Məhkəmə qərarları › İş №2(103)-1548/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1548/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1548/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(004)- 2995/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “hesabatın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(004)-2995/2021 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMCyə qarşı “hesabatın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(004)-2995/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(004)-2995/2021 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş həmin şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli, 2(103)-6642/2021 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(004)- 2995/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qeyri mümkün hesab edilmiş və mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(004)-2995/2021 saylı qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş həmin şikayət geri qaytarılmışdır. İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(004)-2995/2021 saylı qərardadından yenidən şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(004)- 2995/2021 nömrəli qərardadı ilə iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş həmin şikayət prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(004)-2995/2021 saylı qərardadından şikayət verməklə bağlı hərəkətlər davamlı olmuşdur. Ona görə də həmin qərardaddan şikayət vermə müddəti ötürülməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli, 2(004)-2995/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(004)-2995/2021 saylı qərardadı iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsi əsasında 31.05.2021-ci il tarixdə ona təqdim edilmişdir. Belə olduqda şikayət verilməsi üçün sonuncu gün 10.06.2021-ci il tarixi olmuş, iddiaçının nümayəndəsi və vəkili şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə, 11 oktyabr 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, hazırki şikayət qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən ilk dəfə apellyasiya şikayəti verilərkən şikayət vermə müddəti ötürülməsə belə, onun etibarnamə üzrə təmsil etdiyi iddiaçının vəkili və ya yaxın qohumu olmasını təsdiq edəcək heç bir sənəd əlavə edilməmiş, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş və ötürülmüş müddətin üzürlü hesab edilməsi barədə vəsatət məhkəməyə təqdim edilmədiyindən şikayət Azərbaycan Respublikası MPM-in 268-ci maddəsinin tələblərinə cavab vermədiyindən düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinijn 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 nümayəndəsi və vəkilinin şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(004)-2995/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar