 nömrəli çekin arxa tərəfində “çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunmasını təsdiq edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli 4/646 saylı ekspert rəyi də yuxarıda qeyd edilənləri həm təsdiq edir, həm də tamamlayır.
46. Həmçinin qeyd edilməlidir ki, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPMnin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alan kollegiya hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya qaytarılması halı da sübuta yetirilmir.
47. Kollegiya 2.490 manat məbləğində əldə çıxmış faydanın Cavabdeh tutulması ilə əlaqədar qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanan həmin vəsaitin məbləğindən faizlər ödəməlidir.
48. Belə ki, Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
50. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
51. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir.
52. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 9.782 manat məbləğində pul İddiaçı1 xeyrinə tutulmalıdır. 53.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-91/2022 nömrəli, 24 oktyabr 2022ci il tarixli qətnaməsi qismən (İddiaçı1 aid hissədə) ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə iddiası qismən təmin edilsin. Cavabdeh 9.782 (doqquz min yeddi yüz səkskən iki manat) manat məbləğində pul İddiaçı1 xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova