Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1552/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2915/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC, Cavabdeh3 MMC və Cavabdeh2 1110 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2915/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 MMC-dən müştərək qaydada subroqasiya hüququ əsasında 1110 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1140 manat məbləğində pulun tutularaq İddiaçı” Sığorta Şirkəti ASC-yə ödənilməsi, iddia tələbin Cavabdeh2 münasibətdə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hyundai Accent” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X8r. xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən “Hyundai Accent” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsi (yəni sürülməsi) üçün Cavabdeh1 MMC-ə etibarnamə verilmişdir. Lakin Cavabdeh1 MMC-nin özü tərəfindən həmin avtomobil idarə edilməmiş və ya Cavabdeh1 MMC xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən hec kimə “Hyundai Accent” markaln **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsi (sürülməsi) üçün etibarnamə verməmişdir. Avtomaşının mülkiyyətçisi X16 oglu X3 “Hyundai Accent” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşını icbari sığorta müqaviləsinə əsasən sığortalamağa icazə verməmişdir. İddiaçı ASC qanunsuz olaraq avtomaşının mülkiyyətçisi X4 razılığı olmadan X13 oglu ilə xx.xx.2018-ci il tarixdə “Hyundai Accent” markalı, **- FH-*** dövlət qeydiyyat nişanlı avtomaşını bir illik icbari sığorta müqaviləsinə əsasən sıgortalamısdır. “Hyundai Accent” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşını mülkiyyətçisi X4 razılığı və “xxxx” MMC-nin səlahiyyəti olmadan qanunsuz olaraq xx.xx.2018-ci il tarixdə avtomaşını idarə edilməsinə görə Cavabdeh2 etibarnamə vermişdir. “Hyundai Accent” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülkiyyətçisi X8rsa, maşını icbari müqaviləsinə əsasən sığortalayan X5rsa, avto qəza hadisəsini törədən Cavabdeh2dursa və Cavabdeh2 qanunsuz olaraq etibarnaməni verən “xxxx” MMC-dirsə bəs niyə Cavabdeh1 MMC-dən subroqasiya hüququ əsasında 1.140 manat məbləğində qanunsuz olaraq iddiaçının xeyrinə pul tutulur. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh1 MMC-yə aid hissədə ləğv edilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh1 MMC-yə aid hissədə ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, “Hyundai Accent” minikmarkalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli etibarnamə ilə X10 özünə məxsus olan **-FH-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinin 5 il müddətinə, xx.xx.2023-cü il tarixədək Cavabdeh1 MMC-nin istifadəsinə vermişdir. İddiaçı Sığorta Şirkəti ASC ilə X9 arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və “Hyundai Accent” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə sığortalanmışdır. Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışına əsasən “Hyundai Accent” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 mülkiyyətindədir, xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən Elxan Qubadov özünə məxsus olan avtomobili xx.xx.2023-cü il tarixədək Cavabdeh1 MMC-yə etibar etmişdir. Bundan başqa da, həmin avtomobilə dair xx.xx.2018-ci il tarixdə X6 və xx.xx.2019-cu il tarixdə X7 etibarnamə verilmişdir. Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Hyundai Accent” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixədək Cavabdeh2 idarə edilməsi üçün vermişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 Şirvan oğlu sığortalanmış “Hyundai Accent” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X2 məxsus “Hyundai County” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur və nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X2 məxsus “Hyundai County” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın məbləği 1110 manat təşkil etmişdir. xx.xx.2019-cu il tarixli, 64799 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Xasay Kərimovun hesabına 1110 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş № İXP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Hyundai Accent» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan «Hyundai Accent» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və İddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmış avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə iş materiallarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, X10 mülkiyyətində olan “Hyundai Accent» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2018-ci il tarixdə Cavabdeh1 MMC-yə etibarnamə vermişdir. Hadisə baş verməmişdən əvvəl İddiaçı Sığorta Şirkəti ASC ilə X9 arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır və xx.xx.2018-ci il tarixdə Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 etibarnamə verilmişdir. Göründüyü kimi, mülkiyyətçi tərəfindən Cavabdeh1 MMC-yə etibarnamə verildikdən sonra həmin avtomobilə dair etibarnamə Cavabdeh3 MMC tərəfindən verilmişdir. Belə olan halda isə “Hyundai Accent” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 MMC-nin sərəncamında olması və qanunsuz olaraq avtomobili Cavabdeh3 MMC-yə verməsi istisna edilir. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti Cavabdeh1 MMC daşımır və İddiaçı ASC-nin subroqasiya hüququ həmin şəxsə qarşı yaranmır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2915/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2915/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi Cavabdeh1 MMC-yə münasibətdə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1552/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1552/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver